Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix17.09.2018
ölçüsü0,5 Mb.
#69036
1   2   3   4   5   6   7   8   9   ...   23

 

 



-

 Ehtiyatlardan istifadənin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət 

planına uyğunluğunu yoxlamaq 

-

 Ehtiyatlardan  istifadənin  səmərəliliyi,  düzgünlüyü,  onlardan  istifadəyə 



nəzarəti və zərərdən mühafizə olunmanın yetərliliyini qiymətləndirmək 

Göründüyü kimi, daxili audit müəssisə və təşkilatda şəffaf informasiya mühiti 

yaratmaqla, onun fəaliyyətinin daha dərindən və əsaslı təhlilinə, beləliklə də daha 

səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır. 

Daxili auditə belə bir tərif vermək  olar: daxili audit- bu, iqtisadi subyektdə, 

daxili nəzarət sisteminin ayrı-ayrı tərkib hissələrinin fəaliyyətinin etibarlılığını və 

səmərliliyini  müəyyən  etmək  məqsədilə  bu  subyektin  işinin  yoxlanılması  və 

qiymətləndirilməsi üzrə onun idarəetmə orqanlarının mənafeyi naminə təşkil edilən 

və  daxili  sənədlərlə  tənzimlənən  fəaliyyətidir.  Daxili  nəzarət  sisteminin  tərkib 

hissələri  dedikdə.adətən,  təsərrüfat  fəaliyyətinin  nizamlı  və  səmərəli  aparılması 

üçün  iqtisadi  subyektin  rəhbərliyi  tərəfindən  tətbiq  edilən  təşkilati  tədbirlər, 

metodika və proseduralar başa düşülür. 

Daxili auditə artmaqda olan maraq bir sıra amillərlə şərtlənir. əvvəla, bu elə 

əvəzsiz  resurslardandır  ki,  ondan  düzgün  istifadə  olunması  təsərrüfat  subyektinin 

fəaliyyətinn  səmərəliliyini  yüksəldə  bilər.  Ikincisi,  təsərrüfat  subyektində 

vəsilələrindən  biri  daxili  auditin  olduğu  mükəmməl  korporativ  idarəetmənin 

mövcudluğu  müəssisə  və  təşkilatın  investisiya  cəlbediciliyini  artırır.  Üçüncüsü, 

daxili  audit  təsərrüfat  subyektinin  mülkiyyətçilərinə  imkan  verir  ki,  müəssisə  və 

təşkilatda işlərin vəziyyəti barədə obyektiv informasiya əldə etmək imkanına malik 

olsunlar. Digər tərəfdən, müəssisə və təşkilatda daxili auditin yaradılması zərurəti 

həm  də  ondan  irəli  gəlir  ki,  ərazicə  və  ya  təşkilati  baxımından  bir-birindən  ayrı 

fəaliyyət  göstərən  icraçılara  nəzarət  etmək  üçün,  istisnasız  olaraq,  nəzarət 

funksiyalarının həvalə edildiyi xüsusi vəsilə tələb olunur.  

Daxili  auditin  mahiyyətini  başa  düşmək  üçün  onun  məqsəd  və  vəzifələrinin 

müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir.  

Daxili  auditin  məqsədi  öz  funskiyalarını  daha  səmərəli  yerinə  yetirməkdə 

müəssisə və təşkilatın üzvlərinə kömək etmək, onun işində zəif olan həlqələri üzə 



 

10 


 

çıxarmaqdır.  Daxili  auditorlar  təmsil  etdikləri  müəssisə  və  təşkilatda  apardıqları 

yoxlamaların  nəticəsi  olan  təhlil  məlumatları,  qiymətləndirmələr,  tövsiyələr  və 

digər zəruri məlumatlarla bu məqsədə xidmət edirlər. 

Iqtisadi subyektin rəhbərliyi və mülkiyyətçiləri üçün daxili audit informasiya 

və tövsiyə-məsləhət əhəmiyyəti kəsb edir, çünki o, iqtisadi subyektin fəaliyyətinin 

optimallaşdırılmasına,  onun  menecmenti  və  rəhbərliyinin  öz  vəzifələrini  yerinə 

yetirməsinə  kömək  etməlidir.    Daxili  audit  bu  fəaliyyət  barədə  məlumat  verir  və 

menecerlərin hesabatının düzgünlüyünü və etibarlılığını təsdiq edir. Daxili auditin 

məlumatlarından  istifadə  edərək,  rəhbərli  operativ  surətdə  və  vaxtlı  vaxtında 

müəssisə və təşkilatın daxilində zəruri dəyişikliklər həyata keçirə bilər. 

Aşağıdakı  sadalananlar  daxili  audit  sisteminin  məqsədlərinin  tam  siyahısı 

hesab oluna bilər: (V.T.Novruzov Daxili audit 12-ci səh) 

1.

 



Müəssisə və təşkilatın fəaliyyətinin qəbul edilmiş fəaliyyət xəttinə və 

strategiyasına uyğunluğu 

2.

 

Maliyyə-iqtisadi,  bazar  və  hüquq  nöqteyi  nəzərindən  müəssisə  və 



təşkilatın dayanıqlılığı 

3.

 



Cari maliyyə-təsərrüfat fəaliyyətinin nizamlılığı və səmərəliliyi 

4.

 



Müəssisə  və  təşkilatın  əmlakının  (dövriyyədənkənar  aktivlərin  və 

dövriyyə  vəsaitlərinin),  o  cümlədən  idarəetmədə  istifadə  edilməsi  üçün 

sistemləşdirilmiş və ümumiləşdirilmiş məlumatların qorunub saxlanması 

5.

 



Uğurlu  rəhbərlik  və  səmərəli  idarəetmə  qərarlarının  qəbul  edilməsi 

üçün ilkin sənədlərin tamlığının və dəqiqliyinin, ilkin informasiyanın keyfiyyətinin 

lazımi səviyyəsinin təmin edilməsi 

6.

 



Mühasibat  uçotu  sisteminin  mövcudluq,  tamlıq,  riyazi  dəqiqlik, 

hesablar  üzrə  yazılışlar,  formal  həll,  məlumatların  hesabatda  təqdim  edilməsi  və 

açıqlanması kimi səmərəlilik göstəricilərinə nail olunması 

7.

 



əmək  məhsuldarlığının  artırılması,  istehsal  və  dövriyyə  xərclərinin 

aşağı salınması, fəaliyyətin maliyyə-iqtisadi nəticələrinin yaxşılaşdırılması 

8.

 

resursların  bütün  növlərindən  rasionallıqla  və  qənaətlə  istifadə 



olunması 


 

11 


 

9.

 



müdriyyət  tərəfindən  müəyyən  edilmiş  tələblərə,  qayda  və 

prosedurlara-struktur bölmələri barədə əsasnamələrə, vəzifə təlimatlarına, davranış 

qaydalarına,  sənədləşdirmə  və  sənəd  dövriyyəsi  planlarına,  əməyin  təşkili 

planlarına,  uçot  siyasəti  barədə  əmrə,  digər  əmr  və  sərəncamlara  müəssisə  və 

təşkilatın vəzifəli şəxsləri və digər işçiləri tərəfindən riayət edilməsi. 

10.


 

Qanunların  və  digər  hüquqi-normativ  aktların  tələblərinə  riayət 

edilməsi 

Daxili audit müəssisə və təşkilatda ən rəngarəng uzlaşdırmada daxili nəzarət 

sisteminin  ayrı-ayrı  tərkib  hissələrinə  tətbiq  oluna  bilər.  Onun  həll  etməli  olduğu 

vəzifələrin  dairəsi  hər  bir  müəssisə  və  təşkilatın  ölçüsündən  və  fəaliyyətinin 

xüsusiyyətlərindən  aslıdır.  Ona görə də konkret təsərrüfat subyekti sərbəst olaraq 

daxili  audit  xidəmətlərinin  vəzifələrini  formalaşdırır  bu  xidmətin  əməkdaşlarının 

səlahiyyət və məhsuliyyət sahələrini tənzimləyir.  

Daxili audtin başlıca vəzifəsi idarəetmənin bütün səviyyələrində müəssisə və 

təşkilatın təsərrüfat fəaliyyətinin bütün növlərinin işinin səmərəliliyini təmin etmək 

habelə  müəssisə  və  təşkilatın  onun  mülkiyyətçilərinin  qanuni  əmlak  maraqlarını 

müdafiə etməkdir. 

Daxili audit aşağıdakı vəzifələri həll edir: 

-

 Aktivlərin vəziyyətinə nəzarət və zərərlərə yol verilməsi 



-

 Sistemdaxili nəzarət prosedurlarının yerinə yetirilməsinin təsdiqlənməsi 

-

 Daxili  nəzarət  sisteminin  fəaliyyətinin  səmərəliliyinin  təhlili  və 



informasiyanın işlənməsi 

-

 Idarə olunan informasiya sistemindən alınmış informasiyanın keyfiyyətinin 



qiymətləndirilməsi 

Daxili  auditin  vəzifələrini  həm  də  təsərrüfat  subyektinin  fəaliyyətinin 

fasiləsizliyi  prinsipinə  riayət  olunmasının  qiymətləndirilməsi  baxımından 

təsnifləşdirmək olar. Bu vəzifənin yerinə yetirilməsi prosesində daxili auditorlar 

-

 Müəssisə  və  təşkilatın  maliyyə-təsərrüfat  fəaliyyətinin  maliyyə-iqtisadi 



təhlilini aparırlar 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə