126
Azsayli xalqların öyrənilməsi, tədqiq edilməsi
qeyri-adi dərəcədə vacibdir
Professor Hamlet İsaxanlı:
– Hörmətli müəllimlər, tə-
ləbələr və qonaqlar!
“Elm və sənət” məclisinin
6-cı toplantısına xoş gəlmisiniz.
Bugünkü mövzumuz “Türk dün-
yası bu gün. Azsaylı türk soy-
ları”dır.
Mövzuya keçməzdən əvvəl
mən bir sual qoyub, ona müəy-
yən cavab verməyə çalışacam.
Bir dəfə jurnallardan birinə
müsahibə verərkən Eynşteyndən
soruşurlar ki, nisbilik nəzəriyyəsi
kimi qeyri-adi nəzəriyyəni necə
oldu ki, başqası yox, məhz siz kəşf etdiniz? Əlbəttə, bu, çox
mənalı sualdır. Çünki Eynşteynin bu nəzəriyyəni kəşf etdiyi
dövrdə dünyada fizika elmində ondan daha savadlı və daha
dərin hesab olunan təcrübəli alimlər çox idi. Zamanın görkəmli
fizikləri arasında Eynşteyndən yaşlılar, onun yaşıdları və
cavanlar vardı. Amma bu nəzəriyyəni Eynşteyn kəşf etdi. Belə
böyük kəşflər həmişə bir adamın bəxtinə düşür.
Həmin suala Eynşteyn yarızarafat, yarıciddi belə cavab
verib: “Nisbilik nəzəriyyəsi qeyri-adi nəzəriyyədir. Qeyri-adi
nəzəriyyələr qeyri-adi və çox sadə suallardan başlayır. Mən di-
gər yaşıdlarım kimi böyümədim, yəni yaşım artsa da, özüm
uşaq qaldım. Ona görə də öz-özümə həmişə uşaq sualları ve-
rirdim. Belə suallardan birinə cavab axtararkən yeni yanaşma,
yeni baxış meydana çıxdı və mən bu nəzəriyyəni qura bildim”.
127
Doğrudan da, təbiətşünaslıqda məsələnin qoyuluşu və həl-
li çox zaman sadə görünən, əslində isə dərin məna daşıyan sual-
lardan başlayır. Ümumiyyətlə, sual qoyub ona cavab axtarmaq
fərdin və cəmiyyətin axtarış və yaradıcılığının əsasında dayanır.
“Türk dünyası bu gün. Azsaylı türk soyları” mövzusunda söh-
bət gedəndə sual yaranır ki, bu azsaylı türk xalqları niyə dünya-
nın hər yerinə səpələnib? Onlar niyə azsaylı olublar?
Dünyanın bugünkü mənzərəsinə baxsaq, eyni dildə və ya
çox yaxın dillərdə danışan xalqların dünyaya çox səpələndiyini
görərik. Bu xalqlar bir-birindən çox uzaq məsafələrdə, çox fər-
qli coğrafi mühit və ərazilərdə yaşayırlar. Əlbəttə, bunun baş-
lıca səbəbi xalqların köçüdür. Bu köçlər könüllü də olub, məc-
buri də; iqtisadi, hərbi və siyasi səbəblər rol oynayıb. Məsələn,
bizə çox yaxın olan tarixə – XV əsrə, yəni 500 il əvvələ baxsaq
görərik ki, o dövrlə müqayisədə dünyanın bugünkü etnik-siyasi
mənzərəsi qeyri-adi dərəcədə fərqlidir. Səbəb isə odur ki, XV
əsrdə “avropalı”, “ağ adam” “ağ irq” və “xristian” sözləri təx-
minən eyni şey demək idi. Cüzi istisnalarla bunların hamısı Av-
ropada toplaşmışdı. Avropa özü isə avropalıların gözündə bö-
yük dünyanın kiçik bir əyaləti kimi görünürdü (təbii ki, bu belə
idi).
Amma qısa müddətdə, hardasa 100 il ərzində mənzərə
kəskin dəyişdi və ispanlar dünyanın bir hissəsini tutdular. Onla-
rın arxasınca və onlarla paralel birinci növbədə portuqallar
(portuqaliyalılar, portəkizcə danışanlar) da Cənubi Amerikada
və Asiya, Afrikada axtarışa, qərarlaşmağa başladılar. İndi Cə-
nubi Amerika əsasən ispan və portəkizdillidir; məsələn, bilirsi-
niz ki, Braziliya portəkizdillidir (bu iki dil bir-birinə çox yaxın
və qohumdur.). Sonra ingilislər məsələyə qarışdılar. Onlar Asi-
ya qitəsinə getdilər, Hindistanı, Avstraliyanı, eyni zamanda, Şi-
mali Amerikanı tutdular. Sonra isə fransızlar Şimali Amerikada
bir qədər, Afrikada daha çox uğur qazandılar, onlar Asiyada
çox fəallıq göstərə bilmədilər. Yəni 16-cı əsrdən etibarən Avro-
padan başlayan bu köçlər dünyanın mənzərəsini tam dəyişdi.
Əslində həmin dövrdə – 15-16-cı əsrlərdə avropalılardan həm
128
siyasi-hərbi, həm də elmi cəhətdən daha güclü olan dövlətlər
var idi. Məsələn, Çin. İndi də elmi düşüncəni məşğul edən sual-
lardan biri budur ki, bu işləri nə üçün Çin görmədi? Çin həmin
dövrdə, doğrudan da, özünün elmi-mədəni inkişaf səviyyəsinə
görə çox qabaqda idi.
Sonra isə bənzər sual yaranır ki, bəs Osmanlılar nə üçün
bu işi görə bilmədilər? Çünki Çin qədər olmasa da, Osmanlılar-
da da hərbi qüdrət, iqtisadi inkişaf var idi və bir qədər əvvəl
dünya elminin mərkəzi olan İslam sivilizasiyasının davamçısı
hesab olunurdu. Amma bu işi avropalılar gördü, yəni dünyanı
onlar tutdular.
Burada bir şey demək lazımdır ki, qədimdə qurulan impe-
riyaların əksəriyyəti quru, torpaq imperiyası olub. Onların hə-
yatında və fəthlərində dəniz rol oynamayıb, onlar torpaq impe-
riyası olublar, tutduqları əraziləri piyada, arabalarla və at üstün-
də fəth ediblər. Bu, Ellin və İran imperiyasında da, romalılarda
da belə olub, türklərin qədim əcdadları olan hunlarda da. Hətta
Çin və Osmanlıda da belə olub. Baxmayaraq ki, Osmanlı Aralıq
dənizi ətrafında idi, gəmiçiliyi inkişaf etdirirdi. Sultan Süley-
man Qanuni zamanında türk donanması “dənizlər sultanı”
Xeyrəddin Barbarossanın başçılığı ilə Aralıq dənizində xeyli
uğur qazanmışdı. Çinlilər də gəmiçiliyi xeyli inkişaf etdirmişdi,
onların Yaxın Şərqə gəmi səfərləri etdikləri məlumdur, amma
onlar dəniz imperiyası olmadılar. Yəni onların əsas məqsədi
torpaq idi – öz torpaqları və yaxın ərazilər. Amma ingilislər,
fransızlar və ispanlar dəniz imperiyası oldular. Bu imperiyala-
rın quru, torpaq imperiyasından fərqi o idi ki, dəniz imperiya-
ları gəmi ilə dünyanın o biri başına rahat gedə bilirdilər. Üstəlik
onlar uzaq ölkələri, dənizlərin o tərəfindəki torpaqları fəth
etmək həvəsinə düşmüşdülər, uzaq ölkələrdən qızıl gətirmək is-
təyirdilər. Təbii ki, bu, quru yolla mümkün deyildi. Ona görə
Amerika avropalıların oldu, Asiyanın böyük hissəsini avropalı-
lar dəniz yolu ilə gedib zəbt etdilər, Avstraliyanı da onlar tutdu-
lar. Bu gün ingilis dilinin dünyanın hər nöqtəsində yayılmasının
Dostları ilə paylaş: |