Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə23/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

42 

 

variasiyası  adlanır.  Məsələn,  universitetdə  oxuyan  tələbələrin  imtahanlarda  aldıq-ları  qiymətlər  bir-



birindən fərqlənir. Tələbələrin imtahanlarda aldıqları qiymətlərin fərqli olmasına onların müxtəlif qabiliy-

yətə,  müxtəlif  sosial-məişət  şəraitinə  malik  olmaları,  sərbəst  iş-lərin  yerinə  yetirilməsinə  müxtəlif 

miqdarda vaxt sərf etmələri və digər amillər təsir göstərir. Başqa misal, müəssisələrdə ümu-mi buraxılşa 

təsir edən amillərdən sənayedə daxili zəruri səbəb-lərdən onların maliyyə və material ehtiyatları ilə təmin 

olun-mamasını,  əməyin  əsas  istehsal  fondları  və  enerji  ilə  təchiz  olunması  səviyyəsini,  əmək 

məhsuldarlığının  səviyyəsinin  və  s.  səbəbləri,  kənar, təsadüfi  səbəblərə  isə  müəssisələrə  kənardan  daxil 

olunan  xammal  tapşırığının  pozulmasını,  avadanlıqların  nasazlığını,  xəstələnmə  nəticəsində  işləyənlərin 

işə çıxmama-sını, ailədə vəziyyətin normal olmamasını və digər amilləri göstərmək olar.  

    Sosial-iqtisadi  hadisələrin  əlamətlərinin  variasiyası  bütün  amillərin  birgə  təsiri  nəticəsində  baş  verir. 

Statistika  elminin  la-büdlüyünün  mühüm  şərti  əlamətin  variasiyasının  olmasıdır.  Əgər  bütün  tələbələr 

imtahanda  eyni  qiymət  alarsa,  bütün  mü-əssisələrdə  işləyənlərin  əməyinin  ödənilməsi  eyni  səviyyədə 

olarsa,  ailələrin  gəlirlərinin  həcmi  eyni  olarsa,  statistika  tədqi-qatına  ehtiyac  olmaz.  Ancaq  təcrübədə 

müxtəlif amillərin təsiri nəticəsində statistika məcmusu vahidlərinin qiymətləri bir-bi-rindən fərqlənirlər. 

Ona görə  də  statistikada əlamətin  varia-siyasının  tədqiqi  mühüm təcrübəvi  və  nəzəri əhəmiyyətə  malik-

dir.  Əlamətin  variasiyasını  ölçmək  bazar  iqtisadiyyatına  keçmiş  Azərbaycan  Respublikasında  aktual 

problemə  çevrilmişdir.  Əlamətin  variasiyasını  ölçmək  həmin  əlamətə  digər  dəyişən  əlamətlərin  təsir 

dərəcəsini qiymətləndirməyə imkan verir. . 

    Əlamətin  variasiyası  məkan  və  zamanda  da  mövcuddur.  Za-manda  əlamətin  qiymətinin  dəyişilməsi 

əlamətin zamanda varia-siyası adlanır. Variasiya termini latın sözü, “variation”-dan əmələ gəlmişdir, bu 

da  dəyişmək,  tərəddüd,  müxtəliflik  demək-dir.  Lakin  hər  cür  müxtəlifliyi  variasiya  adlandırmaq  olmaz. 

Statistikada əlamətin variasiyası dedikdə, müxtəlif amillərin tə-siri altında bircinsli məcmunu hüdudunda 

öyrənən  əlamətin  kə-miyyətcə  dəyişmələri  başa  düşülür.  Sosial-iqtisadi  hadisələrin  əlamətlərində 

variasiyanın  mövcud  olması  statistika  elmi  qarşı-sında  onun  hərtərəfli  tədqiq  edilməsini  tələb  edir. 

Əlamətin  va-riasiyasını  müəyyən  etmək  nəticəsində  öyrənilən  məcmunun  bircinsliyini,  əlamətin  fərdi 

qiymətlərinin  sabit  olmasını,  eyni  və  müxtəlif  hadisələrin  əlamətləri  arasında  qarşılıqlı  əlaqələrin  ol-

masını müəyyənləşdirməyə imkan verir.  



    Əlamətin  variasiyasını  ölçmək  üçün  istifadə  edilən  göstəri-cilər.  Sosial-iqtisadi  hadisələrin 

əlamətlərinin  variasiyasını  ölç-mək  mühüm  təcrübəvi  və  nəzəri  əhəmiyyətə  malikdir.  Əlamət-lərin 

variasiyasının  ən  ümumiləşdirici  xarakterizəsi  orta  kəmiy-yətlə  verilə  bilər.  Lakin,  orta  kəmiyyət  ancaq 

ümumilikdə  va-riasiyanı  xarakterizə  etmək  imkanına  malikdir.  Əlamətlərin  qiymətlərinin  orta  kəmiyyət 

ətrafında  necə  paylandığını,  onla-rın  orta  kəmiyyətdən  tərəddüd  dərəcələrini,  orta  kəmiyyət  əla-mətin 

variasiyasının  xarakterini  tədqiq  etmək  imkanına  malik  deyildir.  Orta  kəmiyyətin  özünün  etibarlılığı  da 

onun  ayrı-ayrı  variantlardan  tərəddüd  dərəcələrinin  xarakterindən  də  asılıdır.  Belə  ki,  iki  eyni  istehsal 

xüsusiyyətinə  malik  olan  müəssisədə  işləyənlərin  orta  əməyinin  ödənişinin  bərabər  olmasına  baxma-

yaraq,  hər  bir  müəssisədə  işləyənlərin  əmək  ödənişinin  orta  əmək  ödənişi  ətrafında  tərəddüdü  ciddi 

sürətdə fərqlənə bilər. Ona görə də əlamətin variasiyasını ölçmək zərurəti yaranır. Əlamətin variasiyasını 

ölçmək üçün variasiya genişliyi, orta xətti uzaqlaşma, dispersiya, orta kvadratık uzaqlaşma və varia-siya 

əmsalları göstəricilərindən istifadə edilir. 

   Variasiya  göstəriciləri  ümumiləşdirici  göstəricilərə  aiddir.  Bu  göstəricilərdən  bir  sıra  məsələlərlə 

bərabər,  orta  kəmiyyətin  so-sial-iqtisadi  hadisələri  nə  dərəcədə  düzgün  xarakterizə  etməsini 

müəyyənləşdirmək üçün də istifadə edilir. 

    Statistika  nəzəriyyəsi  variasiya  göstəricilərinin  problemlərini  həll  edərkən  riyazi  statistikaya  istinad 

edir.  Bu  göstəricilərdən  statistika  elminin  müxtəlif  sahələrində,  o  cümlədən,  makroiqti-sadi  statistikada, 

sosial-iqtisadi  statistikada  və  sahələr  statistika-sında  geniş  sürətdə  istifadə  olunur.  Ona  görə  də  bu 

ğöstəricilərin mahiyyəti statistikanın nəzəriyyəsində ətraflı şərh edilməlidir. 

    Əlamətin ayrı-ayrı qiymətlərinin orta kəmiyyətlərdən uzaq-laşmalarını xarakterizə etmək üçün də orta 

kəmiyyətə  müraciət  edilməlidir.  Variasiya  göstəriciləri  əlamətin  qiymətlərinin  orta  kəmiyyətdən 

uzaqlaşmalarının orta hesabla tərəddüdlərini  xa-rakterizə edir. Əlamətin variasiyası  bir sıra  mütləq, orta 

kəmiy-yət və nisbi göstəricilərlə ölçülə bilər. Əlamətin variasiyasını ölçmək üçün istifadə edilən ən sadə 

göstəricilərdən  biri  varia-siya  genişliyidir.  Variantın  maksimum  və  minimum  qiymətləri  arasındakı  fərq 



variasiya genişliyi adlanır. Variasiya genişliyi əlamətin qiymətlərinin tərəddüd dərəcələrinin son yüksək 

həd-dini göstərir. Variasiya genişliyi ayrı-ayrı variantların bir-birin-dən tərəddüd dərəcələrini əks etdirmir 

və variantların çəkilərini də nəzərə almır.Ona görə də əlamətin tərəddüd dərəcəsini ölç-mək üçün bir sıra 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə