32
Sütunlu (lentvari) diaqramlar. Sütunlu diaqramlar qrafiklə təsvirin ən sadə, ən əyani formasıdır və
təcrübədə geniş istifadə olunur. Bu diaqramları qurmaq üçün düzbucaqlı koordinat sistemindən istifadə
edilir. Adətən məkan və dövrlər absis oxunda, müəyyən miqyas əsasında hadisələrin vaxt hesabı ilə dəyi-
şilməsini xarakterizə edən kəmiyyət göstəriciləri isə ordinat oxunda yerləşdirilir. Düzbucaqlı sütunlar
şaquli şəkildə yerləşərsə sütunlu dıaqram, üfüqi şəkildə yerləşərsə lentvari diaqram adlanır. Ordinat
oxunun uzunlugu göstəricinin maksımum qıymətinə bərabər götürülmüş miqyasa uyğun olmalıdır.
Miqyas müəyyən edıldıkdən sonra ordinat oxu üzərində şkala qurulur.
Sütunlu diaqramların növlərindən birini zolaqlı diaqramlar təşkil edir, onları digər diaqramlardan
fərqləndirən əsas cəhət ondan ibarətdir ki, əyani təsvirdə mübtəda kimi qəbul edilən obyektin zaman
ifadəsi ordinat oxu vasitəsi ilə ifadə olunur, verilən zolaqların uzuluğu isə müvafiq dövrdə obyektin
inkişaf vəziyyətini xarakterizə edir.Sütunlu diaqramda eyni vaxtda bır neçə göstəricini təsvir etmək
mümkündür. Sütunlu diaqramlar vasitəsilə həmçinin sosial-iqtisadi hadisələrin quruluşunu, onun tərki-
bində baş verən dəyişməni, dinamikasını öyrənmək olar.
Şə
kil 4.1 Sütunlu diaqram
10000
ədəd
5 -
4 -
3 -
2 -
1 -
0
2010 2011 2012
Növbəti diaqram forması zolaqlı diaqramdır.
Şə
kil 4.2. Zolaqlı diaqram
2012
45200
2011
35000
2010
43000
0 10000 20000 30000 40000 50000
Diaqram formalarından birini də ikitərəfli (və ya çoxtərəfli) diaqram təşkil edir.
Şə
kil 4.3. İkiəlamətli diaqram
100
80
60
40
20
0
2000 2002 2004 2006 2008 2010 2012
Xətti diaqramların bir növü də fiqurlu diaqramlardır. İctimai hadisələri daha əyani şəkildə xarakterizə
etmək üçün həmin hadisələrə uyğun gələn fiqurlardan istifadə edilir. Bu zaman ölçü vahidi kimi- şərti
fiqurlar tətbiq olunur.
Səkil 4.4. Fiqurlu diaqram
3,5
4,52
4,3
43,6
48,3
55,4
59,2
64,8
23,4
76,6
56,4
35,2
44,6
40,8
51,7
68,7
31,3
33
Kvadrat və dairəvi diaqramlar- müstəvi diaqramların mühüm növləri hesab olunur. Sosial-iqtisadi hadisə-
lərin əlamətlərinin qiymətləri bir-birindən ciddi sürətdə fərqləndikdə onları sütunlu diaqramla təsvir et-
mək əlverişli olmur. Belə halda kvadrat və dairəvi diaqramlardan istifadə etmək məsləhət görülür. Kvad-
rat və dairəvi diaqramlar həm sosial-iqtisadi hadisələrin vaxt etibarilə dəyişilməsini xarakterizə etmək,
həm də eyni dövrə və ya bəlli vaxt anına aid olan kəmiyyətləri müqayisə etmək üçün istifadə olunur.
Şə
kil 4.5.Kvadrat və dairəvi diaqramlar
kvadrat diaqram:
dairəvi diaqram:
Sektorlu diaqramlarda sosial-iqtisadi hadisələrin tərkibini, quruluşunu göstərən məlumat təsvir olunur.
Təsvir edilən hadisənin tərkibinə, quruluşuna müvafiq olaraq, radiuslarla sektorlara bölünən dairə sek-
torlu diaqram adlanır. Sektorlu diaqramla hadisəni təsvir etmək üçün, bir qayda olaraq, sahələri 100 %-ə
bərabər olan dairə və ya kvadrat götürülür. Sonra, həmin dairə və ya kvadrat təsvir edilən məcmunun
ayrı-ayrı hissələrinə tənasüb olaraq sektorlara bölünür. Sektorlu diaqram vasitəsilə hadisənin həcminin
dəyişməsini xarakterizə etməklə bərabər, onun xüsusi çəkisinin dəyişilməsini də vermək mümkündür.
Şə
kil 4.6. Sektorlu diaqram.
Tapşırığın yerinə yetirilməsi dərəcəsini təsvir etmək və ona gündəlik nəzarəti həyata keçirmək üçün
tapşırıq qrafiklərinin əhəmiyyəti böyükdür. Bunun üçün qrafiklərin bir sıra növlərindən istifadə edilə
bilər. Təcrübədə ən çox xətti qrafiklərdən və uçot-tapşırıq qrafiklərindən istifadə edilir. Xətti qrafiklər
illik tapşırığın yerinə yetirilməsini aylar üzrə və ya aylıq tapşırığın yerinə yetirilməsini günlər üzrə xarak-
terizə etmək imkanına malikdir.
Şə
kil 4.7. Müəssisənin istehsal həcminin xətti qrafiki
1000 ədəd
20 -
18 -
16 - - planlaşdırılan həcm
14 - - faktiki istehsa həcmidir
12 -
10 -
8 -
6 -
4 -
2 -
0
Irüb IIrüb IIIrüb IVrüb
100
100
100
100
2148,5
Həsənoğlu
294,5
Araz
176,2
Şahab
118,8
Arpaçay
50 %
10%
40 %
Sosial məqsədlərə
əsas fondların tə
miri
və əldə edilməsi
digər məqsədlərə