Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix17.09.2018
ölçüsü0,5 Mb.
#69036
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

 

27 


 

tapşırığın  məqsədləri,  həcmi,  proqramı  və  icrası  kimi  məsələlər  məhz  Daxili 

Auditin  Peşə  Təcrübəsi  üzrə  Beynəlxalq  Standartların  Fəaliyyət  Standartları 

bölməsində geniş şərh olunmuşdur. 

Daxili  auditor  yoxlamasının  nəticələrinə  dair  hesabat  xarakterli  sənəd  tərtib 

olunur ki, bu da müxtəlif formalarda auditor arayışı, auditor rəyi, ekspertizaya dair 

arayış,yoxlamaya dair hesabat və s ola bilər. Yekun hesabat sənədi daxili auditorun 

fikir  və  rəyini  əks  etdirməklə  yanaşı,  müvafiq  tövsiyyələr  və  fəaliyyət  planlarını, 

nəticələrin  kənar  tərəflərə  təqdim  edilməsi  hallarında  isə  onların  yayılması  və 

istifadəsi  ilə  bağlı  məhdudiyyətləri  də  əhatə  edir.  əgər  ayrıca  bir  auditor tapşırığı 

çərçivəsində  Daxili  Auditin  Peşə  Təcrübəsi  üzrə  Beynəlxalq  Standartların 

müddəalarına riayət edilməməsi halı olmuşdursa, onda hesabatda bu barədə izahat 

verilməlidir. 

Keyfiyyət  xarakteristikası  və  Fəaliyyət  standartları  bütövlükdə  daxili  audit 

xidmətlərinə aid olduğu halda, Tətbiq standartları auditor tapşırıqlarının ayrı-ayrı 

növlərinə  aiddir.  Üstəlik  də  Keyfiyyət  xarakteristikası  və  Fəaliyyət  standartları 

vahid  bir  variantda  mövcuddur.  Tətbiq  standartlarının  isə  müxtəlif  variantları-

auditor  fəaliyyətinin  hər  bir  növü  üzrə  ayrıca  variantı  vardır.  Tətbiq  standartları 

Keyfiyyət  xarakteristikası  və  Fəaliyyət  standartlarının  tərkinbində,  müvafiq 

standartın törəməsi kimi, auditor auditor təminatının verilməsi üzrə fəaliyyət və və 

məsləhət verilməsi üzrə fəaliyyət üçün işlənib hazırlanmışdır. 

Daxili Auditin Peşə Təcrübəsi üzrə Beynəlxalq Standartlara riayət olunması 

daxili auditorların öz vəzifələrini yerinə yetirmək üçün zəruri sərtdir. Daxili auditin 

keyfiyyət xarakteristikası standartlarında təsərrüfat subyektlərinin və daxili auditlə 

məşğul  olan  tərəflərin  səciyyəvi  xüsusiyyətləri  nəzərdə  tutulur.  Daxili  auditin 

fəaliyyət  standartlarında  daxili  auditin  mahiyyəti  açıqlanır  və  daxili  auditor 

fəaliyyətinin  qiymətləndirilməsinin  keyfiyyət  meyarları  verilir.  Keyfiyyət 

xarakteristikası və fəaliyyət standartları vahid bir variantda mövcuddur. 

 

 

 




 

28 


 

 

 



 

 

 



 

 

 

 

 

 

2.1  Müəssisənin  mühasibat  uçotunun  və  uçot  siyasətinin  auditinin 

təşkili problemləri 

Mühasibat  uçotunun  təşkili  və  aparılması  metodologiyasının  auditi  aparılar-

kən  ilk  növbədə  müəssisənin  “Mühasibat  uçotu  haqqında”  Azərbaycan  Res-

publikasının 24 mart 1995-ci il tarixli Qanunun, Aəzrbaycan Respublikası Maliyyə 

Nazirliyınin  20  sentiyabr  1995-ci  il  tarixli,  -94  saylı  əmri  ilə  təsdiq  edilmiş 

“Müəssisələrin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlmınat” 

və  digər  mühasibat  uçotuna  aid  olan  metodoloji  normativ  sənədlərin  yerinə 

yetrilməsi  prinsipiəri  müəyyən  olunmalıdır.  Onu  da  nəzərə  almaq  lazımdır  ki, 

mövcud  olan  qanunvericiliyə  gorə  Azərbaycan  Respublikasının  ərazisində 

mənfəətlə, yaxud mənfəətsiz işləmək məqsədilə sahibkarlıq fəaliyyəti və ya başqa 

fəaliyyətlə  məşğul  olan,  hüquqi  şəxs  sayılan,  yaxud  hüquqi  şəxs  sayılmayan 

tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən bütün 

müəssisələr  mühasibat  uçotu  aparmağa  borcludurlar.  Müəssisənin  mühasibat 

xidmətini  onun  müstəqil  struktur  bölməsi  (idarə,  şöbəsi)  olan  və  bilavasitə 

müəssisənin  rəhbərinə  tabe  olan  mühasibatlıq,  mərkəzləşdirilmiş,  sərbəst 

mühasiblər,  müqavilələr  əsasında  cəlb  edilmiş  mühasiblər  həyata  keçirə  bilər. 

Mühasibat işlərinə rəhbərlik həmin bölmənin rəhbəri və ya baş mühasib tərəfindən 



 

29 


 

həyata  keçrilir.  Müəssisənin  baş  mühasibinin  tə’yin  olunması  və  azad  olunması 

müəssisə direktoru tərəfindən aparılır. 

Auditor  yoxlama  dövründə  müəssisədə  istifadə  olunan  mühasibat  uçotunun 

forması  müəyyənləşdirilir.  Nəzərə  alınmalıdır  ki,  istifadə  olunan  uçot  forması 

müəssisənin  özü  tərəfindən  müəyyən  olunur.  Auditor  mühasibat  uçotu  yazılışları 

üzrə bütün əməliyyatların uçotda əks olunması qaydalarını bilməlidir. Auditor onu 

da  bilməlidir  ki,  mühasibat  uçotu  müəssisənin  əmlakının,  öhdəliklərinin, 

kapitalının,  dövrüyyə  vəsaitlərinin  və  ümumiyyətlə,  bütün  təsərrüfat-maliyyə 

fəaliyyətinin  natural  göstəricilər  əsasında,  pul  ifadəsində,  fasiləsiz,  başdan-başa, 

sənədləşdirilmiş  və  mühasibat  registirlərində  qarşılıqlı  əlaqələndirilmiş  bütün 

təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması 

və qaydaya salınması sistemini özündə əks etdirir. 

Mühasibat  uçotunda  əks  etdirilməsi  zəruri  olan  uçota  qəbul  edilmiş  ilkin 

sənədlərdəki məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 

təklif  edilmiş,  yaxud  nazirlik  və  baş  idarələr  tərəfindən  ümumi  prinsiplərə  riayət 

edilməklə işlənib hazırlanmış uçot rekstirlərində yığılır və sistemləşdirilir. 

Auditor  müəssisədə  aparılan  təsərrüfat  əməliyyatlarının  mühasibat  uçotunda 

doğru,  düzgün  və  etibarlı  əks  olunmasını  müəyyən  edir.  Bunların 

müəyyənləşdirilməsində auditin təşkilində və fəaliyyətində problemlərin yaranması 

aşağıdakı göstərilən səbəblər əsasında olur: 

– müəssisə mühasibatlığı işçilərinin funksional vəzifələrinin yerinə yetirilmə-

sinə dair təminatın tərtib olunmaması 

–  hər  bir  mühasibat  işçisi  üçün  konkret  vəzifə  bölgüsü  və  uçot  əməliy-

yatlarının  yerinə yetirilməsi qrafikinin müəyyən olunmaması; 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə