Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə40/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   36   37   38   39   40   41   42   43   ...   81

 
147
Beləcə, yavaş-yavaş  məndə bu sahəyə maraq artdı  və 
sonralar tale elə gətirdi ki, bu sahə ilə məşğul olmağa başladım. 
İkinci sualınızla bağlı isə deyim ki, ruslaşdırma siyasəti-
nin nəticəsində Xakasiyada ruslar çoxluq təşkil edirlər. Burada 
digər millətlər də yaşayırlar. Xakaslar isə çox azdır, yəni cəmi 9 
faiz təşkil edirlər. Burada azərbaycanlılar da yaşayırlar. Onlar 
da 9 faizdir. 
Üçüncü sualınızla bağlı isə demək istəyirəm ki, türklər 
doğrudan da qurdun bir sıra müsbət kеyfiyyətlərinə görə ona 
hörmətlə yanaşırlar. Qurd başı türk bayraqlarında daim savaş 
mеydanlarında dalğalanmışdır.  
İlin müəyyən günlərində qaqauzlarda “Canavar yortuları” 
(bayramları) kеçirilir. İnanclara görə, həmin gün kəsici alətlər-
dən istifadə etmək, paltar tikmək olmaz. Qurd ağzı bağlamaq 
isə qurdun sürüyə hücumlarının qarşısını almaq məqsədi güdür. 
Ancaq, qurd yağı dеyəndə, o qurd, yəni canavar dеyil, ölü cə-
səddə əmələ gələn qurd nəzərdə tutulur. Başqa sözlə, hər hansı 
bir heyvan, yaxud insan öləndə onun üstündə çoxlu qurdlar 
əmələ gəlir. O qurdlar bir-birlərini yeyirlər. Axıra ən güclü qurd 
qalır. Mən bildiyimə görə, həmin qurdların yağından istifadə 
edirlər. 
Dördüncü sualınızın cavabına – türk birliyinə gəldikdə isə 
demək lazımdır ki, bu gün iqtisadi maraqlar mənəvi maraqları 
üstələyir. 
Tariх boyu ən güclü, iddialı dövlətləri türklər qurub. 
Gеniş coğrafi əraziyə hakim olmaları, döyüşçü, akıncı təbiətləri 
daim tariх boyu üz-üzə  gəlmələrinə  səbəb olub. Əvvəllər  əsas 
məşğuliyyət sahələrinin, yəni hеyvandarlığın tələbilə daim 
yеni-yеni otlaq sahələr əldə еtmək üçün gеniş ərazilərə еhtiyacı 
olan bir türk boyu digərinin otlaq sahələrin ələ kеçirirdisə, son-
ralar bir dövlət olaraq özünütəsdiq, gücünü başqalarına qəbul 
еtdirmək məqsədilə də savaşlara qatılmışlar. 
 


 
148
Orta əsrlərdə 
türk türklə çox rahatlıqla vuruşurdu 
 
Professor Hamlet İSAXANLI: 
 
– Bu məsələyə  mən də münasibət bildirmək istəyirəm. 
Adətən hər xalq öz tarixini öyrənəndə deyir ki, biz daha güclü 
ola bilərdik, təəssüf ki, olmadıq. Səbəb odur ki (biz belə düşü-
nürük ki), tarixdə özümüz özümüzlə vuruşmuşuq. İş burasında-
dır ki, qədimdə və orta əsrlərdə bütün xalqlarda belə olub. Yəni 
elə bir xalq yoxdur ki, özü özü ilə vuruşmasın, parçalanmasın. 
Bütün parçalanmaların da səbəbi vətəndaş müharibələri olub. 
Bu, slavyanlarda, ruslarda da belə olub. Rusiyanın tarixinə bax-
saq görərik ki, ayrı-ayrı knyazlıqlar bir-biri ilə vuruşublar. On-
lar həmişə  qıpçaqları  və ya peçeneqləri köməyə çağıraraq bir-
birləri ilə vuruşublar. 
Bu, ərəblərdə də, türklərdə də belə olub. Məsələn, Böyük 
Türk Xaqanlığının dağılması səbəblərindən biri, bəlkə də birin-
cisi vətəndaş müharibəsi olub. Hakimiyətə biri gəlməliydi, am-
ma zor gücünə digəri gəldi. Nəticədə vuruşmağa başladılar və 
parçalandılar. 
Yəni patriotizm, “mən bu xalqın oğluyam” kimi sözlər tə-
zə, XIX əsrdən sonra Avropadan gələn fikirdir. Tarixə nəzər sa-
landa görərik ki, əvvəllər insanlar xalq, dövlət həsrətində deyil, 
yer, ərazi qohum-qardaş, tayfa həsrətində olublar.  
Yeri gəlmişkən, mən bir misal gətirmək istəyirəm. XI əsr-
də gürcü çarı II David (Ağmaşenebeli, Qurucu ləqəbli) bir az 
güclənmək, Kartlidə hakimiyyəti ələ almaq, həm də Şirvan və 
müsəlmanlarla yaxşı vuruşmaq üçün qıpçaqları  dəvət elədi. 
Özü gedib Sarıqan (Şarağan) oğlu Ətrəkin (ruslar Atrak deyir-
lər) başçılığı ilə gələn 40 min qıpçağı Dəryal keçidində qarşıla-
dı (deyəsən 1118-ci ildə). Bu, Vladİmir Manomaxın qıpçaqlarla 
vuruşduğu vaxt idi. Qıpçaqların bir qismi Kaxetdə, bir qismi də 
indiki Azərbaycanın qərbindəki ərazilərdə yerləşərək gürcülərə 


 
149
qulluq etməyə başladılar, döyüşlərdə  iştirak etdilər. Bu səbəb-
dən də gürcülər gücləndilər. 
Rus salnamələrinin verdiyi məlumata görə, Ətrəkin kiçik 
qardaşı  Sırçan öz məmləkətində – Qıbçaq çöllərində, Dəşti-
Qıpçakda qalmışdı. Vladimir Manomax öldükdən sonra (1125-
ci il) o düşündü ki, qardaşı  Ətrəki geri qaytarmaq lazımdır. 
Özünün müğənnisinə xüsusi tapşırıq verərək Kartliyə göndərdi. 
Ona dedi: “Ətrəkin yanına gedib, bizim mahnıları oxu. Sən 
mahnı oxuyan zaman o, buralar üçün darıxmalıdır. Darıxdığını 
görəndə de ki, qardaşın səni gözləyir. Mümkündür ki, orada 
onun vəziyyəti yaxşıdır və mahnı ona təsir etməsin. O zaman 
bu yovşanı ona ver qoxulasın. Yovşan ona təsir edəcək, bu yer-
lərin qoxusunu alanda oralarda dayana bilməyəcək”. 
Doğrudan da, Kartlidə  Ətrəkin vəziyyəti yaxşı idi, yəni 
oturaq həyat keçirirdi, onlara yaxşı baxırdılar. (Hərdən Şirvan-
şahlar dəvət eləyəndə gedib onlara da kömək edərək qazanır-
dılar. Düzdür, bir az sonra ara qarışmışdı. Bir dəfə  Şamaxını 
mühasirəyə alanda gürcülərlə  qıpçaqlar arasında inciklik və 
savaş da çıxıb.)  Nə isə... Müğənni gəlib ona vəziyyəti danışır, 
deyir Manomax ölüb, qardaşının da vəziyyəti yaxşıdır, sənin də 
qayıtmağını istəyir. Yeri gəlmişkən deyək ki, bunlar məşhur 
nəsil olublar. Ətrəkin oğlu Korçak sonralar “İqor polku haqqın-
da dastan”ın qəhrəmanı oldu. Bilirsiniz ki, İqoru Korçak məğ-
lub elədi. 
Müğənni mahnını oxuyur, Ətrək təsirlənsə  də, deyir ki, 
burada yerim yaxşıdır, getmirəm. Bu zaman müğənni yovşanı 
ona verir: “Bunu da qardaşın göndərib ki, qoxulayasan, bizim 
yerlərin yovşanıdır".  Ətrəkin kefi pozulur: “Bu yad yerlərdə 
sultan olmaqdansa, ac da olsam öz yerimiz buradan yaxşıdır”, –
deyə Ətrək öz dəstəsi ilə geri qayıdır. 
Orta əsrlərdə türk türklə çox rahatlıqla vuruşurdu. Məsə-
lən, biri rusların tərəfində, o biri türkdilli bir xalqın tərəfində. 
Biri İran, o biri Bizans tərəfdə və s. Məlumdur ki, bizanslar pe-


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə