Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə44/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   40   41   42   43   44   45   46   47   ...   81

 
161
Təcrübədən məlumdur ki, sapandın qolu nə  qədər uzun 
olsa və onu nə  qədər çox fırlatsaq, o qədər də çox səs çıxar. 
Pifaqor fikirləşirdi ki, planetlər də səs çıxarır və bu səs onların 
Yerdən məsafəsi ilə əlaqəlidir. Yəni planetləri də idarə eləyən 
qüvvə, mahiyyət riyaziyyatdır. (Musiqi özü də riyaziyyatın 
bölməsi hesab edilirdi).  
Pifaqorun dövründə dörd elm – buna kvadrium deyirdilər 
– hesab, həndəsə, musiqi və astronomiya birləşərək bir elm ol-
muşdu.  Əslində isə astronomiya və musiqinin mənası  və ma-
hiyyəti həndəsə  və hesaba bağlanmışdı. Yəni hər  şey rəqəm-
lərdə  təzahür edir, füqur və  rəqəmlərlə izah olunurdu. Pifaqor 
bura  əxlaq, siyasət və dini də daxil edir və bunların hamısına 
matemalar, yəni elm deyirdi. “Matematika” sözü də bundan 
əmələ gəlib, “Matematika” sözünü elmə Pifaqor gətirib. Deyi-
lənə görə, Yerin kürə şəklində olduğunu da ilk dəfə (?) Pifaqor 
söyləyib. Belə bir fikir də var ki, “fəlsəfə” terminini də ilk dəfə 
Pifaqor işlədib. Pifaqor siyasətə də qarışdı, İtaliyanın cənubunu 
öz təsiri altına aldı, sonra isə öz tələbələri ilə oranı tərk etmək 
məcburiyyətində qaldı. Pifaqorçulara görə mülk ortaq idi.  
Görürürk ki, qədim Yunanıstanda da rəmzlər, xüsusilə 
rəqəmlər qeyri-adi dərəcədə böyük rol oynamışdır. Platon bir az 
da irəli getdi. O deyirdi ki, hər şey – gözlə gördüyümüz dünya 
ideal-riyazi dünyanın, əsil dünyanın kölgəsidir, proyeksiyasıdır. 
Hər  şey nəzəri cəhətdən qurulmalıdır, təcrübəyə  əsaslanmaq 
ayıbdır. Hər şeyi məntiqi surətdə isbat etmək lazımdır.  
Ali təhsil sistemimizdə  fəlsəfəni bizə öyrədəndə Platonu 
bir qədər Aristotelin kölgəsində saxlayırdılar. Amma riyaziyyat 
nöqteyi-nəzərindən Platon çox böyük iş görüb. Platon nəzəri 
metodun, aksiomatik üsulun vacibliyini önə  çəkdi, onun nə 
demək olduğunu anlatdı.  Əgər Platon olmasaydı, Evklid də elə 
tezliklə olmazdı. Eramızdan üç əsr  əvvəl Evklid aksiomatik 
əsaslı həndəsə qurdu, qeyri-adi dərəcədə gözəl isbatlar etdi. Bu, 
Platonçuluğun, Pifaqorçuluğun uğuru kimi də qiymətləndirilə 


 
162
bilər. Əslində, dövr, zaman çox dəyişsə də, Kepler və Nyuton da 
bu Pifaqorçu –Platonçu cərəyanın davamçıları hesab oluna bilər.  
Orta əsrlərdə hərflərlə rəqəmlər arasında bağlantı qurmaq 
və bu yolla şərhlər vermək geniş yayılmışdı. Yəhudilərin Kab-
balizmi (Kabalaçılığı) buna əsaslanırdı. 22 İbrani hərfə qarşı 
təkliklər –1-9, onluqlar – 10-90 və yüzlüklər – 100-400, yəni 22 
rəqəm qoyulurdu. Rəqəmlər üzərində oynamaqla sözlər, adlar 
şərh edilirdi. Rəqəmlər vasitəsilə  hər sözü şərh edə bilirdilər. 
Bunun üstündə  qırğınlar, davalar da olurdu; dini-mistik cərə-
yanlar əksər hallarda siyasi xarakter daşıyır, hakimiyyət, əlahid-
dəlik iddiasına yol açırdı. 
Hermetçiliklə bağlı kitablar ərəb dilinə tərcümə olunaraq 
İslam dünyasında yayıldı. 28 ərəb hərfinə qarşı 1-9 təkliklər, 
10-90 onluqlar, 100-900 yüzlüklər və 1000 minlik qarşı qoyu-
laraq “əbcəd hesabı” meydana çıxarıldı.  
Məsələn, “Allah” sözünə əbcəd hesabında 66 qarşı qoyu-
lurdu (A+L+L+H=1+30+30+5).  
Başqa cür qarşıqoymalar isə  fərqli,  əlavə  əbcəd hesabla-
rına gətirib çıxarırdı. Bu ideyaların inkişafı və xüsusi məqsədə 
– dini mistikaya uyğunlaşdırılması sonrakı bir çox hadisələrə 
təkan verdi və bizə çox yaxın olan, bugünkü mövzumuz olan 
hürufizm kimi cərəyanların meydana çıxmasına imkan yaratdı. 
Qeyd etdiyimiz kimi, azərbaycanlılar hürufilik dedikdə 
Nəsimini yada salırlar. Əslində isə bu cərəyanı yaradan və ilkin 
müddəalarını verən Fəzlullah Astrabadi (Nəimi), onu sistemləş-
dirən, nəzəriyyə halına salan isə onun tələbəsi (və  qızının  əri) 
Əli əl-Əla olmuşdur.  
Nəsib Göyüşov bu sahədə xeyli iş görmüş tanınmış alim-
lərimizdəndir, Əlyazmalar İnstitunda çalışır. Məruzə üçün sözü 
ona verirəm. 
 
 
 
 
 


 
163
NƏSİB CÜMŞÜD oğlu GÖYÜŞOV 
 
1970-ci ildə Bakı Dövlət 
Universitəsinin Şərqşünaslıq fa-
kültəsini fərqlənmə diplomu ilə 
bitirib.  
Filologiya elmləri namizə-
didir. 12 kitab və 100-dən çox 
məqalənin müəllifidir. 
Elmi maraq çevrəsinə orta 
əsrlər yazılı abidələrinin elmi 
tədqiqi, kataloqlaşdırılması  və 
nəşri, mühüm elmi-fəlsəfi kita-
bların azərbaycancaya tərcü-
məsi, təsəvvüf və irfan barədə 
elmi araşdırmalar, klassik ədəbi 
irsdə  və  bədii təfəkkürdə irfan dəyərlərinin yeri, İslam mə-
dəniyyətində  sənət dünyası  və s. sahələr üzrə  nəzəri təhlillər 
daxildir.  
Hazırda AMEA Məhəmməd Füzuli adına  Əlyazmalar 
İnstitutunun aparıcı elmi işçisidir. 
 
Hürufiliyin qaynaqları  
çеşidli və zəngindir 
 
Nəsib GÖYÜŞOV,  filologiya elmləri namizədi: 
 
Orta çağlarda İslam sivilizasiya məkanında önəmli yеr tu-
tan təsəvvüf və irfan olduqca nüfuzlu bir dini-idеoloji, ictimai-
tariхi, əхlaqi-mənəvi və əqli-məfkurəvi cərəyan olmaqla təzad-
lı, mürəkkəb, çoхşaхəli və özünəməхsus inkişaf yolu kеçmiş, 
həm rəsmi dini qurumlar və İslam еlmləri, həm də başqa еlmi-
fəlsəfi baхış və təlimlərlə qarşılıqlı faydalanma, kəskin mübahi-
sə və mücadilə şəraitində təkamül tapmış zəngin bir məktəbdir. 
Ayrı-ayrı  təlim və  cərəyanlarla təsəvvüf arasında olan çеşidli 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə