110
bu da təbii ki, çağdaş araşdırıcılar üçün müəyyən çətinliklər tö-
rədir. Nəticədə eyni bir əsər bəzən tərcümə sayılır, bəzən də
orijinal kimi təqdim olunur. Ərəb tərcümə ədəbiyyatına xas
olan bu tərcümə ənənə üsulları eynilə klassik Azərbaycan tər-
cümə əsərlərində də özünü göstərir. Birinci növ tərcümələrə –
hərfi tərcümələrə nümunə olaraq Sədinin “Gülüstan” və
“Bustan” əsərlərinin, Caminin “Yusif və Züleyxa” məsnəvisi-
nin XV–XVI yüzillkilərdə və daha sonrakı dövrlərdə dilimizə
edilmiş sətiraltı tərcümələrini göstərmək olar. Bu tərcümə ör-
nəkləri daha çox ədəbi dil tarixinin ətraflı araşdırılması baxı-
mından əhəmiyyətlidir.
“Gülşəni-raz”
Orta əsrlər Azərbaycan tərcümə ədəbiyyatında ikinci növ
tərcümələr – sərbəst-yaradıcı tərcümələr daha geniş yayılmış-
dır. Vəli Şirazinin 1426-cı ildə tamamladığı “Gülşəni-raz” tər-
cüməsi klassik bədii tərcümə sənətimizin bu növünün parlaq və
gözəl nümunələrindən biri sayıla bilər. Məlum olduğu kimi,
“Gülşəni-raz” görkəmli Azərbaycan filosofu, şairi Şeyx Mah-
mud Şəbüstərinin (1287-1320) fars dilində yazdığı məşhur əsə-
111
ridir. Şəbüstəri 1317-ci ildə yazdığı bu əsərində on beş sualla
ona müraciət etmiş Xorasan alimlərinə şeirlə cavab yazaraq
“arif”, “həqq”, “ənəlhəqq”, “büt”, “zünnar”, “şəm”, “şərab”,
“itaət”, “təfəkkür” və s. kimi sufi anlayışlarının yığcam şərhini
vermişdir. Şəbüstərinin bu əsəri yazıldığı dövrdən başlayaraq
Yaxın və Orta Şərq ədəbiyyatında geniş şöhrət qazanmış, ona
çoxlu şərhlər yazılmışdır. XIX yüzillikdən başlayaraq “Gülşəni-
raz” bir sıra Qərbi Avropa dillərində də nəşr olunmuşdur.
Şəbüstərinin bu dəyərli əsəri yalnız bu yaxınlarda ana dilimizə
tərcümə edilmişdir (mütərcim bu sətirlərin müəllifidir – bax:
“Şeyx Mahmud Şəbüstəri. “Gülşəni-raz”. Bakı, Nurlan, 2005).
Vəli Şirazi XV yüzilliyin görkəmli sufi şairlərindən biri
olmuşdur. “Gülşəni-raz” tərcüməsindən başqa, onun sufi məz-
munlu lirik şeirləri də vardır. Qeyd edək ki, türk alimləri onun
adını Əlvan Şirazi kimi qeyd edirlər. Bizim istifadəmizdə olan
əlyazmada isə tərcüməçinin adı Vəli Şirazi kimi yazılmışdır.
Orta əsrlər tərcümə ənənəsinə uyğun olaraq, Vəli Şirazi
“Gülşəni-raz” tərcüməsini özünün yazdığı ön sözlə başlayaraq,
burada kitabın tərcümə səbəbini və tarixini göstərir.
Ön sözdə özü haqqında da qısaca məlumat verən Vəli Şi-
razi tərcümə sənətini yüksək dəyərləndirərək tərcüməsini oriji-
nala bərabər tutur. Şair-tərcüməçiyə görə onun bu tərcüməsi ilə
sələfinin əsəri arasındakı fərq fikrin, mənanın ifadə olunduğu
dildədir:
Sibahət kəsb eylədim sələfdən,
Çıxardım işbu dürri bir sədəfdən.
Budur bu hüqqədə dürri-ədəndir,
Həsən nə tonda olursa, Həsəndir.
“Gülşəni-raz” tərcüməsi ilə onun farsca əslinin müqayisə-
si göstərir ki, Vəli Şirazi ustadı saydığı Şəbüstərinin əsərinin gi-
riş hissəsindən başlayaraq, onun əksər yerlərini tam dəqiqliklə
çevirməklə yanaşı, bir çox hallarda tərcüməyə əlavələr də et-
112
mişdir. Tərcüməçi, bir qayda olaraq, orijinalın hər başlığının
həm əvvəlini, həm də sonunu öz sözləri ilə genişləndirmişdir.
Şirazinin öz duyğu və düşüncələrinin məhsulu olan bu əlavələr
bilavasitə mövzu ilə bağlıdır və bir növ farsca qaynağı
tamamlayır. Məsələ burasındadır ki, Şəbüstəridə fəlsəfi anlayış-
ların yozumu – şərhi çox yığcam şəkildədir. Məhz buna görə də
Şirazinin tərcüməyə artırdığı əlavələri mətnin daha geniş izahı
və daha yaxşı qavranılması işinə xidmət edir. Bundan əlavə,
tərcüməçi başqa qaynaqlardan da bəhrələnərək, onlardan da tər-
cüməsinə əlavə etmişdir. Bütün bu əlavələr hesabına tərcümə-
nin həcmi onun farsca əsli ilə müqayisədə ikiqatdan da artıq
olmuşdur. Belə ki, Şəbüstərinin “Gülşəni-raz”ı cəmi 1000 beytə
yaxın olduğu halda, Şirazinin tərcüməsindəki beytlərin sayı
2500-dən çoxdur.
Tərcümə üzərindəki müşahidələr göstərir ki, Vəli Şirazi
istər təsəvvüfü, istər klassik Şərq ədəbiyyatını, istərsə də şifahi
xalq yaradıcılığını dərindən mənimsəmiş, ana dilinin zəngin söz
yaradıcılığından uğurla bəhrələnmişdir. Bu qiymətli tərcümə
nümunəsi istər sufi ədəbiyyatının, istərsə dil tarixinin araşdırıl-
ması üçün zəngin qaynaqlardan biridir. “Gülşəni-raz” tərcümə-
sini ilk dəfə olaraq bu sətirlərin müəllifi geniş araşdırma ilə
nəşr etdirmişdir (bax: Şirazinin “Gülşəni-raz” tərcüməsi, Bakı,
Nurlan, 2004).
“Əsrarnamə”
Orta əsrlər Azərbaycan tərcümə ədəbiyyatının dəyərli nü-
munələrindən biri də Əhmədi Təbrizi adlı şair-mütərcimin
1478-ci ildə Təbrizdə tamamladığı “Əsrarnamə” tərcüməsidir.
“Gülşəni-raz” tərcüməsindən fərqli olaraq, “Əsrarnamə” tərcü-
məsi Azərbaycanda çoxdan tanınır və onun bir əlyazmasını pro-
fessor C.Qəhrəmanov 1964-cü ildə fotofaksimile şəklində geniş
qrammatik oçerklə birgə nəşr etdirmişdir. “Əsrarnamə” tərcü-
məsi klassik Azərbaycan tərcümə sənətinin başlıca səciyyəvi
113
xüsusiyyətlərini özündə əks etdirən əvəzsiz yazılı qaynaqdır.
Tərcümə və dil tariximizin bu dəyərli yadigarı haqqında indiyə-
dək müxtəlif fikirlər olmuşdur. “Əsrarnamə”ni görkəmli sufi
şairi Fəriəddin Əttarın (ölüm tarixi 1230-cu il) eyniadlı əsərinin
tərcüməsi hesab edən alimlərlə yanaşı, onu tam müstəqil, oriji-
nal əsər sayan tədqiqatçılar da olmuşdur.
İlk baxışda Əhmədi “Əsrarnamə”sinin Əttarın fars dilində
yazdığı eyniadlı əsərinin tərcüməsi olması elə bir şübhə doğur-
mur. Çünki Əttarın bu əsəri sufilərdən bəhs edən mənzum he-
kayətlər toplusu olduğu kimi, Əhmədinin “Əsrarnamə” tərcü-
məsi də sufi şeyxləri haqqında olan mənzum hekayətlərdən iba-
rətdir. Fərq yalnız onların sayındadır: Əttarın “Əsrarnamə”sin-
də yüzdən artıq mənzum hekayət, Əhmədinin tərcüməsində isə
cəmi qırx mənzum hekayət vardır. Bundan əlavə Əhmədi kita-
bın sonunda açıq-aşkar bildirir ki, “Əsrarnamə”ni Əttardan tər-
cümə etmişdir.
Bununla belə, hər iki əsərin mətnlərinin müqayisəsi gös-
tərdi ki, Əhmədinin tərcüməsində olan mənzum hekayətlərdən
yalnız ikisinin əsli Əttarın “Əsrarnamə”sində vardır. Azərbay-
can türkcəsində olan “Əsrarnamə”dəki hekayətlərin Əttarın əli-
mizdə olan başqa əsərləri ilə müqayisəsi belə bir maraqlı faktı
üzə çıxardı. Əhmədi “Əsrarnamə”sində olan qırx hekayətdən
iyirmi altısı Əttarın “Müsibətnamə” əsərindən, biri isə şairin
“İlahinamə” adlı üçüncü bir əsərindən götürülmüşdür. Əhmədi-
nin “Əsrarnamə” tərcüməsindəki qalan on bir hekayətin də bi-
zim istifadəmizdə olmayan, Əttarın başqa əsərlərindən olması
ehtimalı mümkündür. Həmin hekayətlərin başqa qaynaqlardan
götürülməsini və ya Əhmədinin öz qələmindən çıxmasını da
istisna etmək olmaz.
Qeyd edək ki, orta əsrlərə aid bəzi tərcümə əsərlərində
müxtəlif əsərlərdən, o sıradan ayrı-ayrı şairlərin kitablarından
bəhrələnmək halları da müşahidə olunur. “Əsrarnamə” tərcü-
məsində və Əttarın sözügedən əsərlərində olan mənzum heka-
yətlərin müqayisəsi göstərir ki, Əhmədi bir tərəfdən ustadına
Dostları ilə paylaş: |