Adilə Tahirova
90
4. İbn Malik əl-Həmmadi əl-Yəmani, Kəşfu əsrari-l Batiniyyə və əxbari-l Qəramıta.
5. Hişam ibn Həkəm, Kitabu-r rədd alə Hişam əl-Cəvaliqi; Kitabu-r rədd alə
Şeytani-t Taq.
6. Səd ibn Abdullah əl-Qummi, ər-Rədd alə-l Ğulat.
7. Həsən ibn Səid, ər-Rədd alə-l Ğulat.
İndi isə klassik dönəmdə İslam firqələrinin öz aralarında bir-birlərinə yazdıqları
rəddiyyələrdən nümunələr verək. Bəzən digər din nümayəndələrinə qarşı rəddiyyələ-
rə də rast gəlmək mümkündür. Bu alimlər və əsərləri şübhəsiz ki, rəddiyyə ənənəsi-
nə dair nümunələrin sadəcə kiçik bir hissəsidir.
5
Bu təsnifləndirmədə müəllifin məz-
həbi əsas alınaraq qruplaşdırılmışdır.
6
b) Müəllifin məzhəbinə görə qruplaşdırma.
Şiəliyin müxtəlif qollarını təmsil edən alimlərin yazdıqları rəddiyyə əsərlərdən
bəziləri:
1. Zeyd ibn Əli, Risalə fil-İmamə. (Mötəzilə alimi Vasıl ibn Ətaya qarşı
yazılmışdır).
2. Əli ibn Nuçam əl-Qummi əl-Bəcəli əl-Əhval (v. 160/177), Kitabur-rədd aləl-
Mutəzilə fi imamətil-məfzul.
3. Hişam ibn Həkəm (ö. 199/816), Kitabur-rədd alə Hişam əl-Cəvaliqi, Kitabur-
rədd aləş-şeytanit-Taq, Kitabur-rədd alə mən qalə bi imamətil-məfzul, Kitabul-
vəsiyyə vər-rədd alə mən ənkərahə, Kitabur-rədd aləl-Mutəzilə, Kitabur-Rədd aləz-
Zənadiqa.
7
4. Məhəmməd ibn Əbdürrəhman ibn Qübbəh. Əvvəlcə Mötəzilədən olub sonra-
dan Şiəliyə keçənlərdəndir. Kitabur-rədd aləz-Zeydiyyə, Kitabur-rədd alə Əbu Əli
əl-Cubbai.
8
5
Adları keçən şiə alimlərdən bir çoxu və digərlərinin əsərləri haqqında məlumat üçün baxın:
Tahirova A. Şiə kəlam elminin ortaya çıxması və inkişafı // BDU-nun İlahiyyat fakultəsinin
«Elmi məcmuəsi» № 5, Bakı: Nurlar, 2006, səh. 105-118.
6
Müəlliflərin məzhəbinə görə olan təsnifləndirmədə bu məqalədəki materiallardan da
istifadə olunmuşdur. Kahveci. Şia ve Mutezile'nin reddiye literatürü üzerine çalışma // Dini
Araştırmalar, cild: 8, səh. 69-91.
7
İbn Nədim. Fihrist. səh. 217; Tusi. Fihrist. səh. 207; Nəcaşi. Rical. II/397, № 1165; Sədr.
Təsisuş-Şiə li ulumil-İslam. səh. 360; Muhsin əl-Emin. Əyanuş-Şiə. I/134; ən-Nəşşar.
Nəşətul-fikril-fəlsəfi fil-İslam. II/169, 198.
8
İbn Nədim. Fihrist. səh. 219; Nəcaşi. Rical. II/105, № 1024.
Klassik kəlam ədəbiyyatında rəddiyyə ənənəsi və nümunələri
91
5. Əbul-Həsən Əhməd ibn Yəhya ər-Ravəndi (205-245/820-859), Kitabur rədd
aləl-Mutəzilə fil-vəd vəl-mənzilə beynəl-mənziləteyn.
6. İsmail ibn Əli ibn İshaq ibn Əbi Səhl ibn Növbəxti (ö. 310/922), Kitabur-rədd
alə Mucəbbirə fil-məxluq, Kitabur-rədd alə əshabis-sifat, Kitabur-rədd aləl-Yəhud.
7. Əbu Məhəmməd Həsən ibn Musa ən-Növbəxti (ö. 311/923), ər-Rədd alə
Huzeyl ibn Əllaf, ər-Rədd alə əshabil-mənzilə beynəl-mənziləteyn fil-vəid, ər-Rədd
alə əshabit-tənasüx, ər-Rədd aləl-Mücəssəmə, ər-Rədd aləl-Ğulat adlı kəlam elminə
aid əsərləri ilə başqa sahələrdə də kitablar yazdığından bəhs olunur.
9
8. Fadl ibn Şazan ibn Xəlil ən-Nişaburi (ö. 260/873), Kitabur-rədd aləl-Ğulat,
Kitabur-rədd aləl-Batiniyyə vəl-Qəramitə, Kitabur-rədd aləl-Həsən əl-Bəsri fit-
təfdil, ər-Rədd alə əhlit-tədil, Kitabur-rədd aləl-Yaman ibn Rəbab əl-xarici, Kitabur-
rədd aləl-Murciə, Kitabur-rədd aləl-Həşviyyə.
9. Qasım ər-Rəssi (169-246/785-860), ər-Rədd alər-Rəvafız min əshabil-ğuluvv, ər-
Rədd aləl-mucəbbirə, əl-Kamilul-munir fir-rədd aləl-Xəvaric, ər-Rədd alən-nasara.
10. Əbu Abdullah Qummi Hüseyn ibn İşkib (ö. 270/883-dən sonra), ər-Rədd
aləz Zeydiyyə
11. Məhəmməd ibn Qübbə ər-Razi (ö. 317/929), ər-Rədd aləz-Zeydiyyə.
Mötəzilə alimlərin yazdığı bəzi rəddiyyə əsərlər:
1. Əbu Bəkir Əsam (200/815), Kitabur-rədd alə Hişam fit-təşbih, Kitabur-rədd
aləz-Zənadiqa.
2. Bişr ibn Mutəmir (210/825), Kitabur-rədd alə Hişam ibn Həkəm, Kitabur-rədd
aləl-Xəvaric, Kitabur-rədd aləl-Murciə, Kitabur-rədd aləl-Məcus.
3. Əbu Hüseyn Əbdürrəhim ibn Məhəmməd ibn Osman əl-Xəyyat (ö. 300/912),
Kitabul-intisar vər-rədd alə İbn ər-Ravəndi.
4. Zirar ibn Əmr, Kitabur-rədd alə Muammər ibn Abbad, Kitabur-rədd aləl-
Cəhmiyyə, Kitabur-rədd aləd-Dəhriyyə.
5. Bağdad Mötəziləsinin qurucusu olan Bişr ibn Mutəmir (v. 210/825), Kitabur-
rədd alə Əbul-Huzeyl, Kitabur-rədd alə-n Nazzam, Kitabur-rədd aləl-Əsam fil-
imamə.
6. Əbu Cəfər İsqafi (v. 239/854), Kitabur-rədd alə Osmaniyyə (Cahizin
Osmaniyyə əsərinə yazılmış rəddiyyədir.)
9
Tusi. Fihrist. səh. 75; Nəcaşi. Rical. I/179, № 146; İbn Nədim. Fihrist. səh. 220; Sədr. Təsis
əş-Şiə li ulumil-İslam. səh. 369; Muhsin əl-Əmin. Əyanuş-Şiə. I/135.
Adilə Tahirova
92
7. Əbu Haşim Cübbai (ö. 321/933), Kitab fir-rədd alə Əbil-Hüzeyl, ər-Rədd
aləl-Əşəri fir-ruyə, ər-Rədd alə Əbil-Həsən əl-Xəyyat.
8. Əbu Osman Cahiz (159-255/766-870), Kitabur-rədd aləl-Cəhmiyyə, Kitabur-
rədd aləl-Muşəbbihə.
9. Əbu Osman Əmr ibn Übeyd (80-144/699-761), Kitabur-rədd aləl-Qədəriyyə.
10. Əbul-Hüzeyl Əllaf (ö. 235/850), Kitab fir-rədd aləl-məcus, Kitabur-rədd alə
əhlil-ədyan, Kitabur-rədd aləl-mulhidin, ər-Rədd aləs-sufistaiyyə.
11. İbrahim ən-Nəzzam, Kitabur-rədd aləd-Dəhriyyə.
İlk dövr kəlam alimlərinin Allahın varlığı və birliyi, nübüvvət kimi mövzularda
digər din mənsublarını tənqid etdikləri görülür. Dəhriyyə, Sənəviyyə, Məcusiyyə,
təbiətçilər, Xristianlıq, Yəhudilik, Brahmanizmin fikirləri bu dövrdə geniş formada
tənqid olunmuşdur. Bərahimənin nübüvvətlə əlaqəli düşüncələri ilk dövrlərdə
yazılmış bir çox əsərdə tənqid hədəfi olmuşdur. Bu məsələ müstəqil əsərlərlə yanaşı
bir şox əsərin mövzuları arasında da yer almışdır. Bərahimə ağlın yetərli olduğunu,
dinlərə və peyğəmbərlərə ehtiyac olmadığını söyləyirdi. İslam əqidəsinə uyğun ol-
mayan bu fikirlərlə ilk intellektual mübarizəni aparanlar arasında Mötəzilə alimlərini
misal vermək mümkündür. Əbu Mənsur əl-Maturidi (v. h. 333/m. 944) və Əbu-l-
Muin ən-Nəsəfi (v. h. 508/m. 1115) də nübüvvət mövzusuna əsərlərində digər möv-
zulardan daha çox yer verdiklərini söyləyirlər. Buna səbəb olaraq yaşadıqları dövrdə
ilhad (dindən dönmə) hadisələrinin artdığını, xüsusilə peyğəmbərlik məsələsində in-
karçıların etirazlarının olduğunu dilə gətirir və nübüvvət əleydarlarının yanlış
fikirlərini rədd etməyi, iftiralarına cavab vermə hədəfini güddüklərini ifadə edirlər.
10
Ümumiyyətlə nübüvvəti inkar edən cərəyanlardan başda Bərahimə olmaqla Sümə-
niyyə, Sufistaiyyə, Tabiiyyun, İbahiyyə, Sabiiyyə, Dəhriyyənin adlarını çəkmək
mümkündür. Qazı Əbdülcabbar Bərahimənin iddialarından bir çox yerdə bəhs etmiş,
əl-Muğninin XV cildinin ayrı bir bölümündə dəyərləndirib cavablar vermişdir. O,
başqa alimlər tərəfindən Bərahiməyə verilən cavablardan da iqtibaslar vermişdir. Bu
da Qazının dövründə nübüvvət əleyhinə fikirlərin yayıldığını və bu fikirlərə qarşı
etiraz və rədd məqsədi daşıyan əsərlərin yazıldığını göstərir. Mötəzilə kəlamçıları
Zənadiqə hərəkatı ilə böyük bir əzmlə mübarizə apararaq heresioqrafik mətnlərdəki
ilhadi fikirləri rədd etmiş və bəzən zındıq siyahıları tərtib etmişlər.
11
Qazı, kəlama
10
Əbu-l-Muin ən-Nəsəfi, Təbsıratu-l-ədillə, I, 534-535.
11
Kutluer İ. Akıl ve İtikad, s. 13. Məsələn Qazı Əbdülcabbarın tərtib etdiyi zındıq siyahısı
üçün bax. Qazı Əbdülcabbar, əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl, V cild, s. 9.
Dostları ilə paylaş: |