Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə32/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   28   29   30   31   32   33   34   35   ...   81

 
118
XVI əsrin dəyərli nəsr nümunələrindən biri də “Kəvami-
lüt-təbir” (“Ən mükəmməl yuxuyozma”) adlı yazılı abidədir. 
Yuxuyozmaya həsr olunmuş bu dəyərli kitabın da istər farscası, 
istərsə  də türkcəyə  tərcüməsi iki həmvətənimizin qələmindən 
çıxmışdır. Əsərin farsca əslini XII əsrin ensiklopedik alimi Hü-
beyş Tiflisi yazmış, tükcəyə tərcüməsini isə Bağdad yaxınlığın-
dakı  Bəvazic qəsəbəsindən olan Əbdülhadi bin Xızır Bəvazici 
1547-ci ildə tamamlamışdır. Mütərcimin öz əli ilə yazdığı “Kə-
vamilüt-təbir” əlyazması da M.Füzuli adına Əlyazmalar İnstitu-
tunda saxlanılır. Yuxuyozmanın tarixini, mahiyyətini öyrənmək 
baxımından olduqca dəyərli olan bu əlyazmada yuxuda görülən 
əşyaların əlifba sırası ilə geniş yozumu ilə verilmişdir. 
Bəvazici “Kəvamilüt-təbir”də Tiflisinin əsərindən (“Ka-
milut-təbir” adlanır) başqa, mövzu ilə bağlı bir sıra qaynaqlar-
dan da istifadə edərək, həqiqətən,  ən mükəmməl yuxuyozma 
kitabını ortaya qoymuşdur. 
Tərcümə Azərbaycanın tarixi etnoqrafiyasını öyrənmək 
baxımından da dəyərli mənbədir. Kitabda tərcüməçinin mövzu 
ilə bağlı topladığı kiçik hekayətlər də verilmişdir. Tərcümədə 
işlənmiş bir sıra nadir türk mənşəli sözlər də diqqəti cəlb edir. 
Bu qiymətli tərcümə abidəsi də orta yüzilliklərin bir sıra tər-
cümə örnəkləri kimi çap olunmamışdur. 
 
Tərcümə sənəti 
bədii yaradıcılığın xüsusi növüdür 
 
Orta yüzilliklərin tərcümə ustaları, göründüyü kimi, tərcü-
mə sənətinə bədii yaradıcılığın xüsusi bir növü kimi yanaşmış 
və çevirdikləri  əsər üzərində  əsl yaradıcılıq işləri aparmışlar. 
Məhz belə bir münasibətin nəticəsidir ki, bu dövrün mütərcim-
lərinin bir çoxu özlərini “nazim” (şair, nəzmə çəkən), “müsən-
nif” (müəllif, yazıçı) kimi təqdim etmişdir. Klassik Azərbaycan 
tərcümə əsərlərinin çoxu üçün səciyyəvi olan bu cəhət xüsusilə 
diqqətəlayiqdir. 
Orta çağların tərcümə ustaları ərəb və fars dillərindən tər-
cümə zamanı söz yaradıcılığı sahəsində sözün həqiqi mənasın-


 
119
da axtarışlar aparmış, bir çox əcnəbi sözlərin qarşılıqlarını 
tapmış, yaratmış və beləliklə də, yazılı ədəbi dilimizin təmizliyi 
və  zənginləşdirilməsi işinə xidmət etmişlər. Klassik tərcümə 
örnəklərinin dil xüsusiyyətləri baxımından zənginliyi və sadəli-
yi, ana dilinə  məxsus sözlərin bolluğu onların eyni dövrə aid 
anadilli orijinal əsərləri ilə müqayisəsində xüsusilə qabarıq şə-
kildə özünü göstərir. Bu dövrün Azərbaycan tərcüməçilərinin 
işlətdiyi bir sıra türk sözləri bu gün də ana dilimizin rəngarəng-
liyi və təmizliyi baxımından yararlı ola bilər. 
Beləliklə, orta əsrlərə aid Azərbaycan türkcəsinə tərcümə-
lər haqqındakı bu qeydlərimiz belə bir fikri vurğulamağa  əsas 
verir ki, ilkin tərcümə örnəklərimiz ədəbiyyat və ədəbi dil tari-
xinin, xüsusilə  də  ədəbi  əlaqələr tarixinin, bütövlükdə götür-
dükdə  mədəniyyət tariximizin hərtərəfli öyrənilməsi baxımın-
dan əvəzsiz dəyərli qaynaqlardır. 
 
*** 
 
Məruzəçinin çıxışından sonra mövzu ətrafında maraqlı 
fikir mübadiləsi oldu. 
 
Biz zəngin bir xəzinə ilə tanış olduq 
 
Professor Camal MUSTAFAYEV: 
 
–Bu gün mən həqiqi mənada zövq 
aldım. Möhsün müəllim doğrudan da çox 
zəngin bir xəzinənin ağzını açdı. Orta 
əsrlər mövzusu mənə bir az yaxındır. 
Mən o dövrün ictimai fikir tarixinin, fəl-
səfəsinin tədqiqatçısıyam. 
Möhsün müəllim öz məruzəsini hə-
mişə  səlisliyinə, gözəlliyinə ehtiramla 
yanaşdığımız bir dildə bizə  təqdim etdi, 
bizi böyük bir xəzinə ilə tanış etdi. O, 
burada təkcə  Əlyazmalar  İnstitutunun 


 
120
əməkdaşı kimi deyil, həm də ədəbiyyatımızın yaxşı bir nüma-
yəndəsi kimi çıxış etdi. Mən istərdim ki, bu, həmin sahədə ça-
lışan mütəxəssislər arasında bir ənənəyə çevrilsin. Arzum budur 
ki, bizim ”Elm və  sənət məclisi”miz gələcəkdə  də öz işini bu 
axarda davam etdirsin. 
 
Mərsiyə ədəbiyyatı  
diqqətdən kənarda qalıb 
 
Rəsul İSMAYILZADƏ: 
 
– Bu mövzu mənim üçün də çox maraqlı idi. Mənə elə 
gəlir ki, biz bu məsələnin müzakirəsini gələcəkdə  də davam 
etdirməliyik.Mənim bir neçə qeydim var. Onları sizinlə paylaş-
maq istəyirəm. Birinci qeydim Füzulinin “Hədiqətüs-süəda”sı 
haqqındadır. Mən deyə bilmərəm ki, Füzuli onu “Rövzətüş-şü-
həda”dan tərcümə edib. Hətta təzkirəçilər bunu tərcümə adlan-
dırsalar da, mənə elə gəlir ki, səhv ediblər. Çünki bizim ədəbiy-
yatda eyni mövzuya müxtəlif müəlliflər müraciət ediblər. Füzu-
linin dili ilə “Rövzətüş-şühəda”nın dilini müqayisə etsək görə-
rik ki, Füzulinin dili fəlsəfi-bədii bir dildir, “Rövzətüş-Şü-
həda”nın dili isə çox sadə və anlaşıqlıdır. 
İkinci qeydim isə ondan ibarətdir ki, tədqiqatçılarımız 
Azərbaycan  ədəbiyyatının bir qolunu unudublar. Azərbaycan 
ədəbiyyatında aşıq  ədəbiyyatı folklorla birlikdə çox geniş öy-
rənilib. Divan ədəbiyyatımız da yaxşı  tədqiq olunub. Ancaq 
həm aşıq ədəbiyyatından, həm də divan ədəbiyyatından yüksək-
də olan mərsiyə ədəbiyyatı diqqətdən kənarda qalıb. 
Əgər Füzulinin şah əsərini seçsək, bu, həm mövzu, həm də 
sənətkarlıq baxımından “Hədiqətüs-süəda” olardı. Bunları üzə 
çıxarmaq lazımdır. Məruzəçi bir cümlə də işlətdi ki, bəzi əsərlə-
rimiz farsca yazılıb, sonradan türkcəyə çevirilib. Mən burada bir 
düzəliş etmək istərdim ki, bizim bir sıra həmvətənlərimiz türkcə 
yazmışlar, sonra öz azərbaycanlılarımız həmin  əsərləri farscaya 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə