Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə12/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

22 

 

     Təcrübədə seçmə tədqiqatı ilə ümumi müşahidənin kombi-nələşdirilməsindən də istifadə edilir. Seçmə 



müşahidə  ilə  ümu-mi  müşahidənin  kombinələşdirilməsi  seçmə  məlumatın  dəqiq-liyini  daha  yaxşı 

yoxlamağa imkan verir.  

    Ümumi  müşahidə  zamanı  ən  mühüm  əlamətlər  üzrə  məlumat  toplanılır.  Ümumi  müşahidənin 

məlumatını tamamlamaq üçün əlavə seçmə müşahidəsi aparilır. Əsas proqram üzrə baş məc-munun bütün 

vahidləri geniş proqram üzrə isə bir hissə tədqiq edilir.  

    Kiçik seçmə. Seçmənin nəticəsinin baş məcmuya  yayılması böyük ədədlər qanununa görə seçilənlərin 

sayını  kifayət  qədər  çox  götürmək  prinsipinə  istinad  edir.  P.Çebışevin  teoremindən  məlumdur  ki, 

seçilənlərin sayı çox olduqda bir o qədər seçmə göstəricilərinin reprezentativliyi yüksək olur.  

    Lakin  bir  sıra  hallarda  böyük  həcmli  seçmə  tədqiqatı  apar-maq  mümkün  və  yaxud  məqsədəuyğun 

olmur. Məsələn, məh-sulların keyfiyyətinin, əmək məhsuldarlığının və digər göstə-riciləri böyük həcmli 

seçmə  müşahidəsi  əsasında  tədqiq  etmək  ya  mumkün  deyil,  ya  da  məqsədəuyğun  hesab  etmək  olmaz. 

Belə hallarda kiçik seçmədən istifadə edilir. Seçmə tədqiqatı ilə əhatə olunan vahidlərin sayı 30-dan çox 

olmayan tədqiqata ki-çik seçmə deyilir. Kiçik seçmədə tədqiq olunan vahidlərin sayı 30 vahiddən az olur. 

    Kiçik  seçmə  nəzəriyyəsini  ilk  dəfə  ingilis  riyaziyyatçı-sta-tistiki  V.Kosset  işləmişdir.  Sonra  onun 

işlərini  ingilis  alim,  sta-tistik  R.  Fişer,  rus  riyaziyyatçılarından  isə  V.Romanovski  və  A.  Kolmoqorov 

davam etdirmişdilər. 

    Riyazi statistikada sübut edilmişdir ki, kiçik seçmədə seç-mənin nəticəsini baş məcmuya yaymaq olar. 

Lakin  kiçik  seç-mədə  seçmə  xətasının  son  həddinin  hesablanmasının  müəyyən  xüsusiyyəti  vardır. 

Məlumdur ki, böyük həcmli seçmə  məc-musunda baş  məcmunu almaq üçün seçmə  dispersiyanı n/(n-1) 

əmsalına  vurmaq  böyük  rola  malik  deyildir.  Lakin  seçmə  məc-muyu  kiçik  olduqda  bu  əmsalı  nəzərə 

almaq  lazımdır.  İngilis  alimi  sübut  etmişdir  ki,  kiçik  seçmə  halında  ehtimalın  bölgü  qanununun  xüsusi 

fəaliyyəti mövcuddur.   



 

V. Statistik fəaliyyət özü ilə ardıcıl və məqsədyönlü işin təcəs-sümü kimi ifadə olunur. Əgər onun ilkin 

addımları  məqsədinin  müəyyənləşdirilməsindən sonra onun  haqqında zəruri  informa-siyanın toplanması 

ilə müşayət edilirsə, bu heç də hələ sərf olunan əməyin başa çatması mənasını daşımamamlıdır. Görü-lən 

sadalanan  işlər  sonrakı  mərhənin  mühüm  bazası  kimi  çıxış  etməklə  yanaşı  qarşıya  qoyulan  məqsədə 

gedən yolu bir mərhə-lədə yaxınlaşdırmalıdır. 

Ayrı-ayrı ölkələrin statistikləri birinci araşdırma mərhələsi-nin başa çatması və ikinci mərhələyə keçid 

haqqında  maraqlı  qiymətləndirmələr  aparmış  və  diqqətəlayiq  düşüncələrini  bil-dirmişlər.  Onlardan  biri 

kimi rus statistiki A.Kaufmanın fikir-ləri qəbul edilə bilər. Bu alimin maraqli ifadəsinə görə “müşa-hidə 

nəticəsində  alınan  məlumatlar  statistika  sahəsində  ev  ti-kərkən  istifadə  ediləcək  kərpic”  kimi  çıxış  edir. 

Onun fikrini davam etdirdikdə  belə  nəticəyə gəlmək olar ki, “əgər birinci mərhələnin həyata keçirilməsi 

statistik  tədqiqatın  aparılmasın-da  bünövrənin  hazırlanmasıdırsa,  onun  başa  çatması  qurulacaq  statistik 

binanın  inşası  üçün  tikinti  materiallarıdır.  Məhs  belə  təyinatlı  materialların  (yəni,  informasiyanın) 

mövcudluğu mü-vafiq qurğunun tikilərək hazır şəkildə istifadəyə verilməsinə şərait yaradacaq.” Deyilən 

obrazlı fikirlər müşahidənin əhəmiy-yətini vurğulamaqla yanaşı, onun ara faza olduğunu və qeyd olunan 

istiqamətdə işlərinin davam etdirilməsinin zəruri olduğu-nu bildirir.                    

    Statistik materialların qruplaşdırılması və yekunlaşdırılma-sında kütləvi müşahidə nəticəsində toplanan 

ilk  məlumatlar  sis-temə  salınır.  Müşahidə  nəticəsində  əlamətin  ayrı-ayrı  vahidlə-rini  xarakterizə  edən 

hadisə  və  prosesləri  dərk  etmək  üçün  la-zım  olan  məlumat toplanır.  Elmi  prinsiplər  əşasında  toplanmış 

məlumatı  dərk  etmək  və  sosial-iqtisadi  hadisələrin  inkişaf  qa-nunauyğunluqlarını  müəyyən  etmək  üçün 

həmin məlumatı ye-kunlaşdırmaq, sistemləşdirmək və nəzəri cəhətdən ümumiləş-dirmək lazımdır. 

    Məlumdur  ki,  əhalinin  siyahıya  alınması  nəticəsində  ölkədə  yaşayan  ayrı-ayrı  şəxslər  haqda  bir  sıra 

əlamətlər üzrə məlumat toplanır. Lakin ölkənin əhalisi haqqında toplanmış bu ilkin mə-lumat işlənməzsə, 

sistemə  salınmazsa  heç  bir  nəticə  çıxarmaq  olmaz.  Bunun  üçün  həmin  məlumatı  sistemləşdirmək  və 

əhali-nin  sayını  bir  sıra  əlamətlər  üzrə  müəyyənləşdirmək,  yəni  ye-kun  məlumat  əldə  etmək  lazımdır. 

Ancaq  belə  məlumat  əsasın-da  ölkə  əhalisi  haqda  aydın  təsəvvür  əldə  etmək  mümkündür.  Beləliklə, 

ictimai  hadisələrin  tipik  xüsusiyyətlərini  və  qanuna-uyğunluqlarını  aşkar  etmək  üçün  ilkin  statistik 

materialların  sistemləşdirilməsi  və  işlənilməsi  statistika  materiallarının  ye-kunlaşdırılması  adlanır. 

Yekunlaşdırmanın  tərkib  elemenlləri  statistik  materialların  müvafiq  əlamətlər  üzrə  qruplara  ayrıl-

masından,  statistika  məcmusunun  bütövlükdə  va  onun  ayrı-ayrı  qruplarını  xarakterizə  edən  göstəricilər 



23 

 

sisteminin  işlənməsin-dən, qrup və ümumi  yekunların hesablanmasından,  yekunlaş-dırmanın  nəticəsinin 



statistika sıralarında, cədvəllərdə və qra-fiklərdə təsvirindən ibarətdir.  

     Statistik  materialların  yekunlaşdırılması  statistik  tədqiqatın  ikinci  mərhələsidir.  Statistika 

yekunlaşdırılmasının  düzgün  təş-kilinə,  onun  elmi  prinsiplər  əsasında  aparılmasına  xüsusi  fikir 

verilməlidir.   

     Statistik  materialların  yekunlaşdırılması,  statistik  tədqiqatın  vəzifələrinə  müvafiq  olaraq,  əvvəlcədən 

tərtib edilmiş proqram əsasında aparılır. Statistika yekunlaşdırılmasının proqramı bir-cinsli qrupları təşkil 

etmək  üçün  qruplaşdırma  əlamətlərinin  müəyyən  edilməsini,  qrupların  sayını,  iş  cədvəlinin  maketini  və 

göstəricilərin  siyahısını  əhatə  edir.  Yekunlaşdırmanın  proqramı  elə  tərtib  edilməlidir  ki,  yekunlaşdırma 

nəticəsində  alınmış  ma-teriallar  öyrənilən  hadisəni  hərtərəfli  xarakterizə  edə  bilsin.  Ye-kunlaşdırmanın 

proqramı  iqtisadiyyatı  idarə  edən  orqanların,  nazirliklərin,  idarələrin  və  yerli  orqanların  tələblərinin 

ödənmə-sini  təmin  edə  biləcək  tərzdə  tərtib  edilməlidir.  Proqramda  ayrı-ayrı  işlərin  hansı  müddətdə 

yerinə  yetirilməsi  və  onların  cəd-vəllərdə,  statistik  məcmuələrdə  və  s.  təsvir  edilməsi  ilə  əla-qədar olan 

tədbirlər verilir. Yekunlaşdırmanı aparmazdan əvvəl müşahidə nəticəsində toplanmış məlumatlar əvvəlcə 

ətraflı yoxlanmalıdır. 

    Göstərilənləri  yekunlaşdırma komponentləri kimi təsnifat şəklində  ifadə  etmək  mümkündür. Nəticədə 

aşağıdakı bölmələr ortaya çıxır: 

 

müşahidədən  sonrakı  mərhələdə  aparılacaq  ümumiləşdir-məni  və  qruplaşdırmanı  əks  etdirəcək 



proqram;  

 



bütövlükdə  məcmunu  və  onun  ayrı-ayrı  qruplarını  özündə  təcəssüm  etdirən  fərdi  göstəricilər    və 

onların sistemi; 

 

qruplar üzrə fərdi yekunların, sonra isə ümumi nəticələrin müəyyən edilməsi; 



 

yekunlaşdrılmış nəticələrin cədvəllər və digər əyani vəsait-lər vasitəsilə ifadə edilməsi və s.   



Sadalananların  mövcudluğu  çoxşaxəli  mexanizmə  malik  olan  ümumiləşdirmə  işinin  həyata 

keçirilməsində  vacib  şərt-lərdir.  Beləliklə,  statistik  müşahidə  nəticəsində  toplanmış  məlu-matın  tam  və 

düzgünlüyü yoxlandıqdan, müvafiq düzəliş edil-dikdən sonra o, qruplaşdırıla, yekunlaşdırıla bilər. 

Yekunlaşdırma tərkib etibarı ilə sadə və qrup olmaqla iki ye-rə ayrılır. Sadə yekunlaşdırma öyrənilən 

hadisələr  arasında  müxtəliflik  olmadıqda  istifadə  edilir.  Qrup  üzrə  yekunlaşdırma  zamanı    məcmu 

vahidləri birnövlü qruplara paylandıqdan sonra ümumiləşdirmə işlərinə start verilir.  

Yekunlaşdırmanın araşdırılmasında digər bölgü əlamətini məlumatın işlənilməsi forması təşkil edir ki, 

bu  zaman  iki  qrup  fərqləndirilir:  1)  mərkəzləşdirilmiş  yekunlaşdırma;  2)  qeyri-mərkəzləşdirilmiş 

yekunlaşdırma.   

 

     VI.Statistik  materialların  yekunlaşdırılmasında  qruplaşdırma  mühüm  yer  tutur.  Sosial-iqtisadi  hadisə 



vahidlərinin  mühüm  əlamətlər  üzrə  bircinsli  qruplara  ayrılmasına  statistikada  qrup-laşdırma  deyilir. 

Qruplaşdırma kütləvi statistik məlumatın iş-lənməsi və təhlilinin elmi asasını təşkil edir.  

     Məlumdur ki, sosial-iqtisadi hadisələr əsasən keyfiyyətcə  müxtəlif olan bir çox vahidlərdən ibarətdir. 

Həmin  vahidləri  müəyyən  əlamətlər  üzrə  bircinsli  qruplara  ayırmadan  sosial-iq-tisadi  hadisələri  dərk 

etmək çətin, bəzi hallarda isə  mümkün deyildir. Məsələn, əhalinin siyahıya alınmasında onun haqqın-da 

bir çox əlamatlər üzrə məlumat toplanır, əhalinin ümumi sa-yını sadəcə olaraq müəyyən etsək, bu əhalini 

hərtərəfli xarak-terizə etmək üçün heç də kifayət etməz. Əhalini hərtərəfli xa-rakterizə etmək üçün onun 

ümumi sayını müəyyən etməklə bə-rabər, cinsi, ictimai qrupları, yaş qrupları, məşğuliyyəti, təhsili, şəhər 

və  kənd  əhalisi  haqda  məlumat  əldə  etmək  lazımdır.  Bü-tün  bunlar  haqqında  məlumat  əhalinin  həmin 

əlamətlər  üzrə  qruplaşdırılması  nəticəsində  əldə  edilir.  XIX  əsrdə  tanınmış  statistik  D.Juravski 

qruplaşdırma  üsuluna  böyük  əhəmiyyət  vermişdir.  O,  qruplaşdırmanın,  yaxud  vahidlərin  kateqoriyalar 

üzrə  hesaba  alınmasını  statistikanın  əsas  vəzifəsi  hesab  edirdi.  E.Yanson  statistikanı  sosial  qruplar 

haqqında elm adlandırırdı.      

     Bazar  münasibətləri  şəraitində  statistika  materiallarının  qruplaşdırılmasının  əhəmiyyəti  daha  da 

artmışdır. Təkcə qrup-laşdırma metodunu tətbiq etmək nəticəsində sosial-iqtisadi ha-disələrin tərkibində, 

quruluşunda baş vermiş və baş verə bilə-cək dəyişilikləri müəyyən etmək mümkündür. 



    Qruplaşdırma  əlamətinin  seçilməsi,  qrup  və  fasilələrin  təş-kili  prinsipləri.  Qruplaşdırma 

nəzəriyyəsinin  çox  mühüm  məsə-lələrindən  biri  qruplaşdırma  əlamətinin  müəyyən  edilməsi  və  onun 

seçilməsidir.  Sosial-iqtisadi  hadisələrin  vahidlərinin  qrup-lara  ayrılmasına  imkan  verən  əlamət 

qruplaşdırma  əlaməti  ad-lanır.  Qruplaşdırma  üçün  götürülən  dəyişən  əlamətə  qruplaş-dırma  əlaməti 




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə