Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə42/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   38   39   40   41   42   43   44   45   ...   81

 
153
Həkim QƏNI, şair: 
 
– Güllü xanım, bugünkü məzmunlu məruzəyə görə sizə 
minnətdarlıq edirəm. Siz bir mütəxəssis kimi gözəl məruzə et-
diniz və biz sizdən çox şey ala bildik. 
 
Mərasim zamani  
şamanlar başqa aorada olurlar 
 
Nailə RAMAZANLI, Azərbaycan MEA-nın Folklor İns-
titutunun əməkdaşı: 
 
–  Şamanizm mövzusunun davamı kimi maraqlı bir hadi-
səni xatırlayıram.  
İki il bundan əvvəl Monqolustanda festival keçirilirdi. 
Mənim sənət yoldaşım, tanınmış saz ifaçısı Mübariz müəllim 
ora dəvət almışdı. Ondan xahiş etmişdim ki, onların adət-ənə-
nələri ilə bağlı videoçəkilişlər gətirsin. Mübariz məllim qayı-
danda heç nə gətirməmişdi. Səbəbini isə belə izah etdi ki, onlar 
axşamçağı tonqal ətrafında keçirdikləri mərasimi çəkmək istə-
yəndə  dərhal mənim  əlimdən kameranı alıb sındırdılar ki, sən 
şamanın gücünü əlindən alırsan. Şamanı çəkmək olmaz.  
Üstəlik, o deyir ki, həmin məqamda mənim əlimdən sanki 
alov çıxırdı, ancaq mən heç nə olmayıbmış kimi dayanmışdım. 
Amma fikir verirdim ki, mənimlə birlikdə  mənimlə Azərbay-
candan ora gedənlər qeyri-adi şəkildə kənardan mənə baxırlar. 
Sonradan onlar mənə dedilər ki, sənin əllərinin üstündə alov ki-
mi şey görünürdü. Mərasim bitənə kimi mən əlimə heç nə ala 
bilmədim. 
Həmin mərasim zamanı şamanlar tamamilə başqa aorada 
olurlar. 
 


 
154
Burada nə çox müsbət, 
nə də çox mənfi cəhət axtaraq  
 
Professor Hamlet İSAXANLI: 
 
– Geniş  məzmunlu məruzəsinə görə Güllü xanıma, mə-
ruzə ətrafındakı qızğın müzakirələrə görə isə hamınıza təşəkkür 
edirəm. Burada xalq və din məsələləri müzakirə olundu.  
Mən təkrar edirəm ki, türk xalqı kimi sayca böyük və əra-
zicə geniş yayılmış xalq dünyada məlum olan dinlərin əksəriy-
yətini çox asanlıqla qəbul ediblər, bir dindən digərinə də çox ra-
hat keçiblər. Burada nə elə bir çox müsbət, nə də çox mənfi cə-
hət axtarmaq lazım deyil. Məsələn, ən inkişaf etmiş türklərdən 
biri olan uyğurlar qısa vaxt ərzində buddizmi də qəbul ediblər, 
monoxeizmi də, xristianlığı da. Sonra İslamı qəbul ediblər. Ya-
xud Xəzər türklərinin xaqanları bilirsiniz ki, yəhudiliyi qəbul 
ediblər. Bu sonuncu qeyri-adi bir şey idi. Türklər yəhudiliyi –
iudaizmi dünyəvi din etmək istəyirdilər, amma alınmadı. Tarix-
çilər deyirlər ki, o imperiyanın çökməsinin səbəblərindən biri 
bu idi ki, üst təbəqə – xaqanlar yəhudiliyi qəbul eləmişdilər, 
aşağı  təbəqənin isə böyük qismi öz tanrı (tenqri, göy – səma) 
inancında idi, digərləri qismən müsəlmanlaşmışdı, bir qismi 
xristian idi.  
Mən bir daha bugünkü maraqlı tədbirdə fəal iştirak etdiyi-
nizə görə hamınıza minnətdarlığımı bildirirəm. 
 
 


 
155
 
* * * 
 
Mаrаqlı fikir mübаdiləsi və еlmi diskussiyа şərаitində 
kеçən tədbirdə Tofiq Abasquliyev, Rəsul İsmayılzadə, Eldar 
Şahgəldiyev və bаşqаlаrı mövzu ilə bаğlı öz mülаhizələrini 
bildirdilər.  
Məruzəçilər iştirаkçılаrı  mаrаqlаndırаn suаllаrı  dа 
cаvаblаndırdılаr. 
 


 
156
 
 
 
 
 
 
 
YEDDİNCİ 
MƏCLİS 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2007-ci il fevralın 27-də  Xəzər Universitəsində  fəaliy-
yət göstərən “Elm və sənət məclisi”nin 7-ci toplantısı oldu. 
“Hürufiliyin mahiyyəti və  rəmzləri” mövzusunun müzaki-
rəsinə  həsr olunmuş  məclisdə bu dəfə  də müxtəlif elm və 
təhsil müəssisələrindən dəvət olunmuş mütəxəssislər, müəl-
limlər və tələbələr iştirak edirdilər.  
Məclisi giriş sözü ilə universitənin rektoru, professor 
Hamlet İsaxanlı açdı. 
 


 
157
Mücərrəd düşüncənin ilk təzahürləri 
hərflər, əlifbalar, rəqəmlər və hesab olub 
 
Hamlet İsaxanlı: 
 
–  Əziz dostlar, “Elm və 
Sənət Məclisi”nin yeddinci top-
lantısına xoş gəlmisiniz.  
Bugünkü mövzumuz “Hü-
rufiliyin mahiyyəti və  rəmzlə-
ri”dir. Azərbaycanda oxuyub-
yazan adamların bəlkə də hamı-
sı, təbii ki, mən bu sahədə tədqi-
qat aparan mütəxəssisləri nəzər-
də tutmuram, hürufiliyi daha 
çox Nəsimi ilə bağlı söhbətlər-
dən bilir. Ola bilsin ki, çoxumuz 
məsələnin mahiyyətinə o qədər 
də varmırıq. Bugünkü müzakirə-
nin əsas məqsədi məhz hürufili-
yin mahiyyəti, onun tarixi və rəmzləri barədə söhbət açmaqdır. 
Hansı bir ciddi ideya olur-olsun, onun kökləri tarixin du-
manlı qatlarına gedib çıxır. Bu fikir, bu iş  nədən başlayıb, bu 
işlə ilk dəfə kim məşğul olub? – Bu suallara dəqiq cavab 
vermək olmur. Xüsusən, dini-mistik cərəyanların, müəyyən 
rəmzlərin (hərflərin, rəqəmlərin) vasitəsilə cürbəcür siyasi, dini, 
fəlsəfi məktəblərin  əmələ  gəlməsi, doğrudan da, tarixin dərin 
qatlarındadır. Təbii ki, tarixin bizə məlum olan dərin, amma izi 
bizə gəlib çatan qatlarını nəzərdə tuturuq. 
Mücərrəd düşüncənin ilk təzahürləri, ilk məhsulları içində 
hərflər və heroqliflər, əlifbalar, rəqəmlər və hesab mühüm yer 
tutub. Yəni insan konkret predmetlərin dilində deyil, simvol-
ların, mücərrəd xarakter daşıyan qeyri-maddi anlayışların di-
lində təbiətin və cəmiyyətin mahiyyətini dərk eləməyə çalışıb. 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə