121
və ya ərəbcəyə tərcümə etmişlər. Məsələn,
Füzuli ilə həməsr
olan Molla Əhməd Müqəddəs Ərdəbilinin bəlkə də Azərbaycan
nəsrinin yeganə nümunəsi olan “Əbayül-İslam” əsəri türkcə ya-
zılmışdır. Sonra Həzini Şirvani onu ərəbcəyə, bir qədər keçmiş
isə təbrizli bir alim farscaya tərcümə etmişdir.
Aşıq ədəbiyyatı
daha dərin köklərə malikdir
Güllü YOLOĞLU, filologiya elmləri namizədi:
– Burada çox yaxşı müzakirə oldu. Füzulinin adı çəkilən
əsərinin orijinal və ya tərcümə olduğu barədə söhbət getdi. Mən
özüm üçün aydınlaşdırmaq istərdim ki,
bu doğrudan da tərcü-
mədir, yoxsa öz əsəridir? Çünki burada bu əsərin daha fəlsəfi
olduğu və daha gözəl nəzmlə işləndiyi vurğulandı. Mənə elə
gəlir ki, bu, Füzulinin gücündən asılı idi.
Burada bir söhbət də oldu ki, aşıq ədəbiyyatından, xalq
ədəbiyyatından daha yüksək bir ədəbiyyat var – bu da mərsiyə
ədəbiyyatıdır. Mərsiyə ədəbiyyatının o qədər də qədim olmadı-
ğı məlumdur. Aşıq ədəbiyyatının, xalq ədəbiyyatının isə nə qə-
dər dərin köklərə malik olduğu məlumdur. Mərsiyə ədəbiyyatı
122
xalqı ifadə etmir. Ona görə mən istərdim ki,
bu məsələləri
qarışdırmayaq.
Xəzər Universitetinin müəllimi, biologiya elmləri nami-
zədi İsmət Əhmədov, dosent Tofiq Abasquliyev, fəlsəfə elmləri
namizədi Eldar Şahgəldiyev, Baba Bayramlı, Humanitar və
sosial elmlər fakültəsinin birinci kurs tələbələri Turanə Əliye-
va, Yeganə Əşrəfova və başqaları mövzu ətrafında müzakirə-
lərdə iştirak edərək öz fikirlərini söylədilər, onları maraqlan-
dıran suallara cavab aldılar.
Hərənin öz yeri var
Profesor Hamlet İSAXANLI:
– Burada bir sıra əsərlərin tərcümə, yoxsa orijinal olduğu
barədə mübahisə yarandı. Xüsusi halda Füzulinin “Hədiqətüs-
süəda”sı Hüseyn Vaiz Kaşifinin “Rövzətüş-şühəda”sından tərcü-
mədir, yoxsa Füzulinin orijinal əsəridir? Möhsün müəllimin də
qeyd etdiyi kimi, tərcüməyə baxış,
münasibət hər zaman bir cür
olub və zaman keçdikcə dəyişib. Orta əsrlərdə tərcümə ifadəsi,
123
tərcüməçinin sərbəstliyi bugünkündən fərqli olub. Burada bir
başqa məsələ Şərq və Qərb arasındakı müəyyən fərqlərdən do-
ğur. Belə ki, xüsusilə Nizamidən sonra Şərqdə dəfələrlə “Leyli
və Məcnun” mövzusuna qayıdılıb. Ümumi süjet xətti saxlanılıb.
Yəni Şərqdə eyni mövzunu bir neçə, onlarla müəllifin işləməsi
qəbul edilən bir haldır. Burada artıq müəllifin öz yaradıcılıq yo-
lundan, üslubundan, işin öhdəsindən
necə gəlməsindən və əsəri
yazdığı dildən söhbət gedə bilər. Qərbdə isə bir mövzu ciddi
şəkildə bir dəfə işlənilir. Məsələn, “Romeo və Cülyetta”, “Ham-
let” və s. bir dəfə yazılıb. Şekspirdən sonra digər yazıçılar bu
mövzuya bir daha müraciət etməyiblər. Qərbdə hesab olunub ki,
hər müəllif öz mövzusunu gətirməlidir, yeni mövzu işləməlidir,
yazılmış olanı yenidən yazmaq qəbul olunmayıb, hörmətli iş
sayılmayıb. Amma bu əsərlər Şərqdə yazılmış olsaydı, inanıram
ki, bu mövzuya dəfələrlə qayıdılardı. Odur ki, Füzulinin adıçəki-
lən əsərinin və bənzər orijinal-tərcümə məsələlərinin ətrafında
belə bir mübahisənin olması təbiidir.
Burada tərcümənin necəliyindən,
səviyyəsindən söhbət
gedə bilər. O mənada bu “Hədiqətüs-süəda” gözəldir, səviyyəli-
dir, orijinaldan təsirli və dəyərlidir, çünki Füzulinin tərcümə-
sidir, yaradıcı tərcümədir.
Həmin məsələni mərsiyə haqqında da deyə bilərik. Bu-
rada mərsiyə musiqisindən söhbət getdi. Mərsiyəni din uğrunda
şəhidlərə aid etsək, digər ağılar, ölüm və faciələr haqqında əsər-
lər, bayatılar mərsiyə deyil.
Üzeyir bəy öz xatirələrində operanın necə yaranması ilə
bağlı yazır ki, Aşura günü şəbeh çıxarmaq Qərb əhlinin “orato-
riya” dedikləri bir növ dini tamaşadır, iştirak edən şəxslər ora-
toriyadakı kimi öz rollarını avazla oxuyur,
muğam oxuyana
bənzəyirlər. Milli operamızın əmələ gəlməsində şəbeh ən birin-
ci nümunə olub. Formaca Avropa, iştirakçılarının oxuma üsulu
isə şəbehdən gəlir. Sadəcə dəstgahlardan və orkestrdən istifadə
etməyimiz operalarımızı şəbehdən fərqləndirib.