Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   37   38   39   40   41   42   43   44   45

B U L U D X A N   X Ə L İ L O V  
 
182
ları, xanımları ana kimi qəbul etmişdir. Necə ki, akade-
mik Bəkir Nəbiyevin anası  Zəhra xanımı ana deyə ça-
ğırmışdır. Bu, onun təbiətindən və  təbiiliyindən irəli 
gəlmişdir. Qabilin təbiətindəki təbiilik, saflıq onu təbii 
olan hər şeyə bağlamışdır. O cümlədən akademik Bəkir 
Nəbiyevin anasına da. Bəkir Nəbiyev yazırdı: “Qəbri 
nurla dolmuş Suğra xanımı 1962-ci ildə itirmiş Qabil bu 
zaman artıq beş il idi ki, anasız qalmışdı. Mənimlə  də
mənsiz də  Şirvan tərəflərə yolu düşəndə anamın, ailə-
mizin əziz qonağı olardı...” İş elə gətirir ki, Bəkir Nəbi-
yevin anası  Zəhra xanım dünyasını  dəyişəndə Qabil 
hadisədən bir-iki saat gec xəbər tutur. Dəfnə gecikir. 
Bəkir Nəbiyev yazır: “Bakıdan gələnləri, o cümlədən də 
bəzi qonşularını görüb dedi: 
− Ay insafsızlar, qardaşım evinə  təziyyəyə  gəlirsiz, 
mənə isə barı bir xəbər də vermirsiz?! Axı  mən Zəhra 
xanıma ana...  demişdim! 
Əl-üzünü yumamış, bir stəkan çay belə içməmiş tə-
kid etdi ki, onu qəbir üstə aparaq. Qardaşım Mahmud 
müəllimlə birlikdə arzusuna əməl etdik. 15-20 dəqiqə-
dən sonra Qabil anamın qəbrinin hələ təravətini itirmə-
miş narın torpağını hamarlaya-hamarlaya dodaqaltı nəsə 
pıçıldayır, gözlərindən gildir-gildir yaş tökürdü.” Bəli, 
bu elə bir mənəvi keyfiyyətdir ki, onu hər adamda 
axtarmaq, hər adamda görmək olmur. Onu yalnız səda-
qətli, səmimi, sözü və özü bütövlərdə görmək mümkün-
dür.  Şair Qabil məhz belələrindən  − bu sırada 
olanlardan olmuşdur.    


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
183
Qabil Azərbaycan ədəbiyyatına  XX əsrin 40-cı illə-
rində  gəlmişdir. Artıq   XX  əsrin 50-ci illərində o, şeir, 
ədəbiyyat aləmində peşəkarlığı ilə  fərqlənmişdir.   XX 
əsrin 60-cı illərində Qabil Azərbaycan  ədəbiyyatında 
aparıcı simalardan biri olmuşdur. Onu da qeyd etmək 
yerinə düşər ki, Qabil ədəbi prosesə qoşulanda, daha 
doğrusu, gələndə onunla çiyin-çiyinə addımlayan B. Va-
habzadə, N.Xəzri, H.Arif, Ə.Kürçaylı,  İ.Səfərli, A. Ba-
bayev və başqaları poeziyada öz isti nəfəslərini, 
üslublarını diqqət mərkəzinə çevirə bilmişdilər. Məhz 
ədəbi prosesdə layiqincə özünü doğruldan bu aparıcı 
simalar içərisində öz dəstxəti ilə seçilmək, bənzərsizliyi 
və özəlliyi ilə diqqət mərkəzində olmaq hər şairin işi ola 
bilməzdi. Heç şübhəsiz ki, Qabil bu baxımdan seçildi, 
fərqləndi və ədəbi mühitin ən parlaq nümayəndələrindən 
birinə çevrildi. Nəyin sayəsində? Hər  şeydən  əvvəl 
duyğularını, hisslərini tərənnüm etmək istedadına malik 
olması ilə. Həm də bu istedad üzərinə onu da əlavə 
etmək lazımdır ki, o, müraciət etdiyi mövzuların hər 
birini özünəməxsus üslubda, ifadə  və deyim tərzində 
çatdırmaq istedadı  ilə də fərqlənmişdir. Məsələn, “Və-
tən” mövzusunda yazdığı  şeirlərdə Qabil dili, üslubu, 
ifadə forması, məslək və  əqidə sahibliyi baxımından 
bənzərsizdir. O, “Vətən” şeirində yazır: 
 
Bir birindən hər şey qopar, ayrılar− 
Ayrılmayan bəs nə var? 
Mən, 
Vətən! 


B U L U D X A N   X Ə L İ L O V  
 
184
 Bu cür dəqiq fikir söyləmək Qabilin öz xarakter də-
qiqliyindən irəli gəlir. Qabil “mən”inin Vətəndən, Vətə-
nin isə Qabil “mən”indən ayrılmazlığı maddə kütləsinin 
itməməsini, heçdən yaranıb heçdən yox olmamağı yada 
salır. Bir daha Qabil “mən”inin hətta bölünən atomlara 
ironiya ilə yanaşdığını xatırlayır. Bunların hamısının 
səbəbi də, nəticəsi də yenə də Qabil xarakterinin bütöv-
lüyündən, bölünməzliyindən irəli gəlir. Ona görə ki, o, 
həyat tərzini  əqidəsinə tabe etmiş,  əqidəsinin içərisinə 
paylamışdır. Xarakter bütövlüyü həyat tərzinə, lap 
məişətinin hər anına sadiq olmağı  təmin etmişdir. O 
yazır: 
                             
Mən gözümü bu torpaqda açmışam, 
Mənim dilim bu torpaqda söz tutub, 
İməkləmiş, yerimişəm, qaçmışam− 
Dizlərimi qanadanda daş-kəsək 
 İlk yaram da bu torpaqda köz tutub. 
  
 Qabil  “Vətən” mövzulu şeirlərində  Vətənin  şəhəri-
nə, kəndinə, qumlu sahilinə, gölünə, dağına, yaşıl or-
manlarına sevgi və  məhəbbətini gizlətmir. Onun üçün 
dünyanın bütün gözəllikləri Vətəndən – Azərbaycandan 
başlayır. 
    
     Azərbaycan torpağı, 
Öpüm, öpüm səni gəl! 
Axı, səndə görmüşəm 
Hər şeyi əvvəl-əvvəl. 
  


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
185
  Bu dünyaya sevgi, məhəbbət, bu dünyada hər şeyin 
gözəli, bir sözlə, xoş olan nə varsa, onların hamısı Qabil 
üçün Azərbaycan torpağından başlayır. O yazır: 
  
Dünya mənə xoş gələr 
Həyatın hər bir çağı? − 
Sən bir dünyasan demək, 
Azərbaycan torpağı. 
  
   Qabilin  “Azərbaycan torpağı”, “Göygöl”, “Pirşa-
ğı”, “Gül bağı”, “Qoy danışsın təbiət”, “Göyçay narı”, 
“Çıxdım Əlincəyə”, “Qız qalası”, “Mərdəkan”, “Bakı”, 
“Yardımlıya qonaq gəlin” və s. şeirləri Azərbaycan tor-
pağına bağlılığın ən bariz nümunələri olmaqla şairin tə-
miz, pak, isti və  hərarətli nəfəsini oxucunun qəlbinə 
toxumtək səpir. Qabil Vətənin gözəlliklərini Vətənin 
özünə anlatmaq yolunda heç kəsə bənzəməyən bir üslu-
ba, ifadə tərzinə malik şairdir. Yəni Qabil Vətənlə həm-
söhbət olan şairdir. Məsələn: 
  
Axı, bircə ovuc su deyilsən sən 
Anasan, torpaqsan, Vətənsən, Vətən! 
     Yaxud: 
Azərbaycan – çınqısından vulkanınacan, 
Azərbaycan – çeçməsindən ümmanınacan, 
Azərbaycan – dahisindən adisinədək, 
Azərbaycan – fəhləsindən aliminədək, 
Azərbaycan – Babəkindən əsgərinədək, 
Azərbaycan – Şahdağından düzlərinədək, 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə