182
Hürufilik sufiliyin bir qoludur
Camal MUSTAFAYEV:
– Nəsib müəllim, çox sağ olun ki, gəlib bizim məclisimiz-
də çıxış etdiniz. Çoxlarımızı düşündürən maraqlı bir mövzuya
toxundunuz. Ancaq açığını deyim, mövzu o qədər genişdir ki,
onun mahiyyətinə varmaq iddiasında olmaq çətindir. Bir müəl-
lifin sözünü xatırlatmaq istəyirəm. O, deyir: Sufiliyin mənasını
açmaq iddiasında olan alim, görünür ki, özünün qüvvəsini ar-
tıqlaması ilə qiymətləndirir. Yəni bu, müsəlman dünyasından,
İslam dünyasından keçən elə bir ümmandır ki, onun əhatəsinə
ehtiva etməyə çalışmaq çox çətindir.
Hürufiliyə gəldikdə, bu, sufiliyin bir qoludur. Ancaq ma-
raqlıdır, Nəsimi hürufiliyin çox görkəmli nümayəndəsi olsa da,
onun şeirləri başdan-başa sufiliyin əleyhinədir. Hətta bəzən su-
filəri çox kəskin tənqid edib, onlara iradlar tutub. Çünki hüru-
filər ümumiyyətlə, Allah, kainat və insanı birlikdə götürürlər.
Hürufilər, xüsusən də Nəsimi tək insanın sifətində Allahın tə-
183
cəssümünü ifadə eləmək istəyirlər. Hətta dəfələrlə təkrar edir
ki, insanın gözəlliyində Quranın özü təcəssüm edir. Bəs bunun
qaynağı haradandır? Hamlet müəllim Misirin qədim yunanlar
üçün, ümumiyyətlə, dünya elmi üçün qaynaq olmasını çox
gözəl qeyd elədi.
Platonun “Fedon” adlı bir əsəri var, – o, əsərlərini dialoq
şəklində yazırdı, burada o, vəhdətlə kəsirət arasında, yəni bir-
liklə (vahid) çoxluq arasında əlaqəni kəşf etmək iddiasında
olub. O deyirdi ki, adamları necə inandıraq ki, bu qədər sonsuz
müxtəliflikdə bir vəhdət var. İstər idealizm olsun, istər materia-
lizm, istər də din olsun – hər hansı bir cərəyanda axtarış həmişə
vəhdət axtarışıdır. Bu vəhdəti necə tapaq, necə ifadə eləyək? –
çoxluq və birlik, yəni vahid.
Bilirsiniz ki, yunan filosofları həmişə fikir mübadiləsi
aparıblar. Elə “dialoq” da ordan gəlir. O deyir ki, hərflərin dü-
zülüşündə, onların ölçüsündə kainatın özünün mərtəbəsi var.
Biz hərfləri kainata tətbiq eləyə bilərik. Necə ki, Pifaqor rəqəm-
lərlə kainatı izah eləyirdi, başqa bir alim də kainatın mərtəbəsi-
ni hərflərin düzülüşündə görürdü.
Nəsib müəllimin də qeyd elədiyi kimi, Şərqdə bunun ba-
nisi, Fəzlullah Nəimi Astrabadidir. Onunla bağlı mənim məlu-
matım tamam başqa cürdür, sizinkindən fərqlənir. Fəzlullah çox
universal bir alim olub. Xüsusən astronomiya sahəsində dövrü-
nün görkəmli bir alimi kimi tanınıb. Amma o, Teymurləng isti-
lasından sonra müxalifətə keçdiyindən Türkiyədə Sultan Murad
birincinin vaxtında edam olunub. Söhbət ondan gedir ki, Sultan
Muradın vaxtında Cənubi Azərbaycandan Fəzlullahın tərəfdar-
ları Türkiyəyə keçdilər. Çünki təqib olunurdular, teymurilərə
qarşı ciddi çəkildə müxalifətdə idilər. Fəzlullah ora gedəndə
Sultan Murad əvvəlcə ona bir mədrəsə verdi və mədrəsəyə rəh-
bərlik etdi. Amma Sultan Muradın çox böyük etimad göstərmə-
sinə baxmayaraq onlar onun əleyhinə işləməyə başladılar, haki-
miyyət davası döydülər. Bunun motivləri elə Nəsiminin özündə
də var. Buna görə də Fəzlullahı odda yandırdılar. Onun dövrün-
184
də Yan Qusu da yandırdılar. Yəni o zaman etiqada qarşı çıxan
hər kəsi cəzalandırırdılar.
Nəsimidə çox vaxt onu başa düşməklə bağlı qeyri-elmi bir
şərhlə rastlaşırıq. O, belə deyir:
Kimsə Nəsimi sözün kəşf edə bilməz,
Bu quş dilidir, Süleyman bilir ancaq.
Digər şeirində isə deyir:
...Bu hüt-hüt dilidir, bunu Süleyman dəxi bilməz.
Deyirlər ki, Nəsimi dünyanı Allahın kölgəsi hesab edirdi.
Deyəsən, Nəsib müəllim belə dedi. Mən bununla barışmıram.
Nəsimi çox dünyəvi, dünyanın bütün nemətlərinə vurğun bir şair
olub. Elə ona görə də, insan gözəlliyini bu qədər ilahiləşdirib.
Allahı insanla, insanı Allahla qovuşdurub. Bu qovuşmada bir
vəhdət idealına qovuşmağa çalışıb. Quranda da belədir: kim ru-
hunu dərk edirsə, Allahını dərk edir. Bu o deməkdir ki, dünya,
insan Allah ruhunun ehtiva etdiyi bir varlıqdır. Nəsimi deyir:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri laməkan mənəm, kövni-məkana sığmazam.
Zamana, məkana sığışmayan bir varlıq, qüvvə var ki, o
da Allahdır. Allahı vəhdət qəbul eləyən sufilər axirətə inanmır-
dılar. İki dünya söhbəti gedəndə Yerlə göy, zahirlə batin nəzər-
də tutulurdu, axirətdən söhbət getmirdi. İnsanın zahiri dünyası
onun batini dünyasının daşıyıcısıdır.
Yaxud:
Mənsur “ənəlhəq” söylədi,
Həqdir sözü, Həqq söylədi.
185
Burada üç “həqq” var: “Mənsur “Ənəlhəq” söylədi” – de-
di: “Mən Allaham”. “Həqdir sözü” – tamamilə doğru bir sözü,
“Həqq söylədi” – Allahın özü söylədi. Nəsimi başqa bir yerdə
də deyir ki, “Nəsimi, bunu sən deməyibsən, bunu Həqq deyib”.
Yəni insanın içərisində ruh dilə gəlir. Ruh kamilləşəndə onun
diliylə Allah danışır. Ona görə də, deyirlər ki, insanın öz ruhu-
nu duymağı, öz ruhunu dərk eləməsi Rəbbini, dərk eləməsidir,
Allahını dərk eləməsidir.
Mahiyyət odur ki, insan ilahi varlığı özü ilə bərabər ucalt-
maqla, doğrudan da, dünyanın əşrəfi olduğunu dərk eləyir. İnsan
dünyanın əşrəfi olduğunu yalnız onunla təsdiqləyir ki, o, yalnız
ruhuyla yaradır, ruhuyla düşünür, ruhuyla Allaha qovuşur. Dini
kitablarda da deyilir ki, Allah insanı özünə bənzər yaradıb, insan
ruhun daşıyıcısıdır. Yəni insan bütün varlıqlar içində yeganə var-
lıqdır ki, ruhun daşıyıcısıdır. Onu özgə heç bir şeylə yaratmaq
mümkün deyil. İnsanın Allaha bənzəməyi onun ruhi varlı-
ğındadır. Cismani varlıqla Allaha bənzəmək mümkün deyil.
Nəsiminin taleyinə gəldikdə demək lazımdır ki, o da
Mənsur Həllac kimi edam olunub, dar ağacından asılıb.
Son dövrdə Avropada sufilərdən çox yazırlar. Hətta Avropa-
da sufiliyi qəbul edənlər də var. Bizdə isə sufiliyi mövhumat sə-
viyyəsinə endirənlər var. Mövhumat başqa şeydir, din, etiqad isə
tamam başqa şeydir. Nəsiminin, Nəiminin idealı vicdanı Allah
səviyyəsinə qaldırmaq, vicdanı paklaşdırmaq idi. İnsanın öz vic-
danına etiqadı, öz vicdanına inamı elə Allaha inamla bərabərdir.
Hamlet İSAXANLI:
–Çox sağ olun, Camal müəllim.
“İslam ensiklopediyası”nda belə bir fikir var: “Hürufizmi
bəzən sufizmin qolu hesab edirlər, çox zaman da onu pan-
teizmlə eyniləşdirirlər. Bu belə deyil”.
Burada söhbət birinci növbədə Fəzlullahdan və Nəsimidən,
onların dünyagörüşündən gedir. Nəsimini Fəzlullahın yalnız şa-
Dostları ilə paylaş: |