Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə33/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   29   30   31   32   33   34   35   36   ...   124

 Adilə Tahirova    
90 
4. İbn Malik əl-Həmmadi əl-Yəmani, Kəşfu əsrari-l Batiniyyə və əxbari-l Qəramıta. 
5. Hişam ibn Həkəm, Kitabu-r rədd alə Hişam  əl-Cəvaliqi; Kitabu-r rədd alə 
Şeytani-t Taq. 
6. Səd ibn Abdullah əl-Qummi, ər-Rədd alə-l Ğulat. 
7. Həsən ibn Səid, ər-Rədd alə-l Ğulat. 
 
İndi isə klassik dönəmdə İslam firqələrinin öz aralarında bir-birlərinə yazdıqları 
rəddiyyələrdən nümunələr verək. Bəzən digər din nümayəndələrinə qarşı rəddiyyələ-
rə də rast gəlmək mümkündür. Bu alimlər və əsərləri şübhəsiz ki, rəddiyyə ənənəsi-
nə dair nümunələrin sadəcə kiçik bir hissəsidir.
5
 Bu təsnifləndirmədə müəllifin məz-
həbi əsas alınaraq qruplaşdırılmışdır.
6
 
 
b) Müəllifin məzhəbinə görə qruplaşdırma. 
Şiəliyin müxtəlif qollarını təmsil edən alimlərin yazdıqları rəddiyyə əsərlərdən 
bəziləri: 
1. Zeyd ibn Əli, Risalə fil-İmamə. (Mötəzilə alimi Vasıl ibn Ətaya qarşı 
yazılmışdır). 
2. Əli ibn Nuçam əl-Qummi əl-Bəcəli əl-Əhval (v. 160/177), Kitabur-rədd aləl-
Mutəzilə fi imamətil-məfzul. 
3. Hişam ibn Həkəm (ö. 199/816), Kitabur-rədd alə Hişam əl-Cəvaliqi, Kitabur-
rədd aləş-şeytanit-Taq, Kitabur-rədd alə  mən qalə bi imamətil-məfzul, Kitabul-
vəsiyyə vər-rədd alə mən ənkərahə, Kitabur-rədd aləl-Mutəzilə, Kitabur-Rədd aləz-
Zənadiqa.
7
 
4. Məhəmməd ibn Əbdürrəhman ibn Qübbəh. Əvvəlcə Mötəzilədən olub sonra-
dan  Şiəliyə keçənlərdəndir. Kitabur-rədd aləz-Zeydiyyə, Kitabur-rədd alə  Əbu  Əli 
əl-Cubbai.
 8
 
                                                 
5
 Adları keçən şiə alimlərdən bir çoxu və digərlərinin əsərləri haqqında məlumat üçün baxın: 
Tahirova A. Şiə kəlam elminin ortaya çıxması və inkişafı // BDU-nun İlahiyyat fakultəsinin 
«Elmi məcmuəsi» № 5, Bakı: Nurlar, 2006, səh. 105-118. 
6
 Müəlliflərin məzhəbinə görə olan təsnifləndirmədə  bu    məqalədəki  materiallardan da 
istifadə olunmuşdur. Kahveci. Şia ve Mutezile'nin reddiye literatürü üzerine çalışma // Dini 
Araştırmalar, cild: 8, səh. 69-91. 
7
 İbn Nədim. Fihrist. səh. 217; Tusi. Fihrist. səh. 207; Nəcaşi. Rical. II/397, № 1165; Sədr. 
Təsisuş-Şiə li ulumil-İslam. səh. 360; Muhsin əl-Emin.  Əyanuş-Şiə. I/134; ən-Nəşşar. 
Nəşətul-fikril-fəlsəfi fil-İslam. II/169, 198.  
8
 İbn Nədim. Fihrist. səh. 219; Nəcaşi. Rical. II/105, № 1024. 


 
Klassik kəlam ədəbiyyatında rəddiyyə ənənəsi və nümunələri 
91 
5. Əbul-Həsən  Əhməd ibn Yəhya  ər-Ravəndi (205-245/820-859), Kitabur rədd 
aləl-Mutəzilə fil-vəd vəl-mənzilə beynəl-mənziləteyn. 
6. İsmail ibn Əli ibn İshaq ibn Əbi Səhl ibn Növbəxti (ö. 310/922), Kitabur-rədd 
alə Mucəbbirə fil-məxluq, Kitabur-rədd alə əshabis-sifat, Kitabur-rədd aləl-Yəhud. 
7. Əbu Məhəmməd Həsən ibn Musa ən-Növbəxti (ö. 311/923), ər-Rədd alə 
Huzeyl ibn Əllaf, ər-Rədd alə əshabil-mənzilə beynəl-mənziləteyn fil-vəid, ər-Rədd 
alə əshabit-tənasüx, ər-Rədd aləl-Mücəssəmə, ər-Rədd aləl-Ğulat adlı kəlam elminə 
aid əsərləri ilə başqa sahələrdə də kitablar yazdığından bəhs olunur.
9
 
8. Fadl ibn Şazan ibn Xəlil  ən-Nişaburi (ö. 260/873), Kitabur-rədd aləl-Ğulat
Kitabur-rədd aləl-Batiniyyə  vəl-Qəramitə, Kitabur-rədd aləl-Həsən  əl-Bəsri fit-
təfdil, ər-Rədd alə əhlit-tədil, Kitabur-rədd aləl-Yaman ibn Rəbab əl-xarici, Kitabur-
rədd aləl-Murciə, Kitabur-rədd aləl-Həşviyyə. 
9.  Qasım ər-Rəssi (169-246/785-860), ər-Rədd alər-Rəvafız min əshabil-ğuluvv, ər-
Rədd aləl-mucəbbirə, əl-Kamilul-munir fir-rədd aləl-Xəvaric, ər-Rədd alən-nasara. 
10. Əbu Abdullah Qummi Hüseyn ibn İşkib (ö. 270/883-dən sonra), ər-Rədd 
aləz Zeydiyyə 
11.  Məhəmməd ibn Qübbə ər-Razi (ö. 317/929), ər-Rədd aləz-Zeydiyyə. 
 
Mötəzilə alimlərin yazdığı bəzi rəddiyyə əsərlər: 
1. Əbu Bəkir  Əsam (200/815), Kitabur-rədd alə Hişam fit-təşbih, Kitabur-rədd 
aləz-Zənadiqa. 
2. Bişr ibn Mutəmir (210/825), Kitabur-rədd alə Hişam ibn Həkəm, Kitabur-rədd 
aləl-Xəvaric, Kitabur-rədd aləl-Murciə, Kitabur-rədd aləl-Məcus. 
3. Əbu Hüseyn Əbdürrəhim ibn Məhəmməd ibn Osman əl-Xəyyat (ö. 300/912), 
Kitabul-intisar vər-rədd alə İbn ər-Ravəndi. 
4. Zirar ibn Əmr, Kitabur-rədd alə Muammər ibn Abbad, Kitabur-rədd aləl-
Cəhmiyyə, Kitabur-rədd aləd-Dəhriyyə. 
5.  Bağdad Mötəziləsinin qurucusu olan Bişr ibn Mutəmir (v. 210/825), Kitabur-
rədd alə  Əbul-Huzeyl, Kitabur-rədd alə-n Nazzam, Kitabur-rədd aləl-Əsam fil-
imamə. 
6.  Əbu Cəfər  İsqafi (v. 239/854), Kitabur-rədd alə Osmaniyyə (Cahizin 
Osmaniyyə əsərinə yazılmış rəddiyyədir.) 
                                                 
9
 Tusi. Fihrist. səh. 75; Nəcaşi. Rical. I/179, № 146; İbn Nədim. Fihrist. səh. 220; Sədr. Təsis 
əş-Şiə li ulumil-İslam. səh. 369; Muhsin əl-Əmin. Əyanuş-Şiə. I/135. 


 Adilə Tahirova    
92 
7.  Əbu Haşim Cübbai (ö. 321/933), Kitab fir-rədd alə  Əbil-Hüzeyl,  ər-Rədd 
aləl-Əşəri fir-ruyə, ər-Rədd alə Əbil-Həsən əl-Xəyyat. 
8.  Əbu Osman Cahiz (159-255/766-870), Kitabur-rədd aləl-Cəhmiyyə, Kitabur-
rədd aləl-Muşəbbihə. 
9.  Əbu Osman Əmr ibn Übeyd (80-144/699-761), Kitabur-rədd aləl-Qədəriyyə. 
10. Əbul-Hüzeyl Əllaf (ö. 235/850), Kitab fir-rədd aləl-məcus, Kitabur-rədd alə 
əhlil-ədyan, Kitabur-rədd aləl-mulhidin, ər-Rədd aləs-sufistaiyyə. 
11. İbrahim ən-Nəzzam, Kitabur-rədd aləd-Dəhriyyə. 
 
İlk dövr kəlam alimlərinin Allahın varlığı və birliyi, nübüvvət kimi mövzularda 
digər din mənsublarını  tənqid etdikləri görülür. Dəhriyyə, Sənəviyyə, Məcusiyyə, 
təbiətçilər, Xristianlıq, Yəhudilik, Brahmanizmin fikirləri bu dövrdə geniş formada 
tənqid olunmuşdur. Bərahimənin nübüvvətlə  əlaqəli düşüncələri ilk dövrlərdə 
yazılmış bir çox əsərdə tənqid hədəfi olmuşdur. Bu məsələ müstəqil əsərlərlə yanaşı 
bir şox əsərin mövzuları arasında da yer almışdır. Bərahimə ağlın yetərli olduğunu, 
dinlərə  və peyğəmbərlərə ehtiyac olmadığını söyləyirdi.  İslam  əqidəsinə uyğun ol-
mayan bu fikirlərlə ilk intellektual mübarizəni aparanlar arasında Mötəzilə alimlərini 
misal vermək mümkündür. Əbu Mənsur  əl-Maturidi (v. h. 333/m. 944) və  Əbu-l-
Muin ən-Nəsəfi (v. h. 508/m. 1115) də nübüvvət mövzusuna əsərlərində digər möv-
zulardan daha çox yer verdiklərini söyləyirlər. Buna səbəb olaraq yaşadıqları dövrdə 
ilhad (dindən dönmə) hadisələrinin artdığını, xüsusilə peyğəmbərlik məsələsində in-
karçıların etirazlarının olduğunu dilə  gətirir və nübüvvət  əleydarlarının yanlış 
fikirlərini rədd etməyi, iftiralarına cavab vermə hədəfini güddüklərini ifadə edirlər.
10
 
Ümumiyyətlə nübüvvəti inkar edən cərəyanlardan başda Bərahimə olmaqla Sümə-
niyyə, Sufistaiyyə, Tabiiyyun, İbahiyyə, Sabiiyyə, Dəhriyyənin adlarını  çəkmək 
mümkündür. Qazı Əbdülcabbar Bərahimənin iddialarından bir çox yerdə bəhs etmiş
əl-Muğninin  XV cildinin ayrı bir bölümündə  dəyərləndirib cavablar vermişdir. O, 
başqa alimlər tərəfindən Bərahiməyə verilən cavablardan da iqtibaslar vermişdir. Bu 
da Qazının dövründə nübüvvət  əleyhinə fikirlərin yayıldığını  və bu fikirlərə qarşı 
etiraz və  rədd məqsədi daşıyan  əsərlərin yazıldığını göstərir. Mötəzilə  kəlamçıları 
Zənadiqə hərəkatı ilə böyük bir əzmlə mübarizə apararaq heresioqrafik mətnlərdəki 
ilhadi fikirləri rədd etmiş  və  bəzən zındıq siyahıları  tərtib etmişlər.
11
 Qazı, kəlama 
                                                 
10
 Əbu-l-Muin ən-Nəsəfi, Təbsıratu-l-ədillə, I, 534-535. 
11
 Kutluer İ. Akıl ve İtikad, s. 13. Məsələn Qazı Əbdülcabbarın tərtib etdiyi zındıq siyahısı 
üçün bax. Qazı Əbdülcabbar, əl-Muğni fi əbvabi-t-tövhid və-l-ədl, V cild, s. 9.  


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə