Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix17.09.2018
ölçüsü0,5 Mb.
#69036
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

 

30 


 

–  mühasibat  uçotu  əməliyyatlarının  icra  olunması  üzrə  sənəd  dövrüyyəsinin 

müəyyən olunmaması; 

–    mövcud  olan  əmlakın   hərəkəti,   onlardan   istifadə  olunması  üzərində 

nəzarətin təmin olunmaması; 

–   mühasibat  uçotu  prinsipləri  və  standartlarının  yerinə  yetrilməsi  üzərində 

nəzarətin təmin olunmaması; 

–  müəyyən  olunmuş  vaxtlarda  müəssisə  əmlakının  invertarlaşdırılmasının 

aparılmaması, onun nəticələri, sənədləşdirilməsi və nəticələrin mühasibat      uçotu 

göstəriciləri ilə müqayisə olunmaması 

– mühasibat uçotunun təşkilinin mövcud olan əmlakın qorunub saxlanmasına 

cavab  verməməsi,  əmlak  və  pul  vəsaitinin  mənimsənilməsi  hallarının  qarşısının 

alınması ilə əlaqədar olaraq tədbirlər görülməməsi; 

–  tərtib  olunmuş  illik  mühasibat  (maliyyə)  hesabatında  əks  olunmuş  gös-

təricilərin  mühasibat uçotu yazılışlarına uyğun olmaması və sairə. 

Auditor  müəssisədə  mühasibat  uçotunun  təşkilini  yoxlayarkən  daxili  nəzarət 

xidmətlərınin  işi  ilə  ətraflı  tanış  olmalı  və  bu  sahədə  görülən  işlər  və  buraxılan 

nöqsanlan müəyyən etməlidir. 

Mövcud  olan  qanunvericiliyə  görə  mühasibat  uçotunun  təşkilinə  müəssisə 

rəhbəri  cavabdehdir.  Müəssisənin  rəhbəri  mühasibat  uçotunun  düzgün  aparılması 

üçün  lazımi  şəraitt  yaradır,  xidmətlərin  işçiləri  tərəfindən  hazırlanan  uçot 

sənədlərinin və məlumatlarının vaxtında və düzgün tərtib və təqdim edilməsi işində 

tələblərin  yerinə  yetrilməsini  tə’min  edir  və  uçot  üzrə  normativ  sənədlərin 

tələblərinə riayət edir. 




 

31 


 

Müəssisənın baş mühasibi bütün mühasibat uçotu standartlarının və uçota aid 

olan  normativ  sənədləri  rəhbər  tutaraq  mühasibat  uçotunun  ümumi  prinsiplərinə 

riayət edliməsinə nəzarət etməlidir.  

Mühasibət uçotunun təşkilinin auditi aparılarkən müəssisə təsərrüfat-maliyyə 

fəaliyyətini  mühasibat  uçotunda  əks  olunmuş  göstəricilərin  doğru,  düzgün  və 

etibarlı  olmasını  müəyyən  etmək  üçün  auditor  test-audit  formasından  da  istifadə 

elə bilər. Son illərdə bu forma bir sıra ölkələrdə audit yoxlamalarda tətbiq olunur. 

Bu  formanın  mənası  ondadır  ki,  auditor  yoxlamanı  başlamazdan  qabaq,  auditin 

məqsədinə uyğun olaraq suallar hazırlayır və həmin sualları müəssisənin mühasibat 

işçiləri,  rəhbərliyi,  bölmə  rəhbəri  arasında  həmin  sualları  yayır  və  onlardan 

müəyyən  formada  cavablar  toplayır.  Bunda  əsas  məqsəd  müəyyən  olunmuş 

nöqsanların aradan qaldırılmasından ibarətdir. 

Belə  aparılan  “test-auditi”  suallarında  müəssisə  mühasibat  uçotunun  təş-

kilində və daxili şəraitdə mövcud olan əməliyyatlara aid suallar əhatə olunur, Bu 

formada  aparılan  audit  nəticəsində  mühasibat  uçotunun  təşkili  və  daxili  auditlə 

əlaqədar müsbət və zəif cəhətlər müəyyənləşdtrilir. 

“Mühasibat  uçotu haqqında”  Azərbaycan  Respublikası  Qanununda  müəyyən 

olduğuna  görə  xarici  investisiyalı  müəssisələr  istisna  olmaqla  bütün  müəssisələr 

rüblük  və  illik  mühasibat  hesabatı  tərtib  etməlidirlər.  Bu  birbaşa  müəssisənin 

mühasibat  uçotunda  auditinin  təşkilində  yaranacaq  problemlərin  qarşılanmasına 

kömək edir.  

Mühasibat (maliyyə) hesabatı mülkiyyətçilərə, dövlət vergi, Statislika orqan-

larına  və  Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə  müəssisənin  fəaliyyətinin 

ayrı-ayrı  tərəflərinin  yoxlaması  və  müvafiq  hesabatların  alınması  həvalə  edilmiş 

digər dövlət orqanlarına təqdim olunmalıdır. 




 

32 


 

Müəssisələrin  maliyyə  (mühasibat)  hesabatlarının  başqa  ünvanlara  göndəril-

məsi  təsisedici  sənədlərə  və  ya  Azərbaycan  Respublikasının  qanunvericiliyində 

nəzərdə  tutulduqda  həyata  keçririlir.  Auditor  mühasibat  (maliyyə)  hesabatının 

auditini  apararkən  xüsusilə  “Mühasibat  uçotu  haqqında”    Azərbaycan 

Respublikasının  Qanununun  mühasibat  uçotunun  təşkili  məsələlərinə  dair 

tələblərin  yerinə  yetrilməsinə  xüsusi  diqqət  verməlidir.  Tələblərə  diqqətin 

yetirilməməsi  müəssisənin  mühasibat  uçotu  və  siyasətində  auditin  təşkili 

problemlərinə  gətirib  çıxarır.  Bu  problemlərin  yaranma  səbəblərini  aşağıda 

göstərək: 

1.  Müəssisə  əmlakının,  öhdəliklərinin  və  bütün  əməliyyatlarının  mühasibat 

uçotunu  və  Qanun  əsasında  işlənib  hazırlanmış  mühasibat  uçotu  standartlarına 

uyğun  olmadan  apardıqda,  mühasib  uçotunun  hesab  planına  və  başqa  normativ 

sənədlərə uyğun mühasibat uçotu hesablarında qarşılıqlı əlaqədə ikili yazılış üsulu 

ilə aparılmadıqda 

2.  Mühasibat  uçotunun  aparılmasında  hesabat  dövrü  ərzində  ayrı-ayrı 

təsərrüfat əməliyyatlarını uçotunda düzgün əks etdirmədikdə, əmlakın qiymətləndi-

rilməsi zamanı təsərrüfatçılıq şəraitindən asılı olaraq qəbul edilmiş uçot siyasətinə 

və  Qanuna  uyğun  hazırlanmış  mühasibat  uçotu  slandartları  və  uçota  dair  başqa 

normativ sənədlərin tələblərinə əməl olunmadıqda, keçən dövr ilə müqayisədə uçot 

siyasətindəki dəyişikliklər mühasibat hesabatında izah edilmədikdə. 

3.  Hesabat  dövründəki  (ay,rüb,  il)  mövcud  əmlakın,  öhdəliklərin,  kapitalın, 

hesablaşmaların  və  digər  sərfətlərin  invertarizasiyanın  nəticələri  uçotda  tam  və 

düzgün  əks  etdirilmədikdə.  Bütün  təsərrüfat  əməliyyatlarının  ardıcıl  olaraq   uçot 

registirlərində düzgün, xronoloji qeydiyyatı təmin edilmədikdə. 

4. Gəlir və xərclər hesabat dövrünə düzgün aid edilmədikdə. Uçotda cari xərc-

lərin  isıehsala  (tədavül  xərclərinə)  və  kapital  qoyluşlarına  ayrılması  dürüst  mü-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə