Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix17.09.2018
ölçüsü0,5 Mb.
#69036
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

 

42 


 

 

 

 

 

 

 

 

 

 

 

2.3  Maliyyə  nəticələrinin  və  mənfəətin  istifadəsinin  auditinin  təhlili 

və qiymətləndirilməsi 

Sərbəst bazar iqtisadiyyatına keçidlə əlaqqədar olaraq mənfəətin rolu daha da 

artırmaqla, müəssisələrin və dövlətin iqtisadi marağının əsas hərəkətverici vasiləsi 

kimi  özünü  göstərir.  Müəssisələrin  iqtisadi  maraqı  bilavasitə  mənfəət  əsasında 

qurulmaqla onun iqtisadi və sosial inkişafının əsasını təşkil edir. 

Bütün  göstəricilərlə  əlaqədar  olaraq  müəssisənin  təsərrüfat-maliyyə 

əməliyyatlarının maliyyə nəticəiərinin formalaşması və onun istifadə olunması ilə 

əlaqədar  olan  məsələlərin  yoxlamasında  əsas  vəzifə  onun  düzgün  müəyyən 

olunması və hesablanıb dövlət büdcəsinə ödəmələrin mövcud olan qanunvericiliyə 

uyğun  icra  olunmasını  müəyyən  etməkdən  ibarətdir.  Bununla  yanaşı  mənfəətin 

düzgün  bölüşdürülməsi,  fondların  yaradılması,  dividendlərin  ödənilməsi  və  sair 

göstəricilərin müəyyənləşdirilməsinə diqqət verilməlidir. 

Hər  bir  müəssisənin  hesabat  dövrünün  son  maliyyə  nəticələri  (mənfəət  və 

zərər)  onun  məhsul  (iş  xidməti)  satış  və  digər  əmtəə  material  dəyərinin  (əsəs 

vəsaitlər, qeyri-maddi aktivlər və s.) mövcud olan qiymətlərlə daxli olan pul vəsaiti 



 

43 


 

məbləğindən,  əlavə  dəyər  vergisi  daxil  olmaqla,  müəyyən  olunmuş  vergilər, 

aksizlər, onların isıehsalı və satışa sərf olunmuş məsrəflərin çıxılması nəticəsində 

müəyyənləşdirilir. 

xrac  əməliyyatları  ilə  məşğul  olan  müəssisələrin  mənfəəti  hesablanarkən 

məhsul  satışından  ( ş  xidməti)  daxil  olan  pul  vəsaiti  məbləğindən  ixrac  üçün 

müəyyən olunmuş tariflər çıxılmalıdır. 

Yekun  maliyyə  nəticələri  hesablanarkən  qeyri  satış  əməliyyatlarından  daxil 

olan vəsaitlər də nəzərə alınmalıdır. Məhsul satışından (iş, xidmət) daxil olan pul 

vəsaitinin  uçotda  əks  olunması  vaxtı  müəssisənin  uçot  siyasətində  müəyyən 

olunmuş  qayda  üzrə  icra  olunmalıdır.  Belə  ki,  məhsul  satışından  daxil  olan  pul 

vəsaiti,  alıcıya  məhsulun  yükləndiyi  tarixdən  hesablaşma  sənədlərinin  alıcıya 

təqdim olunması vaxtı və ya yüklənmiş məhsulun (iş, xidmət) dəyərinin müəssisə 

hesablaşma  hesabına  daxil  olması  ilə  müəyyən  olunur.  Onu  da  nəzərə  almaq 

lazımdır  ki,  göstərilən  formaların  hansı  istifadə  olunarsa  həmin  forma  daimi 

xarakterdə bir neçə il ərzində tətbiq olunmalıdır. 

Onu  da  xalırladıram  ki,  birinci  hesablaşma  forması  beynalxalq  mühasibat 

uçotu  standartlarda  qəbul  olunmuş  və  hazırda  dünyanın  əsas  inkişaf  etmiş 

ölkələrində həmin forma geniş şəkildə istifadə olunur. 

Mənfəətin  formalaşmasının  audit  yoxlamasında  auditor  üçün  əhəmiyyətsiz 

məsələlər  olmamalıdır,  bu  məsələ  ilə  əlaqədar  olan  hər  bir  nöqsan  və  çatışma-

mazlığın  müəyyən  olunmasının  ciddi  əhəmiyyəti  vardır.  Sifarişçi  müəssisə  üçün 

buraxılan səhvlərin müəyyən olunub, aradan qaldırılması, onların düzəldilməsi çox 

vacibdir.  Nəzərə  almaq  lazımdır  ki,  audit  dövründə  buraxılmış  nöqsanlar 

düzəlmədikdə,  müəssisə  mənfəətinin  azaldılması  və  sair  hallar  vergi  orqanları 

yoxlayıcıları  tərəfindən  müəyyən  edilir  və  bu  isə  böyük  məbləğdə  cərimələrin 

tutulmasına və digər qanunvericiliyin pozulması hallarına səbəb olur. 



 

44 


 

Yuxarıda    göstərilənlərlə    əlaqədar    olaraq    yoxlama  dövründə  auditor 

aşağdakılara xüsusi diqqət verməlidır: 

– büdcəyə avans ödəmələrin hesablanması üçün müəssisə üzrə nəzərdə tutul-

muş mənfəətin və məhsul, xidmət) satışından daxil olacaq pul vəsaitinin müəyyən 

olunmasına; 

–  müəssisə  üzrə  uçot  siyasətində  məhsul  (iş,  xidmət)  satışından  daxil  olan 

vəsaitin müəyyən olunması formasına dair əmr və ya sərəncamın olması; 

– məhsul satışından daxil olan faktiki mənfəətin mühasibat uçot hesablarında 

düzgün əks olunmasını; 

– ümüdsüz debitor borcları üzrə ehtiyat fondunun yaradılmasının düzgünlüyü 

və  əsaslı  olması.  Belə  borclar  hesabat  ilinin  sonunda  aparılan  investorlaşma 

nəticəsində  müəyyənləşdirilir.  Bu  kimi  borclara  o  debitor  borcları  daxildir  ki, 

müəyyən olunmuş dövr ərzində ödənilməmiş və onun ödənilməsi ümüdsüzdür, 

–    əsas   fondların    və    müəssisənin    digər   əmlakının  satışından  daxil  olan 

mənfəətin düzgüh hesablanması; 

–   xarici  iqtisadi  fəaliyyətlə  əlaqədar  olaraq  məhsul  satışından  daxil  olan 

vəsaitin uçotda düzgün əks olunması. Bununla əlaqədar olaraq xatırlamaq lazımdır 

ki, müəssisə tərəfindən satılan xarici valyuta  “Sair akttvlərin satışı” hesabında əks 

olunmalıdır, 

–   kommersiya  xərclərinin  mühasibat  uçotunda  düzgün  əks  olunması.  Eyni 

zamanda    “Kommersiya  xərcləri”  hesabında  əks  olunmuş  məsrəflərin  yüktənmiş 

lakin  alıcılar  tərəfindən    ödənilməmiş   və   qalığı    olan    məhsullar   üzrə 

bölüşdürülməsinin müəyyən olunması; 




 

45 


 

– əvəsiz olaraq başqa müəssisəyə əsas vəsaitlərin və digər aktivlərin verilməsi 

nəticəsinin  uçotda  düzgün  əks  olunması.  Mövcud  olan  qaydalara  görə  əsas 

vəsaitlərin  və  digər  aktivlərin  başqa  müəssisəyə  verilməsi  ilə  əlaqədar  zərərlər 

müəssisə sərəncamında qalan mənfəət hesabına silinməlidir. 

– mühasibat uçotu hesabları üzrə “Mənfəət və zərərlər”, “Qiymətləndiriləcək 

ehtiyatlar”,  “Mənfəətin  istifadəsi”,    “Bölüşdürülməmiş  mənfəət”  (ödənilməmiş 

zərər) analitik və sintetik hesablarda əməliyyatların düzgün əks olunması; 

– tərəflərlə bağlanmış müqavilə şəraitlərinin yerinə yetrilməməsi və müəyyən 

hallarda  müəssisəyə  dəyən  itkilər,  cərimələr  ödəmələrlə  əlaqədar  mənfəətin 

(zərərlər) uçotda düzgün əks olunması və sairə. 

Auditor  yoxlama  apardığı  dövürdə  maliyyə  nəticələri  ilə  əlaqədar  olan 

aşağdakı əsas göstərici və mənbələri yoxlamalıdır: 

– məhsul (iş xidmət) satışından; 

– əsas vəsaitlərin və digər əmlakın satışından; 

– qeyri satış əməliyyatlardan. 

Məhsul (iş xidməti) satışı üzrə hesablaşma sənədləri ödənilməsi üçün alıcıya 

təqdim  oiduqca,  orada  əks  olunmuş  məbləğlər  “Məhsul  (iş,  xidmət)  satışı” 

hesabının kreditində və “Alıcılar və sifarişçilərlə hesablaşmalar” hesabının debitinə 

əks  etdirilir.  Eyni  zamanda  alıcıya  yüklənmiş  məhsulun  maya  dəyəri  “Hazır 

məhsul” “Yüklənmiş mallar”, “Əsas isıehsalat”, “Məhsul (iş, xidmət) buraxılış” və 

başqa hesabların kreditindən “Məhsul (iş, xidmət) satışı” hesabının debetinə silinir. 

Məhsul  satışından  əldə  edilən  nəticəiər  hər  ay  “Məhsul  (iş,  xidmət)  satışı” 

hesabından “Mənfəət və zərər” hesabına silinir. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə