Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə27/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   23   24   25   26   27   28   29   30   ...   81

 
100
olan böyük tərcümə fəaliyyəti, hansı ki, yunancadan ərəb dilinə 
inzibatçılığa aid əsərlərin tərcüməsi ilə başladı. Çünki 
genişlənməkdə olan böyük dövlətdə – Xəlifəlikdə idarəçiliyə 
böyük ehtiyac var idi. Sonra riyaziyyata, astronomiyaya, tibbə, 
fəlsəfəyə və digər sahələrə olan maraq və ehtiyac üzündən mə-
lum olan görkəmli  əsərlərin demək olar ki, hamısı  ərəb dilinə 
tərcümə olundu və bu, İslam mədəniyyətinin, sivilizasiyasının 
əsasında dayandı. Əgər ərəb sivilizasiyasının, ərəb dilinin əsa-
sında birinci onların “cahiliyyə” adlandırdığı dövrün poeziyası 
dururdusa, sonra Quran, ondan sonra isə ciddi tərcümə dövrü 
dayandı. Bunların üçü bir yerdə müsəlman-ərəb sivilizasiyası-
nın əsasını qoydu. Farslar, türklər, yəhudilər və digər millətlərin 
verdiyi böyük töhfələr isə  İslamı dünya sivilizasiyasının mər-
kəzinə çevirdi. 
Sonralar Avropada oyanma başlayanda XII əsrdə İspani-
yada, Tolido şəhərində və bir sıra başqa yerlərdə, mərkəzlərdə 
böyük tərcümə fəaliyyəti başlandı. Bu fəaliyyət Bağdaddakı ilə 
müqayisə oluna bilən səviyyədə idi. Bu dəfə isə eyni sahələrdə 
– fəlsəfə, tibb, riyaziyyat, astronomiya və s. üzrə  məşhur 
əsərlərin xeyli hissəsi  ərəb dilindən latıncaya tərcümə olundu 
(sonra isə ispan, fransız, italyan, ingilis və digər dillərə).  
Elə o dövrdə Quranın da çox maraqlı tərcüməsi oldu. Bu, o 
dövr idi ki, sivilizasiyalar qarşı-qarşıya dayanmışdı. Avropa 
Şərqdən bəhrələnir, öyrənir, lakin bir-biri ilə  əməkdaşlıq etmir, 
əksinə, bir-biri ilə vuruşurdular, xüsusilə avropalılar açıq-aşkar 
antiİslam siyasəti yürüdürdülər. Bununla belə, avropalılar Quranı 
tərcümə etdilər (gərək ki, 1143-cü ildə). O dövrdən XVI əsrə qə-
dər Quran bir neçə dəfə tərcümə olundu. Hamısında da ya əsərin 
adında, ya girişində, ya da şərhlərində bir anti-İslam ruhu nəzərə 
çarpırdı: yəni “biz bunu tərcümə etmişik ki, gözəl xristian ruhuna 
uyğun gəlməyən bu dinsiz-imansız müsəlmanların fikirləri ilə 
tanış olasınız”. Hətta müəyyən vaxtlar kilsə Quranın tərcüməsini 
və nəşrini qadağan edibdir. Amma XVI əsrdə Quranın ilk tərcü-
məsini, bu tərcümə  işi görüldükdən 400 il sonra, 1543-cü ildə 
mətbəə üsulu ilə çap etdilər. Quranın bu nəşrinə  şərh yazanlar 
arasında məşhur Martin Lüter də vardı. Hətta avropalılar Quranı 
ərəb dilində də çap etdilər (1694-cü ildə).  


 
101
Bu tərcümə  fəaliyyətinin nəticəsi o oldu ki, XVIII əsrdə 
Avropa alimləri – əsil  şərqşünaslar meydana gəldilər. Onlar 
İslamı müdafiə edən ilk yazılar, kitablar yazdılar. Çünki ona 
qədər İslam haqqında, müsəlman mədəniyyəti haqqında müsbət 
fikir qəbul olunmurdu. Bu, güclü axına qarşı çıxmaq idi. 
İlk dəfə Hollandiyada 1717-ci ildə Adrien Reland, sonra 
Fransada və digər yerlərdə mütəfəkkirlər, tərcüməçilər bu 
əsərlərə istinad edərək “Qurana baxın, görün orada nə  qədər 
xoşqılıqlı, tolerant mövqe var” fikrini ortalığa atdılar. İkincisi, 
İslam dünyasına baxın, orada xristian kilsələri çox sərbəst fəa-
liyyət göstərir. Xristian icmaları rahat yaşayırlar, hətta onların 
əlahiddə hüquqları var. Halbuki bunu Avropada yaşayan müsəl-
manlar haqqında demək olmaz. Deməli, məhz bu tərcümə fəa-
liyyətinin nəticəsində artıq qarşı-qarşıya duran iki fikir dünyası 
bir-birini qəbul etməyə başladı. Burada söhbət xüsusilə Avro-
panın  Şərqi tanımasından gedir. O dövrdən Avropada şərqşü-
naslıq inkişaf etdi. Amma bütün bu fəaliyyətlərin  əsasında 
Şərqdən Qərbə  və ya əksinə keçid – tərcümə, bu intellektual 
Şərq-Qərb koridoru dayanırdı. 
Bu gün də  vəziyyət oxşardır.  Şərq-Qərb münasibətləri ta-
rixi detallarına qədər öyrənilir. Amma Şərqin özünün içində üç 
böyük dil – ərəb, fars və türk dilləri olub. Yəhudilər daha çox 
ərəbcə, sonralar hibru dilində yazıblar. Sanskrit dilindən, Çin di-
lindən də müəyyən tərcümələr, mənimsəmələr olub, məxəzlər sı-
zıb. Böyük bir elm-sənət-təhsil-din arealı olub. Bu areal içində, 
yəni İslam dünyası içində və İslamla Hind-Çin arasında tərcümə 
fəaliyyəti çox az tədqiq olunub. Avropadakı geniş  və  dərin 
tədqiqatlarla qəti surətdə müqayisə oluna bilməz. Məsələn, fars 
və türk dillərindən bir-birinə  tərcümələr və ya ərəb–türk,  ərəb-
fars dillərindən tərcümələr ciddi araşdırılmayıb. Amma burada 
da müəyyən işlərin görüldüyü qeyd olunmalıdır. Sadəcə, məlu-
matsızlıq üzündən, mənbələri bilmədiyimizdən (təbii ki, burada 
mən orta səviyyəli oxucunu nəzərdə tuturam) çox zaman deyirik 
ki, tərcümə demək olar ki, olmayıb, yaxud çox kasıb olub. Təd-
qiqatçılarımız isə göstərir ki, Şərq-Şərq tərcümə işi də çox olub, 
bütün dövrlərdə olub. Sadəcə, güclü tədqiqatçılarımız çox azdır 
və bu sahə çox az öyrənilib. Türkiyədə müəyyən tədqiqatçılar 


 
102
var, Azərbaycanda, İranda da bu məsələ ilə məşğul olanlar var. 
Amma təəssüf ki, böyük məktəblər yaranmayıb. Mən çox şadam 
ki, bu gün Azərbaycanda bu sahədə böyük əmək sərf etmiş ali-
mimiz – Möhsün Nağısoylu dəvətimizi qəbul edib, buradadır. O, 
öz tədqiqatları barədə danışacaq və ümumiyyətlə, bu mövzu 
ətrafında fikirlərini bizimlə paylaşacaq. 
Şərq mütəfəkkirlərinin – Nizaminin, Füzulinin, Nəsirəd-
din Tusinin tərcümə haqda bir sıra görüşləri olub. Onların nəzə-
ri görüşləri çox maraqlıdır. Məsələn, Nizami poetik tərcüməni 
qəti surətdə bəyənmirdi. Deyirdi ki, elmi tərcüməni başa düşü-
rəm, amma poeziya tərcümə oluna bilməz. Bu fikir əl-Cahiddən 
başlayaraq gəlibdir. Nəsirəddin Tusi isə hətta nəsri də tərcümə 
etməyin  əleyhinə olub. O deyirdi ki, bu, ayıb bir işdir, adama 
layiqsiz paltar geyindirməyə bənzəyir, “Əxlaqi-Nasir”i yaza bi-
lərəmsə, niyə ərəbcədən bir əsəri tərcümə edim? 
Tərcüməyə  Şərqdə  və  Qərbdə münasibət fərqli olub: 
“Şərqdə nəzirəçilik olubsa, o halda xalis tərcümə nədir” – sualı 
meydana çıxıb. 
Bununla da mən giriş sözümü yekunlaşdırıb, sözü Möh-
sün müəllimə vermək istəyirəm. 
 
MÖHSÜN ZELLABDİN oğlu NAĞISOYLU 
 
1946-cı ildə Naxçıvan Muxtar Respublikasında doğulub. 
1971-ci ildə BDU-nun Şərqşü-
naslıq fakültəsinin fars dili və 
ədəbiyyatı  şöbəsini fərqlənmə dip-
lomu ilə bitirib.  
Müxtəlif illərdə  Əfqanıstanda 
fars dili üzrə  tərcüməçi vəzifəsində 
çalışıb. 
1972-ci ildən
 
Azərbaycan Milli 
Elmlər Akademiyası  Məhəmməd 
Füzuli adına  Əlyazmalar  İnstitu-
tunda işləyir. 1988-ci ildən həmin 
institutun
 
Farsdilli 
əlyazmalar 
şöbəsinin müdiridir. 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə