Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə20/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

 
72
cümə növündəndir və gözəl bir xətlə Quranın mətni ilə birgə 
yazılmışdır. Tərcümə elmi baxımdan və dil nöqteyi-nəzərindən 
böyük  əhəmiyyətə malikdir. Mütərcimlər çalışmışlar ki, Qura-
nın sözlərinin türk dillərində qarşılığını tapsınlar. Bunun özü 
əsərin qiymətini daha da artırmışdır.  
Burada bir ayənin tərcüməsini verməklə onun müxtəlif 
baxımdan nə qədər qiymətli olduğunu göstərmək istəyirik. 
Ayə: kəm əhlətna min əblihim min qərnin fənadu və latə 
hinə mənasin və əcibu ən caəhum mumzirun minhum. 
Tərcümə:  niçani həlak qıldımız (yuqatuq biz) əşnularin-
dən zəmanə kişilarindən təqi qırdılar (undadılar) yoq qəçmaq 
(qurtulmaq – xəlas) təqi tanladılar qəçan kim, kəldi anlarğa 
qorqutğan (yəlavac) anlardən. 
Göründüyü kimi, türk dillərinin qərb və şərq ləhcələri bu 
tərcümədə bir ortaya toplanmışdır. Türk dilinin tarixi qramma-
tikası baxımından da tərcümə çox əhəmiyyətli görünür. Bu tər-
cümənin üzərində 4 ilə yaxındır işləməkdəyik, inşaallah, gələ-
cəkdə çap üzü görəcəkdir. 
 


 
73
Mir Məhəmməd Kərim Musəvi Bakui 
 
Bu tərcümə Bakı qazisi Mir Məhəmməd Kərim ağa tərə-
findən edilmişdir. Tərcümə 105 il bundan əvvəl 3 cilddə Hacı 
Zeynalabdin Tağıyevin yardımı ilə çap edilmişdir. Tərcümənin 
müqəddiməsində mütərcim müsəlmanların geridə qalmasından 
və İslam dünyasında xurafatın, savadsızlığın çoxalmasından öz 
narahatlığını bildirir. Bütün müsəlmanları, o cümlədən, müctə-
hidləri və  fəqihləri müxtəlif elmləri – astronomiya, coğrafiya, 
riyaziyyat və tibb elmlərini öyrənməyə çağırır.  
Bu tərcümə “Kəşful-həqayiq ən nukətil-ayati vəd-dəqayiq” 
adlanır. Bir neçə  dəfə çap olunmuşdur.  İranda Təbriz  şəhərinin 
Səhənd Universitəsində də çap edilmişdir. Əbdül Məcid Novbari 
tərəfindən fars dilinə tərcümə edilmiş və çap olunmuşdur. 
 
Məhəmməd Həsən Mollazadə Şəkəvi 
 
Bu tərcümə “Əl-bəyan fi-təfsiril Quran” adlanır və təfsir-
yönlü bir tərcümədir. 101 il bundan əvvəl Tiflisdə “Qeyrət” 
mətbəəsində 2 cilddə çap olunmuşdur.  
Sonralar Qum, Təbriz, Tehran və Bakı şəhərlərində dəfə-
lərlə çap edilmişdir. Tərcümə çox dəqiq və mötəbərdir. 
 
Əhməd Kaviyanpur 
 
Bu tərcümə 1990-cı ildə Tehran şəhərində ərəb əlifbası ilə 
çap olunmuşdur. 2 dəfə çap edilib və “İqbal” nəşriyyatı tərəfin-
dən yayımlanır. Bu tərcümələrdən  əlavə Vasif Məmmədəliye-
vin, Nəriman Qasımoğlunun, Miryusif Bağırovun tərcümələri 
son vaxtlar çap üzü görmüşdür. İranın böyük dini alimlərindən 
olan Ayətullah Meşkininin fars dilinə etdiyi tərcümə  də Azər-
baycan dilinə çevrilib çap etdirilmişdir. 
Qurani-Kərimin Azərbaycan dilinə  tərcümələri sırasında 
bu sətirlərin müəllifinin 3 əlifbada – ərəb, kiril və latın  əlif-
balarında çap edilmiş tərcüməsi də var. 


 
74
* * * 
 
Məruzədən sonra mövzu ilə bağlı geniş fikir mü-
badiləsi aparıldı, suallar cavablandırıldı.  
Xəzər Universitəsinin müəllimi, professor Bəhlul Ab-
dulla, şair Həkim Qəni, Azərbaycan MEA Fəlsəfə və Siyasi-
Hüquqi Tədqiqatlar  İnstitutunun  əməkdaşları Könül Bün-
yadzadə,  İradə  Zərqanayeva və başqaları müzakirələrdə 
fəal iştirak etdilər. 
 


 
75
   
 
 
 
 
 
 
 
DÖRDÜNCÜ 
MƏCLİS 
 
 
 
 
 
 
 
 
 
 
 
2006-cı il dekabrın 12-də Xəzər Universitəsində fəaliy-
yət göstərən «Elm və sənət məclisi»nin 4-cü tоplantısı оldu. 
Hər görüşdə auditоriyası bir az da genişlənən məclisin 
işində bu dəfə  Xəzər Universitəsinin müəllim-tələbə heyəti 
ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının  Şərq-
şünaslıq  İnstitutundan, Bakı Dövlət Universitetindən və 
digər elmi qurumlardan dəvət оlunmuş çoxsaylı mütəxəssis-
lər iştirak edirdilər. 
Tədbiri giriş sözü ilə  Xəzər Universitetinin rektоru, 
prоfessоr Hamlet İsaxanlı açdı. 


 
76
«Ərəb dünyasında türklər»  
mövzusu çоx genişdir 
 
Prоfessоr Hamlet İSAXANLI: 
 

 
Əziz dоstlar, bu gün 
«Elm və  sənət məclisi»nin 4-cü 
tоplantısıdır. Hər dəfə yeni qо-
naqlarımız  оlur, məclisimiz ye-
niləşir, zənginləşir. Bu da təbii-
dir. Çünki hər dəfə yeni bir 
mövzunu müzakirəyə  çıxarırıq, 
buna müvafiq də mütəxəssisləri 
dəvət edirik; iştirakçıların tərki-
bi həmişə  təzələnir. Məclislərin 
hamısında iştirak edənlər də var. 
Yada salmaq istəyirəm ki, məc-
lisimizin birinci tоplantısında 
«Fəlsəfə  və  pоeziya», ikincidə 
«İslamda sufilik», üçüncüdə isə «Оrta əsrlərdə tərcümə fəaliy-
yəti. «Quran»ın türkcəyə  tərcümələri» mövzularını müzakirə 
etdik. 
Bildiyiniz kimi, məqsədimiz elmin və  sənətin müxtəlif 
maraqlı mövzularını müzakirəyə çıxarmaq, mütəxəssisləri din-
ləmək və fikir mübadiləsi aparmaqdır. Buradakı məruzələr, çı-
xışlar yazıya alınır. Artıq birinci və ikinci məclislərlə bağlı he-
sabatlar «Xəzər Xəbər» jurnalında dərc  оlunub. Mən təklif 
edirəm ki, 8-10 məclisdən sоnra  оnların materialları kitab ha-
lında nəşr оlunsun. Bu, о qədər də çətin iş deyil. Əsas оdur ki, 
məclislər davam etsin, müzakirəyə maraqlı mövzular çıxarılsın. 
Bugünkü mövzumuz Qədim  Ərəb dünyasında türklərlə 
bağlıdır. Bu, çоx geniş mövzudur. Amma biz оrta əsrlərin əv-
vəllərinə, İslamın ilk üç əsri ərzində baş verən tarixi hadisələrə 
nəzər salmaq istəyirik. Maraqlıdır ki, bu gün təxminən min il 
əvvəl baş vermiş bəzi əhvalatlar təkrar оlunur. Min il əvvəl də 
Bağdadda sünni və  şiə qarşıdurması qanlı  tоqquşmalarla mü-


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə