Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə19/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   15   16   17   18   19   20   21   22   ...   48

35 

 

sında  mühüm  məsələlərdən  birini  də  onun  təsvirinin  və  sonradan  kəmiyyət  göstəricilərinin  necə  daha 



dəqiq  ifadə  edilməsidir. Bu məqsədlə  araşdırma üçün  müəyyən edilmiş ərazi  bölgüsü daxilində  diaqram 

işarələri cızılır. 

Kartoqramla müqayisədə kartodiaqramlar, təkcə təklif olunan göstəricilərin ərazi üzrə kəmiyyət müx-

təlifliyi  haqda  təsəvvür  yaratmır,  həmçinin  onların  mütləq  ifadələrini  də  göstərə  bilər.  Kartodiaqramda 

göstəricilərin  ərazi  üzrə  bölüşdürülməsi  coğrafi  xəritənin  üzərində  sütunlar,  üçbucaqlar,  və  digər  qrafik 

işarələr formasında da verilə bilər.       



 

Mövzu 5. Statistika göstəriciləri və kəmiyyətləri. 

  Plan:  

1.Statistika göstəricilərinin məzmunu,  ifadə forma və növləri.

  

2.Mütləq və nisbi  kəmiyyətlər. 



    

3.Statistikanın orta kəmiyyətləri, onların növləri, xassələri və hesablanma üsulları.

  

    


4.Variasiya göstəriciləri və onların hesablanması 

    5.İndekslərin mahiyyəti və əhəmiyyəti 

    6.İndekslərin növləri və indeksləşdirilən kəmiyyətlər. İndekslərin qarşılıqlı əlaqələri

 



     I. 

Statistika  elminin  mühüm  anlayışlarından  birini  onun  göstəriciləri  təşkil  edir.  Onlar  sosial-iqtisadi 

hadisələrin konkret məkan  və  zaman şəraitində  kəmiyyətcə  xarakterizəsidir,  yəni onlar vasitəsilə  sosial-

iqtisadi hadisə  və proseslərin həcmini, səviyyəsini, nisbətlərini  və s. xarakterizə  etmək mümkündür. So-

sial-iqtisadi hadisələr mürəkkəb olduğuna görə onların mahiyyətini bir göstərici vasitəsi ilə əks etdirmək 

mümkün deyildir. Belə hallarda göstəricilər sistemindən istifadə etmək lazımdır. 

Konkret məsələlərin həllində istifadə edilən və qarşılıqlı əla-qədə olan göstəricilər məcmusu statistika 

göstəriciləri  sistemi  adlanır.  Statistika  elmi  özünün  inkişaf  tarixində  sosial-iqtisadi  hadisələr  üzrə  çoxlu 

miqdarda  statistik  göstəricilər  işləyib  hazırlamışdır.  Statistika  göstəriciləri  sisteminin  əsas  bölmələrinə  

əhali  göstəricilərini,  milli  sərvət  göstəricilərini,  əmtəə  tədavülü  göstəricilərini,  elm,  maarif,  səhiyyə  və 

mədəniyyət göstəricilərini, əhaliyə məişət xidmətini həyata keçirən sahələrin göstəricilərini, dövlət idarə-

etmə orqanları və ictimai təşkilatların fəaliyyəti göstəricilərini və s.-ni daxil etmək olar.  

     Sosial-iqtisadi  hadisələr  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olur.  Bu  əlaqə  və  asılılıq  sosial-iqtisadi  hadisə-

lərin bütün tərəflərini, o cümlədən onların kəmiyyət tərəflərini və kəmiyyət nisbətlərini əhatə edir. Statis-

tika göstəricilərinin əlaqə  və  asılılıqları  müvafiq hadisələr arasındakı  əlaqələrin obyektiv  ifadəsidir. Sta-

tistika  elminin  mühüm  prinsiplərindən  biri  statistika  göstəriciləri  ilə  tapşırıq  göstəriciləri  arasında 

uyğunluğun olmasıdır.   

    Göstəricilər həcm və keyfiyyət göstəricilərinə ayrılır. Bütün statistika göstəriciləri məcmu vahidlərinin 

əhatə olunmasına görə fərdi və ümumi, ifadə formalarına görə isə mütləq, nisbi və orta göstəricilərə ay-

rılır. İki fərdi mütləq göstəricilərin nisbətini xarakterizə edən göstərici fərdi nisbi göstərici adlanır. 

    Fərdi  göstəricilərdən  fərqli  olaraq,  yekun  (ümumi)  göstərici-lər  statistik  məcmunu  bütövlükdə  yaxud 

onun bir hissəsini xarakterizə edirlər. Bu göstəricilər həcm və hesablama göstəricilərinə ayrılır.   

    Sosial-iqtisadi hadisələr statistika göstəricilərində ya müəyyən vaxt anında, bir qayda olaraq, müəyyən 

tarixə, ayın və ya ilin əvvəlinə, yaxud axırına, ya da müəyyən dövr ərzində- gün, həftə, ay, rüb, il ərzində 

ifadə  olunurlar.  Əgər  göstəricilər  müəyyən  vaxta  ifadə  olunarsa,  belə  göstəricilər  an,  müəyyən  dövr  ər-

zində ifadə olunarsa, onlar fasiləli göstəricilər adlanır.  

    Statistika göstəriciləri öyrənilən sosial-iqtisadi hadisələri bütövlükdə ölkə üzrə xarakterizə edərsə, belə 

göstəricilər ümumi ərazi göstəriciləri, ölkənin ərazisinin ayrı-ayrı bölgələrinin sosial-iqtisadi göstəricilə-

rini xarakterizə edən göstəricilər isə regional və ya yerli göstəricilər adlanır.  

 

    II. Mütləq göstəricilər. Statistika göstəricilərinin ilkin ifadə formaları mütləq kəmiyyətlərdir. Onlar so-

sial-iqtisadi hadisələrin həcmini konkret məkan və zamanda xarakterizə edir.  

    Mütləq  kəmiyyətlər  fərdi  və  yekun  mütləq  kəmiyyətlərə  ayrılır.  Fərdi  mütləq  kəmiyyətlər  müşahidə 

obyektinin  ayrı-ayrı  vahidlərinin  həcmini,  səviyyəsini  xarakterizə  edir.  Fərdi  mütləq  kəmiyyətlər  yekun 

mütləq  kəmiyyətlərin  alınmasında  mühüm  rol  oynayır.  Yekun  mütləq  kəmiyyətlər  öyrənilən  statistik 

məcmunun bütün vahidlərinin həcmini, yaxud onun ayrı-ayrı qruplarının həcmini xarakterizə edir. Yekun 

mütləq kəmiyyətlər xüsusi hesablamalar əsasında da müəyyən edilir. Hesablama əsasında mütləq kəmiy-

yətlərin əldə edilməsi ən çox müvafiq göstəricilərin proqnozlaşdırılmasında istifadə edilir.   




36 

 

    Mütləq  kəmiyyətlərin  ölçü  vahidləri.  Mütləq  kəmiyyətlər  həmişə  adlı  kəmiyyətlər  olurlar.  Sosial-iqti-

sadi  hadisələrin  mahiyyətindən  asılı  olaraq  onlar  müvafiq  ölçü  vahidlərində  ifadə  olunurlar.  Mütləq  kə-

miyyətlər  onların  mahiyyətinə,  təbii  xüsusiyyətlərinə  uyğun  olaraq    natural,  dəyər  və  əmək  ölçü  vahid-

lərində ifadə olunurlar. Sosial-iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun olaraq istifadə edilən ölçü 

vahidlərinə  natural  ölçü  vahidləri  deyilir.  Natural  ölçü  vahidləri  sosial-iqtisadi  hadisələrin  fiziki  xüsu-

siyyətlərini  ifadə  edir. Bəzən sosial-iqtisadi  hadisələrin  mütləq kəmiyyətləri  haqda bir ölçü vahidi  aydın 

təsəvvür əldə etməyə imkan vermir. Belə halda sosial-iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun iki 

ölçü vahidindən istifadə edilir. Təcrübədə natural ölçü vahidləri ilə bərabər şərti-natural (şərti-cinsi) ölçü 

vahidlərindən də  istifadə  edilə  bilər. Bəzi  hallarda sosial-iqtisadi  hadisələrin  həcmi  iki ölçü vahidlərinin 

hasili şəklində ifadə olunur. Məsələn, nəqliyyatda yük və sərnişin daşınması ton-kilometrlə (t/km) və sər-

nişin-kilometrlə  (s/km),  elektrik  enerjisi  istehsalı  kilovat-saatla  (kWt/saat),  işlə-nilmiş  vaxt  adam-saat, 

adam-gün və s. ifadə olunur. 

    Bazar iqtisadiyyatı şəraitində ən geniş yayılmış ölçü vahidlərindən biri dəyər ölçü vahididir. Müxtəlif 

istehlak  dəyərlərinə  malik  olan  hadisələrin  umumi  həcmini  dəyər  ölçü  vahidində  ifadə  etmək  mümkün-

dür.  Bazar  münasibətləri  şəraitində  mühüm  məsələlərdən  biri  dəyər  göstəricilərinin  müqayisəliliyini 

təmin etməkdir. 

    Mütləq kəmiyyətlərin ifadə olunmasında istifadə edilən ölçü vahidlərindən biri də əmək ölçü vahidlə-

ridir. Əmək ölçü vahidlərinə adam-saat, adam-gün və s. daxildir.  

     Nisbi göstəricilər. Ümumiləşdirici göstəricilər sistemində nisbi kəmiyyətlər mühüm yer tutur. Bir çox 

hallarda mütləq kəmiyyətlər öyrənilən sosial-iqtisadi hadisələrin keyfiyyət xüsusiyyətlərini qiymətləndir-

məyə  imkan  vermir.  Bu  sahədə  işlərin  yaxşı  və  ya  pis  olduğunu  müəyyənləşdirmək  üçün  həmin  məlu-

matı  carı  ilin  proqnozları  və  ya    keçən  ilin  faktiki  məlumatı  ilə  müqayisə  etmək  lazımdır.  Tapşırıqların 

yerinə yetirilməsi dərəcəsini xarakterizə etmək, sosial-iqtisadi hadisələrin inkişaf sürətlərini və yayılması-

nın  intensivliyini  ölçmək  üçün,  onların  quruluşunu  və  quruluşda  baş  vermiş  dəyişiklikləri  müəyyən  et-

mək və  istifadə  edilməmiş ehtiyatları aşkar etmək üçün və  bir sıra  məsələlərin öyrənilməsində  nisbi kə-

miyyət göstəricilərindən geniş istifadə edilir. 

    Nisbi kəmiyyət sosial-iqtisadi hadisələrə xas olan kəmiyyət nisbətlərini göstərir. İki mütləq kəmiyyətin 

müqayisəsi  nəticəsində  alınan  göstəriciyə  nisbi  kəmiyyət  deyilir.  Nisbi  kəmiyyətlər  eyni  zamanda  iki 

nisbi kəmiyyətin və iki orta kəmiyyətın bir-birilə müqayisəsi nəticəsində də alınır. Nisbi göstəriciləri he-

sablayarkən  kəsirin  sürətində  olan  mütləq  kəmiyyət  cari  və  ya  müqayisə  edilən  kəmiyyət,  kəsirin  məx-

rəcində  olan  kəmiyyət  isə  müqayisə  üçün  əsas  götürülən  kəmiyyət  adlanır.  Öyrənilən  hadisənin  xüsu-

siyyətindən asılı olaraq nisbi kəmiyyətlər müxtəlif formalarda ifadə oluna bilər. Nisbi kəmiyyətlər (NK) 

əmsal (dəfə), faiz, promill və prodesimill formalarında ifadə oluna bilər.  

    NK-in ən sadə forması bir kəmiyyətin digər eyni keyfiyyətli kəmiyyətdən neçə dəfə çox və ya az oldu-

ğunu göstərən əmsal göstəricisidir. Əmsal  formasında NK-i  hesablayarkən  müqayisə üçün əsas götürül-

müş kəmiyyət vahidə bərabər edilir. Müasir dövrdə NK-in ən geniş yayıimış ifadə formalarından biri də 

faizdir. Faiz ifadəsində müqayisə əsasını təşkil edən kəmiyyət yüzə bərabər götürülür. Hesabat dövrünün 

məlumatını  və  ya  müqayisə  edilən  kəmiyyəti  müqayisə  üçün  əsas  götürülmüş  kəmiyyətə  bölüb,  100-ə 

vurduqda NK-i faizlə ifadə etmiş olarıq.  

    NK-in faiz ifadə formasından müqayisə edilən kəmiyyətlərin bir-birindən ciddi fərqlənmədikləri halda 

istifadə edilir.  

     NK-lər  əhali  və  səhiyyə  statistikasında  bir  sıra  hallarda  promill  və  prodesimill  ilə  ifadə  olunurlar. 

Promilldə müqayisə üçün əsas götürülən kəmiyyət 1000-ə, prodesimilldə isə 10000-ə bərabər götürülür.  

Təcrübədə nisbi kəmiyyətlər müxtəlif məqsədlər üçün hesablanırlar. Bununla əlaqədar olaraq NK-ləri 

plan tapşırığının yerinə yetirilməsi, dinamika, quruluş, koordinasiya, intensivlik, iqtisadi inkişafın səviy-

yəsi, müqayisə və s. növlərə ayırmaq olar. 



    Mütləq və nisbi kəmiyyətlərdən istifadə olunmasının ümumi prinsipləri. Mütləq və nisbi kəmiyyətlərin 

hesablanması  və  isti-fadə  edilməsində  bir  sıra  prinsiplərə  əməl  edilməlidir.  Sosial-iq-tisadi  hadisələrin 

mütləq və nisbi kəmiyyətlərlə xarakterizə olunmasının mühüm prinsiplərindən biri həmin hadisələrin ma-

hiyyətini,  spesifık  xüsusiyyətlərini  və  inkişaf  qanunauyğunluq-larını  düzgün  başa  düşməkdir.  Şərait, 

məkan  və  zamandan  asılı  olaraq  eyni  göstəricilər  sosial-iqti-sadi  hadisələri  müxtəlif  şə-kildə  əks  etdirə 

bilər. Məsələn, respublikamızda müştəqillik əl-də edilən dövrdən əvvəlki dövrə  nisbətən müasir şəraitdə 

iri, orta və kiçik müəssisələr arasındakı nisbət əhəmiyyətli dərəcə-də dəyişilmişdir. Belə ki, hazırda kiçik 

hesab edilən müəssisə-lər müstəqillikdən əvvəl iri müəssisələrin siyahısına daxil edi-lirdi. Sosial-iqtisadi 




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə