Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə31/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   27   28   29   30   31   32   33   34   ...   81

 
114
sadiq qalmağa, farsca mətni olduğu kimi çevirməyə çalışırsa, 
başqa bir tərəfdən də tam sərbəstliyə yol verir, tərcüməyə öz 
əlavələrini artırır. Tərcümədəki mənzum hekayətlərin bir ço-
xunda Əhmədi klassik tərcümə sənətinin sərbəst-yaradıcı qolu-
nun nümayəndəsi kimi çıxış edir. Bu qəbildən olan hekayətlərin 
tərcümə xüsusiyyətləri göstərir ki, Əhmədinin başlıca tərcümə 
prinsipi Əttarın kiçik həcmli, yığcam hekayətlərinin məzmunu-
nu tərcümədə daha geniş  şəkildə,  əlavələr və artırmalarla ver-
mək olmuşdur. Şirazi kimi, Əhmədi də tərcüməyə artırdığı əla-
vələri ilə hadisələrin daha geniş və əhatəli təsvirinə, məzmunun 
tam və ətraflı açıqlanmasına can atmışdır. 
 
XVI yüzillikdə  
Azərbaycanda tərcümə sənəti 
 
XVI yüzillikdə Azərbaycanda tərcümə  sənəti daha geniş 
inkşaf etmişdir. Bu əsrə aid tərcümə nümunələri sayca çoxluğu 
ilə yanaşı, mövzu və forma baxımından rəngarəngliyi ilə  də 
seçilir. Onların içərisində  həm nəzmlə, həm də  nəsrlə edilmiş 
tərcümələr də vardır.  
XVI əsrə aid tərcümə nümunələrimizin tam olmayan siya-
hısı belədir: Füzulinin “Hədisi-ərbəin” tərcüməsi və “Hədiqə-
tüs-süəda” adlı sərbəst tərcüməsi, Həzini adlı şair-tərcüməçinin 
“Hədisi-ərbəin” tərcüməsi, Nişatinin “Şühədanamə” və  “Şeyx 
Səfi təzkirəsi” adlı  tərcümələri, Bəvazicinin “Kəvamilut-təbir” 
tərcüməsi, Məqsudinin “Möcüznamə” tərcüməsi. 
XVI əsrin Azərbaycan poetik tərcümələri içərisində Füzu-
linin “Hədisi-ərbəin” tərcüməsi xüsusi yer tutur. Füzulinin qırx 
qitədən ibarət “Hədisi-ərbəin” tərcüməsi  Əbdürrəhman Cami-
nin (1414-1492) fars dilində qitə (dördlük) şəklində yazdığı 
“Çehel-hədis” əsərindən çevrilmişdir. Məhəmməd peyğəmbərin 
(s.) qırx məşhur hədisi əsasında qələmə alınmış bu qitələri Fü-
zuli böyük ustalıq və sənətkarlıqla ana dilinə tərcümə etmişdir. 


 
115
Tərcüməyə  nəsrlə yazdığı kiçik girişdə Füzuli bu “qırx 
gövhər danəsini” “ümumfeyz üçün” ana dilinə çevirdiyini qeyd 
edir.  
Füzulinin tərcüməsi ilə farsca əslinin müqayisəsi dahi şai-
rimizin tərcümə  sənətinə böyük məsuliyyətlə yanaşdığını, Ca-
minin qitələrini olduqca dəqiq  şəkildə çevirməyə can atdığını 
üzə çıxarır. 
Son vaxtlar aşkara çıxardığımız Həzininin “Hədisi-ərbəin” 
tərcüməsi də nəzmlədir. 1524-cü ildə tamamlanmış bu tərcümə-
nin  əsli Məhəmməd Üsfüruninin ərəb dilində  nəsrlə yazdığı 
“Şərhi-hədisi  ərbəin”  əsəridir. Həzini “Hədisi-ərbəin” tərcümə-
sində  əvvəlcə  hədisin özünü (ərəbcə), sonra isə onun məzmu-
nuna uyğun bir-iki kiçik mənzum hekayət verir. Böyük tərbiyəvi 
əhəmiyyət daşıyan bu hekayətlər Məhəmməd peyğəmbərin (s.), 
Fatimənin (ə.), imam Əli (ə.), xəlifə Ömər (r.), və  tərki-dünya 
sufilərin həyatı ilə bağlı hadisələrdən götürülmüşdür. 
Məsnəvi  şəklində  qələmə alınmış “Hədisi-ərbəin” tərcü-
məsi orta yüzilliklərin başqa tərcümələri kimi sadə və anlaşıqlı 
bir dildədir. 
 
Orta əsrlərə aid nəsr tərcümələri 
 
Orta  əsrlərə aid Azərbaycan tərcümə  əsərləri sırasında 
nəsr tərcümələrinin özünəməxsus yeri vardır. Məlum olduğu 
kimi, milli Azərbaycan bədii nəsri nəzmə nisbətən sonralar 
yaranmış və az yayılmışdır. Bundan əlavə nəzmə nisbətən nəsr-
də dil öz imkanlarından daha geniş şəkildə istifadə edə bilir. Bu 
baxımdan XVI yüzilliyə aid Azərbaycan nəsr tərcümələri istər 
bədii nəsrimizin, istərsə də yazılı ədəbi dil tarixinin araşdırılma-
sı baxımından dəyərli qaynaqlardır. Bu dövrün nəsr tərcümələ-
rindən ikisi XVI əsrin istedadlı Azərbaycan mütərcimi  şirazlı 
Məhəmməd ibn Hüseyn Nişatinin qələmindən çıxmışdır. 
Bunlar “Şühədanamə” və  “Şeyx Səfi təzkirəsi” adlı irihəcmli 
nəsr  əsərləridir. Nişati bu tərcümə  əsərlərindən birincisini – 
“Şühədanamə”ni 1539-cu ildə tamamlamışdır.
 


 
116
“Şühədanamə” dövrünün məşhur ilahiyyatçısı, alimi və 
yazıçısı Hüseyn Vaiz Kaşifinin “Rövzətüş-şühəda” (Şəhidlər 
bağçası) əsərindən tərcümə olunmuşdur. Orta yüzilliklərdə, xü-
susilə də XVI əsrdə geniş şöhrət qazanmış “Rövzətüş-şühəda” 
dini məzmun daşıyır. Əsər əsasən imam Hüseynin (ə.) Kərbəla 
müsibətinə həsr olunsa da, onda başı bəlalar çəkmiş peyğəmbə-
rlərin (ə.), sonuncu peyğəmbərin (s.), Həzrət Fatimə (ə.), imam 
Əli (ə.) və imam Həsənin (ə.) həyatı ilə bağlı faciəli hadisələrə 
də müəyyən yer ayrılmışdır. “Şühədanamə”nin mütərcimin öz 
əli ilə yazılmış və dünyada yeganə əlyazması Azərbaycan Milli 
Elmlər Akademiyası  Məhəmməd Füzuli adına  Əlyazmalar 
İnstitutunda saxlanılır. 
 
 
Tərcümə ilə onun əslinin müqayisəsi göstərir ki, Nişati 
farsca mətnə tam sadiq qalmağa, əsəri mümkün qədər dəqiq çe-
virməyə can atmışdır. Nişatinin özünün yazdığı kimi, o, “Röv-
zətüş-şühəda”nı fars dilini bilməyən “türk oymaqlarının” sakin-
ləri üçün ana dilinə çevirmişdir. Məhz buna görə də, mütərcim 
yüksək dəbdəbəli üslubda yazılmış “Rövzətüş-şühəda”nı bütün 
həmvətənlərinin başa düşəcəyi, anlaşıqlı bir dillə  tərcümə et-


 
117
məyə çalışmışdır. Tərcüməçi bu məqsədlə ana dilinin zəngin 
ifadə vasitələrindən,  şirin və duzlu Təbriz ləhcəsindən götür-
düyü məhəlli sözlərdən böyük ustalıqla istifadə etmişdir. Nişati 
“Şühədanamə”də hətta bu gün belə ədəbi dilimizdə işlənən bir 
çox ərəb-fars sözlərinin türkcə qarşılıqlarını işlətmişdir. Məsə-
lən: arzu – dilək, qatil – qanlı, qəbilə – oymaq, qədim – əski, 
düşmən – yağı, zəhər – ağu, əmr – buyuruq, məktub – bitik, 
mübarək – qutlu, nəhayət – sonuc, payız – güz, sifət – bəniz, 
şahid – tanıq və s. 
Kaşifinin “Rövzətüş-şühəda”  əsərinin məşhurluğuna və 
mötəbərliyinə baxmayaraq, Nişati tərcümədə müəyyən sər-
bəstliyə də yol vermişdir. Belə ki, o, orijinaldakı müəyyən kiçik 
epizodları və 300 beytə yaxın şeir parçasını tərcümə etməmiş, 
buraxmışdır. Nişati tərcüməyə özü yazdığı 36 beytlik ayrı-ayrı 
şeir parçaları da əlavə etmişdir. Bununla belə, orta əsrlərin 
mənzum tərcümələri ilə müqayisədə  “Şühədanamə” ilə onun 
əsli arasındakı bu cür fərqlər çox kiçik görünür. Bu hal orta 
əsrlərin başqa nəsr tərcümələrində də müşahidə olunur. 
Nişatinin ikinci tərcümə  əsəri – “Şeyx Səfi təzkirəsi” 
Səfəvilərin ulu babası Şeyx Səfiəddinin (ölüm tarixi 1344-cü il) 
həyatından bəhs edir. Tərcümənin farsca əslini – “Səfvətüs-
səfa”  əsərini də Azərbaycan yazıçısı  İbn  əl-Bəzzaz  Ərdəbili 
(XIV  əsr) qələmə almışdır. 1542-ci ildə tamamlanmış  “Şeyx 
Səfi təzkirəsi”nin Nişatinin öz əli ilə yazdığı  əlyazması günü-
müzə  qədər gəlib çatmışdır. Vaxtilə  Ərdəbildəki  Şeyx Səfi 
məqbərəsinin vəqf malı olan bu əlyazma XIX yüzillikdə çar 
Rusiyasına gətirilmiş və hazırda Sankt-Peterburqdakı Saltıkov-
Şedrin adına Kütləvi Kitabxanada saxlanılır. Bu qiymətli yazılı 
abidə  də  ədəbi dilimizin, tarix və etnoqrafiyanın araşdırılması 
baxımından  əvəzsiz və  zəngin qaynaqdır. Ömrünü Şiraz  şəhə-
rində keçirmiş Nişati həm də XVI yüzilliyin məşhur xətt ustala-
rından biri olmuşdur. Onun əli ilə köçürülmüş bir neçə əlyazma 
dünyanın məşhur muzey və kitabxanalarını bəzəyir. “Şeyx Səfi 
təzkirəsi” ilk dəfə olaraq 2006-cı ildə nəşr olunmuşdur (tərtib-
çilər: M.Nağısoylu, S.Cabbarlı, R.Şeyxzamanlı). 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə