Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə46/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   40   41   42   43   44   45   46   47   48

72 

 

     Onu da qeyd etmək lazımdır ki, korrelyasiya əlaqəsi tam ol-mayan əlaqədir. Ona görə də təhlil zamanı 



məlumat  çox  gö-türülsə,  həmin  amillərin  bir  çoxu  nəzərdən  keçirildiyinə  görə  əlaqə  tam  olmayacaqdır. 

Bu  korrelyasiya  əlaqəsinin  ikinci  mü-hüm  xüsusiyyətidir.  Əlaqələr  istiqamətlərinə  görə  düz  və  tərs 

əlaqəyə  ayrılır.  Düz  əlaqədə  həm  amil,  həm  də  nəticə  əlamətləri  eyni  istiqamətdə  dəyişir.  Düz  əlaqədə 

amil  əlamətinin  qiyməti  artdıqca  və  yaxud  azaldıqca  nəticə  əlamətinin  də  qiyməti  artır,  yaxud  azalır. 

Amil əlamətinin qiyməti artdıqca və ya azaldıqça nəticə əlamətinin qiyməti müvafıq olaraq azalarsa və ya 

artarsa, belə əlaqə tərs əlaqə adlanır. Düz və tərs əlaqə həm funksional, həm də korrelyasiya əlaqələrində 

mövcuddur. Deməli, düz əlaqə formasında amil əlamətinin qiymətinin artması əsasında nəticə əlamətinin 

fərdi  və  orta  qiymətlərinin  artması  meyli  müşahidə  olunur,  tərs  əlaqədə  isə  amil  əlamətinin  qiymətinin 

artması nəti-cə əlamətinin qiymətinin azalmasına və ya artmasına doğru meyl etməsinə səbəb olur.  

     Analitik  ifadəyə  görə  əlaqə  düzxətli  və  əyrixətli  əlaqəyə  ay-rılır.  Amil  əlamətinin  kəmiyyətinin 

artması və ya azalması nəti-cəsində nəticə əlamətinin kəmiyyəti müntəzəm olaraq artarsa, yaxud azalarsa, 

belə asılılıq düzxətli korrelyasiya asılılığı və  ya xətti əlaqə adlanır. Belə asılılıq riyazi cəhətdən düzxətli 

tənliklə ifadə olunur:      

  y

x

=a

o

+a

1

     Düzxətli əlaqənin koordinat sistemində qrafiklə təsviri düz xəttə yaxın olan birxətlə ifadə oluna bilər. 

Əgər  amil  əlamətinin  qiyməti  artdıqca  və  ya  azaldıqca  nəticə  əlamətinin  qiyməti  mü-əyyən  nisbətdə 

azalarsa  və  ya  artarsa  belə  korrelyasiya  asılılı-ğına  əyrixətli  əlaqə  deyilir.  Belə  əlaqənin  qrafiklə  təsviri 

əyri xəttə yaxın olan hər hansı qırıq xətlərlə ifadə oluna bilər. Ancaq funksional əlaqə analitik tənliklə də-

qiq  ifadə  oluna bilər, korrelyasiya əlaqəsi  isə  təqribi  ifadə  olu-nur. Korrelyasiya təhlilində  əgər bir amil 

əlamətilə  nəticə  əla-məti  arasında  əlaqə  öyrənilərsə,  belə  əlaqə  qoşa  korrelyasiya,  nəticə  əlamətinə  bir 

neçə amil əlamətinin təsiri öyrənildikdə isə belə asılılıq çoxamilli korreyasiya adlanır. 

    Sosial-iqtisadi  hadisələr  arasındakı  qarşılıqlı  əlaqə  və  asılılıqların  müəyyənləşdirilməsi  nəzəri  təhlilə 

əsaslanmalıdır. Nəzəri təhlil əsasında əmək məhsuldarlığı ilə məhsulun maya dəyəri, əməyin əsas istehsal 

fondları  ilə  silahlanması  və  əmək  məhsuldarlığı,  fəhlələrin  iş  stajları  və  əməyin  ödənişi,  əmək  məhsul-

darlığı və məhsul istehsalı arasında əlaqə olduğunu müəyyən etmək çətin deyildir. Məntiqi olaraq, əmək 

məhsuldarlığı  artdıqca  məhsul  vahidinin  maya  dəyəri  azalır.  Əməyin  kəmiyyət  və  keyfiyyətinə  uyğun 

ödənildiyini  nəzərə  alsaq, onda aydın olar ki, əmək  məhsuldarlığı artdıqca əmək  haqqı üzrə  məhsul  va-

hidinə çəkilən xərclər azalacaqdır. Beləliklə, bu iki göstərici arasında əlaqə olduğunu nəzəri cəhətdən sü-

but etdik. Bununla bərabər  ictimai  həyatda elə  hadisələrə  rast gəlmək olur ki, onların arasındakı əlaqəni 

nəzəri təhlil əsasında müəyyən etmək mümkün deyildir. Belə halda statistikanın köməyindən istifadə et-

mək lazımdır.   



 

   V. Sosial-iqtisadi hadisə-lərin əlaqələrinin öyrənilməsində  istifadə edilən ən sadə və səmərəli statistika 

metodu paralel sıraların gətirilməsi metodudur. Hadisələr və onların əlamətləri arasındakı əlaqənin möv-

cudluğunu  və  istiqamətini  müəyyən  etmək  üçün  tədqiqat  işlərində  paralel  sıraların  gətirilməsi  meto-

dundan da istifadə edilir. Belə paralel sıraların gətirilməsi hadisələrin və ya əlaqələrin kəmiyyətlərinin də-

yişilməsi arasındakı əlaqə və asılılığı və onun istiqamətini müəyyən etməyə imkan verir.   

      Sosial-iqtisadi hadisələrin qarşılıqlı əlaqələrinin təhlilində balans metodu xüsusi əhəmiyyət kəsb edir. 

Balans  metodunun  mahiyyəti  ondan  ibarətdir  ki,  o  öyrənilən  hadisənin  ehtiyatlarını,  istehsalını  və  böl-

güsünü xarakterizə edir. Balans hər iki tərəfi bir-birinə bərabər olan ikitərəfli cədvəl şəklində tərtib edilir. 

Cədvəldə  məlumatlar  elə  verilməlidir  ki,  ehtiyatlar  və  onların  bölüşdürülməsini  xarakterizə  edən  göstə-

ricilər arasında bərabərlik (balans) olsun. Statistika balansları dəyər və natura göstəriciləri əsasında tərtib 

edilə  bilər.  Statistika  balanslarında  qarşılıqlı  əlaqədə  olan  göstəricilər  sistemi  verilir.  Balansın  ən  sadə 

forması  ayrı-ayrı  müəssisələrin  material  ehtiyatları  balansıdır.  Material  ehtiyatları  balansını  funksional 

əlaqəyə xas olan bərabərlik şəklində vermək olar:  

dövrün əvvəlinə qalıq+daxil olma = xərc+dövrün axırına qalıq

 

Bu  balans  bərabərliyi  ayrı-ayrı  müəssisələrdə  material  ehtiyatlarının  hərəkətini  və  onun  ayrı-ayrı  ele-

mentləri  arasında  olan  qarşılıqlı  əlaqəni  xarakterizə  edir.  Statistikada,  ilk  növbədə,  müxtəlif  balans  he-

sablamalarından, sənaye  və kənd təsərrüfatı  məhsullarının  material  balanslarından, əhalinin pul gəlirləri 

və xərcləri balanslarından və s. istifadə edilir. 

 

    Balanslar vasitəsilə mahiyyətcə iqtisadi fəaliyyət sahələri, ölkələr, rayonlar arasındakı əlaqə və nisbət-

ləri  öyrənmək  mümkündür.  Hazırda  statistika  orqanlarında  çoxlu  miqdarda  müxtəlif  balanslar  tərtib 

olunur. Onlardan məhsulun istehsalı, istehlakı və yığımı balansını, əmək ehtiyatları balansını, əsas fond-

lar balansını, milli gəlir balansını, maliyyə balansını və s. balansları göstərmək olar. Statistika orqanların-



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə