Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix17.09.2018
ölçüsü0,5 Mb.
#69036
1   2   3   4   5   6   7   8   9   ...   23

 

 



Tədqiqat  obyekti  kimi  təsərrüfat  subyektlərinin  daxili  nəzarət  sisteminin 

fəaliyyəti  və  idarəetmə  sistemində  daxili  audit  xidmətinin  yeri  və  rolu  əsas 

götürülmüşdür. 

Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət Statistika 

Komitəsinin  hesabatları,  Azərbaycan  Respublikası  Auditorlar  Palatasının,  Daxili 

Auditorlar  institutunun  “Audit-Azərbaycan”  bölməsinin  materialları,  bir  çox 

nazirlik, müəssisə və təşkilatların hesabatları, bülletenləri və s. təşkil edir. 



Tədqiqatın nəzəri-metodoloji əsasları. Tədqiqat işinin yerinə yetirilməsinin 

nəzəri-metodoloji  əsasları  kimi  iqtisad  və  audit  üzrə  elmi-praktik  sahədə  geniş 

yayılmış üsul və yanaşmalar, beynəlxalq təcrübənin nəticələri, xarici və yerli alim, 

mütəxəssislərin  nəzəri  və  təcrübi  araşdırmaları,  həmçinin  bu  istiqamətdə 

qanunvericilik və normativ hüquqi baza istifadə olunmuşdur. 

Tədqiqatın elmi yeniliyi müasir daxili nəzarət forması olan daxili auditin 

təşkili  və  aparılması  ilə  bağlı  praktiki  məsələlərin  qoyuluşu,  nəzəri  cəhətdən 

əsaslandırılması  və  həll  edilməsindən  ibarətdir.  Tədqiqat  prosesində  elmi  yenilik 

sayıla biləcək aşağıdakı nəticələr əldə edilmişdir: 

- daxili auditin mahiyyəti, məzmunu dəqiqləşdirilmiş və onun məqsədi 

müəyyən olunmuşdur; 

- təsərrüfat subyektlərdə daxili audit xidmətinin yaradılması prosesi sərh 

edilmişdir; 

- daxili auditin aparılması metodikası təklif edilmiş və tətbiqi mexanizmi 

müəyyənləşdirilmişdir; 

- daxili auditin təsərrüfat subyektlərinin daxili nəzarət sistemindəki yeri 

müəyyən edilərək, onun keyfiyyətinin qiymətləndirilməsi sistemi araşıdırılmışdır; 

-  daxili  audit  üzrə  planların  hazırlanması  və  bu  prosesdə  riskin 

qiymətləndirilməsinin əsasları müəyyən edilmişdir; 

- daxili auditorların funksiya və vəzifələri müəyyənləşdirilmişdir; 

Tədqiqat  işinin  praktik  əhəmiyyəti.  əsas  müddəalar  və  tövsiyələr  daxili 

audit xidmətinin düzgün və səmərəli təşkil edilməsinə, daxili audit kadrlarının elmi 




 

 



və  praktik  biliklərini  zənginləşdirməyə,  daxili  audit  standartlarına  tam  riayət 

etməyə istiqamətlənmişdir. 

ş

in həcmi və strukturu. Ümumi həcmi 73  səhifə olan dissertasiya işi giriş, 

üç  fəsil,  nəticə,  ədəbiyyat  siyahısından  ibarətdir.  istifadə  edilmiş    ədəbiyyat 

göstərilmişdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

1.1

 Müəssisənin fəaliyyətində auditin rolu və vəzifələri 

Müəssisə  və  təşkilatın  uğurla  fəaliyyət  gösətrməsi,  rentabellik  səviyyəsinin 

yüksəldilməsi,  aktivlərin  qorunub  saxlanılması  və  artırılması  üçün  qurulmuş 

idarəetmə mexanizmi lazımdır ki, onun da acib ünsürü qismində daxili audit çıxış 

edir. 

Geniş mənada daxili audit-qəbul edilmiş idarəetmə qərarlarının əsaslılığını və 



səmərəliliyini  qiymətləndirmək,  kənarlaşmaları  və  əlverişli  olmayan  vəziyyətləri 

aşkara çıxarmaq, müəssisə və təşkilatın fəaliyyətində risklərin aradan qaldırılması, 

azaldılması  və  idarə  olunması  üzrə  qərarların  qəbul  edilməsi  üçün  rəhbərliyi 

vaxtında  məlumatlandırmaq  məqsədilə  müəssisə  və  təşkilatın  işinin  müntəzəm 

müşahidəsi və yoxlanılması sistemidir. Başqa sözlə desək, daxili audit elə bir əks-

əlaqə formasıdır mi, müəssisə və təşkilatın idarəetmə oraqanı idarə edilən obyektin 

həqiqi  vəziyyəti  və  idarəetmə  qərarlarının  həyata  keçirilməsi  barədə  lazımi 



 

 



məlumatları  onun  vasitəsilə  əldə  edir.  Bu  mənada  daxili  auditi  əmlakın 

mühafizəsinin,  mühasibat  yazılışlarının  düzgünlüyünün  və  etibarlılığının, 

əməliyyatların  razılaşdırılmış  qaydada  və  səmərəli  həyata  keçirilməsinin,  qəbul 

edilmiş  qərarların  rəhbərliyin  siyasətinəuyğunluğunun  təmin  edilməsi  məqsədilə 

rəhbərlik  tərəfindən  müəyyən  edilmi  təhlükəsizlik  tədbirlərinin  kompleksi  kimi 

qiymətləndirmək olar. 

Eyni  zamanda,  daxili  audit  tədricən  yalnız  nəzarət  funksiyalarını  yerinə 

yetirməkdən  əl  çəkib  getdikcə  daha  çox  dərəcədə  müəssisə  və  təşkilatın  işinin 

səmərəliliyini qiymətləndirmək üzrə qərarların qəbul edilməsi üçün informasiyanın 

əldə  edilməsinə  istiqamətlənir.  Başqa  sözlə,  daxili  audit  müasir  anlamda  nəzarət 

xarakterli 

vəzifələrdən 

əlavə,  iqtisadi  təhlil,  maliyyə  strategiyasının 

müəyyənləşdirilməsi, idarəetmə üzrə məsləhətlərin verilməsi məsələlərini də əhatə 

edir.  Yəni  daxili  audit  maliyyə-mühasibat  hesabatlarının  təhlili  və  müəssisənin 

idarə  olunması  üçün  qərarlar  qəbul  etmək  məqsədilə  rəhbərliyə  informasiyanın 

təqdim  olunması,  təsərrüfat  əməliyyatlarına  dair  uçotun  düzgün  aparılmasının  və 

hesabatların  düzgün  tərtib  olunmasının  yoxlanılması,  kənar  auditorlarla  səmərəli 

qarşılıqlı  fəaliyyət,  vergi  və  maliyyə  məsələləri  üzrə  tövsiyyələrin  verilməsi  və 

digər  məsələləri  əhatə  edir.  Heç  də  təsadüfi  deyildir  ki,  “daxili  audit  haqqında” 

Azərbaycan Respublikası Qanununun 4-cü  maddəsində daxili auditin vəzifələrinə 

aşağıdakılar aid edilmişdir: 

-

 Təsərrüfat  subyektində  müntəzəm  və  səmərəli  fəaliyyətin  təmin  edilməsi, 



məqsədlərə  nail  olmaq  üçün  risklərin  idarə  edilməsi,  istənilən  dəyişikliyə  qısa 

müddət  ərzində  münasibət  bildirilməsi  məqsədilə  yaradılan  daxili  nəzarət 

sisteminin səmərəliliyini və adekvatlığını müəyyən etmək 

-

 Mühasibat  uçotu  və  maliyyə  hesabatlarının  düzgünlüyünü  və  etibarlığını 



yoxlamaq 

-

 Təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək 



-

 Təsərrüfat  subyektinin,  ona  tabe  olan  müəssisə  və  təşkilaların  struktur 

bölmələrinin  fəaliyyətinin  normativ  hüquqi  aktlara  və  təsdiq  edilmiş  fəaliyyət 

planına uyğunluğunu yoxlamaq 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə