Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə35/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   31   32   33   34   35   36   37   38   ...   124

 Səbinə Mirzəyeva  
98 
qərbindəki Həmir bölgəsində yerləşmiş, daha sonra isə onlardan yeni-yeni tayfalar 
qoparaq səhraya köçmüş, bədəvi həyatı sürməyə başlamışlar. Rəbiə, Əhmar, İyyad 
və Müzərr-Ədnani qəbilələri və yaxud (əl-ərəb əl-müstərəbə) "sonradan ərəbləşmiş 
ərəblər" adlandırılırdılar. Onlar Məkkə  və Hicazda inkişaf etmiş, sonra ərəbistan 
yarımadasının səhra bölgələrinə- mərkəzi və şimal bölgələrinə yayılmış və qəhtani-
lərlə qaynayıb qarışmışlar. Tədricən həmir tayfasından Qüzaə, kəhlani nəslindən-
həmdan, tayy, məzhic, kində, ləhm və  əzd tayfaları ayrılmış, onlardan isə Övs və 
Xəzrəc qəbilələri və qəssanilər yaranmışdır (2,352). Bizə gəlib çatmış məlumatlara 
görə bu bölgədə hələ bizim eradan iki min il qabaq parlaq mədəniyyət nümunələri 
mövcud olmuşdur. Qədim Ərəbistanda bu erkən mədəniyyətin meydana gəlməsində 
torpaqların münbitliyi və yerli sakinlərin qonşu xalqlarla yaratdığı siyasi və ticari 
əlaqələrin rolu mühüm olmuşdur. 
Məlum olduğu kimi, islamdan qabaqkı dövrdə ərəblər mərkəzləşdirilmiş dövlət 
formasına malik olmamış, müstəqil siyasi qurumlardan ibarət qəbilələr sisteminə 
istinad etmişlər. Görünür ki, ərəblər cahiliyyə dövründə özlərinin sözün əsil məna-
sında vahid ümmət olduğunu hələ dərk etməmiş, hakim şüur forması müəyyən qəbi-
lələrə  mənsubluq şüuru olmuşdur. Bu qəbilə ilə fəxr etmək, onu xarici düşməndən 
qorumaq, onun təəssübünü çəkmək hakim şüur formasının özəyini təşkil etmişdir. 
Ərəbistan yarımadasının sakinləri islamdan qabaq etnik nöqteyi-nəzərindən də 
vahid bir tam təşkil etmirdilər - cənub bölgələrinin ərəbləri qədimdən bəri həbəşlərlə 
və digər Şərqi Afrika xalqları ilə qaynayıb qarışmışdı. Beləliklə, öz rəng və xilqətləri 
baxımından,  şimal  ərəblərindən fərqlənirdilər. Dil baxımından, cənub qəbilələrinin 
dili həbəş-sami əlamətləri daşıyır və ibri və nəbəti dillərinə yaxın olan şimal dilindən 
seçilirdi.  Ərəbistan yarımadasında bütün bölgə  əhalisini bir siyasi— dini qurum 
daxilində birləşdirəcək müəyyən aparıcı qüvvə yox idi. Qəbilələr arasında tez-tez 
baş verən çəkişmələr və münaqişələr nəticəsində  təcridlilik cərəyanları güclənmiş, 
burada - cənubda məmalik Yəmən,  şimal-şərqdə Hiyrə  məmləkəti,  şimal-qərbdə 
Qəssanilər dövləti kimi ayrı-ayrı dövlətciklər meydana gəlmişdi. Yarımadanın mər-
kəzində isə  əsil qəbilə  həyatı çiçəklənməkdə davam edirdi. Hicaz, Məkkə, Mədinə 
və Taif kim bir neçə şəhər istisna olmaqla, yerli sakinlərin əksəriyyəti qəbilə mənsu-
biyyəti zəminində birləşərək yaşayırdı. 
Qədim  Ərəbistanın  ən mühüm əlamətlərindən biri dini etiqadlar çoxluğu idi. 
Yerli  əhalinin müəyyən hissəsi yəhudi dininə etiqad bəsləyirdi. Yəhudiləri bəzən 
Allahın Xəlili  İbrahim  əl-İbrinin  şərəfinə "ibranilər", bəzən Yəqub peyğəmbərin 
ləqəbi ilə Bənu İsrail, digər hallarda isə, Yəqub peyğəmbərin on iki övladından biri 


 
İslam hüququnun yaranmasından qabaq Ərəbistan yarımadasında  etnik və əqidəvi durum  99 
olan Yəhudanın adı ilə yəhudi adlandırırdılar. Bəzi tarixçilər göstərmişlər ki, İbra-
him Xəlil miladdan qabaq təxminən iyirminci əsrdə Babilistanda olmuş müşayiətçi-
ləri ilə birlikdə Babili tərk etmiş və ərəb aləminə gəlib çıxmışdı. Yəqub peyğəmbər-
dən törənmiş yəhudilər isə eramızdan qabaq 1220-ci ilə qədər Misirdə qalmış, sonra 
Musa peyğəmbərin başçılığı altında Fironun təqiblərindən yaxa qurtararaq bu ölkəni 
tərk etmiş və Sinay yarımadasına, daha sonra isə "vəd olunmuş torpağa” “Kənana və 
ya Fələstinə gəlib çıxmışlar. Burada möhtəşəm bir dövlət qurmuş, Davud və Süley-
man peyğəmbərlər bu dövlətin məlikləri olmuşlar. Yəhudilər sayca artırdılar Fələstin 
torpağı onlara darısqallıq etdikcə onlar qonşu ölkələrə - Misirə, İraqa və digər ölkə-
lərə hicrət etməyə başlamışlar. Süleyman peyğəmbərin vəfatından sonra-təxminən 
eramızdan qabaq 933-cü ildə yəhudilərin daxilində parçalanma baş vermişdir. Fələs-
tin torpağında iki yəhudi məmləkəti meydana gəlir - paytaxtı Urşəlim olmaqla cə-
nubda Yəhudə məmləkəti və paytaxtı Samirə və ya Şəmrun olmaqla şimalda İsrail 
məmləkəti (8,142  ) 
Hələ  qədim zamanlardan etibarən  Ərəbistanda yəhudilərin Tiyma, Fədək, 
Xeybər, Yəsrib,Vadi-l-qüra,Yəmən, Nəcran və digər bölgələrdə düşərgələri vardı. 
Hicazda yurd salmış yəhudilər ticarət və əkinçiliklə, zireh qayırmaq, bahalı daş-qaş 
alveri ilə  məşğul olur, əkinçilikdə yeni alət və üsullar icad edirdilər. Lakin yəhudi 
düşərgələri yalnız Hicazda yox, cənubda da mövcud idi. Nəcrandan şimalda yerləşən 
bənu Kənanə və yarımadanın mərkəzində - Mədinənin şərqində və Məkkənin şimal-
şərqində yerləşən Kində, Nəcrandan  şimal-şərqdə yerləşən Bənu Hərəs bin Kəəb 
belə düşərgələrdən idi. Tarixçilər qeyd edirlər ki, Zu Nuvas qədim Yəmən məliki 
ailəsinin üzvlərindıən olmuş, yəhudiliyi öz atası Tübban Əsəd bin Kəəbdən  əxz 
etmişdi. O isə birinci həmirli idi ki, yəhudiliyi qəbul etmiş və onu öz məmləkətində 
yaymağa başlamışdı. Bu dövrdə  Nəcran xristianlığın mühüm mərkəzlərindən biri 
idi. Kim Nəcrana gəlirdisə onu xristianlığı qəbul etməyə dəvət edirdilər.  
Yəhudiliyin cənub ərəb dövlətlərinə nə vaxt nüfuz etməsi haqda tarixçilər müx-
təlif fikirlər irəli sürürlər. Lakin əksər alimlərin fikrincə, yəhudilər bu bölgəyə 
tədricən daxil olmuş, miladın beşinci əsrinin sonlarında, altıncı əsrin əvvəllərində bu 
proses başa çatmışdır. Yəhudiliyin bu bölgədə sürətlə yayılmasının səbəblərini isə 
adətən, yəhudi tacir və emissarlarının burada apardığı məqsədyönlü təbliğatla, bəzi 
ərəb tayfalarının xristian dövlətlərinə düşmən münasibəti, bu təlimin bəsitliyi və 
ərəb təfəkkürü üçün cazibədarlığı ilə izah edirlər. Tarixçilərin fikrincə, birinci əsrdən 
etibarən xristianlıq ərəblər arasında geniş yayılmağa başlayır. Lakin onun sözün əsil 
mənasında yayılması miladın dördüncü əsrində başa çatmışdır. Hirə, ərəb ölkələrin-


Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə