204
olunmuşdu. Bundan sonra 1940-cı ildə bu proses hazırlanırdı.
1941-ci ilin avqustunda – Sovet İttifaqına alman qoşunları gi-
rəndən təxminən bir həftə sonra hərbi hissələr istisna olmaqla,
Sovet Azərbaycanının siyasi işçilərinin ora girməsinə razılıq
verildi. Təxminən 1000 nəfərə yaxın hazırlıqlı, vətənpərvər
adam İrana göndərildi.
Bununla bağlı Mir Cəfər Bağırovun çıxışı var idi. Bu
çıxış Cənubi Azərbaycan problemini dəyərləndirmək baxımın-
dan çox qiymətlidir. Çıxışda ziyalılara mürciət olunur ki, həmi-
şə “Vətən! Vətən!” –deyirdiniz, indi Vətənin taleyini həll etmək
üçün əlverişli bir məqam yetişib. Vətənə xidmət etməyin
zamanıdır. Biz sizi ora ona görə göndəririk ki, bu millətin taleyi
ilə bağlı məsələləri həll edəsiniz.
Doğrudan da bu adamlar İranda böyük fədakarlıqla çalış-
dılar və hətta orada “Vətən yolunda” adlı qəzet buraxmağa baş-
ladılar. Bu qəzet türk dilində nəşr edilirdi. Çoxlu nümunələr var
ki, hətta qəzet yazıb-oxuya bilməyənlər belə bu qəzeti ciblərin-
də saxlayır və onu qəzet oxya bilən ziyalılardan birinə verərə-
rək oxutdururdular. Qğzetdə yszılanlara qulaq asdıqca bu insan-
ların gözləri yaşarardı. Hətta qəzetdə nə yazılması belə onları o
qədər də maraqlandırmırdı, sadəcə bu qəzetin türkcə çıxması
insanların mılli hissiyyatını toxunub onu oyadırdı.
205
1920-30-cu illərdə İran totalitarizmi son dərəcə sayğısız
bir siyasət yeritmişdi. Onun başlıca hədəfi türk dili və insanla-
rın doğma dilinə münasibəti idi. Belə bir şəraitdə türkcə qəzet
çıxması Cənub əhalisi üçün çox böyük hadisə idi.
Amma 1941-ci ilin noyabrında prosesi başa çatdırmaq
mümkün olmadı. Çünki alman qoşunları artıq Moskvanın 30
km-nə gəlib çatmışdılar. Hətta paytaxtda olan bütün dövlət
idarələri Kuybışev şəhərinə köçürülmüşdü. İndi artıq Sovet
rəhbərliyinin qayğısı İran Azərbaycanı yox, özünün və paytax-
tın müdafiəsi ilə bağlı idi. Ona görə də tədricən buradan çəkilib
getməyə başladılar. 1942-ci ilin martında Cənubi Azərbaycana
göndərilmiş siyasi işçilər geri qaytarıldı. Bu məsələ müharibədə
böyük dönüş yaranana qədər dayandırıldı. 1944-cü ildə yenidən
bu məsələyə qayıdıldı. Ümumiyyətlə, bir sıra tarixçilər 1944-cü
il qayıdışını neftlə əlaqələndirirlər. Bir sıra tarixçilər isə bu
mövqedədirlər: “Azərbaycan məsələsi Sovet rəhbərliyinin əlin-
də neft məsələsinə təsir imkanı kimi istifadə edilirdi. Sovet
rəhbərliyi Azərbaycan məsələsini həll etmək istəmirdi. Sadəcə
olaraq, bu İrana təzyiq vasitəsi kimi istifadə olunurdu”.
Bu sahə ilə az-çox məşğul olan tədqiqatçı kimi deməli-
yəm ki, 1944-45-ci illərdə Sovet rəhbərliyinin İrana müna-
sibətində iki xətt: neft və ərazi məsələsi xətti var idi. Amma biz
206
nəticəyə diqqət yetirdikdə ortaya belə bir sual çıxır: Niyə Ame-
rika, Almaniya və ya Rusiyada tədqiqatçılar bu qənaətə gəlir-
lər? Bunun səbəbi var: Cənubi Azərbaycan məsələsində Sovet-
lər məğlubiyyətə uğradı. Amma böyük müharibədə qələbə çal-
mış bir dövlət regional münasibətlərdə məğlubiyyəti həzm edə
bilmirdi. Ona görə 1946-ci ildə neft məsələsini qabartdılar. Neft
konsepsiyasına qarşı neft cəmiyyəti haqqında müqavilənin im-
zalanmasına nail oldular ki, İrandan məğlub kimi çıxmasınlar.
Böyük qələbənin nöqtəsini qoyan bir dövlətin məhəlli münasi-
bətlərdə tamamilə ifşa olunmaq təhlükəsi var idi. Neft məsə-
ləsini ortaya atmaqla Sovetlər sanki qələbəyə nail oldu. Halbuki
Sovet xüsusi xidmət orqanları 1946-cı ildə də yazırdılar ki,
bunun gələcəyi yoxdur, çünki İran istədiyi vaxt bu müqavilədən
imtina edə bilər. Bu məlumatlar əlində olmasına baxmayaraq,
Sovetlər neft məsələsinə, neft haqqında konsepsiyaya üstünlük
verirdi. O, bu müqavilənin fonunda dünya ictimaiyyətinin gö-
zündə qalib kimi görünmək istəyirdi.
Mənə elə gəlir ki, dünya tarixşünaslığında da belə bir
meyl yalnız bununla bağlıdır. Qərb ölkələrində hər vaxt bu hə-
rəkatın başının üstündə kommunizmin kölgəsi görünürdü. Əl-
bəttə, müəyyən dərəcə onlar haqlıdırlar – kommunizmin kölgə-
si, yardımı var idi.
Amma gəlin məsələni ayrı müstəviyə keçirək.
Üstündən 50-60 il keçəndən sonra Qərbi Ukrayna və
Qərbi Belorusiya hadisələrini kim xatırlayır? Yəni bu gün dün-
ya siyasəti, tarixi üçün bu sual yoxdur. Heç kəsin yadına düş-
mür ki, bunu Sovet İttifaqı, Stalin edib. Cənubdakı hərəkat
məğlub olduğuna görə onun səbəblərini axtaranda bu neft kon-
sepsiyası və kommunist ideologiyası üzərində dayanırlar.
Cənubi Azərbaycanın özündə şərait yaranmasaydı, heç bir
halda bu hərəkatı başlamaq mümkün deyildi. Analoji hərəkatı
eynilə bu ssenari üzrə Sovet İttifaqı Türkiyənin şərq vilayətlə-
rində də başlamaq istəyirdi. Heç nəyə nail olmadı. Çünki mühit,
şərait yox idi. Cənubi Azərbaycanda isə şəraitin olması bu hərə-
207
katın baş tutmasına səbəb oldu. İstər Səttarxan, istərsə də Xiya-
bani hərəkatı ilə müqayisədə 21 Azər hərəkatı həm məzmunu-
na, həm mahiyyətinə, həm də milli qayəsinə görə irəli getmiş
bir hərəkat idi. Bu hərəkatın məğzində, mahiyyətində milli
ideya dayanırdı. Fərqi yoxdur bəlkə də bu milli ideyanın forma-
sında Sovet ideoloji təsisatları müəyyən rol oynamışdı. Amma
Sovetin nümayəndəsi kimi ideyanı orada daşıyanlar Həsən
Həsənov, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və
başqaları idi. Süleyman Rüstəmin təkcə “Dilimə dəymə” şeirinə
100-ə qədər nəzirə yazılmışdı. Bu şeir düz hədəfə dəymişdi!
Təbriz vəliəhdlərin məqamı olduğu halda, Rza şah dikta-
turası dövründə İranın onlarca adi şəhərlərindən birinə çevril-
mişdi. Məktəbə, dilə, tarixə münasibət məsələsi, tarixin, mədə-
niyyətin inkar edilməsi əlbəttə ki, ciddi narazıliqlar doğururdu.
Pişəvəri ən nadir
şəxsiyyətlərdəndir
Bir neçə kəlmə də liderlər haqqında bəzi mülahizələrimi
demək istəyirəm.
Birincisi, bu yüksək auditoriyanın nəzər-diqqətinə çatdır-
maq istəyirəm ki, haqqında çox fikirlər söylənmiş, məqalələr,
kitablar yazılmış Seyid Cəfər Pişəvəri XX əsrdə Azərbaycanın
yetişdirdiyi ən nadir şəxsiyyətlərdəndir. Bu məsələyə bizim bir-
mənalı münasibətimiz olmalıdır. Moskvada toplanmış sənədlər-
də 1929-cu ildən başlayaraq 1941-ci ilə kimi onun zindanda
olduğu, hətta Cəngəli hərəkatını izlədiyi dövrlə bağlı maraqlı
məlumatlar var.
Bununla bərabər Pişəvəri Cənubdakı rəhbərlər işərisində
Sovetləri ən yaxşı tanıyan şəxs idi. 1946-cı ilin aprelində Sovet
qoşunlarının İrandan çıxmaq təhlükəsi müzakirə edildikdə bun-
ları danışıq apardığı adamlara deyirdi.
Bir çox tarixçilər, xüsusilə bir sıra rus tarixçiləri son za-
manlar belə bir ideya aşılamağa çalışırdılar ki, Pişəvəri oyuncaq
Dostları ilə paylaş: |