143
imperiyası dağılanda onun yerində türkdilli çox dövlətlərin
əmələ gəlməsi olub, digər cəhət isə adlar olub – şəxs adları və
qəbilə, tayfa adları. Məsələn, Attilanın özünün adının mənşəyi
bu günə qədər də müxtəlif ziddiyyətli fikirlər doğub. Amma At-
tilanın uşaqlarının adı Dəniz, İllak və İrnak, atasının adı Mun-
cuq, əmisinin adı Oybarsdı. Yəni kifayət qədər xalis türk adları
olub.
Attilanın sarayında da şamanlar olub. Onların adında
“kam” sonluğu var. Məsələn, adlardan biri “Eşkam”dır. Şaman-
ların əsas vəzifələrindən biri gələcəyi görmək, proqnoz vermək
olubdur. Yəni Attila onları saxlayırmış ki, desinlər hansı ölkəyə
gedib uğur qazanmaq olar, onlar gələcəyi görsün, yuxuları yoz-
sunlar və s. Şamanlar daha çox bu məsələlərə xidmət edirdilər.
Müasir şamanlarda da bu varmı, yoxsa bu cəhətlər aradan çı-
xıbmı?
Güllü YOLOĞLU:
– 1998-ci ildə Tıva Respublikasında olanda tıva türkləri
mənə dedilər ki, burada prezidentin hakimiyyətə gəlməsində şa-
manların böyük rolu olduğuna görə prezident onlara böyük hör-
mət-izzət göstərərək “Düngür” şaman cəmiyyətinə prezident
aparatının arxa tərəfində yer vermişdir. Yəni bilirik ki, Tıva
ərazisində lamaizm hakim dairələrə yaxın olmuşdur. Əvvəlcə
rəsmi dairələrdə qəbul olunmuş, sonralar XVII əsrdə xalqın ta-
rixində formal da olsa qəbul olunmuşdur. Rəsmi dinin lamaiz
olmasına baxmayaraq, orada hörmətli qonaqlar kimi bizi məhz
şamanların cəmiyyətinə apardılar. Bu da dövlət başçısının şa-
manları daha üstün tutduğunu göstərirdi. Yəni müasir siyasətdə
şamanlar öz rollarını yerinə yetirirlər.
Burada bir haşiyə də çıxmaq istəyirəm. Xakasiya Dil,
Tarix və Ədəbiyyat İnstitutunun direktoru Valentina Tuqujeko-
va ilə Abakan şəhərində görüşəndə bildirdi ki, cəmi iki aydır
məni bu vəzifəyə təyin ediblər, amma çox qorxuram. Səbəbini
144
soruşanda dedi ki, məndən əvvəl bu vəzifəyə təyin olunan üç
nəfərin hər biri il tamam olmamış vəfat edib, ona görə mən də
qorxuram. Orasını da qeyd elədi ki, onlardan əvvəlki direktor
çox yaşlı imiş, özü çıxmaq istəməsə də onu məcburən işdən çı-
xarıblar. İşdən çıxarıldıqdan sonra isə o, buna dözməyib, ürəyi
partlayaraq ölüb, indi də institutun gözətçisi hər axşam pillə-
kənlərdə ayaq səsləri eşidir.
Həmin ərəfədə Tıva Respublikasında Xöömey festivalı
keçirilirdi. Bu, musiqi aləti olmadan eyni anda boğazdan 2-3
səs çıxarmaqdır, özü də çox ağır bir işdir. Hətta Amerika alim-
ləri, həkimləri də bununla maraqlanaraq onların boğazlarına
xüsusi aparat qoymaqla eyni vaxtda bu cür müxtəlif səslər çı-
xarmağın səbəbini öyrənməyə çalışıblar.
Ekspedisiyamla əlaqədar oraya bir qədər tez getdiyimdən
şaman cəmiyyətində də olmuşdum. Valentina Tuqujekovanı da
şaman cəmiyyətinə apardım ki, bəlkə dərdinə bir çarə buluna.
Burada hansı şamana yaxınlaşdıqsa, bizi dinlədikdən sonra
dedilər, bu, bizlik deyil. Sonda məsləhət gördülər ki, Uluq xam
Kаnçır-ооlun yanına gedin. O, bizi dinlədikdən sonra dedi ki,
birinci ölən direktorun ruhu naşı keşişin ucbatından Tanrı dər-
gahına yola salınmayıb. Оnun burada qalmış ruhu xətər yetirir.
Bu ruhu Tanrı dərgahına yola salmaq lazımdır ki, belə hadisələr
təkrar olunmasın.
Belə olan halda Tuqujekova xahiş etdi ki, Uluq xam Kаn-
çır-ооl onunla Xakasiyaya getsin. Şаmаn isə ABŞ-da dünya şa-
manları ilə bağlı bir tədbir keçiriləcəyini, ora gedəndə yolüstü
Xakasiyada institutа bаş çəkəcəyinə söz verdi.
Mən sonralar V.Tuqujekova ilə əlaqə saxladım. O, bu gün
də həmin vəzifədə çalışır.
Orasını da qeyd etmək istəyirəm ki, orada hər kəs “mən
şamanam” deyib ortaya çıxa bilməz. “Düngür” şaman cəmiyyə-
ti onların qabiliyyətini özlərinin xüsusi qaydaları ilə yoxladıq-
dan sonra arayış əsasinda fəaliyyətlərinə icazə verir. Qabiliyyəti
olmayanların fəaliyyət göstərmələrinə isə icazə verilmir.
145
Dosent Tofiq ABASQULİYEV:
– Əvvəlcə qeyd etmək istəyirəm ki, son iki məclisimizdə
müzakirə olunan mövzular da, məsələlərin qoyuluşu və məz-
munu da çox maraqlıdır. Buna görə həm professor Hamlet İsa-
xanlıya, həm də bugünkü məruzəşi Güllü xanım Yoloğluya
minnətdarlıq edirəm.
Düzdür, sizin çıxışınız bir qədər çoxcəhətli və dağınıq idi,
ayrı cür də mümkün deyildi. Çalışırdınız ki, hər şeyə toxunası-
nız. Ancaq toxunduğunuz məsələlərin hər biri ayrıca məruzənin
mövzusu ola bilər. Bununla belə, bir-iki məqama aydınlıq gəti-
rilməsini istərdim.
Güllü xanım, əvvəla bilmək istərdim, necə oldu ki, bu
mövzu ilə maraqlandınız, sizi bu sahədə tədqiqata sövq edən nə
olub? Qadın üçün bu qədər səfərlərə çıxmaq, araşdırmalar apar-
maq çətin deyilmi?
İkincisi, siz məruzənizdə dediniz ki, xakaslar 9 faiz təşkil
edir. Yaxşı olardı ki, aydınlıq gətirəsiniz, onlar haranın və ya-
xud hansı əhalinin 9 faizini təşkil edirlər?
146
Məni bir məsələ də düşündürür, məlumdur ki, “qurd”
türklərdə totem sayılır. Amma digər məsəllərdə, rəvayətlərdə
qurd sözü bəzən başqa mənalarda da çox işlədilir. Məsələn,
“qurd yağı” deyirlər. Qurd yağı ilə qurdun totеm olması nə qə-
dər uyğun gəlir? Bunların bir-biri ilə nə kimi əlaqəsi ola bilər?
Siz bunlarla maraqlanmısınızmı?
Dördüncü sualım türk birliyindəki iğtişaşlarla bağlıdır.
Niyə türk хalqları tariх boyu bir-birilə mübarizə aparıblar?
Tarixin hansı qatına baxsaq, bu kimi hallarla rastlaşa bilərik.
Güllü YOLOĞLU:
– Suallarınıza görə təşəkkür
edirəm.
Birinci sualınıza cavab ola-
raq deyim ki, hələ orta məktəbdə
oxuyanda – Sovеt dövründə “Azər-
baycan pionеri” qəzеti çap olunur-
du. Orada Azərbaycan da daхil on
bеş sovеt rеspublikasından olan
məktəblilər ünvanlarını yazır, bir-
biriləri ilə məktublaşırdılar. Mən
də onların arasında idim. Bеşinci
sinifdən Moldaviyanın (indiki Mol-
dova), Özbəkistanın, Tacikistanın,
Ukraynanın, Litva və Latviyanın, Rusiyanın bir sıra məktəblilə-
ri ilə məktublaşırdıq. Hər kəs öz dili, adət-ənənəsi haqqında ya-
zır, bayramlarımızda açıqçalar yollayırdıq. Belə məkublaşma-
ların birində Moldovadan mənə qaqauzlar barədə yazmışdılar.
Dünyada maraqlı хalqların olduğunu öyrəndim və günlə-
rin bir günü akadеmik D.Liхaçovun tеlеviziya ilə bir çıхışında
“Gəlin, azsaylı хalqları öyrənək. Vaхt gələcək, onlar muzеy
еksponatlarına çеvriləcəklər” sözlərini еşitdim. Bu çıхış mənə
bir təkan oldu və artıq tələbə ikən qaqauzlardan başlayaraq az-
saylı türk soylarını öyrənməyə başladım.
Dostları ilə paylaş: |