Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə30/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   26   27   28   29   30   31   32   33   ...   81

 
110
bu da təbii ki, çağdaş araşdırıcılar üçün müəyyən çətinliklər tö-
rədir. Nəticədə eyni bir əsər bəzən tərcümə sayılır, bəzən də 
orijinal kimi təqdim olunur. Ərəb tərcümə  ədəbiyyatına xas 
olan bu tərcümə  ənənə üsulları eynilə klassik Azərbaycan tər-
cümə əsərlərində də özünü göstərir. Birinci növ tərcümələrə – 
hərfi tərcümələrə nümunə olaraq Sədinin “Gülüstan” və 
“Bustan”  əsərlərinin, Caminin “Yusif və Züleyxa” məsnəvisi-
nin XV–XVI yüzillkilərdə  və daha sonrakı dövrlərdə dilimizə 
edilmiş  sətiraltı  tərcümələrini göstərmək olar. Bu tərcümə ör-
nəkləri daha çox ədəbi dil tarixinin ətraflı araşdırılması baxı-
mından əhəmiyyətlidir. 
 
 
“Gülşəni-raz” 
 
Orta əsrlər Azərbaycan tərcümə ədəbiyyatında ikinci növ 
tərcümələr – sərbəst-yaradıcı  tərcümələr daha geniş yayılmış-
dır. Vəli Şirazinin 1426-cı ildə tamamladığı “Gülşəni-raz” tər-
cüməsi klassik bədii tərcümə sənətimizin bu növünün parlaq və 
gözəl nümunələrindən biri sayıla bilər. Məlum olduğu kimi
“Gülşəni-raz” görkəmli Azərbaycan filosofu, şairi  Şeyx Mah-
mud Şəbüstərinin (1287-1320) fars dilində yazdığı məşhur əsə-


 
111
ridir.  Şəbüstəri 1317-ci ildə yazdığı bu əsərində on beş sualla 
ona müraciət etmiş Xorasan alimlərinə  şeirlə cavab yazaraq 
“arif”, “həqq”, “ənəlhəqq”, “büt”, “zünnar”, “şəm”, “şərab”, 
“itaət”, “təfəkkür” və s. kimi sufi anlayışlarının yığcam şərhini 
vermişdir.  Şəbüstərinin bu əsəri yazıldığı dövrdən başlayaraq 
Yaxın və Orta Şərq  ədəbiyyatında geniş  şöhrət qazanmış, ona 
çoxlu şərhlər yazılmışdır. XIX yüzillikdən başlayaraq “Gülşəni-
raz” bir sıra Qərbi Avropa dillərində  də  nəşr olunmuşdur. 
Şəbüstərinin bu dəyərli əsəri yalnız bu yaxınlarda ana dilimizə 
tərcümə edilmişdir  (mütərcim bu sətirlərin müəllifidir – bax: 
“Şeyx Mahmud Şəbüstəri. “Gülşəni-raz”. Bakı, Nurlan, 2005). 
Vəli  Şirazi XV yüzilliyin görkəmli sufi şairlərindən biri 
olmuşdur. “Gülşəni-raz” tərcüməsindən başqa, onun sufi məz-
munlu lirik şeirləri də vardır. Qeyd edək ki, türk alimləri onun 
adını Əlvan Şirazi kimi qeyd edirlər. Bizim istifadəmizdə olan 
əlyazmada isə tərcüməçinin adı Vəli Şirazi kimi yazılmışdır. 
Orta  əsrlər tərcümə  ənənəsinə uyğun olaraq, Vəli  Şirazi 
“Gülşəni-raz” tərcüməsini özünün yazdığı ön sözlə başlayaraq, 
burada kitabın tərcümə səbəbini və tarixini göstərir. 
Ön sözdə özü haqqında da qısaca məlumat verən Vəli Şi-
razi tərcümə sənətini yüksək dəyərləndirərək tərcüməsini oriji-
nala bərabər tutur. Şair-tərcüməçiyə görə onun bu tərcüməsi ilə 
sələfinin  əsəri arasındakı  fərq fikrin, mənanın ifadə olunduğu 
dildədir: 
 
Sibahət kəsb eylədim sələfdən
Çıxardım işbu dürri bir sədəfdən. 
Budur bu hüqqədə dürri-ədəndir, 
Həsən nə tonda olursa, Həsəndir. 
 
“Gülşəni-raz” tərcüməsi ilə onun farsca əslinin müqayisə-
si göstərir ki, Vəli Şirazi ustadı saydığı Şəbüstərinin əsərinin gi-
riş hissəsindən başlayaraq, onun əksər yerlərini tam dəqiqliklə 
çevirməklə yanaşı, bir çox hallarda tərcüməyə  əlavələr də et-


 
112
mişdir. Tərcüməçi, bir qayda olaraq, orijinalın hər başlığının 
həm  əvvəlini, həm də sonunu öz sözləri ilə genişləndirmişdir. 
Şirazinin öz duyğu və düşüncələrinin məhsulu olan bu əlavələr 
bilavasitə mövzu ilə bağlıdır və bir növ farsca qaynağı 
tamamlayır. Məsələ burasındadır ki, Şəbüstəridə fəlsəfi anlayış-
ların yozumu – şərhi çox yığcam şəkildədir. Məhz buna görə də 
Şirazinin tərcüməyə artırdığı əlavələri mətnin daha geniş izahı 
və daha yaxşı qavranılması  işinə xidmət edir. Bundan əlavə, 
tərcüməçi başqa qaynaqlardan da bəhrələnərək, onlardan da tər-
cüməsinə  əlavə etmişdir. Bütün bu əlavələr hesabına tərcümə-
nin həcmi onun farsca əsli ilə müqayisədə ikiqatdan da artıq 
olmuşdur. Belə ki, Şəbüstərinin “Gülşəni-raz”ı cəmi 1000 beytə 
yaxın olduğu halda, Şirazinin tərcüməsindəki beytlərin sayı 
2500-dən çoxdur.  
Tərcümə üzərindəki müşahidələr göstərir ki, Vəli  Şirazi 
istər təsəvvüfü, istər klassik Şərq ədəbiyyatını, istərsə də şifahi 
xalq yaradıcılığını dərindən mənimsəmiş, ana dilinin zəngin söz 
yaradıcılığından uğurla bəhrələnmişdir. Bu qiymətli tərcümə 
nümunəsi istər sufi ədəbiyyatının, istərsə dil tarixinin araşdırıl-
ması üçün zəngin qaynaqlardan biridir. “Gülşəni-raz” tərcümə-
sini ilk dəfə olaraq bu sətirlərin müəllifi geniş araşdırma ilə 
nəşr etdirmişdir (bax: Şirazinin “Gülşəni-raz” tərcüməsi, Bakı, 
Nurlan, 2004). 
 
“Əsrarnamə” 
 
Orta əsrlər Azərbaycan tərcümə ədəbiyyatının dəyərli nü-
munələrindən biri də  Əhmədi Təbrizi adlı  şair-mütərcimin 
1478-ci ildə  Təbrizdə tamamladığı  “Əsrarnamə” tərcüməsidir. 
“Gülşəni-raz” tərcüməsindən fərqli olaraq, “Əsrarnamə” tərcü-
məsi Azərbaycanda çoxdan tanınır və onun bir əlyazmasını pro-
fessor C.Qəhrəmanov 1964-cü ildə fotofaksimile şəklində geniş 
qrammatik oçerklə birgə  nəşr etdirmişdir. “Əsrarnamə” tərcü-
məsi klassik Azərbaycan tərcümə  sənətinin başlıca səciyyəvi 


 
113
xüsusiyyətlərini özündə  əks etdirən  əvəzsiz yazılı qaynaqdır. 
Tərcümə və dil tariximizin bu dəyərli yadigarı haqqında indiyə-
dək müxtəlif fikirlər olmuşdur. “Əsrarnamə”ni görkəmli sufi 
şairi Fəriəddin Əttarın (ölüm tarixi 1230-cu il) eyniadlı əsərinin 
tərcüməsi hesab edən alimlərlə yanaşı, onu tam müstəqil, oriji-
nal əsər sayan tədqiqatçılar da olmuşdur.  
İlk baxışda Əhmədi “Əsrarnamə”sinin Əttarın fars dilində 
yazdığı eyniadlı əsərinin tərcüməsi olması elə bir şübhə doğur-
mur. Çünki Əttarın bu əsəri sufilərdən bəhs edən mənzum he-
kayətlər toplusu olduğu kimi, Əhmədinin “Əsrarnamə” tərcü-
məsi də sufi şeyxləri haqqında olan mənzum hekayətlərdən iba-
rətdir. Fərq yalnız onların sayındadır: Əttarın “Əsrarnamə”sin-
də yüzdən artıq mənzum hekayət, Əhmədinin tərcüməsində isə 
cəmi qırx mənzum hekayət vardır. Bundan əlavə Əhmədi kita-
bın sonunda açıq-aşkar bildirir ki, “Əsrarnamə”ni Əttardan tər-
cümə etmişdir.  
Bununla belə, hər iki əsərin mətnlərinin müqayisəsi gös-
tərdi ki, Əhmədinin tərcüməsində olan mənzum hekayətlərdən 
yalnız ikisinin əsli  Əttarın “Əsrarnamə”sində vardır. Azərbay-
can türkcəsində olan “Əsrarnamə”dəki hekayətlərin Əttarın əli-
mizdə olan başqa əsərləri ilə müqayisəsi belə bir maraqlı faktı 
üzə  çıxardı.  Əhmədi “Əsrarnamə”sində olan qırx hekayətdən 
iyirmi altısı  Əttarın “Müsibətnamə”  əsərindən, biri isə  şairin 
“İlahinamə” adlı üçüncü bir əsərindən götürülmüşdür. Əhmədi-
nin “Əsrarnamə” tərcüməsindəki qalan on bir hekayətin də bi-
zim istifadəmizdə olmayan, Əttarın başqa  əsərlərindən olması 
ehtimalı mümkündür. Həmin hekayətlərin başqa qaynaqlardan 
götürülməsini və ya Əhmədinin öz qələmindən çıxmasını da 
istisna etmək olmaz. 
Qeyd edək ki, orta əsrlərə aid bəzi tərcümə  əsərlərində 
müxtəlif  əsərlərdən, o sıradan ayrı-ayrı  şairlərin kitablarından 
bəhrələnmək halları da müşahidə olunur. “Əsrarnamə” tərcü-
məsində və Əttarın sözügedən əsərlərində olan mənzum heka-
yətlərin müqayisəsi göstərir ki, Əhmədi bir tərəfdən ustadına 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə