61
∑ z
pl
q
pl
İ
z
═ ────── ,
∑ z
o
q
pl
plan tapşirığının yerinə yetirilməsini xarakterizə edən maya də-yəri indeksi isə aşağıdakı düsturla
hesablanır.
∑ z
1
q
1
İ
z
═ ────── ;
∑ z
pl
q
pl
Burada z
pl
- istehsal olunan məhsulun maya dəyəri,
q
pl
- plan üzrə istehsal ediləcək məhsulun miqdarıdır.
Plan tapşırığının yerinə yetirilməsi üzrə məhsulun maya də-yəri indeksinə yalnız ayrı-ayrı məmulat
üzrə maya dəyəri pla-nının yerinə yetirilməsi deyil, həmçinin plana nisbətən həqiqi məmulat çeşidində
baş vermiş dəyişikliklərdə təsir göstərir. Çe-şid dəyişikliyinin məhsulun maya dəyərinə təsirini aradan
gö-türmək üçün bu indeksi plan çeşidləri əsasında hesablamaq məqsədəuyğundur.
Məhsulun aqreqat maya dəyəri indeksi ümumi indeksin əsas formasıdır. Aqreqat maya dəyəri indeksi
fərdi maya dəyəri in-deksi əsasında orta maya dəyəri indeksinə çevrilə bilər. Hesabi orta maya dəyəri
indeksinin düstııru aşağıdakı kimidir:
∑ i
z
z
o
q
1
İ
z
═ ────── ;
∑ z
o
q
1
harmonik orta maya dəyəri indeksinin düsturu isə belə ifadə olunur:
∑
z
1
q
1
İ
z
═ ────── ;
1
∑ ──
z
1
q
1
i
z
Təcrübədə məhsulun aqreqat maya dəyəri indeksi ilə bərabər harmonik orta maya dəyəri indeksinin
düsturundan da istifadə edilir. Orta maya dəyəri indekslərinin nəticələri aqreqat indek-sinin nəticəsinin
eynidir, çünki orta indekslər aqreqat indeksi-nin çevrilmiş formasıdır.
Statistikada hesablanan mühüm keyfiyyət indekslərindən biri əmək məhsuldarlığı indeksidir. Əmək
məhsuldarlığının səviy-yəsi məhsulun həcminin onun istehsalına sərf edilmiş əmək məsrəflərinə nisbəti
kimi müəyyən edilir.
Ərazi indekslərinin xüsusiyyətləri. Bir obyektin məlumatının digər obyektin məlumatı ilə (məsələn, bir
müəssisənin məluma-tının digər uyğun müəssisənin məlumatı ilə, bir rayonun, ölkə-nin məlumatlarının
digər rayon və ölkələrin məlumatları ilə müqayisəsi) müqayisəsi nəticəsində alınan nisbi göstəricilər ərazi
indeksi adlanır. Bazar iqtisadiyyatı şəraitində müəssisə-lərin və rayonların müstəqilliyinin əhəmiyyətli
dərəcədə artma-sı ilə əlaqədar olaraq ərazi indekslərinin hesablanması daha mühüm əhəmiyyət kəsb
etməyə başlamışdır. Sosial-iqtisadi ha-disələrin məkanda müqayisəsi mühüm problemə çevrilmişdir.
Hazırda bir çox göstəricilərin ayrı-ayrı rayonlar üzrə hesablan-ması, onların məkanda müqayisə olunması
zəruriliyini tələb edir. Göstəricilərin beynəlxalq miqyasda müqayisə edilməsi mühüm məsələlərdən birinə
çevrilmişdir.
Ərazi indekslərinin hesablanmasında çəkilərin seçilməsi mühüm məsələdir. Çəkilərin seçilməsi
tədqiqat qarşısında du-ran məqsəd və vəzifədən asılı olaraq həll edilməlidir. Statisti-kanın təcrübəsində
qəbul edilmişdir ki, I əlamətlər indeksləş-dirilərkən müqayisə üçün əsas götürülən obyektin məlumatı
(əsas çəki), II əlamətlər indeksləşdirilərkən isə təhlil edilən ob-yektin məlumatı (cari çəki) çəki kimi
götürülə bilər. Ərazi in-deksləri belə hesablandıqda, indeks sistemləri təşkil oluna bi-lər, bunun da
nəticəsində göstəricilərin ümumi dəyişilməsində amillərin rolunu müəyyənləşdirmək mümkün olar.
Nəzərə al-maq lazımdır ki, ərazi indekslərində müxtəlif quruluşa malik olan hadisələr müqayisə edilir,
ona görə quruluş müxtəlifliyinə malik olan hadisələrin çəkilərini müəyyən dərəcədə neytrallaş-dırmaq
lazımdır. Bununla əlaqədar olaraq ərazi indekslərini ay-rı-ayrı rayonların, sahələrin quruluşu əsasında
müəyyənləşdi-rilən standart çəkilər əsasında hesablamaq məqsədəuyğundur. Ərazı indekslərinin
hesablanmasını iki rayonun və ölkənin dənli bitkilərinin məhsuldarlığı məlumatları əsasında izah edək.
Cədvəl 5.18. Dənli bitkilərin məhsuldarlığı və əkin sahəsinin quruluşu.
Dənli bitkilər
I rayon
II rayon
respublika üzrə
orta məhsuldarliq
sentner
əkin sahəsinin
quruluşu
orta məhsuldarliq
sentner
əkin sahəsinin
quruluşu
orta məhsuldarliq
sentner
əkin sahəsinin
quruluşu