103
1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şü-
hədanamə” (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələ-
ləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Elmi araşdırmaları əsasən orta yüzilliklərdə fars dilin-
dən Azərbaycan türkcəsinə edilmiş tərcümə əlyazmalarının
mətnşünaslıq və dilçilik baxımından tədqiqinə həsr olunub.
Bu məsələ ilə bağlı indiyədək “Orta əsrlərdə Azərbaycanda
tərcümə sənəti”, “Füzulinin “Hədirətüs-süəda” əsəri”, “XVI
əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə”, “Şirazinin
“Gülşəni-raz” tərcüməsi”, “Əhmədinin “Əsrarnamə” tərcü-
məsi” adlı 5 monoqrafiyası işıq üzü görüb.
25 kitabın müəllifi, tərtibçisi və tərcüməçisi, 150-dən çox
elmi və elmi-kütləvi məqalənin müəllifidir. Tərtibçisi olduğu
“Nizami. İncilər” kitabı Türkiyədə, “Farsca əlyazmalar kata-
loqu” kitabı isə İranda nəşr olunub.
Bir sıra beynəlxalq elmi konfransların iştirakçısıdır.
Azərbaycan bədii tərcümə sənətinin
dərin kökləri və zəngin ənənələri vardır
Möhsün NAĞISOYLU, filologiya elmləri doktoru
– Azərbaycan bədii tərcümə sənətinin qədim tarixi, dərin
kökləri və zəngin ənənələri vardır. Ədəbiyyat tariximizin ayrıl-
maz tərkib hissəsi olan tərcümə ədəbiyyatı ərəblərin Azərbay-
cana gəlişindən sonra tarixi zərurət üzündən yaranmışdır. Azər-
baycanda İslam dininin qəbul edilməsi, ərəb dilində nazil olan
İlahi kitabın – Qurani-Kərimin öyrənilməsi
tərcümə sənətinin
ortaya çıxmasını şərtləndirən başlıca amillərdən olmuşdur. Orta
əsr qaynaqları və günümüzə qədər gəlib çatmış klassik tərcümə
örnəkləri üzərindəki müşahidələrə əsasən deyə bilərik ki, Azər-
baycanda tərcümə sənətinin yaranması bilavasitə Qurani-Kə-
rimlə bağlıdır. İslam mədəniyyətinin, dünya sivilizasiyasının ən
möhtəşəm abidəsi olan Qurani-Kərimin qeyri-ərəb xalqları, o
104
sıradan Azərbaycan türkləri arasında yayılması, qavranılması,
sözsüz ki, bu İlahi kitabdakı ayrı-ayrı söz və ifadələrin, ayə və
cümlələrin tərcümə olunması zərurətini doğurmuşdur. Nəticədə
Qurani-Kərimin ilk öncə şifahi tərcümələri, sonra isə yazılı
tərcümələri ortaya çıxmışdır.
Qurani-Kərim
və Dədə Qorqud dastanları
Qurani-Kərimin dilimizə ən əski yazılı tərcümələrindən
biri xalqımızın ana kitabı “Kitabi-Dədə Qorqud” dastanları ilə
bağlıdır. Dastanın “Qazılıq Qoca oğlu Yegnək boyu”nda Yeg-
nəkin dilindən deyilən aşağıdakı sözləri Qurani-Kərimin 112-ci
(“İxlas”) surəsinin sərbəst və bədii tərcüməsi saymaq olar:
Yucalardan yucasan,
Kimsə bilməz necəsən, əziz Tanrı!
Anadan toğmadın sən, atadan olmadın,
Kimsə rizqin yemədün,
Kimsəyə güc etmədün.
Qamu yerdə əhədsən, allahü səmədsən.
105
Müqayisə üçün həmin surənin transfonoliterasiyasını və
çağdaş tərcüməsini də veririk:
Qul huvə allahu əhəd;
Allahu-s-səməd; Ləm
Yəlid və ləm yuləd;
Və ləm ləkun ləhu,
kufuvən əhəd.
[Ya peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən
soruşan müşriklərə]
De ki: [ Mənim Rəbbim olan]
O Allah birdir [Heç bir şəriki yoxdur].
Allah heç kəsə möhtac deyildir [hamı ona möhtacdır; O,
əzəli və əbədidir].
O, nə doğmuş, nə də doğulmuşdur! [Allah özünə heç bir
övlad gətirməmişdir].
Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur.
Göründüyü kimi, “Kitabi-Dədə Qorqud”dan
verilən yu-
xarıdakı nümunə məzmununa görə Quranın “İxlas” surəsinə
çox yaxındır. Dastandakı “əhədsən”, “allahu səmədsən” ifadə-
ləri isə eynilə Quranda olduğu kimi tərcümə edilmədən saxla-
nılmışdır.
Onu da əlavə edək ki, “Kitabi-Dədə Qorqud”dakı Allahın
tərifini verən bu ifadələrin Quranın 112-ci surəsindən götürül-
düyünü Azərbaycanda ilk dəfə professor S.Əlizadə qeyd et-
mişdir
(“Kitabi-Dədə Qorqud”, Bakı, Yazıçı, 1988, s.247).
Qurani-Kərimin
dilimizə sətiraltı tərcümələri
Qurani-Kərimin dilimizə tam şəkildə sətiraltı tərcümələri
də olmuşdur. Belə tərcümələrdən ən qədimi 1333-cü ildə ta-
mamlanmış Quran əlyazmasıdır. Quranın
yüksək tərtibatla ha-
zırlanmış bu nadir əlyazmasının katibi və sətiraltı tərcümənin
106
mütərcimi Məhəmməd bin əl-Həcc Dövlətşah Şirazidir. Katibin
nisbəsindən göründüyü kimi o, şirazlıdır. İranın mərkəzində
yerləşən bu qədim sənət ocağında əski çağlardan bəri Azərbay-
can türklərindən olan qaşqay tayfalarının yaşaması məlumdur.
İstanbuldakı “Türk və İslam əsərləri muzeyi”ndə saxlanı-
lan bu Quran əlyazmasında ərəbcə mətnin altında onun türk-
cəyə sətiraltı tərcüməsi də yazılmışdır.
Tərcüməni araşdırmış mütəxəssislər əlyazmadakı bir çox
türk mənşəli sözlərin türk dillərinin daha əski qatları üçün sə-
ciyyəvi
olduğunu qeyd edərək, belə qənaətə gəlmişlər ki,
Quranın bu cür sətiraltı tərcümələri daha əvvəllər də mövcud
imiş və ola bilsin ki, Məhəmməd Şirazi sözügedən tərcüməsin-
də onlardan da bəhrələnmişdir.
Məhəmməd Şirazinin qələmindən çıxmış Quranın bu səti-
raltı tərcüməsinin başlıca səciyyəvi
xüsusiyyəti hətta bu gün be-
lə çağdaş ədəbi dilimizdə işlənən və daha çox dini anlayışlarla
bağlı olan ayrı-ayrı ərəb sözlərinin əvəzində onların əski türk-
cədə olan qarşılıqlarının verilməsidir. Məsələn:
Allah – izi, cə-
hənnəm – tamu, cənnət – uçmağ, rəsul – yalvac, təqsir – ya-
zuq, şərq – gündoğuşuq, qüdrətli – uğan, Xaliq – Turutqan,
xalq – budun, işarə (əlamət) – bəlgü, peyğəmbər – savcı, Qi-
yamət günü – Qopmaqlıq günü, katib – bitici, müqəddəs –
qutluq, cəza – yenüt, kasıblıq – çigəylik, xidmət – tapuğ, sa-
hib – əyə və s. Qeyd edək ki, bu sözlərin çoxu “Kitabi-Dədə
Qorqud”da və orta əsrlərə aid anadilli başqa yazılı abidələri-
mizdə də işlənmişdir. Sözügedən Quran əlyazmasında tərcü-
mənin mətninin ərəbcə mətnin altında verilməsi,
ilk növbədə
Qurani-Kərimin məzmun və formasına görə möcüzəli sayılması
ilə bağlıdır. Bu İlahi kitabın dili möcüzəli sayıldığı üçün onun
ayrıca olaraq başqa dillərə tərcüməsi uzun zaman yasaq edil-
mişdir. Buna görə də Qurani-Kərimin qədim əlyazmalarında
türk və ya fars dillərinə edilən tərcümələr ərəbcə mətnin altında
– söz və ifadələrin aşağısında yazılmışdır. Sətiraltı tərcümə adı
ilə tanınan bu növ Quran tərcümələrindən ən qədimi fars dilin-
dədir – X yüzilliyə aiddir. Qeyd edək ki, Qurani-Kərimin Tür-