197
CƏMİL POLADXAN oğlu HƏSƏNLİ
1952-ci ildə anadan olub.
1972-ci ildə Bakı Dövlət
Universitəsinin Tarix fakültə-
sini bitirib.
1992-ci ildə doktorluq
dissertasiyası müdafiə edib.
1993-cü ildən BDU-nun
professorudur.
2000-ci ildən Azərbaycan
Respublikası Milli Məclisinin
deputatıdır.
Əsas araşdırmaları Azər-
baycan Respublikası beynəl-
xalq münasibətlər sistemində,
Güney Azərbaycan və soyuq müharibənin başlanması, II
Dünya müharibəsi dövründə və soyuq müharibənin əvvəl-
lərində Sovet-Türkiyə münasibətləri mövzusundadır.
Əsərləri Azərbaycan, rus, ingilis, türk, alman, fars və
polyak dillərində nəşr olunub.
***
Bu mövzu yalnız tariximiz deyil,
həm də taleyimizdir
Professor Cəmil HƏSƏNLİ:
–Hörmətli qonaqlar! Xoş gördük hər birinizi!
Xəzər Universitəsi son 15 il ərzində təkcə bir təhsil müəs-
sisəsi kimi yox, həm də bu çətin dövrdə Azərbaycanda formala-
şan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir. Həmişə Azər-
baycan mədəniyyətinin, ədəbiyyatının, tarixinin ən mühüm mə-
sələləri Xəzər Universitəsində müzakirə olunur. Bu cür müzaki-
198
rələrdə mən dəfələrlə iştirak etmişəm. Buna görə Xəzər Univer-
sitəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm.
Mövzu ilə bağlı müəyyən fikir və mülahizələrimi sizinlə
bölüşməyə çalışacağam. Bu mövzu yalnız bizim tariximiz de-
yil, həm də taleyimizdir.
Mən bu sahədə araşdırma apararkən, belə bir nəticəyə gəl-
dim ki, bu mövzunu heç kim özümüz kimi – azərbaycanlılar ki-
mi yaza bilməz. Ən azı ona görə ki, bu bizim taleyimizin elə bir
dövrüdür ki, onu hissiz, həyəcansız yazmaq mümkün deyil. Bu
sənədlərin arxasından insanların taleyi görünür və bu insanların
keçdiyi həyat yolunu izlədikcə onların tarixin hansı mərhələlə-
rində, hansı şəraitdə yaşadıqları haqqında bizdə müəyyən təsəv-
vürlər yaranır.
Bu mövzu sanki səhnəyə qoyulmuş
dramatik bir əsərdir
Burada bizim çox hörmətli, qocaman tarixçilərimiz əylə-
şib. “Sovet tarixi dövrü” deyilən bir dövr var idi. Orada tarixi
əsərlərin içərisində insan taleyi görünmürdü. Bir növ anonim,
şəxsiyyətlərsiz bir tarix yazıldığından şəxsiyyətsiz bir tarix
əmələ gəlirdi. Tarixi proseslər həmişə tarixi şəxsiyyətlərin mü-
şayəti ilə baş verir.
199
Mən təxminən 10 ildir bu mövzunu işləməyə başlamışam.
Bu mövzu mənim üçün sanki səhnəyə qoyulmuş dramatik bir
əsər idi və bu əsərdə hər kəs öz rolunu oynayırdı. Bu elə bir
dövr idi ki, bizim istifadə etdiyimiz arxiv fondlarının bir çoxu-
na nömrə qoyulmamışdı, fondlaşdırılmamışdı. Yəni bu mate-
riallardan ilk istifadə edən biz olmuşuq.
Son nəticədə bu tədqiqat təkcə Azərbaycanın yox, bütöv-
lükdə dünya tarix elminin cazibə mərkəzinə çevrildi, müəyyən
marağa səbəb oldu. Şübhəsiz ki, mövzu həssas mövzudur. Bi-
zim münasibətimizlə İranın münasibətində, qərblilərin müna-
sibətində, rusların münasibətində, amerikalıların münasibətində
müəyyən fərqlər var.
Azərbaycan tarixçilərinin kifayət qədər tənqid etdiyi İranlı
bir tarixçı var –Seyid Əhməd Kəşrəvi. Əbəttə, biz onun fikirlə-
rinin bir çoxu ilə razılaşmırıq. Amma onun “Azərbaycanın 18
illiyi” əsərində maraqlı bir fikri var. O yazır: “Bütün müsəlman
dünyasının qibləsi Məkkədə olduğu halda, Azərbaycan öz müs-
təqilliyinə qovuşandan sonra Tehran həmişə ehtiyat edirdi ki,
Təbriz öz qibləsini Bakıya çevirə bilər”.
Əslində XX əsrdə Cənub–Şimal mövzusuna diqqət yeti-
rəndə Əhməd Kəsrəvinin vaxtilə söylədiyi bu ideya, bu fikir ke-
çilən tarixi yola və əldə olunan nəticələrə münasibətdə özünü
müəyyən dərəcədə doğruldur.
Cənubda nə vaxt bir oyanış, milli hərəkat başlayırdısa,
hərəkatçılar həmişə şimala üz tuturdular.
Qiymətli mənbələr,
nadir sənədlər
Mən mövzunun mənbələri haqqında məlumat vermək is-
təyirəm. Mövzunun ilk mənbəsi Azərbaycan Milli Hökumətinin
sənədləridir. Mənə elə gəlir ki, bu sənədlər son dərəcə nadir sə-
nədlərdir. Bu sənədlər uzun illər nəinki, arxivlərin gizli fondla-
rında saxlanılır, hətta arxivlərə belə verilmirdi. Az-az sənədlə-
200
rin saxlanıldığı Mərkəzi Komitənin “osobotdel” (xüsusi şöbə)
deyilən şöbəsində mühafizə olunurdu. Bu sənədlər Sovet İtti-
faqı dağılana qədər orada saxlanılırdı.
Sənədlərlə tanış olanda niyə onların bu qədər gizli sax-
lanıldığı məlum olur. Birinci mənbə ilk növbədə Bakıda saxla-
nılan sənədlərdir. Milli Hökumətin, Azərbaycan Demokratik
Firqəsinin qurulması, II Dünya müharibəsi və Cənubi Azərbay-
canda gedən proseslər, Demokrat Firqəsinin qurulması, onun
dini əsasda deyil, milli əsasda yaranması kimi məsələlər bu sə-
nədlərdə öz əksini tapır.
İkinci böyük mənbə Sovet Azərbaycanı rəhbərliyinin və
bu respublikadakı siyasət, mədəniyət, elm xadimlərinin baş ve-
rən proseslərdə rolunu və iştirakını təsdiq edən sənədlərdir.
Bunlar da tarix üçün son dərəcə nadir sənədlər sayılmalıdır.
Sovet İttifaqı böhtan keçirəndə, dağılma ərəfəsində keç-
miş tarixə münasibətdə qəribə bir eyforik münasibət var idi.
Bizdə çoxları elə bilirdi ki, təkcə onlar xalq qəhrəmanı kimi or-
taya çıxıblar. Sanki onlara qədər heç kim bu xalqın taleyi haq-
qında düşünməyibmiş. Amma bir qədər keçəndən sonra, tarixin
qoyub getdiyi sənədlər üzə çıxdıqca məlum oldu ki, bu millətin
tarixi, taleyi haqqında düşünən insanlar həmişə olub.
Cənubi Azərbaycanda işləmək üçün böyük bir qrup seçil-
mişdi. Onların arasında elm, mədəniyyət, partiya adamları var
idi. Həmin adamları partiya tapşırığından daha çox millətin gə-
ləcəyi, taleyi düşündürürdü. Partiya məsələnin formal tərəfi idi.
Həmin adamlar üçün bu, Vətənə, millətin taleyinə münasibət
məsələsi idi. Cənubda işləyən bir sıra tanınmış adamlar (böyük
bir hissəsi sonradan məşhurlaşdı) çox fədakarlıqla işləyirdilər
və həmin dövrə aid əvəzsiz sənədlər qoyub gediblər.
Həmin dövrdə onlar oradan Sovet Azərbaycanının rəhbəri
Mir Cəfər Bağırova bir cür, SSRİ Xarici İşlər Komissarlığına
başqa cür hesabat göndərirdilər. Hesabatda həmin məsələnin
Moskvaya bildirilmədiyi qeyd olunurdu. Bütün bu məsələlərlə
tanış olanda Sovet dövləti kimi bir totalitar rejimdə bu cür işlə-
Dostları ilə paylaş: |