194
rixində və milli psixologiyasında mühüm rol oynayıb. Bu mə-
sələ daim, orta əsrlərdə də İranın daxilində çəkişməyə, narahat-
lığa səbəb olub.
Şimalda Qafqazın şərqi (indiki Azərbaycan Respublikası
ərazisi) ilə tarixi Azərbaycan (Atropatena – indiki İranın şimal-
qərb ərazisi) qədimdə bir-birindən etnik və siyasi cəhətdən
xeyli fərqli idi. Ərəblər bu yerlərdə öz idarəçiliyini yayanda
başlanğıcda yazı işlərini Arranda yunanca, cənubda isə pəhləvi
dilində aparırdılar. Qafqaz daim hunların, suvarların (sabirlə-
rin), xəzərlərin və digər türkdilli xalqların şimaldan hücumları-
na məruz qalır, burada məskunlaşan türklərin sayı get-gedə
artırdı. 7-ci əsrdə Kartlidə (Gürcüstanda) 6 dildə – gürcü, ermə-
ni, xəzər, yunan, aysor (assuriya) və yəhudi dillərində danışıldı-
ğı qeyd olunub (Bax: “Kartlis Tsxovreba”). Qəbələ ətrafı böl-
gələri Xəzərlərin məskəni adlandırırdılar. Şəmkir–Qazax tərəf-
lərdə də xəzərlər və qıpçaqlar yerləşmişdi. Cənubda, İran Azər-
baycanında isə türkləşmə bu dövrdə gözəçarpacaq dərəcədə ol-
mayıb. Lakin 11-ci əsrdə səlcuqların gəlməsi ilə Cənubda türk-
ləşmə daha sürətlə getdi.
Orta əsrlərdə səlcuqlar, xarəzmşahlar, monqollar və səfə-
vi-osmanlı dövrlərində tarixi-hərbi-iqtisadi şəraitdən asılı ola-
raq mədəni inkişaf da şimalda və cənubda heş də sinxronluq
nümayiş etdirmirdi. Müxtəlif zamanlarda Şirvan, Gəncə, Təb-
riz, Marağa, Ərdəbil, ... önə çıxırdı.
Tək Rusiya Azərbaycanı və İran Azərbaycanı arasında de-
yil, İran Azərbaycanını təmsil edən Təbriz və Fars İranını təm-
sil edən Tehran arasında da narazılıq, şübhəçilik, narahatçılıq
mövcud idi.
1799-cu ildə Fətəli şahın oğlu Abbas Mirzə vəliəhd elan
edildi, o, Təbrizdə əyləşdi və Azərbaycanın idarəsi ona verildi.
Qacar sülaləsinin sonuna kimi bu ənənə davam etdi. Rusiya-
İran münasibətləri savaş üzərində köklənmişdi. Əgər Səfəvilər
hərdən gürcülərlə vuruşurdularsa, Nadir şah artıq Rusiya ilə,
Rusiyanın təsiri altında olan xalqlarla vuruşurdu. Qacarlar za-
195
manı isə açıq Rusiya-İran müharibələri başlandı (1795-1828).
İran Rusiyaya uduzdu. Nəticədə bir tərəfdən Rusiya təbəələri və
İran təbəələri olmaqla azərbaycanlılar iki hissəyə ayrıldılar,
inkişaf yolları haçalandı. Digər tərəfdən isə İran içində Təbriz-
Tehran qarşıdurması gözə çarpmaqda idi.
İran Rusiyanın təsiri altına düşdü. Təbrizdə oturan vəliəh-
din hüquqlarını Rusiya təmin edirdi və nə zaman istəsə, vəliəh-
di hakimiyyətə gətirə bilərdi. Ona görə də Tehran həmişə Təb-
rizdən ehtiyatlanırdı və Təbriz də bəzən Rusiya kartından istifa-
də edirdi. Məsələn, 1834-cü ildə vəliəhd Məhəmməd Mirzə
Tehranda ingilisləri, rusları, Azərbaycan türklərini bir araya
toplamışdı. O, Rusiya və Britaniya təmsilçilərinin müşayiəti ilə
böyük miqdarda Azərbaycan türklərini başına yığaraq Tehrana
gəldi, şahlıq taxtına əyləşdi. Tehranda buna çox etiraz edilmiş,
fars-türk soyuqluğu hiss olunmuşdu. Rus-Azərbaycan əlaqəsi
Tehranı narahat edirdi.
1848-ci ildə Azərbaycan valisi Bəhmən Mirzə vəzir Hacı
Mirzə Ağasi ilə yola getmədi, Rusiyada sığınacaq tapdı. Bu,
İranı həyəcanlandırdı. “Rusiya Bəhmən Mirzəni lazım biləndə
Azərbaycana gətirə bilər, İran Azərbaycanı Rusiya təsiri altına
düşə bilər” ehtimalı Tehranı təbii olaraq şübhələndirirdi. İranda
yaradılan rus “Kazak briqadası” faktik olaraq İranda yeganə
müasir silahlı qüvvə idi; İran Rusiyanın əlində az qala oyunca-
ğa çevrilmişdi. İranın zəifləməsi, Rusiyanın isə getdikcə güc-
lənməsi Tehranla Təbriz arasındakı şübhələrə, çəkişmələrə,
daxili intriqaya səbəb olurdu. Bu da özünü XX əsrdəki bir sıra
hadisələrdə göstərdi.
Cəmil müəllim
ortaya yeni fikirlər çixarıb...
XX əsrdə İranda inqilablar baş verdi: Məşrutə inqilabı,
Xiyabani hərəkatı, Azərbaycan Demokratik Partiyası – Pişəvəri
hərəkatı və nəhayət, İslam inqilabı. Bütün bu inqilablarda azər-
196
baycanlılar aparıcı rol oynayıblar. Belə ki, əvvəlki 3 inqilab bi-
lavasitə azərbaycanlıların həyata keçirdikləri inqilablardır. So-
nuncu İslam inqilabında isə azərbaycanlılar çox fəal olublar.
Ümumiyyətlə, Rusiya (Sovet) - İran və Azərbaycan məsələləri
İran daxilində həmişə çəkişmələr yaradıb, soyuq münasibətlərə
gətirib və azərbaycanlılar həmişə şübhə obyekti olub. Mən istə-
yirəm ki, Cəmil müəllimin tədqiqatları haqqında qısaca danı-
şım. Cəmil müəllim əvvəllər daha çox 1918-20-ci illər Azər-
baycan Demokratik Cümhuriyyətinin beynəlxalq əlaqələrinin
tədqiqatçısı kimi tanınırdı. Sonra tədqiqat mövzularını genişlən-
dirdi, o cümlədən soyuq müharibə dövrünün orijinal tədqiqatçı-
larından biri oldu. O, təxminən 10 ildir ki, bu sahədə çox ciddi
araşdırmalar aparır.
Bugünkü mövzumuz tək elmi məsələ deyil, bütövlükdə
xalqın çox maraqlandığı siyasi, etnik və mədəni məsələdir.
Onun haqqında külli miqdarda tədqiqatlar, şərhlər və mülahizə-
lər olub. Pişəvərinin rolu, xalqın rolu, Amerikanın və Sovetlə-
rin rolu və s. və s. məsələlər müxtəlif bucaqlar altında işıqlan-
dırılıb. Şərhlərin çoxu xatirələr, memuarlar şəklində və bəzən
də məntiqi mülahizələrin nəticəsidir. Amma faktları, ciddi bir
nəzəriyyəni ortaya qoymaq, arxivlərdə işləmək, sanballı tədqi-
qat aparmaq, müddəaları dəlillərlə sübut etmək baxımından
Azərbaycan məsələsi çox çətin və mürəkkəb mövzudur. Cəmil
müəllim bu çətin işdə xeyli uğur qazanıb.
Bu haqda apardığı tədqiqatlar Azərbaycanda əvvəlcə ana
dilimizdə, sonra rusca, Harvad Universitəsi Nəşriyyatında isə
ingiliscə nəşr edilmişdir.
Rusiyada isə bu mövzuya maraq çox olduğundan, Cəmil
müəllim ortaya yeni, fərqli fikirlər çıxardığından mütəxəssislə-
rin rəyi ilə onun monoqrafiyası Rusiyada da nəşr edilmiş və
qısa müddətdə rəğbət qazanmışdır.
Mən sözü Cəmil müəllimə verirəm.
Dostları ilə paylaş: |