Microsoft Word distant tehsil-movzu


Mövzu 6. Dinamika sıraları. Sosial-iqtisadi hadisələrin qarşılıqlı



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə42/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

65 

 

Mövzu 6. Dinamika sıraları. Sosial-iqtisadi hadisələrin qarşılıqlı  



ə

laqələrinin statistik öyrənilməsi 

Plan: 


 1.Dinamika sıralarının mahiyyəti və növləri 

    2.Dinamika sırasının orta səviyyə göstəriciləri, əsas  inkişaf meyli, təsadüfi komponentlər və onların 

      hesablanması 

    3. Dinamika sıralarının  əlaqəli təhlili  

    4.Əlaqələrin növləri, formaları və  statistik tədqiqinin vəzifələri 

    5.Əlaqələrin öyrənilməsində müxtəlif metodların rolu 

    6. İqtisadi məlumatların statistik təhlilinin mahiyyəti, əsas prinsipləri və əhəmiyyəti

   


 

    I. 

Statistika elminin  mühüm  vəzifələrindən biri  sosial-iqtisadi  hadisələri zaman etibarı  ilə  dəyişməkdə 

öyrənməkdən  ibarətdir. Sosial-iqtisadi hadisələrin zamanda dəyişilməsini öyrənmək üçün dinamika sıra-

ları, yəni xronoloji sıralar qurmaq lazımdır. Sosial-iqtisadi hadisələrin zamanda dəyişilməsini xarakterizə 

edən  statistika  göstəriciləri  sırasına  dinamika  sırası  deyilir.  Dinamika  sıralarının  statistik  işlənməsi 

üsulları  XX  əsrin  20-ci  illərində  intensiv  inkişaf  etməyə  başlamışdır.  Dinamika  sıralarının  elementləri 

aşağıdakılardır:  

            1) statistika məlumatının aid olduğu vaxt (adətən tarix, yaxud dövr) gün, ay, rüb, il;  

     2) sıranın səviyyəsi adlanan məlumat.  

    Hər  2  element  dinamika  sırasının  üzvləri  adlanır.Hadisələr  arasındakı  fasilələr  artdıqca  onların 

kəmiyyət və keyfiyyət vəziyyəti daha çox fərqlənir.  

    Sosial-iqtisadi  hadisələrin  zamanda  dəyişilməsi  prosesi  bir  sıra  amillərin  təsirini  özündə  əks  etdirir. 

Deməli, vaxt xeyli sayda amilin təsir dərəcəsini əhatə edir. Sosial-iqtisadi hadisələr daxili amillərin təsiri 

altında vaxtın dəyişilməsi  ilə dəyişir, lakin  xarici görünüşdən bu dəyişmələr vaxtın dəyişmələrinin təsiri 

altında özünü biruzə verir. Dinamika sıralarının tədqiqi sosial-iqtisadi hadisələrin inkişaf prosesini xarak-

terizə etməyə, onların inkişaf qanunauyğunluqlarını aşkar etməyə, inkişaf meylini və sürətini öyrənməyə 

imkan verir. Statistika müşahidəsi əsasında toplanan məlumat müntəzəm olaraq dinamika sıraları şəklin-

də sistemləşdirilir. Dinamika sıralarını düzgün tədqiq etmək üçün onların növlərini bilmək lazımdır.  

    Vaxt əlamətinə görə dinamika sıraları an və  fasilə dinamika sırasına ayrılır. An dinamika sıralarından 

fərqli olaraq fasiləli dinamika sırası səviyyələrini ardıcıl toplamaq yolu ilə artan yekunlarla dinamika sı-

rası qurula bılər. Dinamika sıralarında öz əksini tapan vaxtın tamlığına görə onları tam və natamam dina-

mika sırasına ayırmaq olar. Dinamika sıralarının səviyyələrinin  ifadə olunma üsuluna görə onlar  mütləq 

kəmiyyətlə, orta və nisbi göstəricilərlə ifadə olunan dinamika sıralarına ayrılır.  



    Dinamika sırasının qurulması prinsipləri və təhlili göstəriciləri. Dinamika sıralarının elmi təhlili onla-

rın düzgün qurulmasından asılıdır. Statistika müşahidələri nəticəsində toplanan məlumatın dinamika sıra-

ları şəklində qurulmasının elmi prinsiplərinə əməl olunmalıdır. Dinamika sıralarının düzgün qurulmasının 

mühüm tələblərindən biri hər bir sıranın bütün səviyyələrinin müqayisəli şəkildə olmasıdır. 

    Sosial-iqtisadi  hadisələrin  zaman  şəraitində  inkişafında,  ilk  əvvəl,  kəmiyyət  dəyişiklikləri,  müəyyən 

mərhələdə isə hadisənin qanunauyğun dəyişilməsinə gətirib çıxaran sıçrayışlı keyfiyyət dəyişiklikləri baş 

verir. Bununla əlaqədar olaraq dinamika, proseslərin öyrənilməsinə elmi yanaşma tələb edir ki, uzun vaxt 

dövrünü əhatə edən sıranı eyni inkişaf qanunu ilə xarakterizə olunan məcmunun inkişafı eyni keyfiyyətli 

dövrlərdə birləşdirilsin. Təcrübədə bir sıra hallarda inzibati ərazi dəyişiklikləri baş verir. Belə dəyişiklik-

lərin nəticəsində məlumatın müqayisəliliyi pozulur. Ona görə dinamika sıralarının elmi qurulmasının mü-

hüm prinsiplərindən biri də  sıranın səviyyələrinin ərazi cəhət-dən müqayisəli olmasıdır. Bazar iqtisadiy-

yatı şəraitində belə hallara daha çox rast gəlinəcəkdir. Bu zaman dinamika sıralarının səviyyələrini müqa-

yisəli  şəklə  salmaq  üçün  əvvəlki  səviyyələri  müvafiq  hesablama  əsasında  müasir  sərhəddə  ifadə  etmək 

lazımdır. Dinamika sıralarının düzgün qurulmasının mühüm prinsiplərindən biri dinamika sıralarının sə-

viyyələrinin əhatə olunan obyektlərin dairəsi müqayisəli olmasıdır.  

     Obyektlərin  əhatə  dairəsi  üzrə  səviyyələrinin  müqayisəlili-ini  təmin  etmək  üçün  dinamika  sıralarının 

qovuşdurulması metodundan istifadə edilir. Obyektin əhatə dairəsi üzrə bas vermiş dəyişiklik əsasında iki 

sıra  yaranır. Birinci  sıra dəyişiklik aparılan dövrə qədər olan,  ikinci  isə dəyişiklikdən sonra əmələ gələn 

sıra olur. Hər iki sıradan yeni bir sıra təşkil olunmasına dinamika sıralarının qovuşdurulması deyilir. Sıra-

ların qovuşdurulması əmsal və faiz şəklində həyata keçirilə bilər.   

    An  dinamika  sırasını  qurarkən  bütün  dövrlər  üçün  böhran  anının  eyni  olmasına  xüsusi  əhəmiyyət 

vermək  lazımdır.  Müxtəlif  böhran  anlarına  qurulmuş  dinamika  sırasını  müqayisəli  sıra  hesab  etmək  ol-




66 

 

maz. Dinamika sıralarının qurulmasının mühüm prinsiplərindən biri sıranın səviyyələrinin eyni ölçü vahi-



dində ifadə olunmasıdır. Bu natural, dəyər və əmək ölçü vahidlərinə də aiddir. Eləcə də müxtəlif pul ölçü 

vahidlərində qurulmuş dinamika sırası müqayisəli ola bilməz. 

     Dinamika  sıralarının  elmi  qaydada  qurulması  sıranın  səviyyələrinin  hesablanma  metodologiyasının 

eyni olmasını tələb edir. Ancaq eyni metod əsasında hesablanmış göstərici üzrə qurulmuş dinamika sıra-

sının səviyyələri müqayisəli ola bilər. Statistika məcmu vahidlərinin müxtəlif mənalarda başa düşülməsi 

də dinamika sırasının səviyyələrinin müqayisəli olmasını təmin edə bilməz. Deməli, dinamika sıralarının 

səviyyələrinin müqayisəli olması üçün müxtəlif dövrlərdə müşahidə vahidlərinin eyni şəkildə başa düşül-

məsi  təmin  edilməlidir.  Dinamika  sıralarının  qurulmasının  bu  qaydalarına  əməl  etmədən  onların  təhlili 

düzgün nəticə əldə etməyə imkan verməz.         

     Dinamika  sıralarının  təhlili  göstəriciləri.  Sosial-iqtisadi  hadisələrin  dinamikasını  qurmaqda  məqsəd 

müxtəlif nöqteyi-nəzərdən onların inkişaf prosesini xarakterizə etməkdir. Bu zaman dinamika sırasını xa-

rakterizə etmək üçün bir sıra göstəricilərdən istifadə edilməlidir. Dinamika sıralarının xarakteristi-kasında 

istifadə edilən görtəricilərdən mütləq artımı, artım sürətini, nisbi artımı və s. göstərmək olar. Bu göstəri-

cilər vasitəsilə dinamika sırasının ayrı-ayrı səviyyələrinin dəyişməsinin intensivliyi xarakterizə olunur. 

     Sosial-iqtisadi  hadisələrin  hansı  səviyyədə  inkişafını  göstərən  hər  bir  mütləq  səviyyə  özü-özlüyündə 

ümumiləşdirici göstəricidir. Hadisələrin dinamikasında baş vermiş dəyişiklikləri aşkar etmək üçün sıranın 

səviyyələrini  bir-birilə  müqayisə  etmək  lazımdır.  Belə  bir  müqayisə  nəticəsində  dinamika sırasının  ana-

litik göstəriciləri hesablanır. Dinamika sırasının analitik göstəriciləri əsas və  silsiləvi qaydada hesablana 

bilər. Müqayisə  üçün əsas götürülmüş dövrün səviyyəsinə  görə  müəyyənləşdirilən gösləricilər  əsas qay-

dada hesablanmış dinamika göstəriciləri adlanır. Özündən qabaqkı dövrün səviyyəsinə görə müəyyənləş-

dirilən  göstəricilərə  silsiləvi  qaydada  hesablanmış  dinamika  göstəriciləri  deyilir.  Sosial-iqtisadi  hadisə-

lərin inkişaf qanunauyğunluqlarını xarakterizə edən səviyyə müqayisə üçün əsas dövr götürülür.   



    Mütləq artım. Sosial-iqtisadi hadisələrin dinamikada təhlilinin mühüm göstəricilərindən biri mütləq ar-

tımdır. Dinamika sırasının sonrakı səviyyəsi ilə müqayisə üçün əsas götürülmüş səviyyə arasındakı fərqə 

mütləq artım deyilir. Mütləq artım sıranın sonrakı səviyyəsinin müqayisə üçün əsas götürülmüş səviyyə-

dən  nə  qədər çox  və  ya az olduğunu göstərir. Mütləq ar-tımı silsiləvi qaydada  hesablamaq üçün sıranın 

hər bir sonrakı səviyyəsindən əvvəlki səviyyəni çıxmaq lazımdır. Mütləq artımı əsas qaydada hesablamaq 

üçün sıranın hər bir sonrakı səviy-yəsindən müqayisə üçün əsas götürülmüş səviyyəni çıxmaq la-zımdır. 

Dinamika  sırasının  ilk  səviyyəsini  Y

1

,  son  səviyyəsini  Y



n

,  sıranın  cari  səviyyəsini  Y

i

,  özündən  qabaqkı 

səviyyəni Y

i-1

, mütləq artımı  ilə işarə etsək, o zaman mütləq artım aşağıdakı düsturlarla hesablana bilər: 

 

    



silsiləvi qaydada:             



= Y

i

 - Y



i-1

 ; 

    əsas qaydada:                  



 

= Y

i

 - Y



1

.   

 

  



 

    Sosial-iqtisadi  hadisələrin  inkişaf  sürətini  xarakterizə  etmək  üçün  artım  sürəti  göstəricisindən  geniş 

istifadə olunur. Artım sürəti sıranın sonrakı səviyyəsinin əvvəlki səviyyədən neçə dəfə (faiz) çox və ya az 

artdığını göstərir. O, əmsal və ya faiz şəklində hesablanır. Tədqiqatın vəzifəsindən asılı olaraq artım sü-

rəti də silsiləvi və ya əsas qaydada hesablana bilər. Silsiləvi qaydada artım sürətini hesablamaq üçün sıra-

nın  sonrakı səviyyəsini özündən qabaqkı səviyyəyə  bölmək və alınan nəticəni  faiz şəklində  ifadə etmək 

üçün 100-ə vurmaq lazımdır. Əsas qaydada artım sürətini hesablamaq üçün sıranın hər bir sonrakı səviy-

yəsıni  müqayısə  üçün  əsas  götürülmüş  səviyyəyə  bölmək  lazımdır.  Artım  sürəti  faiz  şəklində  aşağıdakı 

düsturlarla hesablanır:  

 

    



silsiləvi qaydada:    S

i

 = Y

i

 : Y

i-1 

·

 

100 ,                                            əsas qaydada:   S

 

 = Y

i

 : Y



·



 

100 

 

     Silsiləvi və əsas qaydada hesablanmış artım sürəti arasında qarşılıqlı əlaqə vardır. Belə ki, silsiləvi ar-

tım sürətlərini bir-birinə vurduqda müvafiq dövrün əsas artım sürəti göstəricisini və əksinə, əsas artım sü-

rətini  bir-birinə  böldükdə  müvafiq  dövrün  silsiləvi  artım  sürəti  göstəricisini  alarıq.  Dinamika  sırasının 

mütləq səviyyələri haqqında məlumat olmadıqda, silsiləvi artım sürətindən istifadə edərək əsas artım sü-

rətini müəyyən etmək mümkündür. 



   Mütləq artımın müqayisə üçün əsas götürülmüş səviyyəyə nisbəti nisbi artım adlanır. Nisbi artımın he-

sablanmasının  digər  bir  üsulu  artım  sürətindən  100-ü  çıxmaqdır  (artım  sürəti  əmsal  şəklində  hesab-

lanırsa,vahidi çıxmaq lazımdır), 

 

     



Sosial-iqtisadi hadisələrin dinamikasının təhlilində istifadə olunan mühüm göstəricilərdən biri də nisbi 

artımın mütləq qiy-məti göstəricisidir. Bu göstəricinin iqtisadi təhlildə müəyyən əhəmiyyəti vardır. Artım 

sürətinin inkişaf meyli və yaxud eyni səviyyədə qaldığı müşahidə olunduğu halda belə, 1% nisbi artımın 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə