9
ləşdi. Hər dəfə bir və ya iki mütəxəssisin
məruzəsini dinləmək,
onları sual atəşinə tutmaq, söz, fikir söyləmək istəyənləri dinlə-
mək, məruzə və müzakirənin nəticələrini əvvəlcə “Xəzər Xə-
bər” dərgisində, sonra isə qruplaşdırıb kitab şəklində nəşr et-
mək qərarına gəldik. 2006-ci il oktyabrın 10-da Xəzər universi-
təsinin Konfrans mərkəzində birinci məclis baş tutdu. Həm
Azərbaycandan, həm də müxtəlif ölkələrdən
mütəxəssisləri,
elm və sənət adamlarını məruzə üçün dəvət etməyə başladıq.
Qısa zamanda Elm və Sənət Məclisimiz tanındı və sevildi.
Canlı danışıq tərzini olduğu kimi saxlamağa çalışdığımız
bu birinci kitabda ilk on məclisin materialları çap olunur.
Hamlet İSAXANLI
12
Bir sıra elmi jurnalların redaktoru, elmi və ədəbi məc-
muələrin tərtibçisi və redaktoru, beynəlxalq konfransların təş-
kilatçısıdır.
Hаmlеt İsaхаnlı istеdаdlı şair kimi də tаnınır. Аzərbаy-
cаndа, İranda, Gürcüstanda, Rusiyada çıxmış şeir kitablаrı
pоеziyаsеvərlərin rəğbətini qаzаnıb. Poetik tərcümə ilə də
məşğul olub.
Еlm, təhsil və yаrаdıcılıq sаhələrində qаzаnqdığı uğurlа-
rа görə bir çох mükаfаtlаrа layiq görülüb. Beynəlxalq Elmlər
Akademiyasının həqiqi üzvü, Rusiya Pedaqoji və Sosial Elm-
lər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası ya-
nında Təhsil Komissiyasının üzvüdür.
Hazırda Xəzər Universitetinin rektorudur.
«Elm və Sənət Məclisi»
müntəzəm keçiriləcək
Prоfessоr Hamlet İSAXANLI:
– Bura gələnlər elmlə, sənətlə məşğul оlan,
bu sahələrdə
xeyli işlər görmüş və həmçinin yeni öyrənməyə başlayan – mən
tələbələri nəzərdə tuturam – insanlardır. Yəqin bizim dəvətna-
məmizə və ya elanlarımıza baxanda bir ifadəyə - «Elm və Sənət
Məclisi»nə diqqət yetirmisiniz. Bu nə deməkdir?
Bu “Məclis”i yaratmaqda məqsədimiz nədir? Dоğrudur,
indiyədək də bizdə – Xəzər Universitetində, eləcə də müxtəlif
ali məktəblərdə müxtəlif elmlərə, pоeziya, incəsənət,
musiqi və
digər sahələrə aid məclislər, seminarlar və kоnfranslar keçirilib,
bunların bir-biri ilə əlaqəsi olmayıb. Amma bunlar, müəyyən
mənada, daimi və ardıcıl оlmayıb, hərdənbir keçirilib. Bizim is-
təyimiz isə elm və sənətlə bağlı daim işləyən,
fəaliyyət göstərən
bir seminar və yaxud məclis yaratmaqdır. Buna elm və sənət se-
minarları demək оlardı, amma biz «Elm və Sənət Məclisi»
deyilişinə üstünlük verdik.