217
1956-cı ildə Tudə Partiyasının rəhbərlərindən biri Mər-
yəm Firuz Sovetlərin İrandakı siyasətinə dair çox geniş bir ara-
yış yazmışdı. Məryəm Firuz yazırdı: “Azərbaycandakı milli hö-
kumətin məğlubiyyətinin səbəblərindən biri o idi ki, onlar hərbi
formalarına Sovet ulduzları taxmışdılar və bu Sovet ulduzlarına
münasibət birmənalı deyildi. Təbriz meydanındakı saatı da
Moskva vaxtı ilə düzəltmişdilər”.
Həmin il yeganə il idi ki, Azərbaycanda toplanan vergilə-
rin 75%-i Azərbaycanın özünə qaldı. Bu hökumət millətə o qə-
dər yaxın idi ki, tezliklə valideynsiz uşaqları saxlamaq üçün
“Pərvəriş Evləri” (“Uşaq Evləri”) açmışdılar. Hər iki validey-
nindən yetim qalmış uşaqları buraya toplamşdılar. Onu da
deyim ki, müsadirələr də var idi. Amma bu müsadirələr əmlakı-
nı qoyub Tehrana və İranın digər yerlərinə gedərək orada Azər-
baycan əleyhinə mitinqlər keçirənlərin, həmin mitinqlərdə çıxış
edənlərin mallarına yönəlmişdi.
İnqilablar zamanı bu cür halların olmayacağına heç kim
zəmanət verə bilməz. O hərəkat lazımi nəticəni vermədiyinə
görə, bu gün o cür söhbətlər qabardılır. Halbuki inqilab istə-
nilən nəticəni versəydi, indi heç kim elə şeylər haqqında düşün-
məyəcəkdi.
Onu da qeyd etmək yerinə düşər ki, İkinci Dünya mühari-
bəsindən sonra müstəqillik əldə etmiş kiçik dövlətlərə diqqət
yetirsək, onların hərəkatlarının hər hansı bir böyük dövlət tərə-
findən müdafiə olunduğunu görərik. Bu, Afrikada da belə olub,
Latın Amerikasında da. Tale elə gətirdi ki, Cənubi Azərbaycan-
da baş vermiş hərəkatda böyük dövlətlərdən birinin hədələri
müqabilində digər böyük bir dövlət bu hərəkatı müafiə et-
məkdən imtina etdi.
Neft konsepsiyası haqqında
Professor Hamlet İSAXANLI:
– Çox sağ olun, Cəmil müəlim!
Mənim ikinci sualım çıxışınızda üzərində çox durduğunuz
neft konsepsiyası haqqındadır. Belə bir təbii fikir də yaranır ki,
218
Sovetlər belə ekstremal vəziyyətdə Cənubi Azərbaycandan get-
məsəydilər, İran Qərblə və Amerika ilə yaxınlaşaq Rusiya ilə
düşmən olacaqdı. Məsələnin məğzində neft dururdusa, Azər-
baycanın (İran Azərbaycanının) nefti yox idi. Milli-azadlıq
hərəkatı baş tutsa idi, neftin əsas hissəsi İran tərəfdə qalacaqdı
və İran Amerika ilə daha da yaxınlaşacaqdı. Sovetlərin əli İran
neftindən tamam çıxacaqdı. Ona görə neftin naminə nəyi isə
qurban vermək lazım idi... Bu amili, zənnimcə, unutmaq olmaz.
Sovet siyasəti proqnozlar üzərində
qurulmamışdı
Professor Cəmil HƏSƏNLİ:
–Burada siyasətdən daha çox başqa şeylər ortaya çıxır.
Sənədlər təsdiq edir ki, Sovetlər Cənubi Azərbaycandan çıxan-
da amerikalılar bu plana güldülər. O mənada güldülər ki, biz
onları şantaj etdik, onlar da qorxub qaçdılar. Molotov bunu öz
yazılarında qeyd edir. O yazır: “Stalində bir iş prinsipi var idi –
həmişə deyirdi: “Təzyiq et! Təzyiq et!” Məsələ mürəkkəbləşən-
də isə deyirdi: “Çəkil!” Bizi həmişə çətin vəziyyətdə qoyurdu”.
Amerika siyasətindən fərqli olaraq, o dövrün Sovet siya-
səti proqnozlar üzərində qurulmamışdı. Ekspertlər yazırdı: “Biz
Siyasi Büronun iclasında oturub razılığa gəldik ki, siyasət belə
olacaq. Stalin getdi, danışıqlarda tamam başqa mövqedən çıxış
etdi”. Göründüyü kimi əvvəlcədən hesablanmış, düşünülmüş si-
yasət yox idi. 1957-ci ilin iyun plenumu Molotov, Kaqanoviç
və Malenkovun vurulması ilə bağlı idi. Xruşşov Molotovu gü-
nahlandırmaq istəyirdi. Deyirdi: “İrana girdiniz, əhalini qaldır-
dınız. Müdafiə etmək, vuruşmaq lazım gələndə ısə dovşan kimi
qorxub qaçdınız.”Amma mən sizin sualınıza cavab olaraq onu
deyim ki, əhalinin xeyli hissəsi bu dözülməz şəraitdən narahat
idi. Amma bu hökumət əhalinin öz hökuməti idi.
219
Pişəvərinin ölümü haqqında
şübhəli məqamlar
Cudi TƏBRİZİ:
– Cəmil müəllim, çox təşəkkür edirik!
Bizi xəyalən Təbrizə apardınız. İnşallah, o gün olsun ki,
Təbrizə rahat gedib-gələ bilək.
Hamlet müəllimin sözünə
münasibət bildirmək istərdim.
“Aran” sözü bizim ədəbiyyatı-
mızda, folklorumuzda həmişə
istifadə olunub. Biz Təbrizdə
də bu sözlə bağlı xeyli müba-
hisələr etmişik. Biz həmişə
“arana getmək”, “dağa getmək”
ifadələri işlətmişik. Mən bu
kəlməyə xüsusi diqqət yetirmə-
sini istərdim. Çünki bu, kimlə-
rinsə siyasi oyunudur. Fars şo-
vinistləri “Tarixi-zəbani-dasta-
ni-Azərbaycan” kitabına isnad
edərək deyirlər ki, ora Azərbaycan deyil, Arandır.
Mənim Cəmil müəllimə bir sualım var: Tarixin çox şüb-
həli məqamlarından olan Pişəvərinin ölümü haqqında sizin fik-
rinizi bilmək istərdim. Belə deyirlər ki, onu öldürüblər...
Avtomobil qəzasını
SSRİ hərbi kəşfiyyatı törədib
Professor Cəmil HƏSƏNLİ:
–Mənim fikrimcə, həqiqətən Pişəvərini öldürüblər. Amma
bu, Azərbaycan rəhbərliyi ilə bağlı deyil. Bu məsələ 1956-cı
ildə Mir Cəfər Bağırovun məhkəməsində üzə çıxdı. Bağırova
220
qarşı irəli sürülən ittihamlardan biri də Pişəvərinin öldürülməsi
idi. Ancaq məsələ müzakirə ediləndə Bağırov dedi: “Yaxşı
olardı ki, o məsələni Moskvadakı yoldaşlardan soruşasınız”.
Ona görə də Bağırova qarşı irəli sürülən ittihamlardan yalnız bu
öz təsdiqini tapmadı. Yekun sənəddə də bu, öz əksini tapmayıb.
II Dünya müharibəsindən sonra bir sıra siyasi liderlərə
münasibətdə Mir Cəfər Bağırov 1930-cu illərin metodlarından
imtina etmişdi. O illərdə adamları çox rahat güllələyirdilər.
Amma II Dünya müharibəsindən sonra artıq bunu təsadüfi
hadisələr üzərinə keçirdilər. Bunun da ən rahat yolu avtomobil
qəzaları idi. Bu, təkcə Pişəvəriyə münasibətdə deyildi. Vaxtilə
keçmiş xarici işlər naziri Maksim Niklinkə, Urumçidə Azərbay-
can hadisələrinə bənzər hadisələrin iştirakçısı olmuş Apresyan
Gürcüstan yolunda öldürüldü. Bu cür faktlar çoxdur.
İmam Mustafayev hakimiyyətə gəldikdən sonra onun Us-
lova bir məktubu var. 1954-cü ildə yazılmış bu məktub Azər-
baycan Demokrat Partiyası və İranlı mühacirlər haqqındadır.
Orada bir epizod verilib ki, Azərbaycan Demokrat Firqəsinin
rəhbəri Seyid Cəfər Pişəvəri çox şübhəli formada avtomobil qə-
zasına düşüb.
Bir qayda olaraq, Sovet İttifaqı o tipli hadisələrə çox ciddi
reaksiya verirdi. Bu hadisəyə isə heç bir münasibət bildirilmədi.
Üstəlik Azərbaycan DTK-çıları həmin avtomobil qəzasının is-
tintaqını aparırdılar. O tipli istintaqı aparan adam, mənə elə gə-
lir ki, rütbəsini artırmaq üçün çalışırdı. O istintaqı aparan adam
rütbəsinin artırılması üçün SSRİ DTK-sına dəvət olundu. Am-
ma o da naməlum şəraitdə orada öldü.
Pişəvərinin avtomobil qəzasına salınması isə bir məqam-
dır. Onun SSRİ hərbi kəşfiyyat tərəfindən törədilməsi daha
inandırıcıdır. Pişəvərinin köməkçisinin 1956-cı ildə yazdığı bir
sənəd var. O, bu sənəddə avtomobil qəzasının necə baş verdiyi-
ni təfsilatı ilə yazır. Avtomobil qəzasının da təsadüfi olmadığını
qeyd edir. Ancaq onun məktubuna heç bir reaksiya verilmir...
Dostları ilə paylaş: |