Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə43/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   39   40   41   42   43   44   45   46   ...   81

 
158
Bu zaman həmin hərflərin, fiqurların və rəqəmlərin qeyri-adi -
gücə, qüdrətə malik olduğu inancına qapılmış və onları o qədər 
ideallaşdırmağa başlamışdır ki, bəzən predmetlərin mahiyyəti, 
təbiəti unudulub arxa plana keçmiş, təməl anlayış olaraq rəmz-
lər ortaya çıxmışdır.  
Məsələn, 7 rəqəmini götürək. Əslində bu, adi rəqəmlərdən 
biridir, digər rəqəmlərdən ciddi bir şeylə fərqlənmir. Amma in-
sanlar təbiəti müşahidə edərkən 7 rəqəminin maraqlı təzahürləri-
ni görüblər. Görüblər ki, hər 7 gündən bir ayın şəkli dəyişir (həf-
tə belə əmələ gəlib). Göydəki 7 səma cisminin (o zaman məlum 
olan 5 planet, Günəş  və Ay) bir yerdə durmayaraq gəzişdiyini  
görüblər (bilirsiniz ki, planet – gəzəyən deməkdir)., Qədim in-
sanlara görə ulduzlar tərpənməz olub göy qübbəsinə taxılmışdı, 
bu səbəbdən 7 gəzəyən səma cisimləri qeyri-adi idi. Kiçik Ayı 
bürcünü müşahidə edəndə də 7 rəqəmi meydana çıxıb – 7 ulduz, 
ucdakı qütb ulduzu olmaqla. Yaxud, asanca görünür ki, göyqur-
şağında 7 rəng var. Müasir fizika orada çoxlu rəng olduğunu sü-
but etsə də, gözümüz onlardan yalnız 7-ni görür. 
Bu kimi müşahidələr insanları 7 rəqəminin ilahi, möcüzəli 
olduğuna inandırıb, nəticədə 7-ni hər  şeyə, maddi və  mənəvi 
dünyaya bağlayıblar, 7 rəqəmi ilə oynamağa və yaşamağa baş-
layıblar. Deyirdilər ki, 7 iqlim var. Ancaq qəti surətdə demək 
lazımdır ki, iqlim 7 deyil. Deyiblər ki, (indi də dilimizdə qalıb) 
göyün 7 qatı var. Hətta gözəllərdən danışanda da “7 gözəl”dən 
söhbət açıblar...  
Rəqəmlər mistik xarakter daşıyıb və bu, eyni şəkildə, 
hərflərə də aiddir. Elm və din tarixində məşhur olan bu cür cə-
rəyanlar eramızdan (miladdan) 3 min il əvvəl Qədim Misirdə 
mühüm yer tutub. Burada Hermetizm və ya Hermesçilik xüsusi 
qeyd olunmalıdır. Misirlilərin Hermesini yunanlar “Hermes 
Trimegistus” (Üçqat böyük Hermes) adlandırmışlar. Bu dini-
mistik inanca görə, həqiqəti bilmək istəyən insanlar ağır sınaq-
dan keçməlidir. Yunanlar yazır ki, bu sınaq meydanı yer altında 
xüsusi gizli mağaralardan ibarət olub. Burada qeyri-adi dərəcə-


 
159
də mürəkkəb sınaqlardan keçənlərə (atəşdən və şəhvət sınağın-
dan keçmək, məzarda qalmaq...) kahinlər axırıncı otaqda diva-
rında müqəddəs heroqliflər və müqəddəs rəqəmlərlə yazılmış 
22 sirri açırdılar. Bu sirri bilənlər artıq ruhun ölməzliyini başa 
düşür və belə deyək ki, onların ruhu (işıq) yerdən ayrılır və 
göyə yüksəlməyə başlayırdı. Yer – bu ölümlü məkan birinci, 
Saturn isə axırıncı – yeddinci təbəqədir –ölümsüzlükdür. Ara-
lıqda ruh digər planetlərdə saflaşa-saflaşa kamilləşərək növbəti 
pilləyə yüksəlir. Yəni misirli kahinlər rəmzlərlə – heroqliflər və 
rəqəmlərlə ilahiləşdirilmiş dini-mistik bir nəzəriyyə yaratmışdı-
lar.  Əslində yunan sözü olan “heroqlif” köhnə Misir dilindən 
yunancaya tərcümədir və “müqəddəs şəkil” deməkdir – “hireo” 
müqəddəs, “glyphikos” – oyma. Düşüncəni ifadə edə bilən bu 
ideoqramlar içində səs ifadə edən 24 hərf də vardı.  
Misirlilər hərflər və  rəqəmləri (ümumiyyətlə, riyaziyyatı) 
müqəddəsləşdirmişdilər. Doğrudan da əgər düşüncəni, məntiqi, 
hesabı, hissi, ehtirası bu hərflər və rəqəmlər vasitəsilə ifadə elə-
mək mümkün olurdusa, bu, insanlara qəribə görünməli idi. Bu 
hadisə bu gün hətta bizə  də  qəribə görünürsə, elmin və  tənqidi 
düşüncənin o qədər də inkişaf etmədiyi həmin dövrdə daha qəri-
bə görünməli və mistisizmin geniş yayılmasına səbəb olmalı idi.  
Hermesçiliyə aid kopt, yunan və latınca yazılmış kitablar 
xristianlığa da təsir etmişdi.  Ərəb dilinə  də  tərcümə edilib ya-
yılmışdı. Bu cərəyan Yunanıstanda xüsusən pifaqorçuluqda öz 
əksini tapdı.  
Ümumiyyətlə, yunan alimləri Fales və Pifaqor – onların 
ikisi də riyaziyyatçı, təbiətşünas və filosof idi – Misiri, Babilis-
tanı  və Hindistanı  gəzib gəlmişdilər. Pifaqor Falesdən xeyli 
cavan olub, Fales miladdan öncə 6-cı  əsrin ortalarında 70 yaş 
ətrafında ölmüş, Pifaqor isə 6-cı  əsrin sonlarında yenə 70 yaş 
ətrafında ölmüşdür. Pifaqor təqribən 20 il Misirdə yaşamış, ka-
hinlərdən dərs almış, o cümlədən, həndəsə öyrənmişdi. O, “her-
mesçi” fikirləri də mənimsəmiş, qayıdıb gələndə Yunanıstanda 
bir dini-mistik və elmi məktəb qurmuşdu. Hərçənd ki, onun özü 


 
160
bu barədə heç nə yazmayıb (ümumiyyətlə, Pifaqor öz məktə-
bində yalnız danışırdı, heç nə yazmırdı). Onun haqqında 
məlumat ancaq yunan filosoflarından Aristotel və digərlərinin 
yazılarında qalıb. Bu məlumatlar da ziddiyyətlərlə doludur: nə-
yin Pifaqora və nəyin onun tələbələrinə məxsus olduğunu tam 
müəyyən etmək olmur. Amma pifaqorçuluq deyilən cərəyanın 
canı,  əsas mənası  rəqəmlərin “hər  şey” olması idi. Pifaqor 
dünyanı rəqəmlərdə görürdü. O, maddi dünyanı yox, rəqəmləri 
vacib sayırdı. Hər  şeyi rəqəmlər vasitəsi ilə izah eləməyə ça-
lışırdı. O, dörd rəqəmi  əsas hesab edirdi: 1, 2, 3, 4. Bu dörd 
rəqəmi toplayanda 10 alınırdı ki, bu da onluq sistemin əsasında 
dayanır. Eyni zamanda o, bu 4 rəqəmi 4 ünsürlə – torpaq, od, 
hava və su ilə əlaqələndirirdi. Sonra isə bu dörd rəqəmi 4 ölçü 
ilə bağlamışdı: nöqtə, xətt, səth və həcm-cisim.  
Pifaqor qeyri-adi kəşflər də etmişdi. Riyaziyyatla musiqi 
arasındakı dərin əlaqənin tapılması onun ən mühüm kəşflərdən 
biridir. O, göstərirdi ki, biri o birindən iki dəfə uzun olan iki 
simdən qısa simin səslənməsi uzun simin səslənməsindən bir 
oktava yuxarıdır. Eləcə də, əgər simlərin bir-birinə nisbəti tam 
ədədlər vasitəsi ilə ifadə olunursa, orada bir uyğunluq, ahəng, 
gözəl səslənmə alınır. Müasir musiqi nəzəriyyəsində buna har-
moniya deyilir. Yəni notların birinin digərinə nisbətən səs 
uzunluğunun nisbəti məlumdur – bunların hamısı adi kəsr ədəd-
lərdir (musiqi dilində: oktava intervalı 2:1, kvinta 3:2, kvarta 
intervalı isə 4:3 nisbətindədir). Pifaqor bunu kəşf etməklə 
rəqəmlərin möcüzəsini nümayış etdirirdi. 
Pifaqor kainatı da rəqəmlər vasitəsi ilə  təsvir eləməyə 
başladı və kainatın belə bir modelini qurdu:  
Birincisi, planetlər Yerdən nə qədər uzaqdırsa, o qədər də 
sürətlə fırlanır. Yəni yerdən uzaq olduqca fırlanma sürəti də bö-
yükdür. 
İkincisi, planetlər səs çıxara-çıxara, mahnı oxuya-oxuya 
gəzirlər, bu sferaların musiqisidir, harmoniyasıdır. 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə