Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə28/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

50 

 

cü ildə al-man iqtisadçısı E. Laspeyres çəkili hesabi orta kəmiyyət düs-turundan istifadə olunmasını təklif 



etdi:  

 

                                                   ∑ p



1

i

 q

0



i

 

                                        J



l

 ═  ────── ; 



                                                   ∑ p

0

i



 q

0

i 

 

    Laspeyres qiymətlər indeksində çəki rolunda əsas dövrdə sa-tılmış əmtəələrin miqdarını götürmüşdür. 



1874-cü ildə digər al-man iqtisadçısı German Paaşa qiymətlərin dəyişilməsini öyrən-mək üçün çəki kimi 

hesabat dövründə satılmış əmtəələrin miq-darından  istifadə etməyi təklif etmişdir:    

 

                                     



∑ p

1

i

 q

1

i



 

                                        J



p

 ═  ────── ; 



                                                    ∑ p

0

i



 q

1

i 

 

    


Sonralar ingilis iqtisadçısı Alfred Marşall qiymətlər indek-sində çəki kimi əsas və hesabat dövrlərində 

satılmış əmtəələrin orta miqdarını götürməyi təklif etmişdir. 1887-ci ildən bu düs-turu ən çox təbliğ edən 

F.Edjvort olduğuna  görə  ədəbiyyatda  Edjvortun  düsturu  kimi  şöhrətləndi.  İndekslərdən  ictimai  hə-yatın 

bütün sahələrində XX əsrdə geniş sürətdə istifadə olun-mağa başlamışdır. İndekslərin qurulmasında əsas 

məsələ müqa-yisə edilən hadisələrin müqayisəli olması məsələsidir.  

 

   VI.  Mürəkkəb  sosial-iqtisadi  hadisələrin  zaman  və  məkanda  də-yişilməsi  indesklər  vasitəsilə 



müəyyənləşdirilir.  Həmin  hadisə-lərin  ayrı-ayrı  elementlərinin  əhatə  olunması  nöqteyi-nəzərin-dən 

indeksləri  fərdi,  qrup  və  ümumi  indekslərə  ayırmaq  olar.  Fərdi  indekslər  mürəkkəb  sosial-iqtisadi 

hadisələrin ayrı-ayrı bircinsli elementlərinin dəyişilməsini xarakterizə edırlər. Ona görə də fərdi indekslər 

nisbi  kəmiyyətlərdən  tərqlənmirlər.  Nis-bi  kəmiyyətlərin  düzgün  hesablanmasına  aid  olan  göstərişlər 

fərdi indekslərə də aiddir. Fərdi indekslər mürəkkəb hadisələrin bircinsli və müqayisəli olan məlumatları 

əsasında  hesablana  bi-lər.  Fərdi  indekslərin  hesablanması  çox  sadədir.  Məsələn,  ayrı-ayrı  məhsul 

növlərinin qiymətlərinin, maya dəyərinin, həcmi-nin dinamikasını xarakterizə etmək tələb olunursa, onda 

cari  dövrün  məlumatını  müqayisə  ücün  əsas  götürülmüş  dövrün  məlumatına  bölmək  lazımdır.  Bəzi 

hallarda statistika ayrı-ayrı elementlərdən ibarət olan hadisələri cəmləmək imkanına malik-dir. Belə halda 

bu  hadisələrin  dinamikasının  xarakterizəsinə  onların  ümumi  həcmlərinin,  yaxud  orta  göstəricilərinin 

müqa-yisəsi  əsasında  nail olmaq  mümkündür. Məsələn,  müxtəlif  bit-kilərin əkin  sahəsinin dinamikasını 

öyrənmək  cari  dövrdə  əkin  sahəsinin  ümumi  sahəsini  keçən  dövrlə  müqayisə  etmək  əsa-sında 

mümkündür.  Deməli,  müxtəlif  bitkilərin  əkin  sahəsini  cəmləməklə  onu  dinamikada  xarakterizə  etmək 

mümkündür. Mal-qaranın dinamikası da eyni qayda ilə öyrənilir. İşləyən-lərin əmək haqqının dinamikası 

ya  onların  cəmi  əmək  haqqının  müqayisəsi  əsasında,  ya  da  hər  nəfərə  düşən  orta  əmək  haqqı-nın 

müqayisəsi  əsasında  müəyyən  edilir.  Belə  müqayisələr  bi-lavasitə  cəmlənilə  bilən  hadisələr  üzrə 

mümkündür və belə mü-qayisələr əsasında alınan indekslər fərdi indekslər adlanır. 

    Qrup  və  ümumi  indekslər  bilavasitə  cəmlənilə  bilməyən  mü-rəkkəb  hadisələrin  zaman  və  məkanda 

dəyişməsini xarakterizə edirlər. Hasilat və emal sənayesinin həcminin illər üzrə dəyi-şilməsini xarakterizə 

edən göstəricilər qrup indeksləridir, bütün sənaye məhsulunun ümumi həcminin dəyişilməsini xarakterizə 

edən  göstəricilər  isə  ümumi  indekslərdir.  Respublikamızda  kənd  təsərrüfatının  ümumi  məhsulunun 

həcminin  dəyişilməsini  xarakterizə  edən  göstəricilər  də  ümumi  indekslərdir.  Bu  göstə-ricilərdən  fərqli 

olaraq  qrup  indekslər  kənd  təsərrüfatının  bitki-çilik  və  heyvandarlıq  sahələrində  ümumi  məhsulun 

həcminin dəyişilməsini xarakterizə edirlər.  

    Ümumi  indekslərlə  bərabər  qrup  indekslər  mühüm  iqtisadi  əhəmiyyətə  malikdir.  Qrup  indekslər 

qruplaşdırma  metodunun  köməyilə  öyrənilən  hadisənin  ayrı-ayrı  hissələrinin  inkişafında-kı 

qanunauyğunluğu  aşkar  etməyə  imkan  verirlər.  Qrup  indeks-lər  indekslərlə  qruplaşdırma  metodunun 

əlaqəsini  aydın  göstə-rirlər.  Ümumi  və  qrup  indekslər  hesablanma  metodologiyasına  görə  fərdi 

indekslərdən  tamamilə  fərqlənirlər.  İndeksləri  nısbi  kəmiyyətlərdən  fərqləndirən  cəhət  ümumi  və  qrup 

indekslənın hesablanmasında özünü aydın birüzə verir. Qrup indekslər ümumi indeksli kimi hesablanır.  

    Dəyişilməsi öyrənilən göstərici indeksləşdirilən kəmiyyət adlanır. Qiymətlərin dəyişilməsi öyrəniləndə 

qiymətlər  indeks-ləşdirilən  kəmiyyət  olur.  İstehsal  edilmiş  (satılmış)  məhsulun  həcminin  dəyişilməsi 

öyrənildikdə  məhsulun  miqdarı  indeks-ləşdirilən  kəmiyyət  olacaqdır.  Məhsulun  maya  dəyərinin  dəyi-

şilməsi  öyrənildikdə  maya  dəyəri,  məhsuldarlığın  dəyişilməsi  öyrənildikdə  isə  bitkilərin  məhsuldarlığı 

indeksləşdirilən kə-miyyət olacaqdır.  



51 

 

    Qrup  və  ümumi  indekslərin  hesablanmasında  indeksləşdiri-lən  kəmiyyətlərin  düzgün  müəyyən 



edilməsinin mühüm əhə-miyyəti vardır. Belə ki, qrup və ümumi indekslərdə  indeksləş-dirilən kəmiyyətə 

uyğun  çəki  müəyyən  edilir.  Müxtəlif  istehlak  dəyərlərinə  malik  olan  məhsulların  əsas  dövrə  nisbətən 

hesabat dövründə qiymətlərinin dəyişməsini öyrənərkən sadəcə olaraq onları cəmləmək olmaz. Eyni ölçü 

vahidlərində  ifadə  olunma-larına  baxmayaraq,  süd,  pendir,  yağ,  ət  və  s.  məhsulların  qiy-mətlərini 

cəmləyib  orta  qiyməti  hesablamaq  və  bu  qiymətlərin  birinin  dəyişilməsini  müəyyən  etmək  düzgün 

deyildir.  

     Müxtəlif  cinsli  məhsulların  qiymətlərini  bilavasitə  cəmlə-mək  olmaz,  çünki  onlar  müxtəlif  istehlak 

dəyərlərinə  malikdir-lər,  onların  istehsalına  müxtəlif  miqdarda  əmək  sərf  edilir.  Belə  məhsulları 

bilavasitə  cəmləmək  və  müqayisə  etmək üçün onları  müqayisəli kəmiyyətdə  (ortaq ölçüdə)  ifadə  etmək 

lazımdır.  

    Müxtəlif növ məhsulları ortaq ölçüdə xarakterizə etmək üçün onları dəyər ifadəsində vermək lazımdır. 

Dəyər  ifadəsində  verilən  müxtəlif  məhsulları  cəmləmək  və  müqayisə  etmək  olar.  Bu  zaman  istehsal 

edilmiş  və  ya  satılmış  məhsulların  miqdarını  məhsul  vahidinin  qiymətinə  vurub  cəmləyərək  mürəkkəb 

hadi-səni məbləğ (dəyər) şəklində  ifadə edə  bilərik. Belə göstəricini müqayisə edib əmtəə dövriyyəsinin 

dəyişilməsini  müəyyən  et-mək  mümkündür. Bu zaman əmtəə  dövriyyəsi  müvafiq dövrün qiymətlərində 

ifadə olunur.  

    Müxtəlif  məhsulların  qiymətlərinin  dəyişilməsi  öyrənilərkən  qiymətlər  indeksləşdirilən  kəmiyyət, 

məhsulların  həcmi  isə  çə-ki olur. Qiymətlər  indeksində  hesabat dövründə  satılmış  məh-sulların  miqdarı, 

həcmi  çəki  kimi  götürülür.  Bizi  maraqlandıran  cəhət-  əsas  dövrə  nisbətən  hesabat  dövründə  satılmış 

məhsul-lardan  əldə  edilmiş  qənaəti  və  ya  artıq  xərci  müəyyən  etməkdir.  Deməli,  qiymətlər  indeksində 

çəki  olaraq  hesabat  dövründə  sa-tılmış  məhsulların  miqdarı,  əmtəə  dövriyyəsinin  və  ya  ıstehsal  edılmış 

məhsulların  fiziki  həcm  indeksində  indeksləşdirilən  kə-miyyət  kimi  məhsulun  miqdarı,  çəki  rolunda  isə 

əsas dövrün qiymətləri götürülür. 

    Beləliklə,  dəyişilməsi  ölçülən  kəmiyyət  indeksləşdirilən  kə-miyyət,  indeksləşdirilən  kəmiyyətlə 

əlaqədar olan və sabit gö-türülən kəmiyyət isə çəki adlanır. 

    Fərdi və ümumi indekslərin hesablanması üsulları. Artıq qeyd edildiyi kimi, mürəkkəb sosial-iqtisadi 

hadisələrin  ayrı-ayrı  elementlərinin  zaman  və  məkanda  dəyişilməsini  xarakte-rizə  edən  nisbi  kəmiyyətə 

fərdi indeks deyilir. Fərdi indekslər, bir qayda olaraq kiçik "i" hərfilə işarə edilir. İndekslər iki döv-rə və 

ya  iki  məkana  aid  olan  məlumatların  müqayisəsi  nəticə-sində  əldə  edilir.  Yəni,  fərdi  indeks  müxtəlif 

dövrlərə  və  ya  məkana  aid  olan  iki  mütləq  kəmiyyətin  müqayisəsi  nəticəsində  alınır.  İndeks  nisbi 

kəmiyyət  kimi  əmsal  (bu  zaman  baza  kə-miyyəti  vahidə  bərabər  götürülür)  və  faiz  (onda  baza  100%-ə 

bərabər götürülür) şəklində ifadə oluna bilər. İndeks 1-dən (100%-dən) çox olduqda, öyrənilən hadisənin 

səviyyəsinin art-dığını, 1-dən (100%-dən) az olduqda isə hadisənin səviyyəsinin azalmasını göstərir. 

    Hadisənin  səviyyəsi  ilə  müqayisə  edilən dövr əsas dövr, sə-viyyəsi əsas dövrlə  müqayisə  edilən  dövr 

isə  hesabat  dövrü  ad-lanır.  Plan  tapşırıqlarının  yerinə  yetirilməsinin  xarakterizə  edil-məsində  planda 

nəzərdə tutulan məlumat əsas dövr, faktiki nəticə isə hesabat dövrü kimi götürülməlidir.  

     Sosial-iqtisadi hadisələrin dinamik təhlilində əvvəlki dövrlə-rin (ayın, rübün, ilin) məlumatı əsas dövr, 

sonrakı dövrun  mə-lumatı  isə cari,  hesabat dövrü olacaqdır. Hadisələrin  məkanda təhlili zamanı qarşıda 

duran  vəzifədən  asılı  olaraq  obyektin  bi-rinci  məlumatı  müqayisə  üçün  əsas  kəmiyyət  kimi,  digər  ob-

yektin məlumatı isə hesabat məlumatı kimi götürülə bilər. Məhsul vahidinin qiymətini “P” ilə işarə etsək, 

fərdi qiymət in-deksinin düsturunu aşağıdakı şəkildə ifadə etmək olar:     

 

 

                                        



p

1

 

                                          i



p

 ═

  

──  ; 

                                                   p

o 

 

Burada, p



o

- əsas dövrdə məhsul vahidinin qiyməti,  

              p

1

- hesabat dövründə məhsul vahidinin qiyməti,        

              i

p

 - fərdi qiymət indeksidir.  

 

    Məhsulların  ayrı-ayrı  növlərinin  satışının  və  istehsalının  həc-minin  dəyişilməsini  xarakterizə  etmək 



üçün  fərdi  fiziki  həcm  indeksi  hesablanır. Məhsulun  fiziki  həcmi  “q”  hərfilə  işarə  olunur  və  fərdi  fiziki 

həcm indeksi aşağıdakı düstur şəklində yazılır: 

                                               q

1

 

                                      i



p

 ═

  

──  ; 

                                               q

o 

 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə