Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə20/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

37 

 

hadisələrin xarakterindən asılı olaraq müt-ləq və nisbi kəmiyyətlərdən istifadə edilməsinə differensial ya-



naşmaq  lazımdır,  yəni,  ayri-ayrı  hadisələr  üzrə  plan-tapşırıq-larının  yerinə  yetirilməsini  ölkə  üçün 

ümumilikdə hesablamaqla bərabər, ayrı-ayrı regionları xarakterizə edən nisbi göstəricilər də hesablanılır. 

Mütləq  və  nisbi  kəmiyyətlərin  düzgün  tətbiq  edilməşinin  mühüm  şərtlərindən  biri  onlardan  kompleks 

şəkildə istifadə edilməsidir.  

    Dinamika nisbi kəmiyyətinin hesablanmasında bu şərtə əməl etməyin daha mühüm əhəmiyyəti vardır. 

Belə  ki,  faiz  ifadə-sində  sosial-iqtisadi  hadisələrin  səviyyəsində  ciddi  dəyişiklik  görə  çarpdığı  halda 

mütləq kəmiyyət ifadəsində həmin dəyişik-lik kiçik rəqəmlə ifadə oluna bilər. Ona görə də sosial-iqtisadi 

hadisələrin  zamanda  dəyişilməsini  düzgün  xarakterizə  etmək  üçün  mütləq  və  nisbi  kəmiyyətlərdən 

kompleks şəkildə istifadə etmək məqsədəuyğundur. Həmçinin nəzərə alınmalıdır ki, müxtəlif zamanlarda 

NK-lərin  hər  faizinin  arxasında  müxtəlif  həcmdə  mütləq  kəmiyyət  durur.  NK-rin  hesablanmasında  gös-

təricilərin    müqayisəli  olmasına  xüsusi  əhəmiyyət  verilməlidir.  Statistika  məlumatlarının  müqayisəli 

olmaması aşağıdakı səbəb-lər nəticəsində baş verir:  

a)

 

statistik məlumatların müxtəlif üsullarla toplanması və işlənilməsi;  



b)

 

statistik müşahidənin müxtəlif dövrlərdə və ya anlarda aparılması;  



     c) ərazi və idarə-təşkilati dəyişikliklərin baş verməsi;  

     d) məlumatların tam və etibarlı olmaması və s.  

    Sosial-iqtisadi hadisələrin təhlilində mütləq və nisbi kəmiy-yətlərdən kompleks istifadə edilməlidir.  

 

    III.Statistikada  çox  istifadə  edilən  göstəricilərdən  biri  orta  kə-miyyətdir.  Orta  kəmiyyət  metodu, 



qruplaşdırma  metodu  kimi,  sosial-iqtisadi  hadisələrin  ümumiləşdirici  xarakterizəsini  verən  statistika 

metodologiyasının  çox  mühüm  spesifık  metodudur.  Statistika  təcrübəsində  orta  kəmiyyətdən  hər  hansı 

statistika  məcmusunun  ümumiləşdirici  xarakterizəsini  verməkdə,  məsə-lən,  işləyənlərin  orta  əmək 

ödənişinin,  dənli  bitkilərin  orta  məh-suldarlığının  xarakterizəsində,  imtahan  sessiyalarında  tələbələ-rin 

orta  mənimsəmə  səviyyəsinin  müəyyənləşdirilməsində  və  s.  istifadə  edilir.  Statistika  məcmusunu 

səciyyələndirən bu orta kəmiyyətlər həmişə müəyyən dövr üçün hesablanılır.  

    Sosial-iqtisadi hadisələrin ümumiləşdirilməsində orta kəmiy-yətin rolu hələ XVII-XVIII əsrlərdə siyasi 

hesab  məktəbinin  görkəmli  nümayəndələri  olan  V.Petti,  Q.Kinq  və  s.  əsərlərində  göstərilmişdir.  Orta 

kəmiyyət anlayışından elmi təhlildə ilk də-fə V.Petti istifadə etmişdir. O, əmtəənin dəyərinin onun isteh-

salına sərf edilən orta əməklə  müəyyən edilməsini təklif etmiş-dir. Q.Kinq İngiltərənin əhalisi  haqqında 

məlumatı təhlil edər-kən hər bir ailəyə düşən orta gəliri, adambaşına düşən gəliri və s. müəyyən etmişdir. 

    XIX  əsrin  görkəmli  statistiki,  Belçika  Mərkəzi  Statistika  Ko-mitəsinin  sədri  A.Ketle  sosial-iqtisadi 

hadisələrin  tədqiqində  statistik-riyazi  metodlara  üstünlük  vermişdir.  Sabitlik  nəzəriy-yəsini  sübut  etmək 

üçün  Ketle  orta  kəmiyyət  göstəricisindən  is-tifadə  etmişdir.  Ketle  göstərmişdir  ki,  insanların  orta  boyu 

hə-qiqi normal boy alacaq, qalanlarının normal boydan kənarlaş-maları səhvdir. Ümumi və fərdi səbəblər 

haqqında  Ketlenin  tə-limi  əsasında  orta  kəmiyyət  yarandı.  Sosial-iqtisadi  hadisələrin  sabitliyini  sübut 

etmək  üçün  Ketle  “orta  adam”  nəzəriyyəsini  irəli  sürdü.  Kütləvi  məlumat  əsasında  Ketle  sosial-iqtisadi 

hadi-sələr üzrə bir sıra qanunauyğunluqları müəyyənləşdirmişdir.  

    Orta  kəmiyyət  təsadüflər  nəcitəsində  əmələ  gələn  fərdi  kə-narlaşmaları  qarşılıqlı  ödəyir  və  məcmuya 

xas olan ümumi xü-susiyyəti, tipik səviyyəni xarakterizə etməyə imkan verir.  

    Bazar iqtisadiyyatı şəraitində orta kəmiyyətin rolu daha da artır. Belə ki, burada da orta kəmiyyət ayrı-

ayrı  fərdləri  və  təsa-düfləri  ümumiləşdirməyə  və  iqtisadi  inkişaf  qanunauyğunluğu-nun  meylini  aşkar 

etməyə imkan verir. Orta kəmiyyət o vaxt ob-yektiv ola bilər ki, o, keyfiyyətcə bircinsli statistik məcmu 

üçün  kütləvi  məlumat  əsasında  hesablansın  və  sosial-iqtisadi  hadisə-lərin  tipik  səviyyələrini  xarakterizə 

etmək  imkanına  malik ol-sun. Qeyd etmək  lazımdır ki, statistik  məcmunun  ayrı-ayrı  va-hidləri əsasında 

əhalinin həyat səviyyəsinin yaxşılaşmasını və yaxud pisləşməsini xarakterizə etmək mümkün deyildir.  

    Dövlət statistika orqanları müntəzəm olaraq həm əhalinin ay-rı-ayrı ictimai qrupları üzrə, həm də əhali 

üzrə ümumilikdə on-ların gəlirlərinin səviyyəsi haqqında məlumat toplayırlar. Əhali-nin ayrı-ayrı ictimai 

qruplarının  gəlirlərinin  ümumi  məbləği  haqqında  olan  məlumatlarda  onların  gəlirlərinin  səviyyəsinin 

necə dəyişildiyini xarakterizə etmək imkanına malik deyildir, çünki həmin ictimai qruplarda olan əhalinin 

sayı  müxtəlifdir.  Belə  halda  tədqiqatçının  köməyinə  orta  kəmiyyət  göstəricisi  gə-lir.  Əhalinin  ictimai 

qrupları üzrə hər nəfərə və yaxud hər ailəyə düşən orta gəlir göstəricisi əhalinin həyat səviyyəsini düzgün 

xarakterizə etmək imkanına malik olur. 



38 

 

    Konkret  məkan  və  zaman  şəraitində  sosial-iqtisadi  hadisə-lərin  dəyişən  əlamətlərinin  tipik 



səviyyələrini  səciyyələndirən  göstərici  statistikada  orta  kəmiyyət  adlanır.  Orta  kəmiyyət  real  göstərici 

olub,  sosial-iqtisadi  hadisələrin  obyektiv  mövcud  olan  nisbətlərini  ifadə  edir.  Orta  kəmiyyət  əlamətin 

tipik  səviyyəsini  o  zaman  düzgün  əks  etdirə  bilər  ki,  o  birnövlü  statistika  məc-musu  üzrə  hesablansın. 

Bircinsli olmayan  məcmu üzrə  hesab-lanan orta kəmiyyət saxta, real olmayan orta kəmiyyət olur. Be-lə 

orta  kəmiyyət  həqiqi  vəziyyəti  düzgün  səciyyələndirə  bilməz.  Məsələn,  müxtəlif  fəaliyyət  sahələri  üzrə 

işləyənlərin  orta  gəliri  həqiqi  vəziyyəti  göstərə  bilməz.  Bu  ümumi  orta  kəmiyyətlə  bə-rabər,  ayrı-ayrı 

fəaliyyət  sahələrində  işləyənlərin  orta  gəlirlərini  müəyyən  etmək  lazımdır.  Deməli,  ümumi  orta  kə-

miyyəti qrup orta kəmiyyətlərlə tamamlamaq lazımdır. Bura-dan aydın olur ki, orta kəmiyyət metodu ilə 

qruplaşdırma  me-todu  arasında  sıx  əlaqə  vardır.  Orta  kəmiyyət  nəzəriyyəsinin  işlənilməsində  və  in-

kişafında  J.Zyusmilx,  A.Ketle,  A.Bouli,  A.Boyarski,  T.Ryabuş-kin,  J.Pasxaver,  V.Ovsienko  və  s. 

alimlərin  çox  böyuk  xidmət-ləri  olmuşdur.  Orta  kəmiyyət  bütün  statistik  məcmunun  ümumi-ləşdirici 

xarakterizəsi 

olub, 

bu 


məcmunun 

bütün 


vahidlərilə 

əla-qədə 

olan 

müəyyən 


kəmiyyətə 

istiqamətlənməlidir. Bu kəmiy-yəti funksiya şəklində aşağıdakı kimi göstərmək olar:  

 

                                           f(x



1

,x

2

........,x

n

)   

  

 



    Əksər hallarda  bu kəmiyyət real  iqtisadi kateqoriyanı  əks et-dirdiyinə  görə o, müəyyənedici göstərici 

adlandırılır.  Yuxarıda  göstərilmiş  funksiyanın  bütün  kəmiyyətlərini  onların  orta  kə-miyyətləri  ilə  əvəz 

etsək, onda bu funksiyaların qiyməti əvvəlki kimi qalacaqdır. Deməli, hesablanan əlamətin qiymətlərinin 

ümumi  həcminin  məcmudakı  vahidlərin  sayına  nisbəti  əsasında  orta  kəmiyyət  müəyyən  edilir.  Orta 

kəmiyyət  obyektiv  nisbətlər  əsasında  hesablana  bilər.  Məsələn,  müəssisədə  işləyən  fəhlələrin  orta aylıq 

əmək  haqqı  onların  əmək  haqqı  fondunun  işləyənlərin  sayına  nisbəti  kimi  müəyyən  edilir.  Hər  bir  orta 

kəmiyyət öyrə-nilən məcmunu hər hansı bir əlamət üzrə xarakterizə edir. Bir sıra mühüm əlamətlər üzrə 

öyrənilən məcmu haqda tam və ətraflı təsəvvür əldə etmək üçün, hadisəni müxtəlif tərəflərdən təsvir edən 

orta kəmiyyət sisteminə malik olmaq lazımdır.  

   Orta  kəmiyyətlərin  növləri  və  hesablanma  üsulları.  Sosial-iqtisaqdi  hadisələrin  tədqiqində  istifadə 

edilən statistika göstə-ricilərinin ən geniş yayılmış formalarından biri orta kəmiyyət-dir. Orta kəmiyyətin 

geniş miqyasda tətbiqi onun bir sıra üstün-lüklərə malik olması ilə izah olunur. Orta kəmiyyətin mühüm 

xüsusiyyəti ondan ibarətdir ki, o, öyrənilən məcmunun bütün vahidlərinə xas olan ümumiliyi əks etdirir, 

yəni əlamətin ayrı-ayrı qiymətləri orta kəmiyyətdə qarşılıqlı ödənilir.  

    Orta  kəmiyyətin  hesablanması  sosial-iqtisadi  hadisələrin  ob-yektiv  nisbətlərinə,  qarşılıqlı  əlaqələrinə, 

onların  iqtisadi  məz-mununa  əsaslanmalıdır.Orta  kəmiyyət  verilən  məlumatın  xüsu-siyyətindən  asılı 

olaraq  müxtəlif  üsullarla  hesablana  bilər.  Mə-sələn,  əmək  haqqı  fondu  və  işləyənlərin  sayı  haqqında 

məlumat  verildikdə,  orta  aylıq  əmək  haqqı  cəmi  əmək  haqqı  fondunun  işləyənlərin  sayına  nisbəti  kimi 

müəyyən edilir. 

    Fərz edək ki, əmək haqqının həcminə görə araşdırılmış  qruplar üzrə işləyənlərin orta aylıq əmək haqqı 

və  əmək  haqqı  fondu  barədə  məlumat  verilmişdir.  Bu  halda  orta  aylıq  əmək  haqqını  hesablamaq  üçün 

kəsrin sürətində əmək haqqı fondunu cəmləyib, kəsrin məxrəcində isə hər qrup üzrə əmək haqqı fondunu 

orta  əmək  haqqına  bölüb  işləyənlərin  sayını  tapırıq,  sonra  cəmi  əmək  haqqı  fondunu  cəmi  işləyənlərin 

sayına bölüb orta aylıq əmək haqqını müəyyən edirik. 

    Məlumatın  verilməsindən  asılı  olaraq  orta  kəmiyyət  müxtəlif  üsullarla  hesablansa  da,  bütün  hallarda 

orta aylıq əmək haqqı cəmi əmək haqqının işləyənlərın sayına nisbəti kimi müəyyən edilir. Sosial-iqtisadi 

hadisələr  haqqında  məlumatın  verilmə  xüsusiyyətinə  uyğun  olaraq  orta  kəmiyyət  müxtəlif  üsullarla 

hesablana bilər. Orta kəmiyyətin ən çox istifadə edilən növlə-rindən biri hesabi orta kəmiyyətdir. Hesabi 

orta kəmiyyət sadə və çəkili formada hesablana bilər. 

    Orta  kəmiyyəti  hesablanılan  əlamətin  ayrı-ayrı  qıymətləri,  yaxud  variantlar      x



1

  ,x



,........,  x

n

-lə, 

variantların  sayı  n-lə,  orta  kəmiyyət  x    işarə  edilərsə,    hesabi    orta  kəmiyyətin    sadə    düs-turu    geniş 

şəkildə aşağıdakı kimi yazıla bilər:  

                                    x



+

 

x



+........ + x

n

               x 

                         X ═ ───────────── ═   ────  

                                                 n                              n

                        

 

        Burada   - cəm işarəsidir.  



 

    Deməli, bu düsturla orta kəmiyyəti hesablamaq üçün vari-antları cəmləyib variantların sayına bölmək 

lazımdır. 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə