Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix17.09.2018
ölçüsü0,5 Mb.
#69036
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

 

33 


 

əyyənləşdirilmədikdə. Hər ayın biri tarixinə analitik uçot hesablarının məlumatları 

ilə üzləşdirilərək onların bərabərliyi və düzgünlüyü müəyyənləşdirilmədikdə. 

5.  Mühasibat uçotunun əsas vəzifəsi maliyyə, bank, vergi orqanları,     inves-

torlar,  malsatanlar,  malalanlar,  kreditorlar,  dövlət  orqanları  və  digər  marağı  olan 

təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, 

təqdim  ediləcək  maliyyə  (mühasibat)  hesablarının  tərtibi  üçün,  həmçinin 

müəssisənin  təsərrüfat  prosesləri  və  maliyyə-təsərrüfat  fəaliyyəti  haqqında  zəruri 

olan  məlumatları  tam  və  düzgün  formalaşdırılmadıqda.  Maliyyə-təsərrüfat 

fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları 

aşkara çıxarmaq və onları səfərbər etməkdir. 

6.   Müəssisədə  mühasibat  uçotunun  təşkilinə  müəssisə  rəhbəri  cavabdehdir. 

Müəssisənin  rəhbəri  mühasibat  uçotunun  düzgün  aparılması  üçün  lazımi  şərait 

yaratmadıqda,  uçotla  əlaqədar  olan  bütün  bölmələrinə,  xidmətlərin  işçiləri    

tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatların vaxtında və duzgün tərtib 

və  təqdim  edilməsi  işində  tələblərin  yerinə  yetrilməsini  təmin  etmədikdə  və  uçot 

üzrə normativ sənədlərin tələblərinə riayət etmədikdə. 

7.  Mühasibat  uçotunun  təşkili,  aparılması,  uçot  siyasətinin  formalaşması, 

daxili  mühasibat  hesabatı,  inventarizasiya  qaydası,  əmlak  və  öhdəliklərin  qiy-

mətləndirilməsi üsulları və s. barədə müəssisə rəhbəri daxili əmrlər, qərarlar, qay-

dalar  və  s.  hazırlamadıqda.  Bu  zaman  o,  mühasibat  uçotunun  təşkilatı  formasını, 

sənəd dövriyyəsi qaydasını və uçot  məlumatlarının texnoloqiyasını təyin etməyir, 

daxili uçot və hesabat sistemini işləyib hazırlamayır, mühasibat uçotunun  məqsə-

dini    həyata   keçirmək   üçün   vacib   olan  təsərrüfat  əməliyyatları  üzərində 

qaydasını, sənədlərə imza etmək hüququ olanları və s. müəyyən etməyir. 

8. Müəssisənin mühasibat xidmətinə baş mühasib rəhbərlik edir. Baş mühasib 

və  mühasibat  xidmətinin  rəhbəri  müəssisə  tərəfindən  həyata  keçrilən     bütün 

təsərrüfat əməliyyatlarının mühasibat uçotu  hesablarında düzgün əks etdirilməsini, 




 

34 


 

ona  nəzarəti,  operativ  məlumatların  təqdim  edilməsini,  mühasibat  (maliyyə) 

hesabatlarının  müəyyən  edilmiş  müddəttərdə  tərtib  və  təqdim   edilməsini,  digər 

bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması 

və  səfərbər  edilməsi  məqsədilə  mühasibat  uçotu  və  hesabatın  məlumatları  üzrə 

müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinin  iqtisadi  təhlilini  həyata  keçirliməsini 

təmin  etmədikdə.  Auditorun  tərtib  etdiyi  proqramaya  uyğun  olaraq  müəssisənin 

bütün  təsərrüfat-maliyyə  fəaliyyəti  üzrə  yoxlamalar  aparılmadıqda  mühasibat 

(maliyyə)  hesabatının  düzgünlüyü  və  etibarlılığını  qiymətləndirməyə  şərait 

yaranmayır. 

Bununla əlaqədar auditor Azərbaycan Respublikası Maliyyə Nazirliyinin illik 

mühasibat (maliyyə) hesabatının həcmi üzrə müəyyən olunmuş hesabat formalarını 

yoxlamaqla,  hesabat  nəticələrini  müəyyənləşdirir.  Auditor  yoxlaması  ilə  əlaqədar 

müəssisənin balansı, maliyyə nəticəiəri haqqında hesabat, əmlakın hərəkətinə dair 

hesabat,  pul  vəsaitinin  hərəkətinə  dair  hesabat,  müəssisə  balansına  əlavə,  illik 

hesabatı  izahatlı  arayış  müvafiq  normativ  sənədlərlə  qüvvədə  olan  digər  hesabat 

formaları  və  sair  hesabatlar  yoxlanarkən  auditor  qanunvericiliklə  müəyyən 

olunmuş normativ sənədlərlə yanaşı aşağıdakı informasiya mənbələrindən istifadə 

edə bilər: 

– müəssisə təsərrüfat maliyyə fəaliyyəti ilə əlaqədar olan hesabat formaları; 

– illik hesabatın tərtib olunması ilə əlaqədar olan inventarlaşdırma məlumat-

ları; 


–  sintetik  və  analitik  hesablarda  əks  olunmuş  mühasibat  uçotu  yazılışları  və 

sair. 


Audit  aparılarkən  hesabat  ilinin  sonuna  olan  dövr  üçün  müəssisə  balansının 

bütün  maddələri,  əvvəldəki  keçirilən  inventarlaşma  nəticələri  əsasında  əsaslı 




 

35 


 

şəkildə  yoxlanmalıdır.  Mühasibat  uçotu  yazılışlarda  bütün  səhvlər  və  nöqsanlar 

müəyyən olunmalı və aid olan uçot yazılışlarında lazımi düzəlişlər aparılmalıdır. 

Auditor  balans  maddələrinin  düzgün  qiymətləndirilməsini  yoxtamalı  və  ba-

lansa  əlavə  olunmuş  maliyyə  nəticələrinin,  kapitalın  hərəkətinın,  pul  və  satışın 

hərəkəti və digər hesabatların uçot göstəricilərinə uyğunluğunu müəyyən etməlidir. 

Bundan  sonra  auditor  mühasibat  uçotu  analitik  və  sintetik  hesablarında  əks 

olunmuş məlumatları yox-lamalı və həmin göstəricilərin hesabat formalarında əks 

olan  göstəricilərə  uyğunluğu  müəyyən  olunmalıdır.  ilik  hesabatlar  yoxlanarkən 

rüblük  hesabatlar  da  yoxlanmalı  və  onların  bir-birinə  uyğunluğu  müəyyən 

olunmalıdır.  Nəzərə  almaq  lazımdır  ki,  rüblük  mühasibat  hesabının  məzmunu  və 

tərkibində  illik  hesabat  göstəricilərindən  fərqiər  müəyyən  oluna  bilər.  Belə  halda 

auditor  rüblük  və  illik  hesabatların  tərtib  olunması  qaydaları  ilə  əlaqədar  olan 

məlumatlardan istifadə etməlidir 

Uçot  siyasətinin  hazırlanması  zamanı  özünün  strateji  inkişaf    baxımından 

təsərrüfat  subyekti  optimal  son  nəticələrə  nail  olmağa  imkan  verəcək  siyasətin 

formalaşdırılmasına  səy  göstərir.  Uçot  siyasətinin  seçilməsindən  öncə  aşağıdakı 

analitik işlər görülməlidir: 

– Müəssisənin cari maliyyə vəziyyətinin təhlili; 

–  Müəssisənin  uçot  siyasətinin  bu  və  ya  digər  aspektinə  təsir  edən  mövcud 

qanunvericilikdə və digər normativ aktlardakı dəyisikliklərin təhlili; 

–  Növbəti  maliyyə  ilində  təsərrüfat  subyektinin  strategiyasının  və  inkişaf 

perespektivinin qiymətləndirilməsi; 

– Uçot siyasətinin təmin edə biləcəyi aparıcı məqsədlərin müəyyən edilməsi; 

– Mühasibat uçotunun aparılmasının mövcud üsul və metodlarının təhlili və 

təsərrüfatçılığın  konkret  şəraitində  onların  tətbiqinin  səmərəliliyinin 

qiymətləndirilməsi; 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə