Microsoft Word Elm-Senet. Kitab 2 Amine


1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şü-



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə28/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   24   25   26   27   28   29   30   31   ...   81

 
103
1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şü-
hədanamə” (paleoqrafiya, orfoqrafiya və  tərcümə  məsələ-
ləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 
Elmi araşdırmaları  əsasən orta yüzilliklərdə fars dilin-
dən Azərbaycan türkcəsinə edilmiş  tərcümə  əlyazmalarının 
mətnşünaslıq və dilçilik baxımından tədqiqinə  həsr olunub. 
Bu məsələ ilə bağlı indiyədək “Orta əsrlərdə Azərbaycanda 
tərcümə  sənəti”, “Füzulinin “Hədirətüs-süəda”  əsəri”, “XVI 
əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə”, “Şirazinin 
“Gülşəni-raz” tərcüməsi”, “Əhmədinin “Əsrarnamə” tərcü-
məsi” adlı 5 monoqrafiyası işıq üzü görüb. 
25 kitabın müəllifi, tərtibçisi və tərcüməçisi, 150-dən çox 
elmi və elmi-kütləvi məqalənin müəllifidir. Tərtibçisi olduğu 
“Nizami. İncilər” kitabı Türkiyədə, “Farsca əlyazmalar kata-
loqu” kitabı isə İranda nəşr olunub. 
Bir sıra beynəlxalq elmi konfransların iştirakçısıdır. 
 
Azərbaycan bədii tərcümə sənətinin 
dərin kökləri və zəngin ənənələri vardır 
 
Möhsün NAĞISOYLU, filologiya elmləri doktoru 
 
– Azərbaycan bədii tərcümə sənətinin qədim tarixi, dərin 
kökləri və zəngin ənənələri vardır. Ədəbiyyat tariximizin ayrıl-
maz tərkib hissəsi olan tərcümə  ədəbiyyatı  ərəblərin Azərbay-
cana gəlişindən sonra tarixi zərurət üzündən yaranmışdır. Azər-
baycanda İslam dininin qəbul edilməsi, ərəb dilində nazil olan 
İlahi kitabın – Qurani-Kərimin öyrənilməsi tərcümə  sənətinin 
ortaya çıxmasını şərtləndirən başlıca amillərdən olmuşdur. Orta 
əsr qaynaqları və günümüzə qədər gəlib çatmış klassik tərcümə 
örnəkləri üzərindəki müşahidələrə əsasən deyə bilərik ki, Azər-
baycanda tərcümə  sənətinin yaranması bilavasitə Qurani-Kə-
rimlə bağlıdır. İslam mədəniyyətinin, dünya sivilizasiyasının ən 
möhtəşəm abidəsi olan Qurani-Kərimin qeyri-ərəb xalqları, o 


 
104
sıradan Azərbaycan türkləri arasında yayılması, qavranılması, 
sözsüz ki, bu İlahi kitabdakı ayrı-ayrı söz və ifadələrin, ayə və 
cümlələrin tərcümə olunması zərurətini doğurmuşdur. Nəticədə 
Qurani-Kərimin ilk öncə  şifahi tərcümələri, sonra isə yazılı 
tərcümələri ortaya çıxmışdır. 
 
Qurani-Kərim  
və Dədə Qorqud dastanları 
 
Qurani-Kərimin dilimizə  ən  əski yazılı  tərcümələrindən 
biri xalqımızın ana kitabı “Kitabi-Dədə Qorqud” dastanları ilə 
bağlıdır. Dastanın “Qazılıq Qoca oğlu Yegnək boyu”nda Yeg-
nəkin dilindən deyilən aşağıdakı sözləri Qurani-Kərimin 112-ci 
(“İxlas”) surəsinin sərbəst və bədii tərcüməsi saymaq olar: 
 
Yucalardan yucasan, 
Kimsə bilməz necəsən, əziz Tanrı! 
Anadan toğmadın sən, atadan olmadın, 
Kimsə rizqin yemədün, 
Kimsəyə güc etmədün. 
Qamu yerdə əhədsən, allahü səmədsən. 


 
105
Müqayisə üçün həmin surənin transfonoliterasiyasını  və 
çağdaş tərcüməsini də veririk: 
 
Qul huvə allahu əhəd; 
Allahu-s-səməd; Ləm 
Yəlid və ləm yuləd; 
Və ləm ləkun ləhu, 
kufuvən əhəd. 
 
[Ya peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən 
soruşan müşriklərə] 
De ki: [ Mənim Rəbbim olan] 
O Allah birdir [Heç bir şəriki yoxdur]. 
Allah heç kəsə möhtac deyildir [hamı ona möhtacdır; O, 
əzəli və əbədidir]. 
O, nə doğmuş, nə də doğulmuşdur! [Allah özünə heç bir 
övlad gətirməmişdir]. 
Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur. 
Göründüyü kimi, “Kitabi-Dədə Qorqud”dan verilən yu-
xarıdakı nümunə  məzmununa görə Quranın “İxlas” surəsinə 
çox yaxındır. Dastandakı  “əhədsən”, “allahu səmədsən” ifadə-
ləri isə eynilə Quranda olduğu kimi tərcümə edilmədən saxla-
nılmışdır. 
Onu da əlavə edək ki, “Kitabi-Dədə Qorqud”dakı Allahın 
tərifini verən bu ifadələrin Quranın 112-ci surəsindən götürül-
düyünü Azərbaycanda ilk dəfə professor S.Əlizadə qeyd et-
mişdir (“Kitabi-Dədə Qorqud”, Bakı, Yazıçı, 1988, s.247). 
 
Qurani-Kərimin  
dilimizə sətiraltı tərcümələri 
 
Qurani-Kərimin dilimizə tam şəkildə sətiraltı tərcümələri 
də olmuşdur. Belə  tərcümələrdən  ən qədimi 1333-cü ildə ta-
mamlanmış Quran əlyazmasıdır. Quranın yüksək tərtibatla ha-
zırlanmış bu nadir əlyazmasının katibi və  sətiraltı  tərcümənin 


 
106
mütərcimi Məhəmməd bin əl-Həcc Dövlətşah Şirazidir. Katibin 
nisbəsindən göründüyü kimi o, şirazlıdır.  İranın mərkəzində 
yerləşən bu qədim sənət ocağında əski çağlardan bəri Azərbay-
can türklərindən olan qaşqay tayfalarının yaşaması məlumdur. 
İstanbuldakı “Türk və İslam əsərləri muzeyi”ndə saxlanı-
lan bu Quran əlyazmasında  ərəbcə  mətnin altında onun türk-
cəyə sətiraltı tərcüməsi də yazılmışdır. 
Tərcüməni araşdırmış mütəxəssislər  əlyazmadakı bir çox 
türk mənşəli sözlərin türk dillərinin daha əski qatları üçün sə-
ciyyəvi olduğunu qeyd edərək, belə  qənaətə  gəlmişlər ki, 
Quranın bu cür sətiraltı  tərcümələri daha əvvəllər də mövcud 
imiş və ola bilsin ki, Məhəmməd Şirazi sözügedən tərcüməsin-
də onlardan da bəhrələnmişdir. 
Məhəmməd Şirazinin qələmindən çıxmış Quranın bu səti-
raltı tərcüməsinin başlıca səciyyəvi xüsusiyyəti hətta bu gün be-
lə çağdaş ədəbi dilimizdə işlənən və daha çox dini anlayışlarla 
bağlı olan ayrı-ayrı ərəb sözlərinin əvəzində onların əski türk-
cədə olan qarşılıqlarının verilməsidir. Məsələn: Allah – izi, cə-
hənnəm – tamu, cənnət – uçmağ, rəsul – yalvac, təqsir – ya-
zuq, şərq – gündoğuşuq, qüdrətli – uğan, Xaliq – Turutqan, 
xalq – budun, işarə (əlamət) – bəlgü, peyğəmbər – savcı, Qi-
yamət günü – Qopmaqlıq günü, katib – bitici, müqəddəs – 
qutluq, cəza – yenüt, kasıblıq – çigəylik, xidmət – tapuğ, sa-
hib – əyə  və s. Qeyd edək ki, bu sözlərin çoxu “Kitabi-Dədə 
Qorqud”da və orta əsrlərə aid anadilli başqa yazılı abidələri-
mizdə  də  işlənmişdir. Sözügedən Quran əlyazmasında tərcü-
mənin mətninin  ərəbcə  mətnin altında verilməsi, ilk növbədə 
Qurani-Kərimin məzmun və formasına görə möcüzəli sayılması 
ilə bağlıdır. Bu İlahi kitabın dili möcüzəli sayıldığı üçün onun 
ayrıca olaraq başqa dillərə  tərcüməsi uzun zaman yasaq edil-
mişdir. Buna görə  də Qurani-Kərimin qədim  əlyazmalarında 
türk və ya fars dillərinə edilən tərcümələr ərəbcə mətnin altında 
– söz və ifadələrin aşağısında yazılmışdır. Sətiraltı tərcümə adı 
ilə tanınan bu növ Quran tərcümələrindən ən qədimi fars dilin-
dədir – X yüzilliyə aiddir. Qeyd edək ki, Qurani-Kərimin Tür-


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə