190
SƏKKİZİNCİ
MƏCLİS
2007-ci il martın 13-də Xəzər Universitəsində fəaliyyət
göstərən “Elm və sənət məclisi”nin 8-ci toplantısı oldu. “So-
vet–Amerika qarşdurmasi: Azərbaycan böhranı və soyuq
müharibə” mövzusunun müzakirəsinə həsr olunmuş məclis-
də tanınmış tarixçi alimlər, müəllimlər, tələbələr və digər
mütəxəssislər iştirak edirdilər.
Məclisi giriş sözü ilə Universitetin rektoru, professor
Hamlet İsaxanlı açdı.
191
Qeyri-müəyyən Azərbaycan məsələsi
Professor Hamlet İSAXANLI:
–Əziz dostlar!
“Elm və sənət məclisi”nin
səkkizinci toplantısına xoş
gəlmisiniz!
Ola bilər ki, burada –
məclisimizdə ilk dəfə iştirak
edənlər var. Ona görə də məlu-
mat verim ki, bizim məclis ötən
ilin payızında fəaliyyətə başla-
dı, ilk məclislər – görüşlər təş-
kil olundu. Bu görüşlərdə, elmi
seminarlarda müəyyən elm-sə-
nət sahəsi ilə bağlı mütəxəssis-
lər gəlib burada məruzə edirlər.
Biz iştirakçılar da həmin məsə-
lələrlə bağlı müzakirələr aparı-
rıq. Məruzələr, müzakirələr bi-
zim “Xəzər Xəbər” jurnalında çap olunur. Üstəlik, hər 10 məc-
lisin materiallarının ayrıca bir kitab şəklində nəşr olunmasını
planlaşdırmışıq.
Burada – bugünkü məclisimizdə böyük əksəriyyət mütə-
xəssislərdir – elm və sənət adamlarıdır, amma tələbələr də var.
Ona görə də tələbələrə aydın olması üçün giriş sözümü bir
qədər uzatmaq istəyirəm.
Bugünkü məsələ çox sevdiyimiz Azərbaycanla, Azərbay-
can xalqı ilə bağlıdır. Azərbaycan məsələsi bir az qeyri-müəy-
yən ifadədir. Çünki siyasi və coğrafi baxımdan iki Azərbaycan
var – biri şimaldakı müstəqil Azərbaycan Respublikası, digəri
isə İranın tərkibindəki Azərbaycan. Bu iki ölkənin bugünü, gə-
ləcəyi, taleyi haqqında düşüncələrlə bağlı olan məsələyə “Azər-
baycan məsələsi” deyirik. Azərbaycan məsələsinin ən qızğın
vaxtı, ən çox ortaya çıxdığı bir dövr haqqında Cəmil müəllim -
professor Cəmil Həsənli məruzə edəcək.
192
“Azərbaycan” sözü əsasən
İrandakı Azərbaycanla əlaqədar işlənilib
Amma mən istəyirəm ki, “Şimali Azərbaycan”, “Cənubi
Azərbaycan” ifadələrinə aydınlıq gətirək. Çünki bu ifadələrə
müxtəlif ölkələrdə, müxtəlif insanlar arasında müxtəlif münasi-
bətlər olub. Məsələn, burada bir xalis fars əyləşmiş olsa, onun
“Cənubi Azərbaycan” ifadəsindən, çox güman ki, xoşu gəlməz.
Səbəb aydındır – “Azərbaycan” sözü tarixdə əsasən İrandakı
Azərbaycanla əlaqədar işlənilib. Yəni ərəblər İranı və Qafqazı
tutanda İranın şimal-qərb hissəsinə Azərbaycan deyirdilər. Şi-
mala – bu taydakı Azərbaycana isə Ər-Ran (Arran) deyirdilər.
Ərran (Aran) sözünün, Sara xanım Aşurbəylinin fikrincə, türk
dilindən başqa dildə təbii izahı yoxdur. Amma bu tayda – Şi-
malda get-gedə başqa adlar da işlənməyə başlandı: bir hissəyə
Şirvan (orta əsrlərdə Şarvan) dedilər. Sonra Qarabağ, Muğan
kimi kəlmələr də işləndi. Amma Qafqazda və ya şimalda Azər-
baycan sözündən həm xalq, həm dövlət, həm dil adı kimi əsa-
sən 20-ci əsrin əvvəllərindən başlayaraq daha çox istifadə edil-
məyə başlandı. 19-cu əsrdə Şimala münasibətdə Azərbaycan
sözü çox az hallarda işlənilirdi.
1828-ci ildən – Rusiya-İran müharibəsindən sonra, yəni
azərbaycanlıların bir hissəsi – Qafqazda yaşayanlar rus təbəəsi
olduqdan sonra Azərbaycan kəlməsi yavaş-yavaş buradakılara
da aid edildi. Mirzə Kazım bəy 1851-ci ildə “Dərbəndnamə” və
onun ruscaya tərcüməsi haqqında yazırdı: “Dеrbеndnаmе” – nа
Аdеrbidjаnskоm yazıkе” – “Dərbəndnamə” Azərbaycan dilin-
dədir”. Bir başqa yerdə isə Mirzə Kazım bəy: “Аdеrbidjаnskiе
tаtаrı” – “Azərbaycan tatarları” sözünü işlədir. Yəni artıq
Azərbaycan adını dilimizə və xalqımıza, o cümlədən Qafqazda
yaşayanlara aid etməyə başlamışdılar.
193
Xiyabani yaratdığı dövlətin adını
Azadistan qoymuşdu
Şimalda rəsmi ölkə adı olaraq Azərbaycan sözü 1918-ci
ildə Azərbaycan Demokratik Respublikası yaradılanda istifadə
olundu. Yəni coğrafi termin haçalandı və siyasiləşdi. Bu isə
İran tərəfdə təəccüb və etiraz doğurdu – özü də İranda tək fars-
lar arasında yox, Azərbaycan türkləri arasında da. Onlar deyir-
dilər ki, Azərbaycan bu tərəfdir, buranın adıdır, siz niyə bu
addan istifadə etmisiniz, ora üçün başqa ad tapa bilmirdinizmi?
Azərbaycan sözü ətrafında bu cür mübahisə və incikliklər oldu,
bu narahatlığı anlamaq üçün bir anlığa fərz edək ki, İranda
Azərbaycan Respublikasına “Şimali İran”, İranın özünə isə
“Cənubi İran” desinlər...). Hətta Şeyx Məhəmməd Xiyabani
İran Azərbaycanında yaratdığı qısaömürlü dövlətin adını Aza-
distan qoymuşdu. Nə üçün? Bunu müxtəlif cür izah edənlər var.
Əhməd Kəsrəvi deyir ki, sadəcə olaraq Azərbaycan adını şimal-
da işlətdiklərinə görə, Xiyabani başqa bir ad fikirləşməli oldu
və bu ad meydana gəldi. Əks halda yəqin ki, Azərbaycan kəl-
məsindən istifadə olunacaqdı.
Bu gün “Şimali Azərbaycan”, “Cənubi Azərbaycan” ifa-
dələri işlədirik. Bu ifadələr daha çox II Dünya müharibəsindən
sonra istifadə olunmağa başlandı. Cənubi Azərbaycanda baş
vermiş hadisələr, ədəbiyyatımızda Cənubi Azərbaycan mövzu-
sunun ortaya çıxması da burada rol oynadı. Artıq “Şimali Azər-
baycan”, “Cənubi Azərbaycan” ifadələri coğrafi məna daşımaq-
la bərabər xalq arasında da siyasi məna daşımağa başladı.
İran–Rusiya münasibətləri
və Azərbaycan
Bugünkü mövzumuzun əsasını da bu məsələ təşkil edir.
Şimaldakı – Qafqazdakı türklər və İran daxilindəki türklər ara-
sındakı fərqlər, oxşarlıqlar, münasibətlər İran və Azərbaycan ta-
Dostları ilə paylaş: |