Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix17.09.2018
ölçüsü0,5 Mb.
#69036
1   2   3   4   5   6   7   8   9   ...   23

 

 



G R Ş 

Mövzunun aktuallığı. Cəmiyyətin iqtisadi transformasiyası şəraitində yeni 

istehsal  münasibətlərinin  yaranması,  material,  əmək  və  maliyyə  resurslarının 

səfərbər edilməsi ilə yanaşı onlardan səmərəli istifadə olunması da vacib məsələlər 

kimi ön plana keçir. Bu problemin həllində uçot, nəzarət və təsərrüfat fəaliyyətinin 

təhlilinin  müstəsna  əhəmiyyət  kəsb  etməsi  şübhəsizdir.  Eyni  zamanda 

formalaşmaqda  olan  yeni  iqtisadi  münasibətləri  ifadə  edən  kateqoriyalar  yaranır. 

Bu cür kateqoriyalardan biri də auditdir.  

Azərbaycan  Respublikasının  iqtisadiyyatı  inkişaf  etdikcə  və  onun  dünya 

təsərrüfat  sisteminə  inteqrasiyası  gücləndikcə  iqtisadi-maliyyə  münasibətlərində 

səffaflığın  təmin  olunmasında,  iqtisadi  cinayətkarlığa  və  əsassız  israfçılığa  qarşı 

mübarizədə  auditin  imkanlarından  daha  geniş  istifadə  etmək  zərurəti  yaranır. 

Müasir  audit  səmərəli  maliyyə  nəzarəti  olmaqla  yanası,  həm  də  sahibkarlıq 

subyektlərinin  maliyyə  sisteminin sabitliyinin  möhkəmlənməsində,  onların  biznes 

inkişaf  planlarının  hazırlanmasında,  yerli,  regional  və  dünya  bazarlarının 

tədqiqində  də  xüsusi  əhəmiyyət  kəsb  edir.  Sahibkarlıq  subyektlərinin  səmərəli 

idarə olunmasının təşkilinə, onun fəalliyyətinin tənzimlənməsinə müsbət baxımdan 

təsir  edən  audit  sistemi  həmçinin  bu  subyektlərin  maliyyə  fəaliyyətinin  mövcud 

vəziyyətini  və  inkişaf  perspektivlərini  qiymətləndirərək,  bu  istiqamətdə  öz  rəyini 

bildirir. 

Təsərrüfat subyektlərində gündəlik nəzarətin lazımı səviyyədə təşkil olunması 

üçün  yüksək  peşəkarlığa  malik  olan,  müəssisənin  təşkilati-iqtisadi  quruluşunu 

dərindən  bilən,  yoxlama  texnikası  ilə  ətraflı  tanış  olan  mövcud  qanunvericilik 

barədə  müfəssəl  məlumatı  olan  xüsusi  nəzarət  xidmətinin  -  daxili  auditin  olması 

vacibdir.  Beynəlxalq  təcrübədən  məlumdur  ki,  yüksək  səviyyədə  inkişaf  etmiş 

bazar  iqtisadiyyatı  ölkələrində  şəxsi  mülkiyyətin  əsas  mülkiyyət  forması  olduğu 

yerdə daxili audit sistemi geniş tətbiq olunur. 

Bazar münasibətləri şəraitində müəssisələrin idarə olunmasında daxili audit 

nəzarətin  ayrılmaz  və  mühüm  elementidir.  Daxili  auditə  tələbat  onunla  əlaqədar 

yaranır ki, sahibkarlar  müəssisənin və aşağı idarəetmə strukturlarının fəaliyyətinə 



 

 



gündəlik  nəzarətlə  məşğul  ola  bilmirlər.  Daxili  audit  bu  fəaliyyət  barədə 

informasiya verir və menecerlərin hesabatlarının düzgünlüyünü təsdiqləyir. Daxili 

audit  başlıca  olaraq  risklərin  idarə  olunması  və  müəssisənin  maliyyə  vəziyyəti 

barədə çevik informasiya əldə etmək baxımından əlverişlidir. 

Maliyyə  nəzarətinin  xüsusi  növü  kimi  audit  -  dövlətin  maliyyə-iqtisadi 

siyasətinin  uğurla  həyata  keçirilməsi  və  maliyyə  sabitliyinin  bərqərar  edilməsi 

üçün  zəmin  yaratmaqla,  qanunçuluğa  riayət  edilməsinin  təmin  olunmasına, 

mülkiyyətin  qorunub  saxlanılmasına,  maliyyə  vəsaitlərindən  düzgün,  səmərəli  və 

qənaətlə istifadə olunmasına xidmət edir, büdcə və maliyyə intizamının ən müxtəlif 

pozuntularını  askara  çıxarmağa  yardım  göstərir,  qanunsuz  xərclənmiş  vəsaitləri 

aşkar etməyə və onların bərpasına imkan yaradır. 

Müəssisənin  sahibkarı,  səhmdarları  bunda  maraqlıdırlar  ki,  sərf  etdikləri 

kapitalın  artımı  müqabilində  yüksək  mənfəətin  əldə  edilməsi  və  nəticə  etibarilə 

dividendlərin daim artması təmin olunsun. Müasir şəraitdə material-pul vəsaitlərin 

təyinatına  uyğun  sərf  olunması,  dövlət  qarşısında  vergi  və  digər  ödənişlərin 

təminatı,  satıcı  təşkilatlara  olan  borclarının  ödənilməsi,  mühasibat  uçotunun 

aparılmasının düzgün təşkili üzərində gündəlik nəzarətin olması böyük əhəmiyyət 

kəsb edir.  

Ümumiyyətlə, daxili audit müəssisənin maliyyə ehtiyyatlanın istifadəyə 

yönəldilməsinin  məqsədli  təyinatını,  rasionallığını,  tamlığını  və  vaxta 

müvafiqliyini  müəyyənləşdirərək,  maliyyə  resurslarının  formalaşdırılmasında  və 

xərclənməsində 

ehtiyat 

mənbələrini 

üzə 

çıxararaq, 



maliyyə-təsərrüfat 

əməliyyatlarında  və  onların  hesabatda  əks  olunmasında  qanunçuluqdan  və 

səmərəlilikdən  kənarlaşmaları  aşkarlayaraq,  dövlət  büdcəsi  ilə  və  büdcədənkənar 

fondlarla  hesablaşmaların  düzgünlüyünü  müəyyənləşdirərək,  idarəetmənin 

səmərəliyinin yüksəldilməsinin təsirli vasitəsi kimi çıxış edir. 

Artıq  daxili  auditin  zəruriliyi  nəzərə  alınaraq,  ölkəmizin  müxtəlif  fəaliyyət 

növlü  müəssisə  və  təskilatlarında  daxili  audit  bölmələrinin  yaradılmasına 

başlanmışdır.  Lakin  bu  yeni,  perspektivli  işin  qurulmasında  bir  sıra  nöqsan  və 

çatışmazlıqlara yol verilir, daxili auditorların lazımi biliklərə və pesə vərdişlərinə 



 

 



yiyələnməsinə,  daxili  auditin  aparılmasına  dair  standartların  və  etik  normaların 

işlənib  hazırlanmasına  yardım  edən  metodik  normativ  aktlar,  tədris-praktik 

səciyyəli kitablar və metodik vəsaitlər çatışmır. 

Daxili auditor pesəsinin mahiyyəti haqqında dəqiq anlayışın olmaması, daxili 

auditin  səhvən  istehsalat-maliyyə  fəaliyyətinin  təftişi  kimi  təsəvvür  edilməsi 

ölkədə daxili auditi beynəlxalq standartlar səviyyəsində qurmağa imkan vermir.  

Bütün bunlarla əlaqədar müasir dövrdə təsərrüfat subyektlərində daxili auditin 

nəzəri  əsaslarının  tədqiqi,  onun  təşkili  və  aparılması  üzrə  metodiki  təkliflərin  və 

tövsiyyələrin hazırlanması çox aktualdır. 

Tədqiqatın  məqsədi  və  vəzifələri:  Dissertasiyanın  əsas  məqsədini  daxili 

audit və onun inkisaf perspektivləri, müəssisələrdə daxili auditin tətbiqi və onun 

təkmilləşdirilməsi  və  müəssisələrdə  audit  tədqiqatlarının  təkmilləsdirilməsi 

istiqamətləri təşkil edir. 

Bu məqsədə uyğun olaraq tədqiqat işində aşağıdakı vəzifələrin həlli qarşıya 

qoyulmuşdur: 

-  maliyyə  nəzarəti  sistemində  və  müəssisələrin  idarəetmə  sistemində  daxili 

audit xidmətinin yeri və rolunu açıqlamaq; 

-  daxili  auditin  mahiyyətini  tədqiq  etmək  və  onun  əsas  məqsədlərini, 

vəzifələrini və funksiyalarını əsaslandırmaq; 

-  müəssisələrdə  daxili  auditin  təşkilinin  mahiyyəti,  təyinatı  və  formalarını 

tədqiq etmək; 

-  iqtisadi  subyektin  maraqlarına  uyğun  daxili  audit  xidmətinin  nəzarət 

obyektini müəyyənləşdirmək və vəzifələri formalaşdırmaq; 

-  daxili  auditin  təməl  prinsipləri  və  normativ  hüquqi  bazasını 

müəyyənləşdirmək; 

müəssisənin 



resurslarının 

qiymətləndirilməsində 

daxili 

audit 


proseduralarından istifadə və  

-    auditdə maliyyə təhlilinin rolu və mahiyyətini müəyyənləşdirmək; 



Tədqiqatın predmetini təsərrüfat subyektinin daxili nəzarət sistemi və daxili 

auditin fəaliyyətinin əsas istiqamətləri təşkil edir. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə