186
girdi, davamçısı kimi qiymətləndirmək məncə məsələyə çox me-
xaniki yanaşma olardı. Onların müəyyən görüşlərində də, baxış-
larında da fərqlər ola bilər və fərqlər var. Çünki, hər nə qədər
olur-olsun, Fəzlullahın yazı və hərəkətlərində özünün şəxsi id-
diaları üzə çıxırdı. Yəni siyasi və dini iddiaları var idi və əsər-
lərində də, həyatında da, haqqında yazılanlarda da bunlara yer
verilib. Sonralar onun ardıcılları və şagirdləri – xüsusilə Nəsimi
və digər şairlər əslində hürufiliyi ideallaşdıraraq onu gözəlliyə,
insan qəlbinin böyüklüyünə, insanın Allahla yaxınlığına gə-
tirdilər. Bu, sonrakı ideallaşdırma dövrü idi. Nəsiminin idealları
ilə Fəzlullahın idealları tamamilə eyni deyildi. Ona görə də, sizin
Nəsimiyə aid dediyiniz gözəl fikirlərin, gətirdiyiniz misalların
heç də hamısı, mümkündür ki, Fəzlullahda olanlar deyil.
Bu sözlərlə mən sadəcə müzakirə üçün ortaya fikir atıram.
Camal MUSTAFAYEV:
–Mənim məqsədim bu idi ki, hərflərin arxasında ilahi
idealı, Allah idealını görək. Yəni bu ideal əlbəttə hər hansı
fərdin, bütün varlıqların fövqündə dayanır. Hərflərin arxasında
Allah idealına yaxınlaşmağın və bu idealı özündə təcəssüm et-
dirməyin yolları dayanır. İkincisi, əlbəttə ki, hər hansı cərəya-
nın yaradıcısı və tərəfdarları olur. Bu tərəfdarların heç də hamı-
sı onun şagirdləri deyillər. Bu tərəfdarın öz fikri, öz nəzəriyyəsi
ola bilər. Nəsiminin öz nəzəriyyəsi var idi. doğrudur, hürufilik
ona təsir eləmişdi, bunu heç kəs inkar edə bilməz. Amma
Nəsimidə sufiliyin iki cərəyanı birləşmişdi.
Birincisi, deyirlər ki, panteizm yoxdur, amma orada pan-
teizm var. Manixeizm də var. Əvvəla, belə başa düşmək lazım-
dır ki, manixeizm idealını sona qədər davam etdirmək, onu
mütləq bir nəzəriyyə kimi qəbul eləmək artıq panteizmə gətirib
çıxarır.
Mənim burada dediklərim tam qaynaqlara əsaslanır.
187
Şahin MUSTAFAYEV:
–Camal müəllim Nəiminin Osmanlıda edam edilməsi ilə
bağlı çox maraqlı məlumat verdi. Bununla bağlı mənbəni gös-
tərsə, yaxşı olardı.
Camal MUSTAFAYEV:
–
Deyim ki, mən Nəsimini ötən əsrin 60-cı illərinin
sonundan tədqiq eləməyə başlamışam. Fakta, elmi qaynaqlara
söykənmədən heç nə demirəm. Mən özüm bu barədə məqalə
yazaram.
Solmaz RÜSTƏMOVA-TOHİDİ:
–
Hürufilikdə Allahın insaniləşdirilməsinə
İsa
peyğəmbərin, xristianlığın təsiri olubmu?
Nəsib GÖYÜŞOV:
–Mən bu barədə qısa şəkildə dedim. Fəzlullahın özünün
əsərlərində var ki, həm yəhudilərə, həm də xristianlara görə İsa
Məsih zühur eləməlidir. O baş tutmadı, mən zühur elədim.
Zühur eləmək ideyası İslamda da var. Məsələn, Mehdinin
zühuru. Bunun da təsiri olub. Yəni o deyirdi ki, Məsih zühur
etmədi, onun yerinə mən zühur elədim. Deməli, hər halda bu
ideyalardan məlumatlı olub.
Hamlet İSAXANLI:
–Ümumiyyətlə, müxtəlif dinlər bir-birindən o qədər fay-
dalanıblar ki, bunu tam anlamaq və izləmək mümkün olmur.
Güman var ki, Pifaqor öz dini-əxlaq məktəbini yaradanda “Üç
qüdrət” deyilən Hindistan mənşəli fikirdən qidalanıb: Brahma,
Vişnu və Şiva. Onların biri yaradır, biri qoruyur və biri dağıdır.
188
Hesab olunur ki, bu üçbaşlı, üçqanadlı ideya xristianlığın ya-
ranmasında da rol oynayıb.
Hadisələr coğrafi baxımdan bir-birinə sıx bağlı olan ərazi-
lərdə – Hindistan, Babilistan, Yunanıstan və Misirdə cərəyan
etdiyindən insanlar gedib ideyanı mənimsəyib, götürüb gətirir-
dilər. Bu yerlərdə yaranan ideyaların bir-birinə təsir şübhə-
sizdir. Elə Fəzlullah da Quranla yanaşı Tövrat, İncil, Psalmları
yaxşı bilib, “Cavidannamə”də onlardan iqtibaslar edib.
Şahin MUSTAFAYEV:
– Mənim Nəsib müəllimə bir sualım var: Hürufiliyin şiə-
liklə əlaqəsi varmı?
Nəsib GÖYÜŞOV:
–
İslamda bir peyğəmbərlik var – nübüvət, bir də
vilayət. Peyğəmbərlərin missiyası Allahın xəbərlərini
çatdırmaqdır. Rəsul, risalət isə qanun və kitab gətirən
peyğəmbərlərə deyilir. Məhəmməd Peyğəmbər də onlardan
biridir. Vilayət ideyasına görə, kimsə peyğəmbərdən sonra o
dəyərləri çatdırmalı, onları təfsir etməlidir. Belə bir fikir var ki,
peyğəmbər aşkar elmdir, amma vilayət gizli elmdir.
Nəiminin özünün kitabında var ki, sonuncu peyğəmbər
Məhəmməd (s.ə.v.) açıq şəkildə zühur eləmişdi. Burada Mehdi-
nin zühuru məsələsi də qoyulur və deyilir ki, Mehdi zühur elə-
məliydi, amma o, zühur eləmədi, onun yerinə mən zühur elə-
dim. İstər Nəiminin, istərsə də Əli əl-Əlanın əsərlərində on iki
imam məsələsi on iki bürcə uyğun şəkildə qoyulur. Hətta bu
əlaqələndirilir ki, xristianlıqda İsanın on iki apostolu var,
bunların üstünə İsa və Məryəmi gələndə on dörd edir. On iki
imam və Məhəmmədlə (s.ə.v.) Fatimə də on dörd edir. Yəni
bunlar göstərir ki, bu təlimlərin təsiri olub.
189
***
“Elm və sənət” məclisi maraqlı elmi mübahisələr və
qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdi. Tədbirdə
digər mütəxəssislər də mövzu ilə əlaqədar öz düşüncələrini
söylədilər.
Məclisi professor Hamlet İsaxanlı yekunlaşdırdı.
Dostları ilə paylaş: |