Microsoft Word edebiyashar-30. 11. 16. doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix26.09.2018
ölçüsü1,5 Mb.
#70988
1   ...   37   38   39   40   41   42   43   44   45

Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
171
ları  əks etdirən daş abidə insanı heyrətləndirməyə bil-
mirdi. Bu doğrudanmı çobanın və qoyunların daşa çev-
rilməsi idi?! Yoxsa Allahın bir sehri, möcüzəsi idi?! Hər 
halda qeyri-adi bir mənzərə idi. İndi, gəl aç, görüm, bu 
mənzərənin sirrini, sehrini?! 
 
12.11.2015 


B U L U D X A N   X Ə L İ L O V  
 
172
 
“Koroğlu” dastanında bəzi təhriflər 
barədə 
 
“Koroğlu” dastanın-
da Koroğlunun Giziroğlu 
Mustafa bəy haqqındakı 
tərifində diqqəti cəlb edən 
bəzi məsələlər var. Əvvəl-
cə Koroğlunun Giziroğlu 
Mustafabəyi tərif edən 
şeir parçasına diqqət yetirək: 
 
Şeşpərinin ucu qanlı, 
İyidlər var dəmir donnu, 
Bir iyiddi, addı, sannı, 
Giziroğlu Mustafa bəy! 
 
Bir atadan beş olaydım, 
Beşinnən on beş olaydım, 
Mən onnan qardaş olaydım, 
Giziroğlu Mustafa bəy! 
 
Alapaça haya təpər, 
Hayxıranda huya təpər, 
Koroğlunu çaya təpər, 
Giziroğlu Mustafa bəy!  
 
(bax: Koroğlu. Bakı, “Lider nəşriyyat”, 2005, s.508) 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
173
Koroğlunun Giziroğlu Mustafa bəyi tərif etdiyi bu 
şeir parçasında ikinci bəndin xüsusi izahata ehtiyacı 
vardır: 
Bir atadan beş olaydım, 
Beşinnən on beş olaydım, 
Mən onnan qardaş olaydım, 
Giziroğlu Mustafa bəy! 
 
Bu bənd “Koroğlu” dastanında “Durna teli” 
qolunda belə gedir: 
 
Bir atadan kaş olaydıq, 
Bir-birindən xoş olaydıq,  
Doğmaca qardaş olaydıq, 
Giziroğlu Mustafa bəy.  
 
(bax: Koroğlu. Bakı, “Lider nəşriyyat”, 2005, s.139) 
 
Yeri gəlmişkən qeyd edək ki, Koroğlunun Gizir-
oğlu Mustafa bəyi tərif etdiyi şeir parçası “Durna teli” 
qolunda fərqli bir variantdadır. Yəni Azərbaycan Milli 
Elmlər Akademiyasının Folklor İnstitutunun elmi ar-
xivində saxlanılan, yuxarıda qeyd etdiyimiz üç bəndlik 
şeir “Durna teli” qolunda fərqli bir variantda və beş 
bənddən ibarətdir: 
 
Analar oğul doğubdu, 
Giziroğlu Mustafa bəy. 
Bu dünyaya tək gəlibdi, 
Giziroğlu Mustafa bəy. 


B U L U D X A N   X Ə L İ L O V  
 
174
Nizəsinin ucu qanlı, 
Dəliləri dəmir donlu, 
Bir igiddi adlı-sanlı 
Giziroğlu Mustafa bəy. 
 
Bir atı var Alapaça 
Aman vermir Qırat qaça,  
Nizəsinin ucu haça
Giziroğlu Mustafa bəy. 
 
Bir atadan kaş olaydıq, 
Bir-birindən xoş olaydıq, 
Doğmaca qardaş olaydıq, 
Giziroğlu Mustafa bəy. 
 
Hay deyəndə haya basar, 
Huy deyəndə huya basar, 
Koroğlunu çaya basar, 
Giziroğlu Mustafa bəy.  
 
(bax: Koroğlu. Bakı, “Lider nəşriyyat”, 2005, s.139-140) 
 
Bundan başqa, buradakı: 
 
“Bir atadan kaş olaydıq, 
 Bir-birindən xoş olaydıq, 
Doğmaca qardaş olaydıq, 
Giziroğlu Mustafa bəy.” 


Ə B Ə D İ Y A Ş A R   Ə D Ə B İ Y Y A T  
 
175
bəndi Milli Elmlər Akademiyasının Folklor İnstitutunun 
elmi arxivində saxlanılan üç bəndlik şeir parçasından da 
və bu bənddən də: 
 
“Bir atadan beş olaydım, 
Beşinnən on beş olaydım, 
Mən onnan qardaş olaydım, 
Giziroğlu Mustafa bəy.” 
 
fərqlənir. Bizə elə gəlir ki, bu bənd daha qədimdir. Son-
ralar bu bəndin mahiyyətini başa düşməyənlər onu dəyi-
şib, sadələşdiriblər.  Əslində isə buradakı etnoqrafiya-
mızla bağlı olan faktı təhrif ediblər. Təhrifin nədən iba-
rət olduğunu izah etmək üçün bir daha bu bəndə fikir 
verək: 
Bir atadan beş olaydım, 
Beşinnən on beş olaydım, 
Mən onnan qardaş olaydım, 
Giziroğlu Mustafa bəy. 
 
Koroğlu “Bir atadan beş olaydım” deməklə ana-
dan doğulanda beş günlük uşağın sağlamlığında olma-
sını söyləyir. “Beşinnən on beş olaydım” dedikdə isə 
beş günlük uşaqlıq günlərini keçirib on beş günlük ol-
masını  nəzərdə tutur. Niyə  bəs beş günlük uşaq və on 
beş günlük uşaq? Bu, elə - belə işlənməmişdir. Belə ki, 
beş günlük uşağın ana südü çox güclü olur. Ümumiy-
yətlə, on beş gün ərzində ananın südü gücünü, vitami-
nini və  dəyərini itirmir. Beş  və on beş gün arasındakı 


B U L U D X A N   X Ə L İ L O V  
 
176
ana südü övladı güclü, sağlam edir və xəstəliklərdən qo-
ruyur. Təbii ki, beş və on beş günlük süd çox yağlı ol-
ması ilə fərqlənir. Müqayisə üçün qeyd edək ki, bu süd 
heyvanlarda ağuz adlanır.  Ağuz sağmal heyvanlar doğ-
duqda məmələrindən çıxan ilk süddür. Məs.: (Səba) ca-
mışı oxşaya-oxşaya sərnic dolusu ağuz sağdı. S.Rəhi-
mov. (bax: Azərbaycan dilinin izahlı lüğəti. Dörd cild-
də. I cild. Bakı, “Şərq-Qərb”, 2006, s.72) Sağmal hey-
vandan sağılan ağuz südündən bulama hazırlanır.  
Deməli, bulama təzə doğan sağmal heyvanların 
ilk günlərdə sağılan südündən hazırlanır. Məs.: Nənəm 
o şişək qoyun; Yunu bir döşək qoyunBulamanı tez ye-
tir; Qırıldı  uşaq, qoyun. (sayaçı sözü). Məmmədağanın 
inəyi də yenicə doğmuşdur. Ləzzətli bulaması var,  –  
deyə Tağı  əmi tərif etdi. S.S.Axundov. (bax: Azərbay-
can dilinin izahlı lüğəti. Dörd cilddə. I cild, Bakı, “Şərq-
Qərb”, 2006, s.357).  Ağız südündən hazırlanan  bula-
manın içərisinə yumurta və  şəkər qatmaqla köppəcə də 
hazırlanır. Ancaq bu 
köppəcə, “Azərbaycan dilinin 
izahlı lüğəti”ndə səhv olaraq bulama kimi izah edilmiş-
dir. Bu mənada “Azərbaycan dilinin izahlı lüğəti”ndə 
oxuyuruq: “Yumurta, süd və şəkərdən hazırlanan yemək 
(yəni bulama – B.X.). (Mərdəli:) Bəs bulama necə? Bu 
ondan deyil!.. Anam yumurta vurub. Ə.Əbülhəsən. 
(bax: Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I 
cild, Bakı, “Şərq-Qərb”, 2006, s.357). 
Beləliklə, Koroğlu Giziroğlu Mustafabəyin qəhrə-
man, igid olmasını  tərif edərək “Mən onnan qardaş 
olaydım” fikrini də söyləyir. “Bir daha “Bir atadan beş 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə