201
rin görülməsinə heyrət etməyə bilmirsən. Əziz Əliyevin, Mirzə
İbrahimovun, Həsən Həsənovun, Rəsul Rzanın, Səməd Vurğu-
nun, Süleyman Rüstəmin və onlardan sonrakı nəslin nümayən-
dələrindən Ənvər Məmmədxanlının, Qılman Musayevin və baş-
qalarının hesabatlarına baxanda, görürsən ki, orada bir kommu-
nist ideologiyası olsa da, milli məsələyə münasibətin izləri daha
qabarıq hiss olunur.
Bu məsələ ilə bağlı Sovet Azərbaycanı rəhbərliyinin Mos-
kva ilə çox maraqlı yazışması var. Hadisələr öz gərginlik nöq-
təsinə daxil olduqdan sonra – 1940-cı ildən etibarən Sovet
Azərbaycanı rəhbərliyi, xüsusilə Mir Cəfər Bağırovun, Xalq
Komissarları Sovetinin sədri Teymur Qarayevin imzaları ilə
Moskvaya çoxlu materiallar göndərilmişdi.
Son bir neçə ildə Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxi-
vində Stalinin fondunda olan sənədlərin bir hissəsi açıldı. Bu
fond “558-ci fond” və ya “Stalinin Xüsusi Fondu” adlanır. Ora-
da Bağırovun Bakıdan Stalinə, Molotova, Beriyaya, Malenkova
göndərdiyi məktublarını izləmək olur.
1945-ci ildə Moskvaya hər gün, bəzən gündə iki dəfə
məktublar göndərilirdi. Bütün bu məktubların arxasında duran
ideya Moskvanı bu işi həyata keçirməyin vacib olduğuna inan-
dırmaqdan ibarət idi. Eyni zamanda Sovet Azərbaycanı rəhbər-
liyinin proseslərə belə dərindən, ürəkdən, bir az da həyəcanla
yanaşması Moskvanın münasibətini dəyişdi. Bunu da sənədlər-
dən izləmək olur.
Köhnə Tarix Arxivi Rusiya Dövlət Sosial-Siyasi Tarix
Arxivinə və Rusiya Dövlət Ən Yeni Tarix Arxivinə bölünüb.
Biri 1953-cü ilə qədərki, digəri isə ondan sonrakı dövrü əhatə
edir. Bu arxivdə iki il əvvəl açılmış “Molotov Fondu” (“83-cü
fond”) və “128-ci fond” da “Stalin fondu” kimi son dərəcə
maraqlıdır.
Məlum olduğu kimi, “Komintern” ləğv edildikdən sonra
onun yerində Xarici Siyasət Komissiyası yaranmış və 1940-cı
illərin sonuna kimi fəaliyyət göstərmişdi. Bu komissiyanın fon-
202
dunda İranda gedən sol hərəkatla, oradakı proseslərlə bağlı
müstəsna dərəcədə maraqlı məlumatlar toplanmışdır. Məsələn,
Demokrat Firqəsinin yarandığı dövrdə Tudə Partiyasının məsə-
ləyə münasibəti ilə bağlı, həmin dövrdə – 1945-ci ilin payızında
İranda marksist hərəkatın və marksist partiyanın taleyi ilə bağlı
Xarici Siyasət Komissiyasına ünvanlanmış məlumatlar var.
Mən məsələni kommunist ideologiyası müstəvisinə çək-
mək və ona sırf bu mövqedən yanaşmaq istəmirəm. Sənədlərə
diqqət yetirəndə hətta Tudə Partiyasının rəhbərliyindəki şəxslərin
də məsələyə münasibətində fərqlər, uyğunsuzluqlar olduğu aş-
kara çıxır. Bu fərqi görməmək, sadəcə olaraq, mümkün deyil.
Azərbaycan Demokrat Firqəsinin yaranmasına, muxtariy-
yət ideyasına qarşı əsaslandırılmış formada çıxan Tudə Par-
tiyasının rəhbərlərindən biri Avanesyan idi. Hətta onun xüsusi
bir məktubu da var və orada yazır: “Bağırovla Pişəvərinin məq-
sədi 5 milyonluq Cənubi Azərbaycanla 3 milyonluq Şimali
Azərbaycanı birləşdirib Ukraynanın qarşısına çıxmaqdır. Biz
bununla bağlı Sovet rəhbərliyinə vaxtında məlumat verdik”.
Əlbəttə, Cənubi Azərbaycandakı proseslərin baş tutmama-
sının səbəbi Avanesyan və digərlərin bunu sovetlərə xəbər
verməsi deyildi.
Başqa bir mühüm mənbə Rusiya Dövlət Ən Yeni Tarix
Arxivindədir. Burada Pişəvərinin 1950-60-cı illərə aid xüsusi
qovluğu var. Pişəvəri haqqında Avanesyanın və digərlərinin
böhtan xarakterli məktubları çox olduğundan, ona xüsusi bir
qovluq ayrılıb. Hələ 1920-ci illərdən etibarən Pişəvəri haqqında
nə bilirdilərsə, onların hamısı bu qovluqda toplanıb. Hətta Pişə-
vərinin ölümündən sonra onun həyat yoldaşının Moskvaya
getməsi ilə bağlı dəfələrlə Sovet rəhbərliyinə yazdığı müraciət
məktubları da burada saxlanılır.
Ən nəhayət, bizim bu problemi işıqlandırmaq üçün toxun-
duğumuz mənbə ABŞ-ın mənbələri olmuşdur.
Biz burada ictimai fikri izləsək, qəribə bir dəyişikliyinin
şahidi olarıq. Hələ müharibənin sonunda İranlılar elə bilirdilər
203
ki, İranda nə baş verirsə, hamısını İngiltərə törədir. Amma onlar
zamanın dəyişkənliyini düz tutmurdular. İctimai fikirdə İranın
keçmiş tarixində İngiltərənin rolu son dərəcə böyük olmuşdu.
Odur ki, İranlılar qəbul edə bilmirdilər ki, dünyanın taleyinin
həllində İngiltərə artıq öncül mövqeyini itirib və bu mövqeyi
ABŞ tutub.
Ona görə də ABŞ Dövlət Departamentinin arxivində də
çoxlu materiallar var. Son bir neçə ildə Mərkəzi Kəşfiyyat İda-
rəsinin arxivləri açılmışdır. Amerikaya son səfərimdə bir neçə
gün həmin arxivlərdə işləmək imkanım oldu. Mən deyərdim ki,
Mərkəzi Kəşfiyyat Agentliyi (o vaxt belə adlanırdı) bəlkə də
gedən prosesləri izləyən ən birinci qurumlardan idi və idarəyə
çevrildikdən sonra da bu birinciliyini qoruyub saxlayırdı.
Bu idarə eyni zamanda İranda Tudə Partiyasında gedən
prosesləri çox diqqətlə izləyirdi. Bu gün Mərkəzi Kəşfiyyat İda-
rəsinin Tudə Partiyası haqqında hazırladığı raportlar açılıb və
bunlar son dərəcədə əvəzsiz materiallardır. Nümunə kimi qeyd
edim ki, Mərkəzi Kəşfiyyat İdarəsinin iki il bundan əvvəl “qa-
dağanlıq” möhürünü üzərindən götürdüyü Tudə Partiyasının he-
sabat materiallarında Azərbaycandakı vəziyyət də açıqlanırdı.
Prosesin həlledici mərhələləri
Mövzunun və prosesin həlledici mərhələləri nədən ibarətdir?
İdeya Sovet Azərbaycanı rəhbərlərinin Sovet İttifaqı rəh-
bərlərini təkidlə inandırmaları nəticəsində Cənubi Azərbaycan
məsələsini Qərbi Ukrayna ilə Qərbi Belorusiya məsələlərinin
həlli kimi həll etməkdən ibarət idi. Hətta bəlli bir tarix də var
idi: 1941-ci il noyabrın 7-8-nə – Böyük Oktyabr sosialist inqi-
labına qədər Cənub məsələsi həll edilib qurtarmalı idi. Bunun
üçün artıq razılıq da alınmış, işə başlanılmışdı. 1940-cı ildə təx-
minən 3600-ə qədər mütəxəssis – sovet partiya, xüsusi xidmət,
mətbuat orqanlarının işçiləri, müəllimlər, həkimlər hazırlanmış-
dı. Artıq 1939-cu ildə Ukrayna ilə Belorusiya məsələsi həll
Dostları ilə paylaş: |