161
Təcrübədən məlumdur ki, sapandın qolu nə qədər uzun
olsa və onu nə qədər çox fırlatsaq, o qədər də çox səs çıxar.
Pifaqor fikirləşirdi ki, planetlər də səs çıxarır və bu səs onların
Yerdən məsafəsi ilə əlaqəlidir. Yəni planetləri də idarə eləyən
qüvvə, mahiyyət riyaziyyatdır. (Musiqi özü də riyaziyyatın
bölməsi hesab edilirdi).
Pifaqorun dövründə dörd elm – buna kvadrium deyirdilər
– hesab, həndəsə, musiqi və astronomiya birləşərək bir elm ol-
muşdu. Əslində isə astronomiya və musiqinin mənası və ma-
hiyyəti həndəsə və hesaba bağlanmışdı. Yəni hər şey rəqəm-
lərdə təzahür edir, füqur və rəqəmlərlə izah olunurdu. Pifaqor
bura əxlaq, siyasət və dini də daxil edir və bunların hamısına
matemalar, yəni elm deyirdi. “Matematika” sözü də bundan
əmələ gəlib, “Matematika” sözünü elmə Pifaqor gətirib. Deyi-
lənə görə, Yerin kürə şəklində olduğunu da ilk dəfə (?) Pifaqor
söyləyib. Belə bir fikir də var ki, “fəlsəfə” terminini də ilk dəfə
Pifaqor işlədib. Pifaqor siyasətə də qarışdı, İtaliyanın cənubunu
öz təsiri altına aldı, sonra isə öz tələbələri ilə oranı tərk etmək
məcburiyyətində qaldı. Pifaqorçulara görə mülk ortaq idi.
Görürürk ki, qədim Yunanıstanda da rəmzlər, xüsusilə
rəqəmlər qeyri-adi dərəcədə böyük rol oynamışdır. Platon bir az
da irəli getdi. O deyirdi ki, hər şey – gözlə gördüyümüz dünya
ideal-riyazi dünyanın, əsil dünyanın kölgəsidir, proyeksiyasıdır.
Hər şey nəzəri cəhətdən qurulmalıdır, təcrübəyə əsaslanmaq
ayıbdır. Hər şeyi məntiqi surətdə isbat etmək lazımdır.
Ali təhsil sistemimizdə fəlsəfəni bizə öyrədəndə Platonu
bir qədər Aristotelin kölgəsində saxlayırdılar. Amma riyaziyyat
nöqteyi-nəzərindən Platon çox böyük iş görüb. Platon nəzəri
metodun, aksiomatik üsulun vacibliyini önə çəkdi, onun nə
demək olduğunu anlatdı. Əgər Platon olmasaydı, Evklid də elə
tezliklə olmazdı. Eramızdan üç əsr əvvəl Evklid aksiomatik
əsaslı həndəsə qurdu, qeyri-adi dərəcədə gözəl isbatlar etdi. Bu,
Platonçuluğun, Pifaqorçuluğun uğuru kimi də qiymətləndirilə
162
bilər. Əslində, dövr, zaman çox dəyişsə də, Kepler və Nyuton da
bu Pifaqorçu –Platonçu cərəyanın davamçıları hesab oluna bilər.
Orta əsrlərdə hərflərlə rəqəmlər arasında bağlantı qurmaq
və bu yolla şərhlər vermək geniş yayılmışdı. Yəhudilərin Kab-
balizmi (Kabalaçılığı) buna əsaslanırdı. 22 İbrani hərfə qarşı
təkliklər –1-9, onluqlar – 10-90 və yüzlüklər – 100-400, yəni 22
rəqəm qoyulurdu. Rəqəmlər üzərində oynamaqla sözlər, adlar
şərh edilirdi. Rəqəmlər vasitəsilə hər sözü şərh edə bilirdilər.
Bunun üstündə qırğınlar, davalar da olurdu; dini-mistik cərə-
yanlar əksər hallarda siyasi xarakter daşıyır, hakimiyyət, əlahid-
dəlik iddiasına yol açırdı.
Hermetçiliklə bağlı kitablar ərəb dilinə tərcümə olunaraq
İslam dünyasında yayıldı. 28 ərəb hərfinə qarşı 1-9 təkliklər,
10-90 onluqlar, 100-900 yüzlüklər və 1000 minlik qarşı qoyu-
laraq “əbcəd hesabı” meydana çıxarıldı.
Məsələn, “Allah” sözünə əbcəd hesabında 66 qarşı qoyu-
lurdu (A+L+L+H=1+30+30+5).
Başqa cür qarşıqoymalar isə fərqli, əlavə əbcəd hesabla-
rına gətirib çıxarırdı. Bu ideyaların inkişafı və xüsusi məqsədə
– dini mistikaya uyğunlaşdırılması sonrakı bir çox hadisələrə
təkan verdi və bizə çox yaxın olan, bugünkü mövzumuz olan
hürufizm kimi cərəyanların meydana çıxmasına imkan yaratdı.
Qeyd etdiyimiz kimi, azərbaycanlılar hürufilik dedikdə
Nəsimini yada salırlar. Əslində isə bu cərəyanı yaradan və ilkin
müddəalarını verən Fəzlullah Astrabadi (Nəimi), onu sistemləş-
dirən, nəzəriyyə halına salan isə onun tələbəsi (və qızının əri)
Əli əl-Əla olmuşdur.
Nəsib Göyüşov bu sahədə xeyli iş görmüş tanınmış alim-
lərimizdəndir, Əlyazmalar İnstitunda çalışır. Məruzə üçün sözü
ona verirəm.
163
NƏSİB CÜMŞÜD oğlu GÖYÜŞOV
1970-ci ildə Bakı Dövlət
Universitəsinin Şərqşünaslıq fa-
kültəsini fərqlənmə diplomu ilə
bitirib.
Filologiya elmləri namizə-
didir. 12 kitab və 100-dən çox
məqalənin müəllifidir.
Elmi maraq çevrəsinə orta
əsrlər yazılı abidələrinin elmi
tədqiqi, kataloqlaşdırılması və
nəşri, mühüm elmi-fəlsəfi kita-
bların azərbaycancaya tərcü-
məsi, təsəvvüf və irfan barədə
elmi araşdırmalar, klassik ədəbi
irsdə və bədii təfəkkürdə irfan dəyərlərinin yeri, İslam mə-
dəniyyətində sənət dünyası və s. sahələr üzrə nəzəri təhlillər
daxildir.
Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun aparıcı elmi işçisidir.
Hürufiliyin qaynaqları
çеşidli və zəngindir
Nəsib GÖYÜŞOV, filologiya elmləri namizədi:
Orta çağlarda İslam sivilizasiya məkanında önəmli yеr tu-
tan təsəvvüf və irfan olduqca nüfuzlu bir dini-idеoloji, ictimai-
tariхi, əхlaqi-mənəvi və əqli-məfkurəvi cərəyan olmaqla təzad-
lı, mürəkkəb, çoхşaхəli və özünəməхsus inkişaf yolu kеçmiş,
həm rəsmi dini qurumlar və İslam еlmləri, həm də başqa еlmi-
fəlsəfi baхış və təlimlərlə qarşılıqlı faydalanma, kəskin mübahi-
sə və mücadilə şəraitində təkamül tapmış zəngin bir məktəbdir.
Ayrı-ayrı təlim və cərəyanlarla təsəvvüf arasında olan çеşidli
Dostları ilə paylaş: |