129
başlıca
səbəblərindən biri, yəqin ki, birincisi o zamankı fəthlər
və köçlərdir.
Beləliklə, nə üçün Çin deyil, Osmanlı deyil, avropalılar
dənizlərlə dünyanı tutdular? Bu kimi suallara cavab çox çətin-
dir. Amma öz-özümə düşünərkən, bu suallar barədə fikirləşən-
də ağlıma bir şey gəlir. Çin və Osmanlının, buraya Rusiyanı da
daxil etmək olar, çox tərəfi dəniz və okean olsa da,
onlar dəniz
imperiyası ola bilmədilər. Ola bilsin ki, səbəb onların dənizə az
ehtiyac duymaları idi, çünki məkanları, yəni öz torpaqları kifa-
yət qədər böyük idi. Çinin Tibet və Sakit okean arasında uzanan
enli və böyük məkanı var idi, Osmanlının da torpağı böyük idi,
Rusiyanın isə ərazisinin ucu-bucağı yox kimiydi. Bu imperiya-
ların okeanla, sularla uzaqlara gedib nələrisə kəşf etməyə çox
can atmaması səbəblərindən biri, bəlkə ən mühümü, öz
torpaqlarının böyük olması ola bilər.
Amma türklər ən qədim zamanlardan başlayaraq son vaxt-
lara – bir neçə əsr bundan əvvələ qədər dünyanın bu başından o
başına
at belində səyahət elədilər, döyüşə-döyüşə keçdilər, bəzən
də dinc yolla köçdülər. Bu hadisə, tarixçilərin dediyinə görə, ilk
dəfə bizim eranın II əsrinin ortalarında –150-ci illərdə başladı.
Həmin Hunlar Orta Asiyadan Mancuriyaya qədər uzanan torpaq-
larda, Çinin şimalında dövlət qurmuşdular. Miladdan öncə 2-ci
əsrdə əfsanəvi (və gerçək) Hun hökmdarı Mao-tun (Mete) və
onun oğlunun zamanında Hun dövləti zamanın ən güclü imper-
yası idi. Onlar səyahət etməyə, köç etməyə başladılar, yavaş-ya-
vaş Ural, Volqa və Don çaylarına,
Karpata doğru və düz Fransa-
ya qədər getdilər. Mancuriya ilə Fransa arasında köç edən, döyü-
şən hunlar, eləcə də onların davamçısı hesab olunan Türk Xaqan-
lığı nə Sakit okeana, nə də Atlantik okeanına çıxmadılar. Bilir-
siniz ki, məşhur Attila, onun Hun imperiyası son nöqtədə Or-
leanda – Paris yaxınlığında döyüşdü və qayıdıb Romanı sıxış-
dırmağa başladı. Bunlar qədim türklər idilər. Hərçənd ki, Hun
dövlətinin təbəələri və döyüşçüləri tək türkdillilər deyildi, fin-
uqordilli xalqlar və qotların bir hissəsi də Hun dövlətinə daxil idi
(mümkündür ki,
digər xalqlar da, məsələn, proto-slavyanlar).
130
Şərq və Qərb hunları, onların qohumluğu və s. kimi məsələlərə
toxunmağa burada vaxtımız yoxdur.
Sonra Türk Xaqanlığı və Göytürklər, Uyğurlar, Sabirlər
(Suvar) və Bolqarlar, Xəzərlər, Peçeneqlər (Beçənəklər), Qıp-
çaqlar (Onlara Rusiyada Polovtsı deyirdilər) gəldilər. Cənubdan
isə Qaraxanlılar, Qəznəvilər, Səlcuqlar, Xarəzmlilər,
Türkmən-
lər – bizim əcdadlarımız – Qaraqoyunlular, Ağqoyunlular, qis-
mən Səfəvilər, Çingiz xanın monqol–tatar–türk imperiyası (in-
diki Rusiyanın Avropa hissəsində monqollar qıpçaqlara qarışıb
get-gedə türkdilli oldular), Teymurləng imperiyası, Hindistanda
Böyük Monqollar adlı Türklərin qurduğu imperiya və nəhayət,
Osmanlılar. Bu türklər, yəni hər imperiya get-gedə daha çox
qərbə gedirdi. Təbii ki, sonra imperiyalar dağıldı,
xalqlar isə sə-
pələndilər, hər yerdə izləri qaldı. Hər yerə səpələnmiş bu xalq-
ların çox hissəsini biz yaxşı tanımırıq, çünki onlar azsaylıdırlar.
Amma müəyyən mənada onlar da bizim əcdadlarımızdırlar.
Onlar Rusiyada, Çində, Əfqanıstanda, Balkanlarda, İraqda... az-
lıqda yaşayırlar.
Sadə bir məntiq var: azsaylı xalqlarla az, çoxsaylı xalqlar-
la isə çox tədqiqatçı məşğul olur. Amma azsaylı xalqların öyrə-
nilməsi, tədqiq edilməsi qeyri-adi dərəcədə vacibdir. Çünki biz
uzaq tariximizə səfər eləyirik. Çünki dil, mədəniyyət və dini
inanclar baxımından bugünə gəlib çatmayan çox şeyləri orada
görə bilirik. Məsələn, şamanizmi başa düşmək çox çətindir.
Amma biz Buryat–Monqol tərəflərə gedib oradakı insanlarla
söhbət eləsək bunu daha yaxşı başa düşərik.
Bu sahədə tədqiqat
aparan bir alimimiz var: tarix elmləri doktoru (və filologiya
elmləri namizədi) Güllü xanım Yoloğlu. Güllü xanım tədqiqat-
larını təkcə kitabxanalarda araşdırmalar aparmaqla məhdudlaş-
dırmayıb, ömrünün xeyli hissəsini yollarda (Yoloğlu, Yolqızı
kimi) keçirərək azsaylı türk xalqları ilə birbaşa təmasda olub,
onların yaşadıqları əraziləri gəzib, insanlarla ünsiyyətdə olub,
yerində tədqiqat aparıb.
Məruzə üçün sözü Güllü xanıma verirəm.