Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə43/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   40   41   42   43   44   45   46   47   48

67 

 

mütləq qiyməti arta bilər.Bir faiz nisbi artımın mütləq qiymətini hesablamaq üçün mütləq artımı nisbi ar-



tıma bölmək lazımdır.

  

 

   II.

Sıranın  səviyyələri  əsasında  hesablanmış  dinamika  göstəriciləri  vaxta  görə  dəyişirlər.  İllər  üzrə  də-

yişən  bu  dinamika  göstəricilərini  ümumiləşdirmək  üçün  orta  kəmiyyəti  hesablamaq  lazımdır.  Sosial-

iqtisadi hadisələrin inkişaf qanunauyğunluqlarını xarakterizə etmək üçün orta səviyyə göstəricisindən ge-

niş istifadə edilir. Orta səviyyənin hesablanması dinamika sırasının növünə uyğun olaraq həyata keçirilir. 

Ardıcıl  fasiləli dinamika sıralarında sıranın orta səviyyəsini  hesablamaq üçün sıranın  səviyyələrini  cəm-

ləyib səviyyələrin cəminə  bölmək lazımdır. Dinamika sırasının səviyyələri tam olmayan sıralar, yəni ar-

dıcıl olmayan dövrlər şəklində ifadə olunarsa, sıranın orta səviyyəsi hesabi orta kəmiyyətin çəkili düstürü 

ilə hesablanmalıdır.

 

Dinamika sırasının təhlilində mühüm əhəmiyyətə malik olan orta göstəricilərdən biri 



orta mütləq artımdır. Orta mütləq artım müəyyən dövr ərzində sıranın səviyyəsinin orta hesabla nə qədər 

artdığını  və  ya  azaldığını  göstərir.  Sosial-iqtisadi  hadisələrin  inkişafının  intensivliyinin  ümumiləşdirici 

göstəricisi kimi, təhlil prosesində orta illik artım sürəti və orta illik nisbi artım göstəricilərinin hesablan-

masının mühüm əhəmiyyəti vardır. 

 

   Dimanika sıralarının təhlilində əsas meylin aşkar edilməsi mühüm yer tutur. Sosial-iqtisadi hadisələrin 



inkişaf  qanunauyğunluğunu  müəyyən  etmək  üçün onların  əsas  meylini  aşkar  etmək  lazımdır.  Dinamika 

sıralarının əsas meylinin aşkar edilməsində istifadə edilən ən sadə üsullardan biri dövrlərin iriləşdirilməsi 

və iri dövrlər üzrə orta kəmiyyətlərin hesablanmasıdır. Dinamika sırasının əsas meylinin dövrlərin iriləş-

dirilməsi ilə aşkar edilməsi üsulundan, xüsusilə kənd təsərrüfatı sahəsində daha çox istifadə edilir, çünki 

kənd təsərrüfatında məhsul istehsalı üçün bir il əlverişli olduğu halda, digər ildə əlverişsiz olur. 

 

   Sosial-iqtisadi hadisələrin əsas meylinin müəyyənləşdirilməsində ən çox istifadə olunan üsullardan biri 

sürüşkən  orta  kəmiyyət  üsuludur.  Bu  kəmiyyətlər  dinamika  sırasındakı  təsadüfi  kənarlaşmaları  aradan 

qaldırmağa və sıranın əsas meylini aşkar etmək üçün imkan yaradır. Dinamika sırası əsasında ardıcıl sü-

rüsdürülən  dövrlər  üzrə  hesablanan  orta  kəmiyyətlərə  sürüşkən  orta  kəmiyyətlər  deyilir.  Sürüşkən  orta 

kəmiyyətlər sıranın uç, beş, yeddi və daha çox

 

səviyyələri əsasında hesablana bilər. Üç səviyyə əsasında 



sürüşkən  orta  kəmiyyəti  hesablamaq  üçün  birinci  üç  səviyyənin  cəmini  üçə  bolüb  sıranın  ikinci  səviy-

yəsini, sıranın ikinci, üçüncü və dördüncü səviyyələrinin cəmini üçə bölüb sıranın üçüncü səviyyəsini və 

s. almaq olar.  

 

Azərbaycan Respublikasında üç illik səviyyələr əsasında kartof yığımının sürüşkən orta kəmiyyəti 



Illər  Kartof yığımı, min ton 

Sürüşkə

n üç illik kartof yığımının cəmi, min ton 

Kartof yığımının üç illik sürüşkə

n orta kəmiyyətləri, min ton 

2004 


930,4 



2005 

1083,1 


930,4+1083,1+999,3=3012,8 

3012,8 : 3=1004,27 

2006 

999,3 


1083,1+999,3+1037,3=3119,7 

3119,7 : 3 = 039,9 

2007 

1037,3 


999,3+1037,3+1077,1=3113,7 

3113,7 : 3 = 037,9 

2008 

1077,1 


   



 

    


Qrafikdə təsvir edilən həqiqi səviyyələrə nisbətən sürüşkən orta kəmiyyətlər kartof yığımının daim art-

mağa doğru meyl etdiyini əyani şəkildə xarakterizə edir. Həqiqi və sürüşkən orta kəmiyyətlərlə göstərilən 

səviyyələri qrafiklə ifadə edək.  

 Şəkil 6.1. 

          

                          

1080

 - 


1060

 - 


1040

 - 


1020

 - 


1000

 - 


  

980


 -                       

 

 960



 -                        

  

940



 - 

  

920



 - 

  

900



 -                            

      


0                 

             

2004          2005           2006            2007            2008 

                 -



həqiqi səviyyələr,                  

                 



- sürüşkən orta kəmiyyətlər

 

       



 


68 

 

Sürüşkən  orta  kəmiyyətlər  tədqiq  olunan  hadisənin  dinamikasının  xüsusiyyətlərinə  uyğun  olaraq  hesab-



lanmalıdır. Sırada dövri tərəddüdlər olmadıqda hadisənin inkişaf meyli aydın müşahidə olana qədər orta 

kəmiyyətləri azdan başlayaraq çoxa doğru artırıla bilər,  yəni  sürüşkən orta kəmiyyətlər sırasının  iki, üç, 

dörd, beş və daha çox üzvləri əsasında hesablana bilər. Sürüşkən orta kəmiyyətlər daha iri fasilələrdə ifa-

də olunduqda itirilmiş səviyyələrin sayı da çox olur.   

     Dinamika  sırasında  təsadüfi  komponentlərin  statistik  təhlili.  Əsas  meylin  sürüşkən  orta  kəmiyyət  və 

yaxud  analitik  hamar-laşdırma  vasitəsilə  aşkar  edilməsi  dinamika  sırasında  əks  olu-nan  hadisənin 

inkişafına  müntəzəm  amillərin  təsirini  müəyyən  etməyə  imkan  verir.  Lakin  sıranın  həqiqi  səviyyələri 

hamarlaş-dırılmış  səviyyələrindən  kənarlaşır.  Dinamika  sırasının  səviy-yələrinin  belə  tərəddüdləri  qalıq 

kənarlaşmalarının əmələ gəl-məsinə səbəb olur. Statistikada belə qalığa dinamika sırasının səviyyələrinin 

təsadüfi  komponentləri  deyilir.  Dinamika  sırası-nın  səviyyələrini  müntəzəm  və  təsadüfi  ünsürlərə 

ayırmaq olar. Bunu düstur şəklində aşağıdakı kimi ifadə etmək olar:  

 

                                     



y = f(t) + E 

 

Burada  f(t)- trendlə ifadə olunan səviyyənin hissəsi,              E-təsadüfi ünsürdür.  



 

    Təsadüfi  ünsürlərin  təhlilinə  dinamika  sırasınin  həqiqi  səviy-yələrini  hamarlaşdırılmış  səviyyələrə 

nisbətən kənarlaşmanın öyrənilməsindən başlamaq lazımdır. Dinamika sırasının səviyyə-lərinin tərəddüd 

dərəcəsini ölçmək uçün dispersiya, orta kvadra-tik uzaqlaşma və variasiya əmsalı hesablanır. Lakin bölgü 

sırala-rından  fərqli  olaraq,  burada  həqiqi  səviyyələrin  orta  səviyyələr-dən  deyil,  hamarlaşdırılmış 

səviyyələrdən  (dəyişən  orta  kəmiy-yətlərdən)  kənarlaşmaların  kvadratı  götürülür.  Bu  zaman  düstur 

aşağıdakı kimi yazılır:  

 

                                          

∑ (y- y)

 2

 



 

                                         σ



2

 ═  ────── ; 



                                                      n 

 

    



Orta kvadratik uzaqlaşma aşağıdakı düsturla müəyyən edilir:  

 

                                          



∑ (y- y

t

)



 2

 

 



                                     σ

 ═       ────── ; 



                                                            n 

 

    



Nəzəri  səviyyələr  şıranın  həqiqi  saviyyələrinə  yaxınlaşdıqca  variasiya  əmsalının  kəmiyyəti  müvafiq 

olaraq azalır. Sıranın  həqiqi  səviyyələrinin  nəzəri səviyyələrdən uzaqlaşmalarının tə-sadüfiliyi  haqqında 

hipolezi  yoxlamaq  üçün  çox  uzun  dövr  üçün  dinamika  sırası  götürmək  lazımdır.  Riyazi  statistikada  sü-

but  edilmişdir  ki,  çox  götürülmüş  müşahidə  məlumatı  əsasında  təsadüfi  kəmiyyətlərin  bölgüsü  normal 

bölgüyə  yaxın  olur.  Təsadüfi  kəmiyyətiər  normal  bölgü  qanununa  tabedirlər.  Sıra-nın  səviyyələrinin 

tərəddüd  göstəriciləri  təsadüfi  tərəddüdlərin  kəmiyyətini  qiymətləndirməyə  və  hamarlaşdırmanın  hansı 

tən-lik əsasında aparılmasını müəyyənləşdirməyə imkan verir. 

    Mövsümi tərəddüdlərin öyrənilməsi. Mövsümlərin dəyişməsi ilə əlaqədar il ərzində hadisələrdə az çox 

sabit tərəddüdlər mövsümilik adlanır. İl daxilində məlumatlara nəzər yetirdikdə sosial-iqtisadi hadisələrin 

səviyyələrinin  müəyyən  dövrdə  art-masına,  müəyyən  dövrdə  isə  azalmasına  təsadüf  edilir.  Belə  tə-

rəddüdlərə  insan  fəaliyyətinin  bütün  sahələrində  təsadüf  olu-nur.  Belə  tərəddüdlər  mövsümiliklə 

əlaqədardır.  Xalq  təsərrüfa-tının  bütün  sahələrində,  xüsusilə  kənd  təsərrüfatında  və  kənd  təsərrüfatı 

məhsullarının  emalı  ilə  məşğul  olan  yüngül  və  ye-yinti  sənaye  sahələrində  mövsümilik  daha  çox 

müşahidə olu-nur. Əmtəələrə olan tələbatın ödənilməsində də mövsümi tərəd-düdlər baş verir. Mövsümi 

tərəddüdlər  müəssisələrin  istehsal  fəaliyyətinin  nəticələrinə  mənfi  təsir  edən  amildir.  Belə  ki,  mövsümi 

tərəddüdlər  əsas  istehsal  fondlarından  və  işçi  qüvvə-lərindən  optimal  səviyyədə  istifadə  olunmasına 

vermir. Bu da öz növbəsində  işçi axınının artmasına, əmək məhsuldarlığının aşağı düşməsinə, məhsulun 

maya dəyərinin yüksəlməsinə mən-fəətin azalmasına səbəb olur. Deməli, mövsümi tərəddüdlərin təsirinin 

yumşaldılması və yaxud aradan qaldırılması istehsalın səmərəlliyinin yüksəldilməsinə təsir edən bir amil 

kimi qiy-mətləndirilməlidir. Ona görə də dinamikanın xüsusi tipi olan mövsümi tərəddüdlərin ölçülməsi 

və  öyrənilməsinin  mühüm  əhəmiyyəti  vardır.  Mövsümi  tərəddüdlərin  ölçülməsi  metodu  aylıq  və  yaxud 

həqiqi  səviyyələrin  orta  kəmyyətlə,  hamarlaşdı-rılmış  səviyyələrə  müqayisəsinə  əsaslanır.  Mövsümi 

tərəddüd-lər  xüsusi  göstərici  olan  mövsümilik  indekslərilə  xarakterizə  olunur.  Mövsümilik  indeksləri 




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə