Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix17.09.2018
ölçüsü0,5 Mb.
#69036
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

 

24 


 

Auditоr  Azərbaycan  Rеspublikasının  “Auditоr  хidməti  haqqında”  Qanunun, 

habеlə  Auditоrlar  Palatasının  qəbul  еtdiyi  standartların  və  təlimatların  tələblərini 

yеrinə yеtirməklə pеşəkar хidmətlər göstərməlidir.  

Оnu  da  nəzərə  almaq  lazımdır  ki,  auditоr  pеşə  хaraktеrli  хidmətlərin 

göstərilməsi  ilə  bir  araya  çsığmayan  və  оnun  düzgünlüyünə,  оbyеktivliyinə, 

müstəqilliyinə  və  ya  auditоr  pеşəsinin  adına  хələl  gətirə  bilən  hər  hansı  başqa 

fəaliyyət növü ilə məşğul оla bilməz. 

“Peşə  təcrübəsinin  konseptual  əsasları”nın  tərkib  hissəsi  olan  standartların 

məqsədi aşağıdakılardır. 

-

  Daxili audit təcrübəsinin əsas prinsiplərini müəyyənləşdirmək  



-

  Daxili  audit  sahəsində  xidmətlərin  geniş  spektrinin  əsasını  təşkil  edən 

konseptual bazanı müəyyən etmək 

-

  Daxili audit fəaliyyətinin qiymətləndirilməsi üçün əsaslar yaratmaq 



-

  Müəssisə və təşkilatın daxilində sistem və proseslərin təkmilləşdirilməsinə 

yardım etmək 

Daxili  Auditin  Peşə  Təcrübəsi  üzrə  Beynəlxalq  Standartlar  üç  hissədən-

Keyfiyyət  xarakteristikası  standartları,  Fəaliyyət  satndartları  və  tətbiq 

standartlarından ibarətdir.  



Keyfiyyət  xarakteristikası  standartlarında  müəssisə  və  təşkilatların, 

həmçinin  daxili  auditlə  məşğul  olan  tərəflərin  səciyyəvi  xüsusiyyətləri  nəzərdən 

keçirilir. 

Burada 


daxili 

audit 


fəaliyyətinin 

məqsədi, 

vəzifə 

və 


səlahiyyətlərimüstəqillik və obyektivliyi, daxili auditorların səriştəliliyi və peşəkar 

yanaşması, ixtisasartırması, daxili və kənar qiymətləndirmələr və s.məsələlər əksini 

tapmışdır.  Bu  standartlar  daxili  audit  fəaliyyətinin  müstəqil  və  obyektiv  icra 

olunmasını,  hesabatın  rəhbərliyə  təqdim  edilməsi  zamanı  üçüncü  şəxsin 

müdaxiləsinə  yol  verilməməsini,  həmçinin,  daxili  auditorların  öz  işlərində 

təmənnasız  və  qərəzsiz  olmalarını,  maraqların  toqquşmasına  yol  verilməməsini 

şərtləndirir. 



 

25 


 

Standartlar  müəssisə  və  təşkilatın,  onun  daxili  audit  bölməsinin,  bölmə 

rəhbərinin  və  daxili  auditorların  funskional  vəzifələrini  müəyənləşdirir  və 

aşağıdakıları əhatə edir: 

-

  Daxili audit bölməsinin yoxlanılan fəaliyyət sahələrindən aslı olmaması və 



daxili auditorların obyektivliyi 

-

  Daxili auditorların göstərməli olduqları peşəkarlıq və peşəkar diqqət 



-

  Daxili auditin işinin həcmi 

-

  Daxili audit tapşırıqlarının yerinə yetirilməsi 



-

  Daxili audit bölməsinin rəhbərliyi 

Daxili  auditin  səmərəli  təşkilinin  digər  bir  şərti  daxili  auditorların  öz 

vəzifələrini  yerinə  yetirə  bilməsi  üçün  zəruri  olan  bilik  və  vərdişlərə  malik 

olmasıdır.  Belə  ki,  daxili  auditor  fırıldaqçılıq  əlamətlərini  müəyyənləşdirmək  və 

verilən  tapşırıqları  səmərəli  şəkildə  yerinə  yetirmək  üçün  informasiya 

texnologiyaları  sahəsində  risklər  və  nəzarət  metodları,  həmçinin,  informasiya 

texnologiyalarından  istifadəyə  əsaslanan  mövcud  audit  üsulları  barədə  kifayət 

qədər  biliyə  malik  olmalıdır.  Bununla  yanaşı,  daxili  auditor  işə  peşəkarcasına 

yanaşmaqla, zəruri ehtiyatlılığı və səriştəliliyi gözləməlidir.  

Daxili  auditorların  peşəkar  inkişafına  gəldikdə  isə  onlar  öz  bilik  və 

vərdişlərini  fasiləsiz  ixtisasartırma  prosesində  təkmilləşdirməlidirlər.  Belə  ki, 

iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  daxili  auditor,  bir  qayda  olaraq,  işlədiyi 

müəssisə  və  təşkilatda  böyük  təcrübəyə  ,  ən  azı,  “diplomlu  ictimai  mühasib” 

sertifikatına  malik  olmalıdır.  Bildiyimiz  kimi,  bütün  dünyada  mühasibat  uçotu  iş 

adamlarının işgüzar dili hesab olunur. Ona görə də bu gün əsaslı mühasibat uçotu 

təhsilinə daha çox üstünlük verilir. 

Daxili  auditin  təşkili  zamanı  onun  bütün  aspektlərini  əhatə  edən  keyfiyyətə 

təminat  və  onun  yüksəldilməsi  proqramının  hazırlanması  böyük  əhəmiyyət  kəsb 

edir.  Bu  proqram  daxili  auditin  keyfiyyətinin  vaxtaşırı  daxili  və  kənar 

qiymətləndirilməsi  və  cari  daxili  monitorinq  prossesini  əhatə  edir.  Daxili 

qiymətləndirmələr  daxili  audit  fəaliyyətinin  müəssisə  əməkdaşları  tərəfindən 




 

26 


 

həyata  keçirilən  cari  və  vaxtaşırı  təhlilini  əhatə  edirsə,  kənar  qiymətləndirmələr 

müəssisənin əməkdaşı olmayan müstəqil anlitiklərin təhlili hesab olunur. 

Daxili  Auditin  Peşə  Təcrübəsi  üzrə  Beynəlxalq  Standartların  Fəaliyyə



standartlarında  isə  daxili  auditin  mahiyyəti  təsvir  olunur  və  daxili  audit 

fəaliyyətinin  qiymətləndirilməsinin  keyfiyyət  meyarları  verilir.  Burada  daxili 

auditin  planlaşdırılması,  rəhbərliyə  hesabatın  təqdim  edilməsi,  risklərin  idarə 

edilməsi, nəzarət, korporativ idarəetmə, auditor tapşırığının planlaşdırılması, icras 

və  icrasına  nəzarət  nəticələrə  dair  hesabatın  verilməsi  və  s  məsələlər  əksini 

tapmışdır.  

Bir  qayda  olaraq,  daxili  audit  bölməsinin  müvafiq  səlahiyyət  və  vəzifələri 

müəyyən  edildikdən  və  strateji  planın  hazırlanmasından  sonra  növbəti  mərhələ 

auditin  ilkin  planının  tərtib  edilmisidir.  Belə  ki,  bu  plan  ildə  ən  azı  bir  dəfə 

keçirilən  risklərin  qiymətləndirilməsinə  əsaslanmaqla  tərtib  edilməlidir.    Auditin 

aparılmasına dair fəaliyət sahələrini, habelə hər bir sahə üçün iş həcmini müəyyən 

etmək məqsədilə risklərin qiymətləndirilməsi modelindən və zərərlərin ehtimalının 

təhlili metodlarında istifadə olunur. Daxili Auditin Peşə Təcrübəsi üzrə Beynəlxalq 

Standartlara uyğun olaraq, risklər maliyyə-təsərrüfat fəaliyyətinə dair məlumatların 

dürüstlüyü  və  tamlığı,  təsərrüfat  fəaliyyətinin  səmərəliliyi  və  məhsuldarlığı, 

aktivlərin  qorunub  saxlanması  və  qanunlara,  normativ  aktlara  və  müqavilə 

öhdəliklərinə riayət edilməsinə əsasən qiymətləndirilməlidir. 

Daxili audit fəaliyyəti, həmçinin, müəssisə və təşkilat daxilində müvafiq etik 

standartları və dəyərləri inkişaf etdirmək, fəaliyyətin səmərəli istifadə edilməsi və 

qiymətləndirilməsi  prossesini  təmin  etmək,  müəssisə  və  təşkilatın  müvafiq 

xidmətlərini  risklər  və  nəzarətlə  bağlı  məsələlər  üzrə  məlumatla  səmərəli  şəkildə 

təmin  etmək,  fəaliyyəti  səmərəli  şəkildə  əlaqələndirmək,  daxili  və  kənar 

auditorlarla  rəhbərlik  arasında  məlumat  mübadiləsi  etmək  məqsədilə  korporativ 

idarəetmə prosesinin qiymətləndirilməsini təmin edir. 

Daxili auditorlar hər bir auditor tapşırığı üçün həmin tapşırığın məqsədlərini, 

həcmini,  müddətlərini  və  resursların  bölüşdürülməsini  əks  etdirən  iş  planı  tərtib 

edirlər.  Tapşırığın  planlaşdırılması  zamanı  nəzərə  alınmalı  olan  məqamlar, 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə