Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə35/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   31   32   33   34   35   36   37   38   ...   81

 
129
başlıca səbəblərindən biri, yəqin ki, birincisi o zamankı fəthlər 
və köçlərdir. 
Beləliklə, nə üçün Çin deyil, Osmanlı deyil, avropalılar 
dənizlərlə dünyanı tutdular? Bu kimi suallara cavab çox çətin-
dir. Amma öz-özümə düşünərkən, bu suallar barədə fikirləşən-
də ağlıma bir şey gəlir. Çin və Osmanlının, buraya Rusiyanı da 
daxil etmək olar, çox tərəfi dəniz və okean olsa da, onlar dəniz 
imperiyası ola bilmədilər. Ola bilsin ki, səbəb onların dənizə az 
ehtiyac duymaları idi, çünki məkanları, yəni öz torpaqları kifa-
yət qədər böyük idi. Çinin Tibet və Sakit okean arasında uzanan 
enli və böyük məkanı var idi, Osmanlının da torpağı böyük idi, 
Rusiyanın isə ərazisinin ucu-bucağı yox kimiydi. Bu imperiya-
ların okeanla, sularla uzaqlara gedib nələrisə  kəşf etməyə çox 
can atmaması  səbəblərindən biri, bəlkə  ən mühümü, öz 
torpaqlarının böyük olması ola bilər. 
Amma türklər ən qədim zamanlardan başlayaraq son vaxt-
lara – bir neçə əsr bundan əvvələ qədər dünyanın bu başından o 
başına at belində səyahət elədilər, döyüşə-döyüşə keçdilər, bəzən 
də dinc yolla köçdülər. Bu hadisə, tarixçilərin dediyinə görə, ilk 
dəfə bizim eranın II əsrinin ortalarında –150-ci illərdə başladı. 
Həmin Hunlar Orta Asiyadan Mancuriyaya qədər uzanan torpaq-
larda, Çinin şimalında dövlət qurmuşdular. Miladdan öncə 2-ci 
əsrdə  əfsanəvi (və gerçək) Hun hökmdarı Mao-tun (Mete) və 
onun oğlunun zamanında Hun dövləti zamanın ən güclü imper-
yası idi. Onlar səyahət etməyə, köç etməyə başladılar, yavaş-ya-
vaş Ural, Volqa və Don çaylarına, Karpata doğru və düz Fransa-
ya qədər getdilər. Mancuriya ilə Fransa arasında köç edən, döyü-
şən hunlar, eləcə də onların davamçısı hesab olunan Türk Xaqan-
lığı nə Sakit okeana, nə də Atlantik okeanına çıxmadılar. Bilir-
siniz ki, məşhur Attila, onun Hun imperiyası son nöqtədə Or-
leanda – Paris yaxınlığında döyüşdü və qayıdıb Romanı  sıxış-
dırmağa başladı. Bunlar qədim türklər idilər. Hərçənd ki, Hun 
dövlətinin təbəələri və döyüşçüləri tək türkdillilər deyildi, fin-
uqordilli xalqlar və qotların bir hissəsi də Hun dövlətinə daxil idi 
(mümkündür ki, digər xalqlar da, məsələn, proto-slavyanlar). 


 
130
Şərq və Qərb hunları, onların qohumluğu və s. kimi məsələlərə 
toxunmağa burada vaxtımız yoxdur.  
Sonra Türk Xaqanlığı  və Göytürklər, Uyğurlar, Sabirlər 
(Suvar) və Bolqarlar, Xəzərlər, Peçeneqlər (Beçənəklər), Qıp-
çaqlar (Onlara Rusiyada Polovtsı deyirdilər) gəldilər. Cənubdan 
isə Qaraxanlılar, Qəznəvilər, Səlcuqlar, Xarəzmlilər, Türkmən-
lər – bizim əcdadlarımız – Qaraqoyunlular, Ağqoyunlular, qis-
mən Səfəvilər, Çingiz xanın monqol–tatar–türk imperiyası (in-
diki Rusiyanın Avropa hissəsində monqollar qıpçaqlara qarışıb 
get-gedə türkdilli oldular), Teymurləng imperiyası, Hindistanda 
Böyük Monqollar adlı Türklərin qurduğu imperiya və nəhayət, 
Osmanlılar. Bu türklər, yəni hər imperiya get-gedə daha çox 
qərbə gedirdi. Təbii ki, sonra imperiyalar dağıldı, xalqlar isə sə-
pələndilər, hər yerdə izləri qaldı. Hər yerə səpələnmiş bu xalq-
ların çox hissəsini biz yaxşı tanımırıq, çünki onlar azsaylıdırlar. 
Amma müəyyən mənada onlar da bizim əcdadlarımızdırlar. 
Onlar Rusiyada, Çində, Əfqanıstanda, Balkanlarda, İraqda... az-
lıqda yaşayırlar. 
Sadə bir məntiq var: azsaylı xalqlarla az, çoxsaylı xalqlar-
la isə çox tədqiqatçı məşğul olur. Amma azsaylı xalqların öyrə-
nilməsi, tədqiq edilməsi qeyri-adi dərəcədə vacibdir. Çünki biz 
uzaq tariximizə  səfər eləyirik. Çünki dil, mədəniyyət və dini 
inanclar baxımından bugünə  gəlib çatmayan çox şeyləri orada 
görə bilirik. Məsələn,  şamanizmi başa düşmək çox çətindir. 
Amma biz Buryat–Monqol tərəflərə gedib oradakı insanlarla 
söhbət eləsək bunu daha yaxşı başa düşərik. Bu sahədə tədqiqat 
aparan bir alimimiz var: tarix elmləri doktoru (və filologiya 
elmləri namizədi) Güllü xanım Yoloğlu. Güllü xanım tədqiqat-
larını təkcə kitabxanalarda araşdırmalar aparmaqla məhdudlaş-
dırmayıb, ömrünün xeyli hissəsini yollarda (Yoloğlu, Yolqızı 
kimi) keçirərək azsaylı türk xalqları ilə birbaşa təmasda olub, 
onların yaşadıqları  əraziləri gəzib, insanlarla ünsiyyətdə olub, 
yerində tədqiqat aparıb.  
Məruzə üçün sözü Güllü xanıma verirəm. 
 


 
131
Güllü YOLOĞLU 
 
Əslən Azərbaycanın Qazax 
rayonunun Canallı  kəndindən 
olan Güllü Yoloğlu 1963-cü il ma-
yın 5-də Zaqatala rayonunun Me-
şəoba kəndində müəllim ailəsində 
dünyaya gəlib. 
1980-ci ildə Qazax şəhərin-
dəki Səməd Vurğun adına orta 
məktəbi bitirib.  
1985-ci ildə M.F.Axundov 
adına Rus Dili və Ədəbiyyatı İnstitunda (indiki Bakı Slavyan 
Universitəsində) ali təhsilini başa vurub, bir müddət burada, 
sonra “Futuroloq” fasiləsiz təhsil kompleksində çalışıb. 
1992-ci ildə “Azərbaycan-Moldova  ədəbi  əlaqələri 
(1940-1980)” mövzusunda namizədlik dissertaqsiyası müdafiə 
edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq 
görülüb.  
2006-cı ildə “Türk xalqlarının mərasimləri (tıva, xakas 
və qaqauz türklərinin materialları asaında etnoqrafik tədqi-
qat)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək ta-
rix elmləri doktoru alimlik dərəcəsi alıb. 
5 kitabın, 350-dən artıq elmi və elmi-publisistik məqalə-
nin müəllifidir. Sibirdən Balkanlaradək Türk ellərini gəzərək 
maraqlı araşdırmalar aparıb. 
Azərbaycan Jurnalistlər Birliyinin, Yazıçılar Birliyinin 
üzvü, Ankaradakı Atatürk Kültür Mərkəzinin müxbir üzvü-
dür. Bir sıra mükafatların laureatıdır. 
Hazırda Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya 
İnstitutunda çalışır.  
Azərbaycan Radiosunda “Soyumuz, soykökümüz”, 
“Yurd yeri” verilişlərinin müəllifi və aparıcısıdır. 
 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə